göstərirdi. Xalq təsərrüfatının ayrı-ayrı sahələri üçün kadr hazırlayan ali
məktəblər institut adlanırdı) beşillik təhsil sistemi tətbiq edilirdi.
Azərbaycan Respublikasının Təhsil Qanununa
görə bütün universitetlərdə
çoxpilləli təhsil sistemi tətbiq edildi. İlk dəfə olaraq respublikamızda Avropa
təhsil sisteminə keçildi. Yeni təhsil sistemi üç pillədən ibarət idi: bakalavr,
magistr, doktor.
İkipilləli ali təhsil müəssisələrinin birinci pilləsini bitirənlər mövcud dövlət
standartlarına müvafiq olaraq ümumi ali təhsili başa vurur, öyrəndiyi ixtisasın
ümumi məsələlərinə yiyələnir. Fakültə elmi şuralarının qərarı ilə “Bakalavr”
ixtisas və elmi dərəcəsi alan tələbələrin ali məktəblərdə və elmi müəssisələrdə
işləmək hüququ yoxdur.
“Bakalavr” təhsil pilləsi buraxılış işi yazıb dövlət imtahan komissiyası
qarşısında müdafiə etmək və istiqamət üzrə yekun dövlət imtahanı verməklə
başa çatır. “Bakalavr” dərəcəsi almış mütəxəssislər qəbul imtahanı verib
magistraturaya qəbul olurlar. Magistratura əsasən dərin ixtisaslaşmalar
aparılmaqla fərqlənir. Bu və ya digər elmin ayrı-ayrı sahələri araşdırmalar,
tədqiqatlar vasitəsilə öyrədilir. Belə araşdırmalarda
magistrlərin bilavasitə
iştirak etməsi, buraxılış dissertasiya işi yazması onların elmi işçi kimi
formalaşmasına imkan yaradır. Magistraturada həmçinin gələcək
mütəxəssislərin yüksək dərəcəli elmi işçi, müəllim, aparıcı alim olacağını
nəzərə alaraq, dünya elmi və mədəni sərvətlərinə yiyələnə bilmək bacarığı
aşılamaq üçün xarici dillərdən heç olmasa birini mükəmməl bilməsi tələb
olunur. Magistraturanı başa vuranlar müdafiə etdikləri elmi işə görə
ixtisaslaşdırılmış elmi şuranın qərarı ilə “Magistr” ixtisası və elmi dərəcəsi alır.
Bu dərəcə ona seçdiyi ixtisas üzrə ən yüksək pillələrdə,
ali məktəblərin
“Bakalavr” pilləsində, elmi tədqiqat müəssisələrində, birpilləli institutlarda,
kolleclərdə işləmək hüququ verir. “Magistr” ixtisas və elmi dərəcəsi almış
şəxslər istehsalatda da yüksək vəzifələrdə işləmək hüququna malikdirlər.
Kadr potensialı və maddi-texniki bazası imkan verən, müxtəlif ixtisaslar üzrə
böyük laboratoriyalara, elmi-təcrübi bazalara malik
olan bəzi universitetlər və
akademiyalar üçpilləli təhsil sisteminə keçə bilərlər. Magistr hazırlığına icazə
verən ali məktəblərə magistraturaya test vasitəsilə qəbul imtahanları verən
şəxslər qəbul edilirlər. Magistraturanı qurtaran şəxslər doktoranturaya qəbul
edilə bilirlər. Üç il müddətində doktoranturada tədqiqatlarını davam etdirən, öz
elmi işlərinin nəticələrini doktorluq dissertasiyası kimi ixtisaslaşdırılmış elmi
şuralarda müdafiə edən şəxslər doktoranturanı bitirmiş hesab edilirlər.
Doktorlar universitetlərdə, institutlarda, elmi tədqiqat müəssisələrində, təcrübə
bazalarında və s. işləyə bilərlər.
Azərbaycan Respublikası Təhsil Qanununun əsas müddəalarını tətbiq etmək
üçün kitabxanaçılıq fakültəsinin kollektivi mühüm tədbirlər
həyata keçirməyə
başladı. İlk əvvəl qanunu öyrənmək məqsədilə ixtisas kafedralarında və fakültə
14
elmi şurasında qanunun müzakirəsi keçirildi, tədbirlər planı tərtib edildi.
