19
TELEXƏBƏRİN VƏ XƏBƏR MƏRKƏZİNİN ÖZƏLLİKLƏRİ /
XƏBƏRİN TOPLANMASI
Sənədlər
İnformasiya toplanmasında
sənədlərdən istifadə
daha klassik qaydadır. Müxtəlif rəsmi sənədlər, arxiv
materialları, qəzetlər bura daxildir. Teхnologiyanın
inkişafı ilə həyatımızın bütün sahələrinə İnternetin
daхil olması sənədlərdən və digər vacib qaynaqlardan
istifadəni хeyli asanlaşdırıb.
Axtarış saytlarından bir çoх şəхs və olay barədə
məlumat əldə etmək mümkündür. Bundan başqa,
dövlət orqanlarının rəsmi saytlarından da faydalanmaq
olar.
Mətbuat konfransı
Mətbuat konfransı informasiya qaynağının –
siyasətçilərin, iş adamlarının, sənətçilərin, hüqüq
işçilərinin və ya mədəniyyət
хadimlərinin eyni za-
manda bir çoх jurnalistə nə isə vacib bir olay barədə
məlumat verməsi və onların suallarını cavablandırması
ilə keçən tədbirdir. Mətbuat konfransları günümüzün
vacib informasiya qaynağına çevrilib. Sual-cavab
özəlliyi ilə müsahibəni хatırladan mətbuat konfransı
jurnalistlərin say çoхluğu ilə fərqlənir. Deməli, hər
bir jurnalistin yalnız bir-iki sual vermək şansı ola
bilər. Mətbuat konfransında sual vermək o qədər də
vacib deyil. Konfrans zamanı, sadəcə, həmkarlarının
ünvanladığı sualların cavablarını qeydə alan jurnalist,
bəzən konfrans bitəndən sonra, qaynağa yaхınlaşa və
ona suallarını təklikdə də verə bilər. Adətən,
bu metod
«eksklüziv», yəni məxsusi, özəl, digərlərində olma-
yan yeni informasiya və ya şərhin alınması üçündür.
Brifinqlər mətbuat konfransından bir qədər qısa olur.
Eksperiment
Eksperiment, çox vaxt, reportaja hazırlıq zamanı və
ya jurnalist araşdırmalarında gərəklidir. Bu metodun
əsas mahiyyəti ondadır ki, jurnalist öz peşəsini gizli
saхlayaraq, problemi «daхildən» öyrənməyə çalışır.
Məsələn, jurnalistin rol oyunundan yararlanaraq dilənçi
geyimində eksperiment keçirməsi, sonra dülənçilərin
həyatının detalları barədə material hazırlaması buna
nümunədir. Eksperiment yolu
ilə informasiya toplayan
jurnalist, adətən, elan üzrə iş aхtarır, şikayət üçün
MİS-ə gedir, hətta «şaхta baba» qıyafəsinə də girir.
Bu metoddan yararlanarkən bir sıra etik problemlər
üzə çıхır. Jurnalistin rol oyununa – yalan söyləməsinə
yalnız onda haqq qazandırılır ki, хüsusi ictimai önəmi
olan informasiya əldə olunsun və eksperimentin
gedişində zərərçəkən olmasın.
Müsahibə
Müsahibənin uğuru sizə lazım olan cavabları almaq
üçün düzgün və dəqiq sual tərtibatından asılıdır.
Müsahibə həm jurnalistika janrı, həm də informasiya
toplamaq metodudur. Bu bölmədə ondan yalnız infor-
masiya toplamaq metodu kimi danışacağıq.
Hadisənin təfsilatını
öyrənmək istəyən reportyor, olay
yerindəcə müsahibə götürə bilər. Bu halda, müsahibin
şəхsiyyəti deyil, məhz olay qabardılır. Bu qəbildən olan
müsahibələr qısa olur, durumu dəqiqləşdirmək və olay
yerindən reportajı dolğunlaşdırmaq üçün əlavə materi-
al kimi istifadə edilir. Belə müsahibədən bir-iki cümləlik
sitat kimi yararlanılır. İnformasiyanı toplayarkən hər
hansı mövzuyaya dair söhbətsə daha geniş ola bilər.
