9
23 iyun 2017-ci il, cümə
Bu günlərdə Azərbaycan və Dağıstan ictimaiyyəti
görkəmli hərbi və dövlət xadimi, artillerya general-leytenantı
Hüseyn Rəsulbəyovun anadan olmasının 100 illiyini böyük
təntənə və yüksək qədirbilənliklə qeyd edir. 1917-ci il
iyulun 26-da Azərbaycanın qədim qala-şəhəri Dərbənddə
dünyaya göz açmış soydaşımızın nəcib insani keyfiyyətləri,
yüksək peşəkarlığı və dərin vətənpərvərliyi hər iki xalqın
yeni nəsilləri üçün daim örnək kimi dəyərləndirilir, ibrətli
bioqrafiya kimi xatırlanır.
Hüseyn Rəsulbəyovun Dərbənddən
başlayan ömür yolu keçmiş SSRİ-nin
müxtəlif ünvanlarından, Böyük Vətən
müharibəsinin od-alovundan ötüb keçsə
də, nəhayət, uşaqlıqdan qəlbində isti yuva
qurmuş sevimli Bakıya gəlib çıxmış və
bu şəhər həmişəlik taleyinin baş ünvanı-
na çevrilmişdir. Bu yerdə, ötəri də olsa,
mistik bir mənalandırmadan yan keçə
bilmirsən. Məsələ ondadır ki, Hüseyn
Azərbaycan Xalq Cümhuriyyətinin Milli
Ordumuzu təsis etdiyi 26 iyun günündən
düz bir il əvvəl, özü də iki min ildən bəri
Azərbaycan dövlətlərinin hərbi-strateji
şəhəri, istehkam-qalası olmuş şəhərdə
dünyaya göz açmışdı.
Bəlkə, buna görədir ki, onun sonrakı
bioqrafiyası da, əsasən, hərbi sahə və
Azərbaycanla bağlı olmuşdu. Hüseyn
müharibədən sonra sovet ordusu adla-
nan nəhəng hərbi qurumun onun tarixi
vətənini əhatə edən Bakı Hava Hücu-
mundan Müdafiə Dairəsində xidmətini
davam etdirmiş və məhz Azərbaycanda
artilleriya general-leytenantı ali zabit
rütbəsinədək yüksəlmişdi.
Burası da diqqətçəkəndir ki, gənclik
dövründə baş verən ciddi tarixi hadisələr
Hüseynin dəmir yolunda rabitəçi olmaq
arzusunu başqa səmtə yönəltsə də, illər
keçəndən sonra tale onu həyatının əziz
şəhərində, yüksək bir mövqedə əzəli
istəyinə qovuşdurdu: o, ömrünün son
10 ilində Azərbaycanın rabitə naziri
olmuşdur.
Bütün bu yozumlardan sonra
burası yəqindir ki, biz bu gün xal-
qımızın görkəmli sərkərdə oğlunun
100 illik yubileyini Milli Ordumuzun
yaradılmasının 99-cu ildönümü ilə eyni
vaxtda ikiqat bayram şəraitində qeyd
edirik. Və o da əlamətdardır ki, Hüseyn
Rəsulbəyovun doğulduğu Dərbənd
şəhəri, tarixən, Azərbaycan və Dağıstan
arasında qardaşlıq körpüsü olduğundan,
şəhər bu rolu indi də yüksək səviyyədə
gerçəkləşdirdiyindən iki diyarın
yetirməsinin şanlı yubileyini hər iki xalq
dostluq bayramı kimi qeyd edir.
Dərbəndin əsrlər boyu böyük Avrasi-
yanın Güneyi isə Quzeyi arasında dəmir
qapı sayılan qala divarları uşaqlıqdan
balaca Hüseyndə min bir duyğu yara-
dırdı. Məktəbdə tarixdən öyrəndiklərini
təsəvvüründə canlandıranda isə gözləri
önündən bir-birini əvəz edən qanlı
savaşlar gəlib keçirdi. Pillələrlə “Narın
qala”ya qalxıb onun ətrafında uşaqlarla
“dava-dava” oynayanda, sanki, qulaqla-
rında ötənlərin qılınc-qalxan cingiltisi,
top-tüfəng gurultusu əks-səda verərdi.
