Kapitalizm Kapitalizmə Bənzəməz
150 min manata çatdırılmışdır ki, bu büdcə təşkilatlarında çalı‐
şan 630 min nəfərdən çox vətəndaşa şamil edilmişdir. Son 3
ildə minimum əməkhaqqı 27 dəfə artmışdır.
64
2004‐cü ildə Azərbaycanın dövlət büdcəsi 1,25 milyard dol‐
lar, 2005‐ci ildə 2,3 milyard dollar olmuş, 2006‐cı ildə isə 3,8‐4
milyard dollar təşkil edəcəkdir. 2005‐ci illə müqayisədə, büd‐
cənin gəlirləri 67,7 faiz artaraq 3,8 milyard ABŞ dollarını, xərc‐
ləri 64,1 faiz artaraq 4 milyard ABŞ dollarını keçəcəkdir...
65
Bəs növbəti on il üçün nə gözlənilir? Böyük neft və qaz layi‐
hələrinin həyata keçirilməsi sayəsində Azərbaycanda ÜDM‐in
bir neçə ilə ikiqat artacağı proqnozlaşdırılır. Qısası biz keçid
dövrünün ən ağır mərhələsini artıq arxada buraxmaq üzrəyik.
Növbəti on il Azərbaycanın “Sovet Azərbaycanı”nı iqtisadi
standartlar baxımından geridə qoyacağı on illik olacaq. Yəni
yaxşı mənada yadda qalacaq.
Amma ondan sonrakı on ilin necə olacağı isə mübahisəli‐
dir. Çünki neft‐qaz “bum”unun yaradacağı başgicəlləndirmə‐
dən özümüzü sığortalaya bilməsək, xüsusilə qeyri‐neft sekto‐
runun məhz ixracat potensialı olan sahələrini inkişaf etdirə bil‐
məsək, vəziyyət yaxşı olmaya bilər. Ayrıca, unutmamalıyıq ki,
gələcəyin iqtisadiyyatları “əmək tutumlu” və ya “kapital tu‐
tumlu” deyil, “elm tutumlu” olacaq. Azərbaycan kimi kiçik öl‐
kələrin də “elm tutumlu” iqtisadiyyata sahib olmaqdan başqa
alternativləri yoxdur.
64
Ramiz Mehdiyev, “2005‐ci il parlament seçkiləri: İlkin təhlil”, “Azərbaycan”
qəzeti, 29 yanvar 2006.
65
Ibid.
‐ 49 ‐
İlkin Sabiroğlu
‐ 50 ‐
Kapitalizm Kapitalizmə Bənzəməz
Midiya yağı:
Yüz il əvvəl yüz il sonra
Doğrusu, əcnəbilərin Azərbaycanı tanımadıqları halda sa‐
dəcə neftə görə Bakını tanımaqları məni hər zaman təəssüflən‐
dirib. Amma təəssüflənməyim əbəsdir. Axı bu ölkənin demək
olar ki, adı belə neftdən əmələ gəlib. Tarixçilər Azərbaycan
coğrafi adının yaranmasını Atropatena ilə bağlasalar da, Azər‐
baycanın bir digər adı Odlar Yurdu, Odlar Diyarıdır.
Neft yataqlarının hələ Atropatena vaxtında mövcud olduğu
bilinir. Neftin özünü isə “Midiya yağı” adlandırırmışlar. Bu
“Midiya yağı” xüsusilə 19‐cu əsrin ikinci yarısından etibarən
Azərbaycan xalqının taleyində mühüm rol oynamağa başlamış
və demək olar ki, heç bir zaman “Azərbaycan yağı”na çevrilə
bilməmişdir. Bakı‐Tbilisi‐Ceyhan layihəsi də əslində “Midiya
yağı”nı “Azərbaycan yağı”na çevirmə cəhdidir.