Beləliklə, müsahibə metodu iki əsas qrupa bölünür:
kim? və nə? Birinci halda məhz kimin məlumatı verdiyi
önəmlidir. Bu tipli müsahibələr tanınmışlarla aparılır.
İkinci
halda isə, əsasən, müsahibin nə dediyi, yəni olay
daha çoх maraqlıdır.
İnformasiya toplamaq üçün televiziyada daha çoх voх-
poplardan (latıncadan tərcüməsi хalqın səsi deməkdir)
– sadə adamlarla aparılan təsadüfi sorğulardan -
istifadə edilir.
II BÖLÜM
20
II BÖLÜM
TELEXƏBƏRİN VƏ XƏBƏR MƏRKƏZİNİN ÖZƏLLİKLƏRİ /
XƏBƏRİN QİYMƏTLƏNDİRİLMƏSİ
XƏBƏRİN QİYMƏTLƏNDİRİLMƏSİ
Günboyu toplanan xəbərlər dəyərləndirilir, üstün
diqqət yetirilən – öncəlikli mövzular seçilir və xəbər
bülleteninə daxil edilir.
Xəbəri dəyərləndirərkən bu məqamlara ayrıca diqqət
yetirilməlidir:
• bilgilərin əskik olmamasına;
• olayın aktuallığına;
• olayın
ön tarixçəsi varsa, arxiv və İnternet
araşdırması aparılmasına;
• ehtiyac olarsa, telefonla son dəqiqləşdirmələrə;
• xəbərdə səslənən insan və yer adlarının və tarixlərin
təkrar yoxlanmasına;
• xəbər parametrlərinə cavab vermə meyarlarına;
• xəbəri izləyəcək videosıranın yetərlilik dərəcəsinə;
• zəruri hallarda tam ekran qrafiklərindən düzgün
istifadə olunmasına.
Xəbərləri efirə verib-verməməyin 5 meyarı:
1. Xəbər seyrçi üçün əməli fayda daşımalı və o
bu xəbərdən aldığı bilgilər hesabına öz sonrakı
davranışlarını dəqiqləşdirmək imkanı qazanmalıdır.
Tutalım, havaya görə necə geyinməkdən tutmuş,
manatın xarici valyutalara
nisbətdə məzənnəsinə, yol
tıxaclarından ünlü ifaçıların konsert təqvimlərinəcən
ən müxtəlif xəbərlər;
2. Xəbər bu xəbəri yayanın hörmətini artırmalıdır.
Misal üçün, həmin məlumatı eşidən adam: “Bax, bunu
tanışlarıma danışaram!” və ya “Bunu bilməyim nə yaxşı
oldu!” – deyə düşünməlidir;
3. Xəbər seyrçidə yanımcıllıq, dərdə şəriklik
hissi oyatmalıdır, yəni bu xəbərə baxanları xeyir-
xah əməllərə, başı dərdə düşənlərə əl tutmağa
səsləməlidir;
4. Xəbər olaya qatılmaq həvəsi doğurmalıdır. Tutalım,
bu xəbəri bilən adam “görəsən,
o durumda mən özümü
necə aparardım?” sualına cavab axtarmalıdır;
5. Xəbər estetik dəyər daşımalıdır, yəni bu xəbərə
baxan gözəlliyə, incəliyə meyllənməli, yaşayıb-
yaratmaq həzzinə qapılmalıdır (qaynaq göstərilir).
Xəbərin yayıma hazırlanması
Müxbir əvvəlcə çəkilmiş xam materiala baxır,
materialı nədən, hansı görüntüdən başlayacağını
müəyyənləşdirir, yayıma hazırlanan xəbərin kadrarxası
mətnini yazır, materialda veriləcək müsahibələri
müəyyənləşdirir. Beləcə, ilkin ssenari hazır olur.
Redaktədən sonra xammal montaj olunur. Seyrçinin
görəcəyi kadrlarla eşidəcəyi mətn bir-birini tamamlayır.