O vaxt Hüseynin ağlına da gəlməzdi
ki, onun qurub-yaratmaq arzulu yaxın
gələcəyi tarixin ən böyük və dəhşətli
dünya müharibəsindən keçəcək, dinc
dəmiryolçu olmaq istəyini məsul və
uzunmüddətli hərbi xidmət əvəz edəcək.
O ki qaldı Hüseynin əzəli dəmiryolçu
olmaq arzusuna, bu da Avropa ilə
Asiyanı birləşdirən ilk dəmiryol xəttinin
Dərbənddən keçməsi, polad yolların
bu şəhərin həyatında oynadığı üstün
rolla bağlı idi. O dövrkü gənclik üçün
dəmiryolçuluq nüfuzlu və çörəkli peşə
sayılırdı. Dünyanın hər tərəfinə uzanan
bu qoşa yollar onları arzuların min bir ün-
vanına səsləyirdi. Hüseyn də 15 yaşında
ikən bu duyğu-düşüncələrlə, dəmiryolçu
olmaq üçün çox da uzaqda olmayan
Şimali Qafqazın Orconikidze şəhərindəki
Yol Politexnikumuna üz tutmuşdu.
Bu məktəbi əla qiymətlərlə bitirən
gənc Hüseyn yol rabitəçisi ixtisası ilə
Şimali Qafqaz Dəmir Yolunun Mineralnı-
ye Vodı stansiyasında distansiya mexani-
ki kimi işə başlamışdı. O, yol rabitəçisi
peşəsini daha dərindən mənimsəmək
üçün 1936-cı ildən təhsilini Leninqrad
Siqnalizasiya və Rabitə Mühəndisləri
İnstitutunda davam etdirmişdi.
Yaxınlaşmaqda olan müharibəyə
hazırlıq tədbirləri ilə bağlı müdafiə
sahəsinə yaxın olan rabitəçilər sırasından
da bilikli və bacarıqlıları seçilib xüsusi
hərbi məktəblərə göndərilirdi. Hüseyn
Rəsulbəyov isə bu prosesdə Dzerjinski
adına Moskva Artilleriya Akademiyasının
dinləyicisi olmuşdu. Soydaşımız 1941-ci
ilin mayında ali hərbi təhsilini bitirəndə
Odessa Sahil Qoşun Qrupunun 15-ci
hərbi hava hücumundan müdafiə briqada-
sında xidmətə başlamışdı. Baş leytenant
Hüseyn Rəsulbəyov bir ay sonra SSRİ-yə
gəlib yetişən II Dünya müharibəsini
briqadanın cihazlar üzrə mühəndisi kimi
ilk xidmət yerində qarşılamışdı.
Odessanın 73 gün davam edən
qəhrəman müdafiəsi Böyük Vətən
müharibəsinin tarixinə ən dəhşətli və
şərəfli döyüş səhifələrindən biri kimi
yazılmışdı. Həmin günlərdə qorxubilməz
azərbaycanlı balası Hüseynin öz
xidməti vəzifəsini yüksək peşəkarlıqla
yerinə yetirməsindən əlavə, ekstremal
vəziyyətlərdə göstərdiyi hünər də onun
adını şəhərin qəhrəman müdafiəçilərinin
sırasına həkk etmişdi.
Hüseyn Rəsulbəyov qəhrəman şəhər
Sevastopolda da mərdliklə vuruşmuşdur.
Müharibənin üçüncü ilindən isə o, Qaf-
qaz uğrunda gedən döyüşlərə qoşulmuş,
həmişə yüksək peşəkarlığı, cəsarəti və
fədakarlığı ilə xalqımızın adına başucalı-
ğı gətirmişdir. Onun döyüş yolu Zaqaf-
qaziya Cəbhəsi 2-ci hava hücumundan
müdafiə briqadasında davam etmiş və
bu cəbhənin 99-cu hava hücumundan
müdafiə divizionunun artilleriya təchizatı
rəisi kimi başa çatmışdır.