Qərara alındı ki, yeni qanuna müvafiq “Bakalavr” hazırlamaq üçün tədris planı
hazırlansın. Əlbəttə, bu iş o qədər də asan deyildi. Çünki 1993-cü ilə qədər
fakültə 5 illik tədris planı əsasında işləmişdi. Yeni plan isə 4 illik olmalı idi.
4 illik tədris planı hazırlamaq üçün o qədər də zəruri olmayan bir sıra fənlər
çıxarılmalı, bir sıra fənlərin, o cümlədən ixtisaslaşma fənlərinin saatları isə
azaldılmalı idi. Bu planda istehsalat təcrübələrinin də saatları xeyli azalmışdı.
Ciddi müzakirələrdən sonra “Bakalavr” ali baza tədris planı tərtib etmək
mümkün oldu. Tədris planı fakültə elmi şurasında, universitet elmi şurasında,
sonra Təhsil Nazirliyində təsdiq edildi. Yeni 4 illik “Bakalavr”
ali baza tədris
planı təsdiq edilənə qədər fakültə 1989-cu ildə Moskvada kitabxanaşünaslıq
təhsili üzrə ümumittifaq elmi metodik şurası tərəfindən təsdiq edilmiş 5 illik
tədris planı ilə işləyirdi. Tədris planı tərtib etmək sahəsində kitabxanaçılıq
fakültəsinin böyük təcrübəsi var idi. 1989-cu ildə SSRİ dövründə tərtib edilmiş
beşillik tədris planı fakültənin dekanı prof. Abuzər Xələfov tərəfindən tərtib
edilmiş və Moskva şəhərində kitabxanaşünaslıq təhsili üzrə ümumittifaq elmi-
metodik şurasında müzakirə və təsdiq edilmişdi. Şura bu tədris planının yüksək
elmi və tədris keyfiyyətlərini, dünya standartlarına
cavab verdiyini nəzərə
alaraq onun SSRİ-nin bütün universitetlərində tətbiqini tövsiyə etmişdi. Bu
plan məzmunu etibarılə kitabxanaçı kadrların hazırlanması sahəsində dünya
standartlarına cavab verən, ən mükəmməl və gələcək perspektivləri nəzərə alan
bir tədris planı idi. Avropa ölkələrində kitabxanaçı kadrlar hazırlayan tədris
planlarına uyğun gələn bu planda riyazi və texniki elmlərin tədrisinə geniş yer
verilmiş, kompüter texnikasının öyrənilməsinə xeyli vaxt ayrılmışdı. Bu da
fakültəyə imkan verirdi ki, respublikanın şəraitinə və tələbatına
uyğun kadrlar
hazırlasın.
1993-cü ildə Azərbaycan Respublikasının Təhsil Qanununa müvafiq
çoxpilləli təhsil prosesinə keçərkən kitabxanaçılıq fakültəsində yeni tədris planı
hazırlandı. Bu planın əsasında 1989-cu ildə Moskvada təsdiq edilmiş tədris
planı dururdu. Planda müasir şəraitdə Azərbaycanın müstəqilliyi ilə əlaqədar
bir sıra ciddi dəyişikliklər edildi. Hər şeydən əvvəl Azərbaycan tarixi,
Azərbaycan dili və ədəbiyyatı, xarici dil fənlərinin tədrisinə xüsusi diqqət
yetirildi. Tədris planında olduqca geniş yer tutmuş ictimai fənlərin saatları
azaldıldı və bir sıra fənlər çıxarıldı.
Bundan başqa, ixtisas fənlərinin tədrisində
də bir sıra yeniliklər baş verdi. 4 illik təhsil müddətinə keçilməsinə baxmayaraq
ixtisas fənlərinin saatları nəinki azaldılmadı, əksinə, yeri gəldikcə
kitabxanaşünaslıq, biblioqrafiya və kitab tarixi fənləri üzrə artırıldı. Belə ki,
respublikamızın milli xüsusiyyətləri nəzərə alınaraq “SSRİ-də və xarici
ölkələrdə kitabxana işinin tarixi” fənninin tərkib hissəsi kimi tədris edilən
“Azərbaycanda kitabxana işinin tarixi”, həmçinin “Azərbaycanda kitab tarixi”
və “Azərbaycan biblioqrafiyasının tarixi” fənlərinin müstəqil fənn kimi tədris
15