11
Son dövrlərdə İrəvan bölgəsinin tarixi coğrafiyası
1
, folkloru
2
, toponi miyası
3
,
etnoqrafiyası
4
, azərbaycanlıların Ermənistan SSR-dən depor tasiyası
5
, ermənilərin
azərbaycanlılara qarşı soyqırımı
6
və digər problemlərə dair geniş ədəbiyyat meydana
gəlmişdir. Bu tədqiqatlar xalçaçılığın inkişaf etdiyi mühitin, xalq həyatının müxtəlif
məsələlərinin öyrənilməsi baxımından əhəmiyyətlidir.
Qeyd etdiyimiz kimi, sovet dövründə İrəvan xanlığı, Rusiya işğallarından
sonra isə həmin ərazidə yaradılmış inzibati-coğrafi vahidlərin tarixi Azərbaycan
tarixşünaslığında öyrənilmədiyi halda, erməni tarixşünaslığında geniş tədqiqat
obyekti olmuşdur.
7
Həmin əsərlər birmənalı şəkildə bölgənin tarixini təhrif etmiş,
1
Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası. Bakı, 1995; Ələkbərli Ə. Qədim türk-oğuz yurdu
– “Ermənistan”. Bakı, 1994; Yenə onun, Qərbi Azərbaycan. I c. Vedibasar mahalı (Vedi və Qarabağlar
rayonları). Bakı, 2000; Yenə onun, Qərbi Azərbaycan. II c. Zəngibasar, Gərnibasar və Qırxbulaq
mahalları. Bakı, 2002 və s.
2
Azərbaycan folkloru antologiyası. III kitab (Göyçə folkloru). Bakı, 2000; Azərbaycan folkloru
antologiyası. VII kitab (Qaraqoyunlu folkloru). Bakı, 2002; Azərbaycan folkloru antologiyası. VIII
kitab (Ağbaba folkloru). Bakı, 2005; Azərbaycan folkloru antologiyası. XII kitab (Zəngəzur folkloru).
Bakı, 2005; Azərbaycan folkloru antologiyası. XV cild (Dərələyəz folkloru). Bakı, 2006 və s.
3
Bayramov A.Ə. Qədim oğuz ellərinin – Ağbaba, Şərəyəl və Pəmbək bölgələrinin yer-yurd adları.
Bakı, 1996; Bayramov İ. Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Bakı, 2002; Budaqov B., Qey-
bullayev Q. Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti. Bakı, 1998; Məhərrəmov S.
Ermənistan SSR-də Azərbaycan (türk) mənşəli toponimlər //
Elm və həyat, 1986, №10; Rüstəmov Ə.
Ermənistan
SSR Qafan, Gorus və Sisyan rayonları ərazisinin Azərbaycan mənşəli toponimləri. NDA.,
Bakı, 1990 və s.
4
Şükürov Ş. Uluxanlı (Bədii – tarixi, etnoqrafik oçerk). Gəncə, 1999; Абдуллаев А.И. Материальная
культура азербайджанцев проживающих в Армении в XIX – начале ХХ веков (Историко-
этнографическое исследование по материалам Вайоцдзорской зоны). АКД. Тифлис, 1981 və s.
5
Arzumanlı V., Nazim M. Tarixin qara səhifələri. Deportasiya. Soyqırım. Qaçqınlıq. Bakı, 1998;
Deportasiyа. Elmi konfrans materialları. Bakı, 1998; Deportasiya. Bakı, 1998; Didərginlər. Bakı, 1990
və s.
6
Mir Möhsün Nəvvab. 1905-1906-cı illərdə erməni-müsəlman davası. Bakı, 1993; Ordubadi M.S.
Qanlı illər. 1905-1906-cı illərdə Qafqazda baş verən erməni-müsəlman davasının tarixi. Bakı, 1911
(Təkrar nəşr. Bakı, 1991) və s.