Böyük Vətən müharibəsindən sonra
Hüseyn Rəsulbəyov yeni başlayan “so-
yuq müharibə” illərinin ön cəbhələrindən
sayılan SSRİ-nin cənub hava sərhədlərini,
eyni zamanda, Azərbaycanın hava
məkanını qoruyan Bakı Hava Hücumun-
dan Müdafiə Dairəsinə göndərilmişdi. O,
1945-ci ilin oktyabrından 1949-cu ilin
fevralınadək Bakı Hava Hücumundan
Müdafiə Ordusu 1-ci divizionun artilleri-
ya təchizatı rəisi, 1950-ci ilin martınadək
Bakı Hava Hücumundan Müdafiə Dairəsi
təhcizat rəisi müavini və sonrakı 11
ildə bu xidmətin rəisi olmuşdu. 1960-
1962-ci illərdə Hüseyn Rəsulbəyov
dairənin mühəndis-texniki xidmət rəisi
vəzifəsinədək yüksəlmiş, bu dövrdə ona
general-mayor hərbi rütbəsi verilmişdi.
Taleyi birdəfəlik Bakı ilə bağlanmış
general sonrakı 4 ildə Bakı HHMD-nin
zenit-raket qoşunları komandanının
müavini, 1966-cı ildən 1975-ci ilədək
isə komandanı olmuşdu. 1968-ci ildə
sovet hökumətinin qərarı ilə Hüseyn
Rəsulbəyova general-leytenant rütbəsi ve-
rilmişdi. O, bu ali hərbi rütbəyə çatmış az
sayda Azərbaycan generallarından biri idi.
Ümummilli lider Heydər Əliyev
general Hüseyn Rəsulbəyovu yaxından
tanımış, onun xidməti uğurlarını həmişə
yüksək qiymətləndirmişdir. 1969-cu
ildə Azərbaycan rəhbərliyinə gəlmiş
ulu öndəri respublika rabitəsini öncül
mövqelərə çıxarmaq hədsiz qayğılandır-
mışdır. Bir neçə illik kadr axtarışından
sonra o, bu məsul vəzifəni yerinə yetirə
biləcək ən layiqli namizəd kimi mahir
hərbi rabitəçi Hüseyn Rəsulbəyovun
üzərində dayanmışdı.
Beləliklə, generalın həyat yolunda
yeni məsul cəbhə-- mülki rabitə meydanı
açılmışdı. 1975-ci ildə Heydər Əliyevin
xeyir-duası ilə ehtiyata çıxmış artilleriya
general-leytenantı Hüseyn Rəsulbəyov
Azərbaycanın rabitə naziri təyin edilmiş-
di. O, ömrünün sonuna kimi bu yüksək
vəzifədə təşəbbüskarlıq və məsuliyyətlə
çalışmış, respublikanın rabitə şəbəkəsində
bir sıra ciddi yeniliklərə imza atmışdı.
Hüseyn Rəsulbəyovun rəhbərliyi
altında məsul vəzifələrdə çalışmış, rabitə
naziri müavini vəzifəsinədək yüksəlmiş
Ömər Hüseynov o dövrü belə xatırlayır-
dı: “1974-cü ildə respublikanın rəhbəri
Heydər Əliyevin təşəbbüsü ilə telefon
rabitəsi xidmətinin inkişaf etdirilməsi
üçün xüsusi qərar verildi. Belə bir vaxtda
Hüseyn Rəsulbəyov tam formalaşmış
rabitəçi kimi nazirliyə rəhbərlik edirdi.
O, rabitənin inkişafı ilə paralel olaraq,
kadrların yetişdirilib yerləşdirilməsi ilə
də ciddi məşğul olurdu.”
Ömər Hüseynov daha sonra
xatırlayırdı ki, həmin illərdə bütün
sahələrdə gedən inkişaf rabitədə də öz
əksini tapmışdı: “Nazir müavini kimi
mən Hüseyn Rəsulbəyovla beş il bir
yerdə işlədim. O illərdə həmin dövrün
tələbləri baxımından rabitə ağlasığmaz
dərəcədə inkişaf etməyə başladı. Axır
vaxtlar ağır xəstəlik ondan əl çəkmirdi.
