______________Milli Kitabxana_______________
894.3613 - dc 21
AZE
İsa Muğanna. İdeal. Bakı, "Lider nəşriyyat", 2005, 536 səh.
Xalq yazıçısı İsa Muğanna (Hüseynov) Azərbaycan nəsrinin inkişafında
sanballı xidmətləri olan söz sənətkarıdır. Yeni Azərbaycan nəsrini onun, artıq
nəsr poetikasının gözəl nümunələrinə çevrilmiş əsərləri olmadan təsəvvür etmək
çətindir. Nəsrimizin əsaslı surətdə yeni mərhələyə qədəm qoymasının fəal
iştirakçısı olmaqdan daha çox bu nəsrin yaradıcılarından biri kimi fəaliyyət
göstərən yazıçını, odur ki, 60-cı illər nəsli öz sələfləri saymaqda tam haqlıdırlar.
İsa Muğanna yaradıcılığının başlıca xüsusiyyəti folklorla, xalqın bədii
təfəkkür prinsipləri, estetik və əxlaqi kateqoriyaları ilə dərin bağlılığıdır.
Yazıçının, həyatdakı ziddiyyətləri bütün kəskinliyi ilə göstərən "Yanar ürək"
romanı özünün ictimai, vətəndaşlıq konsepsiyası ilə, mühüm sosial həqiqətlər
barədə söz açmaq cəhdi ilə ədəbiyyatımızın inkişafı üçün çox gərəkli olmuşdur.
Bu əsərinin mövzusunu müəllif sonralar "İdeal" romanında bir qədər də
dərinləşdirmiş, yeni bədii məzmunda zənginləşdirmişdir.
Təqdim olunan, yenidən işlənmiş şəkli ilə yaxın və uzaq keçmişimizdən
tarixi hadisələrin, alim və filosoflarımızın vətənpərvərlik çarpışmalarının əks
etdirildiyi "İdeal" əsərində yazıçı Azərbaycan xalqının ulu tarixi kökləri ilə
müasir mənəvi problemlərini vahid süjet xəttində ustalıqla birləşdirmişdir.
ISBN 9952-417-29-0
© "LİDER NƏŞRİYYAT", 2005
______________Milli Kitabxana_______________
ÖN SÖZ
Fəlakətin həlledici mərhələsi onda başlandı ki, Qrek-Latın quldarlıq
qanunları əsasında qurulmuş Vizantiya imperiyası 604-802-ci illərin dünya
müharibəsində hərbi qələbələrini daha güclü fatehlik silahı olan Xristianlığın
qələbəsinə çevirib, bu dini iki yüz il müddətində öyrənilən müxtəlif dillərin
köməyi ilə müxtəlif ölkələrdə müxtəlif variantlarda yaya-yaya, o vaxta qədər
planetin əsas - gur yaşayış yerlərində bəşəriyyətin vahid Elm - həqiqət dili kimi
mövcud olan OdƏr dilini bir daha rəsmi qadağan etdi; hələ birinci əlliminillik
tarixdə, sonra isə Yeni tarixdə (Xristianlığın yayıldığı əsrlərdə) hər cəhətdən
təhrifə uğradılan, Kainat həqiqətlərindən uzaqlaşdırılan planetimizdə OdƏr
dilində Bağ (insanı insana və bəşəriyyətimizi Kainatın OdƏr bəşəriyyətinə
bağlayan Bağ) kəlməsi Qrek-Latın dilində təhrif "Boq" sözü ilə əvəz olundu,
SafAğ İnsanın (Bağın) Əli - Oğlu mənasında işlənən ƏlAğ kəlməsi Ərəbin təhrif
"Əllah" ("Allah") sözü ilə (təkallahlığla), BağhəmOd (vahid həqiqət Bağı)
rütbəsi "Mühəmməd" adı ilə əvəz edildi. Bəşəriyyətimizin yalnız az bir qisminə
(təhrif "Muğ", "Mağ" kəlmələrilə adlandırılan, "atəşpərəst" sayılan gizlin
Bağlara) məlumdur ki, dinlərin əsasındakı kitablar, o cümlədən "Bibliya"