7
Агаян Ц.П. Роль России в исторических судьбах армянского народа. К 150-летию присоединения
Восточной Армении к России. Отв. ред. акад. А.Л.Нарочницкий. М., 1978; Его же, Победа
Советской власти и возрождение армянского народа. М., 1981; Аграрная политика царизма
и крестьянское движение в Армении в начале ХХ века. Сост. проф. В.Рштуни при участии
К.Степаняна. Ереван, 1951; Адонц М.А. Экономическое развитие Восточной Армении в XIX
веке. Ереван, 1957; Акопян Т.Х. История Еревана (1801-1879). АДД. Ереван, 1960; Его же, Очерк
истории Еревана. Ереван, 1977; Амбарян А. Развитие капиталистических отношений в армянской
деревне. Ереван, 1959; Аракелян Г.Р. Кустарные промыслы в Восточной Армении во второй пол.
ХIХ в. АКД. Ереван, 1976; Арутюнян Ш. Социально-экономическое отношения в уезде Сурмалу
(1828-1915). АКД. Ереван, 1971; Бадалян А.Л. Население Армении со времени присоединения
ее к России и до наших дней // Изв. АН Арм. ССР, общ. науки 1953, №5, с.49-71; Григорьян З.Т.
Присоединение Восточной Армении к России. М., 1959; Гуланян Х. Экономическое состояние
Армении в первой половине XIX века и экономические взгляды Х.Абовяна. Ереван, 1955;
Зубиетян В.Г. Даралагяз (Экономико-географический очерк) // Изв. АН Арм. ССР. Общ.науки.
1950, №9, с.3-23; Его же, Экономика Зангезура // Изв. АН Арм. ССР. Общ.науки. 1952, №1, с.87-
97; История армянского народа: с древнейших времен до наших дней / Под ред. М.Г.Нерсисяна.
Ереван, 1980; Кафтарян С.М. Россия и армяно-турецкие отношения от Туркменчайского
договора до Берлинского конгресса (1828-1878 гг.). АКД. Киев, 1953; Карапетян С. К истории
освобождения Зангезура от дашнакских банд // Изв. АН Арм. ССР. Общ. науки. 1955, №1, с.31-42;
Марухян А.О. Положение крестьян в досоветской Армении (1900-1920). Ереван, 1948; Парсамян
В.А. Колониальная политика царизма в Армении. Ереван, 1940, ч.I; Его же, История армянского
народа. 1801-1900 гг. Кн.1. Ереван, 1972 и др.
12
onun qədim Azərbaycan ərazisi-Qərbi Azərbaycan olması hər vəchlə inkar edilmiş,
azərbaycanlılara məxsus maddi-mənəvi irs qəsdən sərf-nəzər edilmişdir. Xarici erməni
tarixşünaslığında da Azərbaycanın İrəvan bölgəsinin tarixi təhrifə məruz qalmışdır.
1
Azərbaycanın İrəvan bölgəsinin tarixinin bəzi məsələlərinə xarici tarixşünaslıqda
da toxunulmuşdur. Bu məsələ Z.Hacıyevanın yuxarıda da qeyd etdiyimiz “İrəvan
xanlığının tarixşünaslığı” kitabında ətraflı şərh edilmişdir.
2
Xarici tarixşünaslıqda Azərbaycanın tarixi torpaqlarında təşkil edilmiş Ermənistan
tarixi məsələləri Səmyuel Uimzin əsərində
3
əksini tapmışdır. Kitab 2004-cü ildə
Azərbaycan
dilinə tərcümə edilərək, Bakıda nəşr edilmişdir.
Beləliklə, problemin öyrənilmə səviyyəsindən aydın olur ki, Azərbaycanın İrəvan
bölgəsinin siyasi tarixi, ermənilərin azərbaycanlılara qarşı apardığı deportasiya və
soyqırımı siyasəti, toponimiya, tarixi coğrafiya kimi məsələlər müəyyən dərəcədə
öyrənilsə də, xalçaçılıq sənətinin inkişafı tədqiq olunmamışdır.