Bir az yaxşı olan kimi işə gələrdi.
Onun hər gəlişi bizim üçün toy-bayram
idi. Amma görürdük ki, general şam
kimi əriyir. Dərindən qüssələnir,
kədərlənirdik. Axır ki, əcəl macal
vermədi...”
O vaxtlar SSRİ Nazirlər Soveti
sədrinin birinci müavini Heydər Əliyev
Moskvadan Bakıya gəlib dəfndə iştirak
etmişdi. Böyük rəhbər general və nazir
Rəsulbəyovun keçdiyi həyat yolundan
danışaraq demişdi: “Belə ömür sürənlər
ölmürlər, əbədi yaşayırlar.”
Doğrudan da, nazir kimi Hüseyn
Rəsulbəyov Azərbaycana yüksək
xidmət nümunəsi qoyub getdi. Rabitəçi
generalın yaratdığı müasir texniki-
xidmət bazası çox keçmədi ki, müstəqil
Azərbaycan dövlətinə xidmət etməyə
başladı. Bununla onun ən böyük arzusu
həyata keçdi və ruhu şad oldu.
Hüseyn Rəsulbəyovun
xidmətləri öz dövrünün ən yüksək
dövlət təltiflərinə layiq görülmüş,
adı Azərbaycanda və Dağıstanda
əbədiləşdirilmişdir. Onun xatirəsi xal-
qımızın qəlbində həmişə Vətənə qeyrət
və namusla xidmət etmiş, Azərbaycanın
adını ucaltmış ali şəxsiyyət kimi yaşa-
yır.
Tahir AYDINOĞLU,
“Xalq qəzeti”
Hüseyn Rəsulbəyov – 100
Generalın tale yolu
ATU-nun insan anatomiyası kafedrası
beynəlxalq əlaqələri genişləndirir
Bu günlərdə Azərbaycan Tibb Universitetinin
insan anatomiyası kafedrasının müdiri, Rusiya Elmlər
Akademiyasının akademiki, Əməkdar elm xadimi,
tibb üzrə elmlər doktoru, professor Vaqif Şadlinski
və həmin kafedranın professoru, tibb üzrə elmlər
doktoru Balakişi Hüseynov Rusiya Federasiyasının
(RF) Voronej şəhərində keçirilən “İnsan anatomiyası
fənninin tədrisinin aktual problemləri” mövzusunda
beynəlxalq elmi konfransda iştirak etmişlər.
Onlar həmçinin Beynəlxalq
Anatom, Histoloq və Embri-
oloqlar (BAHE) Elmi-Tibbi
Cəmiyyətinin rəyasət və idarə
heyətlərinin genişləndirilmiş
plenum iclaslarında çıxış
edərək, öz mülahizələrini
söyləmiş, fikir mübadiləsi apar-
mışlar. Plenumun işində BAHE
Elmi-Tibbi Cəmiyyətinin pre-
zidenti, A.İ.Uvdokimov adına
Moskva Dövlət Tibbi-Stoma-
tologiya Universitetinin insan
anatomiyası kafedrasının müdi-
ri, Rusiya Elmlər Akademiyası-
nın akademiki L.L.Kolesnikov,
Beynəlxalq Morfoloqlar Assosi-
asiyasının fəxri prezidenti, Tver
Dövlət Tibb Universitetinin
anatomiya kafedrasının müdiri,
Rusiya Elmlər Akademiya-
sının müxbir üzvi, professor
D.V.Bajenov, BAHE Elmi-Tibbi
Cəmiyyətinin vitse-prezidenti,
Qidalanma, Biotexnologiya və
Qida Təhlükəsizliyinin Federal
Tədqiqat Mərkəzinin direktoru
Rusiya Elmlər Akademiya-
sının müxbir üzvi, professor
D.B.Nikityuk, N.N.Burdenko
adına Voronej Dövlət Tibb Uni-
versitetinin rektoru, professor
İ.E.Esaulenko, həmin universi-
tetin insanın normal anatomi-
yası kafedrasının müdiri, tibb
elmləri doktoru N.T.Alekseyeva
və digərləri iştirak etmişlər.
