edirəm ki, əlavə tədbirlərin görülməsi
nəticəsində bu sahədə daim müsbət
vəziyyət qalacaqdır. Biz sağlam rəqabəti
gücləndir məliyik. İnhisarçılığa qarşı
mübarizəni daha da gücləndirməliyik.
Bu mübarizə öz nəticələrini verir. Amma
hələ də görüləsi işlər çoxdur. Yəni, iqti-
sadiyyatımızın bu bloku daim diqqət
mərkəzindədir və burada aparılan isla-
hatlar, atılan addımlar ümumi iqtisadi
iqlimimizi sağlamlaşdırır”.
Prezident İlham Əliyev iqtisadi isla-
hatları daha da sürətləndirməyin vacib-
liyinə də toxunmuşdur: “Biz 20 il
ərzində həm siyasi, həm iqtisadi sahədə
köklü islahatlar aparmaqla ölkəmizi yeni
müstəviyə gətirib çıxarmışıq. Azərbay-
can artıq ortagəlirli ölkələr sırasındadır,
qarşıya vəzifə qoyulubdur ki, yük-
səkgəlirli ölkələr sırasında olsun, inkişaf
etmiş ölkəyə çevrilsin. Bunun üçün iqti-
sadi islahatlar davam etdirilməlidir. Bu
islahatların böyük bir hissəsi artıq icra
edilib, həm qanunvericilikdə öz əksini
tapıbdır, həm verilən qərarlarda və
gündəlik həyatda da biz bunu görürük.
Beynəlxalq təşkilatlar, yəni mötəbər
beynəlxalq maliyyə təşkilatları bizim
uğurlarımızı qeyd edir. Dünyanın üç
aparıcı reytinq agentliyi – “Standard &
Poor's”, “Fitch” və “Moody's” Azərbay-
canın kredit reytinqini artırmışlar. Bax-
mayaraq ki, Avropa ölkələrinin və
Avropa banklarının reytinqləri eyni
agentliklər tərəfindən aşağı salındı,
Azərbaycanın kredit reytinqi qalxdı.
Yəni, bu, görülən işlərin, aparılan isla-
hatların məntiqi nəticəsidir. Biz islahat-
ları aparmaqla neft-qaz amilindən
iqtisadi asılılığımızı böyük dərəcədə
aşağı sala bilmişik və gələcəkdə şa -
xələndirmə, yerli istehsalın, sağlam
rəqabətin gücləndirilməsi, investi si -
yaların cəlb edilməsi sayəsində, əminəm
ki, daha da böyük uğurlara çatacağıq”.
Biznes mühitinin yaxşılaşdırılması
sahəsində əhəmiyyətli dərəcədə müsbət
dəyişikliklər baş verdiyini vurğulayan
Prezident İlham Əliyev müəyyən büro -
kratik əngəllərin aradan qaldırılması və
biznes mühitinin yaxşılaşdırılması is-
tiqamətində atılacaq yeni addımların bu
il Azərbaycanın reytinqini daha da yük-
sək pilləyə çıxaracağına əminliyini ifadə
etmişdir. Dövlətimizin başçısının fik -
rincə, reytinq cədvəllərində lap yüksək
pillədə olmaq vacibsə də, əsas məsələ
konkret, real işlərin görülməsi, biznes
iqliminin yaxşılaşdırılması və özəl sek-
torun inkişafı üçün əlavə tədbirlərin
görülməsidir.
Ölkə rəhbəri qeyd etmişdir ki, özəl
sektora diqqət yüksək səviyyədədir. Hər
il sahibkarlarla və yerli icra orqanlarının
nümayəndələri ilə geniş müşavirə keçi -
rilir. Hər il sahibkarlara həm siyasi, həm
də iqtisadi dəstək verilir və Sahibkarlığa
Kömək Milli Fondunun xətti ilə yüz
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
14
Biz, pul sahəsində islahat aparanda, yeni
manatı dövriyyəyə buraxanda bir manatı
dollara bərabər etdik. Amma hazırda bir
manat bir avroya bərabərdir, ondan daha
da dəyərlidir. Hesab edirəm ki, bu,
düzgün yanaşmadır. Bizim iqtisadi
potensialımız və sənaye gücümüz imkan
verir ki, manatın məzənnəsini bax, belə
güclü səviyyədə saxlayaq.
milyonlarla ölçülən kreditlər verilir…
“Bir daha de mək istəyirəm ki, şəxsən
mənim üçün Azərbaycanın dövlət və
özəl şirkətləri arasında heç bir fərq yox-
dur. Hər ikisi Azərbaycan şirkətləridir,
hər ikisində Azərbaycan vətəndaşları
işləyir və maaş alır, biz hər ikisini də
dəstəkləməliyik. Ona görə biznes mühi-
tinin yaxşılaşdırılması daimi prosesdir.