Tədqiqatın əsas mənbə bazasını İrəvan bölgəsinə aid 1970-1980-ci illər ərzində
tarixi Qərbi Azərbaycan-Ermənistan SSR ərazisindən toplanmış və hazırda “Azər-
İlmə”nin “Sehrli ilmələr” qalereyasında nümayiş etdirilən 100 xalça təşkil edir. (Bax:
Azərbaycanın İrəvan bölgəsi xalçalarının kataloqu)
Xalçaların toplanılması prinsipinə, kəmiyyətinə, xronologiyasına, coğra fiyasına
və növ lərinə əsasən söyləmək olar ki, bu xalçalar Azərbaycanın İrəvan bölgəsində
xalçaçılıq sənətinin inkişafı və sənətkarlıq xüsusiyyətləri haqqında tam elmi fikir irəli
sürməyə imkan verir.
Xalçalar xronoloji baxımdan 1786-1920-ci illəri əhatə edir. Xanlıq dövrü (1746-1827)
9 xalça ilə təmsil olunmuşdur. Qeyd edildiyi kimi, onlardan ilki 1786-cı ilə aiddir. 1791
və 1794-cü illərin hərəsi də bir xalça ilə təmsil edilmişdir. 1814-cü ilə aid iki, 1816-1817-
ci illərin hərəsinə aid bir, 1824-cü ilə aid iki xalça vardır. Qalan 91 xalçadan 90-ı Rusiya
imperiyası dövrünə aiddir. Həmin xalçaları da xronologiya üzrə qruplaşdıra bilərik.
Onlardan 6-ı XIX əsrin 20-ci illərinin sonu-30-cu illərə, 3-ü 1840-cı illərə, 20-i 1850-ci
illərə, 12-i 1860-cı illərə, 15-i 1870-ci illərə, 6-ı 1880-ci illərə, 14-ü 1890-cı illərə, 14-ü isə
XX əsrin əvvəllərinə aiddir. Bir xalça imperiyanın dağılmasından sonrakı dövrə - 1920-
ci ilə aiddir. İllər üzrə nəzərdən keçirsək ən çox xalça 1854-cü ilə (6 xalça) və 1875-ci ilə
(5 xalça) aiddir.
Xalçaların ərazi coğrafiyası da ciddi əhəmiyyyət kəsb etdiyindən, bu məsələ də
təhlil olunmuşdur. Xalçalar İrəvan şəhəri və bölgənin tarixi mahalları üzrə aşağıdakı
kimi bölünmüşdür: İrəvan şəhəri - 14, Göyçə mahalı - 13, Zəngəzur və Dərələyəz
mahallarının hər biri -11, Loru, Pəmbək, Vedibasar, Əştərək və Dərəçiçək mahallarının
hər biri - 5, Ağbaba mahalı - 4, Şörəyel, Gərnibasar, Sərdarabad və Talın mahallarının
hər biri - 3, Şəmşəddin, Zəngibasar, Qırxbulaq, Aparan və Üçkilsə mahallarının hər
biri üzrə - 2 xalça.
100 xalçanın növünə görə təsnifatı da maraqlı nəticələr çıxarmağa imkan verir.
Həmin xalçalardan 16-ı xovsuz, 84-ü isə xovlu xalçalardır. 16 xovsuz xalçadan 10-u
kilim, 1-i çiyi palaz, 2-i vərni, 2-i zili və 1-i at çuludur.
1
Bournoutian G.A. The khanate of Erevan under Qajar rule 1795-1828. Mazda Publishhers in associa-
tion with Bibliotheca Persia. Costa Mesa, California and New York, 1992; Ibib., The ethnic composi-
tion and the socio-economic condition of Eastern Armenia in the first half of the nineteenth century //
Transcaucasia Nationalism and Sosial change. The
University of Michigan Press, 1996
2
Hacıyeva Z.Ə. İrəvan xanlığının tarixşünaslığı. Bakı, 2012.
3
Səmyuel A.Uimz. Ermənistan – terrorçu “xristian” ölkənin gizlinləri: Ermənilərin böyük fırıldaqlar
seriyası. I c. Bakı, 2004