Elə həmin gün profes-
sor N.T.Alekseyeva Bakıdan
gəlmiş həmkarı ATU-nun
insan anatomiyası kafedra-
sının müdiri, Rusiya Elmlər
Akademiyasının akademiki,
professor V.B.Şadlinskinin
həmmüəllifliyi ilə Voronejdə
nəfis şəkildə çap olunan “Həzm
və tənəffüs sistemi orqanlarının
divarlarının çoxhüceyrələri
vəziləri (Morfologiyanın
funksional məsələləri)” adlı
278 səhifəlik monoqrafiyanı
həmkarı – Azərbaycan alimi,
professor V.B.Şadlinskiyə
təqdim etmişdir. Monoqrafiya-
da professor V.B.Şadlinskinin
rəhbərliyi altında yerinə
yetirilən Azərbaycan alimlərinin
elmi-tədqiqat işlərindən profes-
sor N.T.Mövsümovun, profes-
sorlar M.Q.Allahverdiyevin,
B.M.Hüseynovun, tibb
üzrə elmlər doktoru
G.A.Hüseynovanın, baş
müəllim Z.R.Seyidovanın, baş
müəllim Ü.T.Cəfərovanın, as-
sistent N.R.Cabbarovanın, assis-
tent T.M.Qasımovanın işlərinə
geniş istinadlar edilibdir.
Sonda müəllif çıxış edərək
Azərbaycan Tibb Universiteti-
nin və Rusiya Federasiyasının
Voronej şəhərindəki ali tibb
təhsili müəssisəsinin insan ana-
tomiyası kafedraları arasındakı
beynəlxalq əlaqələrin bundan
sonra da möhkəmlənməsini
arzulamışlar.
“Xalq qəzeti”
Makron-Putin müzakirələri:
Çətin yolun başlanğıcında
Fransada yeni prezidentin seçilməsi ilə rəsmi
Parisin xarici siyasətdə dəyişikliklər edəcəyi barədə
informasiyalar yayılmağa başladı. Qısa müddətdə aydın
oldu ki, Emmanuel Makron həqiqətən də siyasətdə öz
dəst-xətti olan adamdır. Onun Rəcəb Tayyib Ərdoğan və
Donald Trampla olan görüşləri bu nəticəni çıxarmağa
əsas verir. Son olaraq Fransa prezidenti Vladimir Putinlə
üç saatlıq müzakirələr aparıb. Ekspertlər tərəflərin hansı
razılıqlar əldə etdikləri ilə ciddi maraqlanırlar. Hələlik
bununla bağlı konkret nəticə olmadığı barədə ortaq qənaət
vardır. Lakin V.Putinin ciddi bir siyasi rəqiblə üzləşdiyini
Rusiya KİV-i açıq yazır. Ekspertlər E.Makronun timsalında
Avropanın yeni ruhlu və qətiyyətli bir liderə malik olduğu
qənaətindədirlər. Lakin onun yolun hələ başlanğıcında
olduğunu da unutmaq doğru deyil.
“Avropanın xilaskarı”:
Makronun liderlik
keyfiyyətləri və Putin
Fransanın yeni seçilmiş prezi-
denti siyasətçi imicini uğurla forma-
laşdırır. NATO ölkələri başçılarının
və “G7” üzvü olan dövlətlərin
rəhbərlərinin görüşündə davranışı
və fikirləri ilə ekspertlərin diqqətini
çəkib. E.Makronun sözün həqiqi
mənasında Avropanın siyasi ümidi
ola biləcəyi təəssüratı genişlənir.
Bu cür obrazın Vaşinqtona da sərf
etdiyini demək mümkündür. Çünki
Amerika Almaniyanın liderlik
ambisiyalarından ehtiyatlanmağa
başlayıb. “G7”-nin İtaliyadakı
görüşündə Donald Trampın özünü
bir qədər qeyri-adi aparmasının
səbəblərindən biri də budur.
Donald Tramp Angela Mer-
kel ilə söhbətində “almanlar çox
pisdirlər” kimi ifadə işlədib.