Biz yeni yanaşmaları tətbiq etməklə bu
sahədə daha da böyük nəticələrə çata
bilərik”, - deyə Prezident İlham Əliyev
bildirmişdir.
Dövlət orqanlarının biznes struk-
turlarına əsassız müdaxiləsi hallarına
tamamilə son qoyulmasının vacibliyini
önə çəkən ölkə rəhbəri bu sahədə müs-
bətə doğru irəliləyiş olduğunu, ancaq
belə müdaxilələrin hələ də qaldığını
vurğulayaraq demişdir: “Əlbəttə, bu, o
demək deyildir ki, bu sahə tamamilə
nəzarətsiz qalsın. Nəzarət qanun
çərçivəsində güclü olmalıdır. Ancaq
nəzarət biznesi əngəlləməməlidir və
əsassız maneələr yaradılmamalıdır”.
Bu sahədə elektron xidmətə keçidi
daha da sürətləndirməyin zəruriliyinə
toxunan ölkə rəhbəri bəzi dövlət qurum-
larının bu sahədə çox sürətlə irəliyə get-
diyini, bəzi qurumların isə, hələ ki, ləng
tərpəndiyini bildirərək demişdir: “Elek-
tron sistemə keçid qaçılmaz bir real-
lıqdır. Bu, labüddür və biz bunu
et məliyik. Dünya iqtisadiyyatının inki -
şafı bu istiqamətdə gedir, eyni zamanda,
bu, bizə həm şəffaflıq gətirəcəkdir, həm
çox məsələlər daha da dəqiq təşkil
ediləcək və xoşagəlməz hallara qarşı
mübarizə daha da güclü olacaqdır”.
Prezident İlham Əliyev ölkəmizdə
korrupsiyaya və rüşvətxorluğa qarşı
aparılan mübarizə barədə də fikirlərini
açıq lamışdır. Bu mübarizənin kam-
paniya xarakteri daşımadığını xatırladan
dövlətimizin başçısı demişdir: “Bu,
bizim şüurlu seçimimizdir. Elə etməliyik
ki, bu böyük bəlanı Azərbaycandan
çıxaraq, buna son qoyulsun. Bu sahədəki
işlər daha da sürətlə getməlidir. Burada,
əlbəttə ki, cəza tədbirləri tətbiq olun-
malıdır. Əfsuslar olsun, hələ ki, bunsuz
mümkün deyildir. Eyni zamanda, insti-
tusional islahatlar, tədbirlər, yenə də
elektron sistemə keçid, “elektron
hökumət”in bütün əlamətlərini tətbiq et-
məklə biz daha da ciddi nəticələrə çata
bilərik. Burada, əlbəttə, hələ ki, təkmil-
ləşdirməyə imkanlar çoxdur. Əminəm ki,
növbəti aylar ərzində daha da böyük
nəticələr olacaqdır”.
Yekun nitqində Prezident İlham
Əliyev yerli istehsalın gücləndirilməsi
sahəsində atılan konkret addımlardan da
danışmış, yeni sənaye parklarının yara -
dıl ması prosesi getdiyini, kimya parkının
artıq yaranmaqda olduğunu bildirmişdir.
Maliyyə vəziyyətininin bütövlükdə
yaxşı olduğunu qeyd edən dövlətimizin
başçısı ilin əvvəlindən ölkəmizin strateji
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
15
Azərbaycanda aparılan köklü iqtisadi is-
lahatlar bugünkü reallıqları mümkün et-
mişdir, biz iqtisadi islahatları daha da
sürətləndirməliyik... Azərbaycan artıq
ortagəlirli ölkələr sırasındadır, qarşıya
vəzifə qoyulubdur ki, yüksəkgəlirli ölkələr
sırasında olsun, inkişaf etmiş
ölkəyə çevrilsin.
Dostları ilə paylaş: |