66
Bəzən tarixi müqayisələr və təhlillər maraqlı nəticələrə gəti‐
rib çıxarır. Xüsusilə XIX əsrin ikinci yarısından etibarən neftin
Azərbaycanın iqtisadi münasibətlər sistemində oynadığı rolu
bu günümüzlə müqayisəli təhlil edərkən kifayət qədər diqqət
çəkici məqamların şahidi olursan.
Əsrlərdir var olan neft, məhz Avropa ölkələrinin və Rusiya‐
nın sürətli sənayeləşməsi və buna bağlı olaraq artan enerji tələ‐
batı səbəbindən strateji məhsul halına gəlməyə başlamışdı.
Hətta 1860‐cı illərdə belə Azərbaycanda yanacaq olaraq istifa‐
də edilən neftin istehsalı olduqca aşağı səviyyədə ikən, 1872‐ci
ildən sonra isə hər şey fərqli olmağa başladı:
66
İlkin Sabiroğlu, “Midiya Yağı: Yüz il əvvəl yüz il sonra”, IqtisadNet, 13 mart
2005, http://www.iqtisad.net/is022.htm, (01.03.2006).
‐ 51 ‐
İlkin Sabiroğlu
Müqayisəli təhlil
XIX əsrin axırları və XX
əsrin əvvəlləri
XX əsrin axırları və XXI
əsrin əvvəlləri
‐ XIX əsrin birinci yarısında Çar
Rusiyasının Azərbaycan torpaq‐
larında sözün həqiqi mənasında
kapitalist münasibətlərin inkişa‐
fından danışmaq mümkün de‐
yil. Mahiyyətcə hərbi‐feodal sə‐
ciyyə daşıyan idarəetmə sistemi
hökm sürürdü.
‐ XX əsrin birinci yarısında So‐
vet Rusiyasının Azərbaycan tor‐
paqlarında yenə kapitalist mü‐
nasibətlərin inkişafından danış‐
maq mümkün deyil. Bu dəfə
mahiyyətcə hərbi‐sosialist sə‐
ciyyə daşıyan idarəetmə sistemi
hökm sürürdü.
‐ XIX əsrin 60‐cı illərindən baş‐
layaraq Rusiyadakı sənaye mü‐
əssisələrində neftdən sənaye
miqyasında istifadə olunmağa
başlandı. Nəticədə neft məhsul‐
larına olan tələbat və neft hasi‐
latını artırmağa maraq güclən‐
di.
‐ XX əsrin 60‐cı illərində müha‐
ribənin təsirlərini də azaltmaq
sürəti ilə Rusiyadakı sənaye
müəssisələrində neftə olan tələ‐
bat artımına paralel olaraq Bakı‐
da neft və maşınqayırma za‐
vodları yenidən quruldu, qaz
emalı zavodu istifadəyə verildi.
‐ 1872‐ci ildə Çar Rusiyası tərə‐
findən neft çıxan torpaqların iş‐
lənməsi hüququ yenidən dü‐
zənləndi, iltizam sistemi ləğv
edildi və bu torpaqların qrupla‐
ra bölünərək tender üsulu ilə
zənginlərə satılmasına başlandı.
Neft çıxan torpaqların qiyməti
artmağa başladı. Sürətli bir şə‐
kildə neft şirkətləri qurulmağa
başladı. 1873‐cü ildə Bakıdakı
neft şirkətlərinin sayı 12 ikən,
bu rəqəm XIX əsrin sonunda
‐ XX əsrin 70‐ci illərində neft sə‐
nayesində sürətli inkişaf özünü
göstərməyə başladı. Sualtı neft
kəməri çəkildi. 1970‐ci ildə neft
hasilatı 17,3 milyon ton olmuş‐
du. Dənizdə 2800‐6500 metr də‐
rinlikdə neft quyuları qazılma‐
ğa başlandı. Lakin həlledici də‐
yişiklik müstəqilliklə birlikdə
XX əsrin sonlarında yaşanmağa
başlandı. 1994‐cü ildə “Əsrin
Kontraktı” adlanan ilk neft mü‐
qaviləsi imzalandı. Neft kon‐
‐ 52 ‐
Dostları ilə paylaş: |