A.Merkel isə “uyğunsuz sözdür”
deyə cavab verib, lakin bir gün
sonra Münxendə “Almaniya artıq
Amerika və Böyük Britaniyanın
dedikləri ilə oturub durmayacaq”
fikrini bəyan edib. Deməli, artıq
Vaşinqton nəinki dünyaya, heç Av-
ropaya iradəsini diqtə edə bilmir.
Fransanın yeni prezidenti “G7”-
lərin görüşündə söz sahibi olduğu-
nu, gələcəkdə müstəqil davrana-
cağını nümayiş etdirdi. Avropada
A.Merkelə alternativ ola biləcək
yeni lidermi yetişir?
Məhz bu cür imicin fonunda
Rusiya prezidenti Vladimir Putinlə
Emmanuel Makronun görüşünə
ekspertlər və siyasi dairələrdən
maraq böyük idi. Fransanın 39
yaşlı dövlət başçısının diploma-
tik danışıqlarda böyük təcrübəsi
olan rus liderlə müzakirəsi necə
keçəcəkdi? Artıq Rusiya KİV-i
heyrətini gizlətmir. Doğrudan da
E.Makron “tələbkar dialoq” qura
bilib. Onun Putinlə görüşü təqribən
üç saat davam edib! Görüşdən sonra
jurnalistlərə verilən brifinqdə də
Fransanın prezidenti kifayət qədər
qətiyyətli, müstəqil mövqeli və
dəqiq fikirlər ifadə edən lider təsiri
bağışlayıb.
Rusiya və Fransa
prezidentlərinin müzakirə etdikləri
mövzular da kifayət qədər geniş
məsələlərə aid olub. Onlar Aİ-Rusiya
münasibətlərini, Suriya, Ukrayna,
Şimali Koreya və başqa aktual
beynəlxalq problemləri müzakirə
ediblər. Bu məsələlər üzrə hansısa
konkret razılığın əldə edildiyindən
bəhs edilmir. Əsas məqam tərəflərin
fikir mübadiləsi aparmaq, öz
mövqelərini aydın ifadə etmək və
qarşılıqlı fayda verə biləcək qərarlar
qəbul etməyə yaxınlaşmaqdan ibarət
olub. Lakin real olaraq tərəflər öz
mövqelərini saxlayıblar. Bu, nəyi
ifadə edə bilər?
Hər şeydən öncə, Fransa
Avropanın lider dövlətlərindən biri
olduğunu sübuta yetirməyə çalışıb.
Böyük Britaniyanın Aİ-dən çıxmaq
istəyi fonunda Fransa-Almaniya
tandeminin perspektivindən çox
danışılır. Lakin, eyni zamanda,
Berlin təkbaşına liderlik iddiasını
açıq ifadə etməkdədir. Paris bununla
qətiyyən razılaşmır. E.Makron Fran-
sanın əsas söz sahibi olduğu Avropa
qurmaq fikrini seçki marafonunda
vurğulayıb. Onun bir sıra şərtləri
var ki, əməl edilməsə təşkilatın
taleyi ilə bağlı məsuliyyət daşıma-
yacağını qeyd edib.
Bununla bağlı E.Makronu
Avropanın xilaskarı kimi görürlər.
Deməli, hansısa məqamlarda
E.Makronun nüfuzunun yüksəlməsi
Almaniyanın kölgədə qalmasına
səbəb ola bilər. Bu o deməkdir ki,
Makron-Merkel rəqabəti qızışa
bilər. Görəsən, V.Putin bu fürsətdən
yararlanmaq arzusuna düşübmü?
Bizcə, gözlənilən haldır, çünki
Moskva Aİ-də fikir ayrılığının və
rəqabətin güclənməsində maraq-
lıdır. Hansı tərəf güclü olsa, onun
Rusiyaya ehtiyacı çox olacaq.
Kreml bunu bildiyindən həm Mer-
kel, həm də Makronla oynaya bilər.
