“Azərbaycan, sözün əsl mənasında,
idman dövlətidir. London Yay Olimpiya
Oyunları bunu bir daha təsdiqlədi, bir daha
sübut etdi. Azərbaycan Olimpiya oyun-
larında ən böyük uğuru London Olimpiya
Oyunlarında qazanmışdır”. Bu sözləri
avqustun 31-də Azərbaycan Respublika -
sının Prezidenti, Milli Olimpiya Komi -
təsinin prezidenti İlham Əliyev XXX
London Yay Olimpiya Oyunlarında iştirak
etmiş idmançılarla və onların məşqçiləri
ilə görüşündə bəyan edib.
Dövlətimizin başçısı bildirib ki, Lon-
don Yay Olimpiya Oyunlarında Azərbay-
can 30-cu yeri tuta bilib, medalların sayına
görə 24-cü yerdəyik. Avropa ölkələri
arasında 15-ci, müsəlman ölkələri arasında
isə 3-cü yerdəyik. Azərbaycan idmançıları
10 medal - iki qızıl, iki gümüş, altı bürünc
medal qazanıblar ki, bu da böyük və tarixi
nailiyyətdir. Bu, Azərbaycan idmanının,
dövlətimizin təntənəsidir. Bu qələbənin
gözlənilən olduğunu vurğulayan ölkə
Prezidenti deyib: “Biz idmançıları Lon-
dona yola salarkən onlardan böyük
ümidlərlə nəticə gözləyirdik. Bu ümidlərin
əsası var idi. Çünki biz artıq neçə ildir ki,
bu qələbəyə doğru irəliləyirik. Birinci dəfə
müstəqil dövlət kimi Atlantada bir medal,
ondan sonra Sidneydə üç, Afinada beş,
Pekində yeddi və nəhayət, Londonda on
medal qazanmışıq. Əhali və ərazi
baxımından bizdən bir neçə dəfə böyük
olan ölkələri arxada qoyduq.
Bir daha demək istəyirəm ki, bu, tarixi
qələbədir. Bu qələbə idmançılarımızın
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
18
London Yay Olimpiya Oyunları bir daha
sübut etdi ki, Azərbaycan
sözün əsl mənasında idman dövlətidir
qələbəsidir. Azərbaycan dövləti və xalqı
adından bütün idmançılara - peşəkarlığını,
Vətən sevgisini nümayiş etdirən bütün id-
mançılara dərin minnətdarlığımı bildirmək
istəyirəm. Ümidvaram ki, bizi gələcəkdə
də medallar, qələbələr gözləyir. Bu
qələbələr bütün xalqımızı sevindirəcəkdir.
Medallar qazanmış idmançıları bu gün xü-
susilə qeyd etmək istəyirəm. Bürünc,
gümüş medallar qazanmış idmançıları və
əlbəttə, bizim çempionları – Toğrul Əs-
gərovu və Şərif Şərifovu xüsusilə qeyd
edirəm. Onlar doğrudan da xalqımıza
sevinc bəxş etdilər”.
Bütövlükdə, id man çılarımızın Olim -
piya oyunlarında çı xı şının çox uğurlu
olduğunu vurğulayan Prezident İlham
Əliyev qeyd edib ki, ilk günlərdən biz artıq
xəzinəmizə medal daxil edə bildik. Ondan
sonrakı günlərdə də biz medallar qazandıq.
Amma əlbəttə ki, bütün Azərbaycan xalqı
qızıl medal gözləyirdi. Nəhayət, Olim -
piadanın son günlərində bir gündə iki qızıl
medal qazana bildik.
“Mən bir daha demək istəyirəm ki, bu
qələbə Azərbaycan xalqının qələbəsidir,
idmançıların qələbəsidir. Mən idmançıları
xüsusilə qeyd edirəm, təbrik edirəm. On-
ların məşqçilərini təbrik edirəm. Məşq -
çilərin də böyük zəhməti vardır. Bütün
idman mütəxəssislərini təbrik edirəm”, -
deyən ölkə rəhbəri bildirib ki, Azərbaycan
bu qələbəyə layiqdir. Azərbaycan güclü
dövlətdir. Güclü dövlətin güclü idmanı da
olmalıdır. Həyatımızın hər sahəsində
olduğu kimi, idmanda da qələbələrimiz
görülən işlərin məntiqi nəticəsidir.
Prezident İlham Əliyev deyib ki, Azər-
baycanda çox güclü və mehriban idman
ailəsi var və bu istiqamətdə düzgün dövlət
siyasəti aparılır. Dövlət siyasətinin düzgün
istiqamətdə aparılması, idmanın inkişafına
cavabdehlik daşıyan bütün qurumların
vahid komanda şəklində fəaliyyət göstər-
məsi, idmançılarımızın peşəkarlığı və
Vətənə olan sevgisi bu qələbələri
şərtləndirdi. Milli Olimpiya Komitəsi,
Gənclər və İdman Nazirliyi, federasiyalar,
idman cəmiyyətləri, klublar - biz hamımız
bu qələbələri təmin etmişik və əlbəttə ki,
son sözü idmançılar döyüş meydanında
deyirlər.
“Mən çox şadam ki, idmanda proseslər
çox müsbət istiqamətdə gedir. Ölkəmizin
ümumi inkişafını idmanda gedən proseslər
işıqlandırır. Sirr deyildir, Olimpiya oyun-
ları dünya miqyasında yeganə beynəlxalq
mötəbər tədbirdir ki, ölkələr öz aralarında
rəqabətə çıxırlar. Dünyada istənilən başqa
sahədə əlbəttə ki, rəqabət vardır və Azər-
baycan da bu rəqabətdə daim yüksək-
lərdədir. Ancaq bu rəqabət idmanda
qabarıq şəkildə özünü göstərir. Bu rəqabət
idmanda medalların sayı, ölkələrin müx-
təlif yerləri tutması ilə müəyyən edilir.