("Tövrat" - "Tora"), "Yevangeliya" ("Novıy zavet" - "İncil") "Quran"da,
vizantiyalıların özlərinin məcburən etiraf etdikləri kimi, "Bağ dilində" - "na
bojyem yazıke" (yəni OdƏr dili ilə bu dil əsasında yaranmış Tərik - "Türk"
dilində) verilmiş kitabların son dərəcə təhrif tərcümələrindən, uydurmalardan,
əfsanələrdən ibarətdir. Həqiqətin nə dərəcədə təhrif edildiyi və təhriflərdən necə
qlobal - ümumbəşəri fəlakət törədiyi barədə bu müqəddimənin özündə də az-çox
təsəvvür vermək üçün bütün açıqlığı ilə deyilməlidir ki, zahirdə biri-birinə
düşmən rolu oynayan dinlər, kökü vahid OdƏr bəşəriyyəti olan xalqları dil-şüur
və
mənəviyyatca
ayırmaq,
parça-parça
ərazilər,
sərhədlər
daxilində
məhdudlaşdırmaq, bəsitləşdirmək, nəticədə vahid Din mərkəzi Vatikanın - gizlin
quldarlıq dövlətinin tələblərini təmin etmək məqsədi güdür. Planetimizdə
əsrlərdən bəri hökm sürən dini, siyasi qadağalar, saysız-hesabsız "elmi" ("tarixi",
"etnik") arakəsmələr
(süni psixoloji düşmənliklər) mühitində
Kainatdan
xəbərsizlik, açıq deyirəm, "sivilizasiya" altında cahillik o dərəcədə qatılaşıb ki,
bu cahilliyin yaratdığı labüd "katastrofa" qarşısında indi Vatikan dövlətinin özü
də qorxuya düşüb, nisbi proqressiv dairələrin planetdə "bütün dinləri
birləşdirmək" təklifini, "həqqi təhrif edən xristianlıq", "fundamental İslam",
"təriqətlər İslamı", "Bəhayilik", "Yəhudilik", "Buddizm" və sair "dini", "elmi"
"izmlər" əvəzində, mövcud Vahid həqiqəti yaymaq ehtiyacını rədd edə bilmir.
______________Milli Kitabxana_______________
Mən sözün əsil mənasında ürək ağrısı ilə, faciə içində bildirirəm ki, əsrlər
boyunca Vatikan casuslarının təlimatları əsasında ("öz əlimizlə") gah açıq, gah
da gizlin məhv edilən "Muğ" - Bağ nəslinin təhrif adı ("Muğanna" - "Bizim
Muğlar") altında çap etdirdiyim ƏsƏrlərdəki Bağ həqiqəti - SafAğ Elmi hələ də
təhrif "izm"lərin müqavimət səddi arxasındadır. Yeni Zaman - 2000-ci il
ərəfəsində sədd dağılmalıdır, təhrif insan məhz SafAğ Elmi sayəsində
maariflənməli, saflaşmalı, hər cəhətdən ucalıb OdƏr bəşəriyyətinə - əbədi həyat
planetlərinə qovuşmalı, yəni "Yer" -EyƏr (Uca İşıq) planetinə gizlin gəlib gedən
İşıq gəmilərinin düşdükləri guşələrə buraxılası halda olmalıdır. Əks halda fəlakət
baş verəcək.
* * *
Yaxın və uzaq keçmişimizdən tarixi hadisələr, bədii süjetlər içində verilmiş
SafAğ həqiqətlərinin qavranılmasını asanlaşdırmaq məqsədilə mən Əsərlərin
hamısını yenidən işlədim. "İdeal", "Ölüm-dirim" Əsərlərində və bir səhifəlik
"Peyğəmbərin möhürü"ndə Elmin əsası verilib; bu üç Əsərlə tanış olmayan
oxucu dördüncü, beşinci, altıncı, yeddinci ƏsƏrləri - "qəbristan" - "Gur Ünü",
"İsahəq, Musahəq", "Məhşər"i ("ƏnŞər-MənŞər"i) dərk edə bilməz. Təkrar
edirəm; Əsərlər yalnız burada göstərdiyim xronoloji ardıcıllıqla oxunmalıdır ki,
fayda versin.
Muğanna. 22/VII-1997