Bu mənada Moskva üçün
“MM” (Makron-Merkel) ayrıca
hədəfdir. Versalda Putinin Mak-
ronla aktual beynəlxalq məsələləri
uzun müzakirə etməsi bu
kontekstdə təsadüfi deyil. Fransa
prezidentinin “mən terrora qalib
gələcəyəm” kimi ifadə işlətməsinə
Rusiyanın dövlət başçısı da incə
diplomatik münasibət bildirməklə
reallığı unutmamağı diqqətə
çatdırıb. V.Putin deyib ki, Fransa
Amerikanın başçılıq etdiyi koa-
lisiyaya daxildirsə, nə dərəcədə
müstəqil addım ata bilər? Bu o
anlama gəlir ki, iki liderin təkbətək
görüşündə Rusiya prezidenti Suriya
məsələsində Moskva ilə birgə
hərəkət etməyi təklif edib. Lakin
E.Makron bunu qəbul etməyib.
Əvəzində, Fransa ABŞ-dan da
müəyyən məsafə saxlamaq fikrində
olduğunu nümayiş etdirib.
Fərqli yanaşmalar:
Ortaq mövqenin yoxluğu
Ancaq bu cür mövqe daha çox
terrorla mübarizədə əngəllərin yara-
na biləcəyindən xəbər verir. Çünki
böyük dövlətlər öz maraqlarını,
ümumiyyətlə, terrorla mübarizə
maraqlarından üstün tutmaqdadır-
lar. Həmin aspektdə Putin-Makron
görüşməsindən terrorla mübarizədə
yeni bir nəticənin alınmadığı
qənaətinə gələ bilərik.
Eyni fikri Ukrayna ilə əlaqədar
aparılan müzakirələr barədə demək
olar. Paris və Moskva Minsk da-
nışıqlarının nəticələrini fərqli izah
etməkdədirlər. “Normand dördlüyü”
çərçivəsində Fransa Moskvanın
müəyyən şərtlərə əməl etmədiyini
vurğulayır. O cümlədən Şərqi Uk-
raynadakı və Krımdakı separatçılara
dəstəyin kəsilməsini tələb edir.
Moskva isə bunu qəbul etmir və
söhbəti yerlərdəki siyasi qüvvələrlə
aparmağı və rəsmi Kiyevi konstruk-
tiv mövqeyə gətirməyi tələb edir.
Belə çıxır ki, E.Makron Rusiya
ilə münasibətlərdə Avropa İttifaqı-
nın maraqları çərçivəsində dav-
ranmaqdadır. Bu kontekstdə onun
Rusiya KİV-i haqqında dedikləri
də ekspertlərin diqqətindən yayın-
mayıb. O, Rusiya KİV-ini özünün
seçki qərargahına buraxmamasının
səbəbini belə izah edib: “Onlar
yalan yazırlar”!
Bu, kifayət qədər ciddi itti-
hamdır və Moskvanın Fransadakı
seçkiyə təsir göstərmək planının
olmasını dolayısı ilə təsdiqləməkdir.
Əslində, rəsmi Paris artıq bəyan
edib ki, Kreml seçkiyə ciddi
təzyiqlər etməyə çalışıb, lakin
Fransa müdafiə oluna bilib. Təbii
ki, vəziyyət təqdim olunduğu qədər
sadə deyil. Hətta Fransa-Rusiya
münasibətlərinin tarixi ilə bağlı
liderlər mübahisə ediblər. E.Makron
xatırladıb ki, 300 il bundan əvvəl
I Pyotr Parisə “böyük krallığın
dünyanı heyrətləndirən sirlərini
öyrənməyə gəlmişdi”. Bundan
istifadə edərək Rusiya dövlətçiliyi
modernləşdi, inkişaf etdi. V.Putinin
indi Versalda I Pyotra həsr edilən
sərgidə iştirak etməsi bütün bunlara
görə təsadüfi deyil.
Vladimir Putin bu fikrə dərhal
reaksiya verərək, iki ölkə arasında
münasibətlərin tarixinin 300 ildən
çox olduğunu və I Henrixin həyat
yoldaşının Yaroslav Mudrının qızı
Anna olmasını vurğulayıb. Müasir
mərhələdə də İspaniyada elitanı
təşkil edən nəsillərdən birinin kökü
Annaya gedib çıxır. Fransada da
onlar uzun illər idarəetmədə olublar.
