26
müxtəlif variantları ola bilər. Veksel tədavülündə ödəmə müddətləri aĢağıdakı cür
tətbiq olunur:
1. Ödəmə müddəti qətiləĢməyib, veksel təqdim olunduqda müəyyən olunur. Belə
halda vekseldə “Təqdim olunduqda ödənilməli” qeydi göstərilməlidir. Bəzi hallarda
vekselin ödəməyə təqdim oluna biləcəyi zaman kəsiyi təyin olunur. Belədə, vekselin
hansısa konkret tarixdən tez ödəməyə təqdim oluna bilməməsi göstərilməlidir. Zaman
kəsiyi təyin olunmayıbsa, veksel onun yazıldığı gündən baĢlayaraq bil il müddətində
istənilən vaxt ödəməyə təqdim oluna bilər.
2. Ödəmə müddəti vekselin təqdim olunma tarixindən etibarən müəyyən sayda
gün ərzində təyin olunur. Ödəmə müddətinin göstərilməsinin bu variantı, məsələn
“Təqdim olunduqdan 30 gün sonra ödənilməli” qeydi ilə rəsmiləĢir. Təqdimolunma
tarixi kimi ödəmə aksepti tarixi yaxud akseptə protest (etiraz) tarixi hesab olunur.
Burada, vekselin tədavül müddəti nəzərə alınmalıdır ki, o da, bir ildən çox
olmamalıdır. Buna görə də, veksel əvvəlcədən təqdim olunmalıdır ki, yazılma
günündən etibarən onun tədavül müddəti ödəmə müddəti ilə birlikdə bir ildən çox
olmasın.
3. Ödəmə müddəti yazılma günündən baĢlayaraq müəyyən müddət ərzində təyin
olunur. Belə olduqda vekseldə “Ġrəli sürülmə günündən baĢlayaraq (filan qədər)
gündən sonra ödənilməli” ifadəsi olmalıdır və yazılıĢ gününün səhərisi veksel
ödəməyə təqdim oluna bilər. Lakin trassat göstərilən müddətin son günündə də
vekseli ödəyə bilər.
4. Ödəmə müəyyən gündə edilir. Vekseldə ödəmənin konkret tarixi göstərilir.
Yuxarıda deyildiyi kimi, veksel üzrə ödəmənin təxirə salınmaz yol verilməzdir.
Lakin veksel tədavülü tarixi böyük olan ölkələrin təcrübəsindən o da məlumdur ki,
cari fəaliyyətdə ödəmə tarixinin uzadılması tələb olunur. Bunun üçün vekselin üz
tərəfində “ödəmə tarixi (filən tarixə) qədər uzadılmıĢdır” qeydi edilir. Qeydin
qüvvəyə minməsi üçün veksel üzrə borclu olan bütün Ģəxslərin imzası tələb olunur.
Bu Ģəxslərdən hansası yeni ödəmə tarixi ilə razı olmadıqda, o, əvvəlki ödəmə vaxtı
keçdikdən sonra veksel üzrə öhdəlik daĢımır. Ödəmə tarixinin təxirə salınmasının
27
baĢqa yolu ödəmə tarixi uzadılmıĢ yeni vekselin yazılmasıdır. Belə halda, əvvəlki
veksel ödəyici yeni aksept etdikdən sonra ona qaytarılır.
Hansısa üçüncü Ģəxsin veksel üzrə ödəyici təyin edilməsi vekselin domisilyasiyası
adlanır. Vekselin domisilyasiyaya məruz qalması onun mətnində “ödəmə (filən)
bankda ifadəsinin olmasından bilinir. Adətən bu vəzifəni bank yerinə yetirir. Bank
veksel üzrə borclu olan Ģəxslə onun veksellərinin domisyasiyası barəsində müqavilə
bağlayır. Müqaviləyə əsasən bank müĢtərinin veksellərini ödəyir, veksellərin ödəniĢə
təqdim edilməsi qaydasına riayət edir. Qeyd olunmalıdır ki, bank müĢtərinin
vekselləri üzrə ödəmələri yalnız müĢtəri tərəfindən müvafiq pul məbləğləri
əvvəlcədən təqdim olunduqda həyata keçirir. Əks halda bank vekselləri ödəməkdən
imtina edir.
28
1.3
Vekselin hesablaşma vasitəsi kimi kommersiya kreditində
rolu.
Veksel krediti banklar tərəfindən veksel sahiblərinə və təchizatçılar tərəfindən
alıcılara verilən kredit növüdür.Müəsisələrə xas ilk formas öz alıcı və sifariĢçilərinə
geniĢ kommersiya krediti təklif edir və uyğun olaraq samballı veksel portfelinin bir
hissəsini banka uçot üçün təqdim edir.Müəssisələr əhəmiyyətli veksel portfelinə
malik olmadığı təqdirdə təchizatçı tərəfindən verilən veksel krediti növündən istifadə
edə bilər- öz tədarükçülərinə yazmaq olar sonuncu isə onu alıcının bankına sata bilər.
Müəssisə eyni zamanda onun kredit ödəmı qabiliyyətinə uyğun olan həm adi həm
də veksel kreditindən istifadə edə bilər.Beləliklə bir qayda olaraq veksel krediti
alıcılara,adi kredit is satıcılara lazımdı.Həmçinin sonuncunun da özünəməxsus
forması ona da xüsusi borc hesabının açılması ilə bağlıdır.Hüququ baxımdan bu ikisi
arasındakı fərq ondan ibarətdir ki, vekselin uçotu zamanı veksel indossament vasitəsi
ilə banka təqdim olunur və bank veksel sahibi olur. Bank qarĢısında öhdəliklərin
yerinə yetirilmədiyi halda veksel girova verilir və bu onun üzərində müĢtəri
hüquqlarının itirilməsi deməkdir.
Bank üçün adi kredit müqaviləsinin və ya veksel krediti müqaviləsinin bağlanması
arasındakı fərq nədən ibarətdir?
Kreditin veksel forması daha çevikdir və
etibarlıdır.Veksel bankda təsərrüfat əməliyyatlarından sonra peyd olur bu da kreditin
verilməsi əsaslı və etibarlı edir.Bütün əməliyyatı təhlil etməyə ehtiyac qalmır yalnız
müĢtərinin ödəniĢ qabiliyyəti təhlil olunur.Nəhayət,hüquqi baxımdan veksel kreditin
ödənilməsinin etibarlı təminatıdır.
6
[20]
Beləliklə,müəssisə ödəniĢ müddəti çatanadək indossament vasitəsilə vekselə aid
bütün hüquqları banka verə bilər, veksel məbləği almaq yerinə isə vaxtından əvvəl
pulun alınmasına görə azaldılmıĢ uçot fazi dərəcəsi əldə edə bilər.Məbləğin
ödənilmədiyi təqdirdə belə bir müqavilənin adi Ģərti olaraq ödənilməmiĢ və etiraz
6-
Зорин Н.А. Обязанности "вторичных" должников по векселю 2001 г.