Təsadüfi deyildir ki, hər bir ölkə istəyir ki,
onun idmançıları daha da böyük qələbə
qazansın, cədvəldə o ölkənin yeri daha da
yuxarılarda olsun”, - deyən dövlətimizin
başçısı vurğulayıb ki, otuzuncu yer Azər-
baycan kimi o qədər də böyük olmayan
ölkə üçün tarixi nailiyyətdir.
Prezident İlham Əliyev qeyd edib ki,
medalların sayı daha da çox ola bilərdi.
Çünki bəzi idmançılarımız medalların bir
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
19
Azərbaycan güclü dövlətdir.
Güclü dövlətin güclü idmanı da
olmalıdır. Həyatımızın hər sahəsində
olduğu kimi, idmanda da
qələbələrimiz görülən işlərin
məntiqi nəticəsidir.
addımlığında dayanmışdılar. Onlar da
medallara layiq idilər. Amma hamımız -
həm idmançılar, həm ictimaiyyət yaxşı
bilirik ki, bəzi hallarda hakimlərin ədalət-
sizliyi imkan vermədi ki, bəzi idman -
çılarımız daha da yüksək əyarlı medallara
nail ola bilsinlər. Bütün bunlar gözümüzün
qarşısında baş verən hadisələr idi. Ancaq
idmançılarımızın həm peşəkarlığı, həm
davranışı, həm ləyaqəti onlara olan hör-
məti daha da artırır. Hamının gözü qarşı -
sında əldə edilən qələbənin əlindən
alınması da idmançılarımızı sarsıtmadı.
Onlar bu ədalətsiz qərarlara ləyaqətlə
dözdülər. Hakimlərin ədalətsizliyi ucbatın-
dan daha da yüksək medal ala bilməyən
idmançılar növbəti yay Olimpiya oyun-
larında bu ədalətsizliyi aradan götürəcək
və ədaləti bərpa edəcəklər.
“Medallar qazana bilməyən, yaxud da
ki, o qədər də yüksək nəticə göstərə
bilməyən idmançılar da hesab edirəm ki,
peşman olmamalıdırlar. Halbuki biz onlar-
dan da qələbə gözləyirdik. Amma bu, id-
mandır. İdmanda məğlubiyyət də, qələbə
də olur. Əsas odur ki, məğlubiyyət heç
kimi ruhdan salmasın. İstənilən nəticəyə
çatmayan idmançılar isə nəticə çıxarsınlar,
gələcək yarışlara daha da inamla hazır-
laşsınlar və güclərini gələcək yarışlarda
göstərsinlər. Mən əminəm ki, belə də ola-
caqdır”, - deyən ölkə Prezidenti xatırladıb
ki, London Yay Olimpiya Oyunlarında
Azərbaycan böyük say tərkibi ilə iştirak
edirdi. Dünya miqyasında 50-dən çox id-
mançısı olan ölkənin nümayəndə heyəti
böyük nümayəndə heyəti hesab olunur.
Əllidən çox idmançı ilə təmsil olunan
Azərbaycan 10 medal qazandı və yenə də
bir neçə idmançımız yüksək yerlərə nail
ola bilib. Beləliklə, London Yay Olimpiya
Oyunları tarixə Azərbaycanın növbəti
uğuru kimi düşdü.
Ölkə rəhbəri vurğulayıb ki, Azərbaycan
hər bir sahədə gözəl nəticələr göstərir.
Beynəlxalq aləmdə biz böyük qələbələrə
nail ola bilmişik. Keçən il dünya birliyi
yenə də çətin rəqabət şəraitində Azərbay-
canın namizədliyini dəstəkləyərək dün -
yanın ən mötəbər beynəlxalq qurumuna
üzv seçdi. Hazırda Azərbaycan BMT Təh-
lükəsizlik Şurasının üzvüdür. Orada da
rəqabət kifayət qədər ciddi idi. Ancaq
Azərbaycan öz mövqeyini şərəflə qorudu
və sözün əsl mənasında, tarixi qələbə
qazana bildi.
“İqtisadi sahədə Azərbaycanda əldə
edilən uğurlar dünyada artıq nəinki tanınır,
bilinir, eyni zamanda, bizim təcrübəmiz
öyrənilir. Azərbaycan nəyin hesabına bu
qədər böyük inkişafa nail ola bilmişdir?!
Son illər ərzində dünyanın heç bir yerində
Azərbaycan qədər iqtisadi sahədə inkişaf
edən ölkə olmamışdır! Bütün başqa
sahələrdə, yəni, bütün bu qələbələrin,
uğurların təməlində Azərbaycan xalqının
zəhməti və istedadı, Azərbaycanda düzgün
siyasətin aparılması dayanır. Bu siyasət id-
manda da özünü göstərir. Artıq Azərbay-
can ictimaiyyəti də idmanda olan uğurlara
bir növ öyrəşib, idmançılardan daim daha
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
20
Son illər ərzində dünyanın heç bir
yerində Azərbaycan qədər iqtisadi
sahədə inkişaf edən ölkə olmamışdır!
Bütün başqa sahələrdə, yəni, bütün
bu qələbələrin, uğurların təməlində
Azərbaycan xalqının zəhməti və
istedadı, Azərbaycanda düzgün
siyasətin aparılması dayanır. Bu
siyasət idmanda da özünü göstərir.
Dostları ilə paylaş: |