Tarixlə bağlı bu cür mübahisələr fo-
nunda Makron-Putin görüşməsinin
asan keçmədiyi haqqında ekspertlər
fikir bildirirlər.
Beləliklə, V.Putinin Fransaya
səfəri zamanı E.Makronla aktual
beynəlxalq məsələlərlə bağlı apar-
dıqları müzakirələrdən ekspertlər
müəyyən qənaət əldə edirlər. Belə
məlum olur ki, Fransanın yeni
prezidenti avropamərkəzçi siyasət
aparacaq. O, ayrıca Fransanın
Aİ-də rolunu daha da yüksəltmək
fikrindədir. Ancaq bunun üçün
Brüsselin ciddi islahatlar aparmasını
şərt kimi irəli sürür. Bunların fonun-
da E.Makron hesab edir ki, ciddi
qlobal geosiyasi məsələləri Mosk-
vanın iştirakı olmadan həll etmək
imkansızdır. Bu səbəbdən Kremllə
tələbkar səviyyədə dialoq aparmaq
lazımdır. Son nəticədə Rusiyanı
Qərbin maraqlarına uyğun mövqeyə
gətirmək gərəkdir. Lakin Versalda
aparılan danışıqlar göstərdi ki, buna
nail olmaq asan deyil.
Eyni zamanda, Fransa Suriya
məsələsində daha fəal olmaq-
da qərarlıdır. Bunun üçün Paris
müstəqil addımlar da ata bilər.
Həmin məqamı Fransanın Amerika
ilə necə razılaşdıracağı aydın deyil.
Çünki rəsmi Vaşinqton artıq Suriya
və İraqda özünə bağlı silahlı qruplar
formalaşdırır. Parisə belə bir imkan
veriləcəkmi? Çətin ki, V.Putin də
bu məsələyə isti yanaşsın. Deməli,
Emmanuel Makron üçün çətin dip-
lomatik fəaliyyət hələ qabaqdadır.
Newtimes.az
2050-ci ilədək Yer kürəsinin
əhalisi 9,8 milyard nəfərə çata-
caq, 2100-cü ildə isə bu göstərici
11,2 milyard nəfər olacaq.
APA-nın TASS-a istinadən
verdiyi məlumata görə, bu barədə
BMT-nın İqtisadi və Sosial
Məsələlər üzrə Departamentinin
yaydığı hesabatda deyilir. Aparı-
lan tədqiqatlara əsasən əhalinin
artımı dünyanın 47 az inkişaf
etmiş ölkəsinin hesabına baş verir.
Hazırda bu ölkələrdə yaşayan
qadınların payına orta hesabla
4,3 uşaq düşür. Həmin ölkələrdə
yaşayan 1 milyard insan 2050-ci
ilədək artaraq 1,9 milyard təşkil
edəcək.
Hesabatda deyilir ki, 26
Afrika ölkəsinin əhalisi bu
dövr ərzində iki dəfə artacaq.
Ekspertlərin qənaətinə görə,
doğuş göstəriciləri azalacağı
təqdirdə belə, artma tendensi-
yası qalacaq. Doğuşun ümumi
göstəricilərinin azalması Yer
kürəsi sakinlərin qocal-
ması ilə əlaqədardır. Belə
ki, 2100-cü ilədək 60 yaş-
dan yuxarı olan insanların
sayı üç dəfə artaraq 3,1
milyard təşkil edəcək.
Tədqiqatda bildi-
rilir ki, 2024-cü ilədək
Hindistanda əhalinin sayı
Çini üstələyərək 1,4 mil-
yard nəfər təşkil edəcək.
2050-ci ilədək ABŞ əhalinin sayı-
na görə tutduğu 3-cü yeri hazırda
7-ci pillədə qərarlaşan Nigeriyaya
verməli olacaq.
Qeyd edək ki, hazırda dün-
yada 7,6 milyard insan yaşayır.
BMT: 2050-ci ilədək dünya
əhalisinin sayı 9,8 milyarda çatacaq