tapılması vacibdir. TMK-nın infrastruktur sektorunda potensial rolunun
müəyyənləşdirilməsi üçün müvafiq siyasətin işlənib hazırlanması və həyata
keçirilməsi dövlət məmurlarından böyük hazırlıq və bacarıq tələb edir.
Hökumətlər müxtəlif layihələr üzrə prioritetləri müəj^ənləşdinTiəli, seçilən
layihələr qarşısında aydın və real vəzifələr qoymalı, onların ölkənin inkişafı
strategiyalarında mümkün qədər geniş əks olunmasına çalışmalıdır. Buradan belə
nəticə çıxarılır ki, hökumət orqanları layihələrə ümumi rəhbərlik etmək və
onların həyata keçirilməsini tənzimləmək, danışıqlar aparmaq üçün lazımi
institusional potensiala və ixtisaslı kadrlara malik olmalıdır. Bu məsələ təkcə
mərkəzi hakimiyyətə deyil, həmçinin, onların əyalətlər və bələdiyyələr
səvİ3^əsindəki orqanlarına da aiddir. Beləliklə, problemin aradan qaldırılmasının
əsas üsulu başqa məsələlərin həlli ilə sıx əlaqələndirildiyi hallarda kompleks
yanaşma zəruridir.
•
İnkişaf etməkdə olan ölkələrin çoxu özünün fiziki infrastrukturunun
təkmilləşdirilməsi üçün xarici investisiyaları cəlb etməyə səy göstərsələr də,
müasir şəraitdə xarici şirkətləri vəsait qoymağa inandınnaq getdikcə çətinləşir.
İnkişaf etmiş və bazarları fonnalaşan iri ölkələrdə tələbatın çoxalması potensial
investorların müəyyən risk hüdudunda daha böyük gəlir əldə etmək ümidini
yüksəldir. Dərhal böyük məbləğdə kapital qoyuluşları tələb edildikdə və
xərclərin tezliklə ödəniləcəyi ehtimalının az, ölkədə işgüzar mühitə təsir göstərən
sosial problemlərin mövcudluğu halında isə investisiya qoyuluşları böyük
problemə çevrilir.
•
Bütün bunlar inkişaf etməkdə olan və keçid iqtisadiyyatlı ölkələrdə iri
infrastruktur layihələrinin əsasən daxili resurslara istinad etməklə həyata
keçirilməsinin mümkünlüyü barədə fikir yaradır. Milli özəl şirkətlərin bu cür
layihələrdə iştirakına güman az olduğuna görə, dövlətin özünün imkanlarına
istinad olunmalıdır. Bu, çox çətin olsa da, inkişaf etməkdə olan və keçid
iqtisadiyyatlı ölkələrdə müasir istehsal infrastrukturunun yaradılmasının yeganə
yoludur.
Yoxlama sualları
1.
Hazırda dünyada ərzaqla təminatın ümumi vəziyyəti necədir? Onun qıt
və izafi həcmdə olduğu regionlar və ölkələr hansılardır? İnkişaf etməkdə olan və
keçid iqtisadiyyatlı ölkələrdə kənd təsərrüfatının geriliyinin səbəbləri nədədir?
492
2.
Xarici TMK-nm inkişaf etməkdə olan ölkələrin aqrar sektoruna böyük
məbləğdə vəsait yatırmasının hansı səbəbləri var? İnkişaf etməkdə olan
ölkələrdən hansıları və niyə TMK-lar üçün daha böyük əhəmiyyət kəsb edir?
3.
Son illərdə ayrı-ayrı ölkələr üzrə daxil olan XBİ-də kənd təsərrüfatının
xüsusi çəkisi nə qədərdir?
4.
TMK-nm qəbul edən ölkənin kənd təsərrüfatında podrat metoduna
üstünlük vemrəsinin səbəbi nədir?
5.
İnkişaf etməkdə olan ölkələrin aqrar sektorunda fəaliyyət göstərən
TMK-nm hansı özəllikləri var?
6.
Qərbin ən iri TMK-ları («Nestle», «Wal-Mart») müxtəlif ölkələrin
aqrar sektorunda hansı mövqeləri tutur? İnkişaf etməkdə olan ölkələrin 25
TMK-nm mövqeləri necədir?
7.
İnkişaf etməkdə olan ölkələrin iri korporasiyalarının aqrar sektordakı
yeni rolu: «Cənub-Cənub» nədə təzahür olunur?
8.
UNCTAD-m Hesabatında (2008-ci il) TMK-lar ilə yerli fermerlər
arasında əməkdaşlığın qumiması qarşısında duran maneələrin dəf olunması üzrə
hansı tövsiyələr edilir?
9.
İnfrastrukturun ölkənin iqtisadi inkişafının və onun beynəlxalq əmək
bölgüsünə qoşulmasının bazisi kimi çıxış etməsinin səbəbi nədədir?
10.
TMK-nm inkişaf etməkdə olan və keçid iqtisadiyyatlı ölkələrin
infrastrukturuna marağının güclənməsinin səbəbləri nədir?
11.
TMK-lar inkişaf etməkdə olan və keçid iqtisadi^/yatlı ölkələrin
infrastruktur layihələrində hansı formalarda iştirak edir?
12.
İnkişaf etməkdə olan ölkələrin əsas infrastruktur layihələrinin həyata
keçirilməsində xarici TMK-nm və milli özəl şirkətlərin iştirakının səmərəsi nəyə
görə aşağıdır?
Referatların mövzuları
1.
Dünyada ərzaqla əlaqədar mövcud olan vəziyyət: problemlər və həlli
perspektivləri
2.
Aqrar TMK-nm inkişaf etməkdə olan və keçid iqtisadiyyatlı ölkələrdə
fəaliyyəti
3.
Xarici TMK-nm inkişaf etməkdə olan və keçid iqtisadiyyatlı ölkələrdə
həyata keçirilən infrastruktur layihələrində iştirakı
493
IV
Bölmə
BEYNƏLXALQ
MALİYYƏ SİSTEMİ:
VALYUTA-MALİYYƏ MÜNASİBƏTLƏRİ
Fəsil 18
DÜNYA MALİYYƏ SİSTEMİ
18.1.
Dünya maliyyə sisteminin tərkibi,
quruluşu və strukturu
Anlayışlar və təyinlər: nəzəri-metodoloji aspekt. Nəzərdən keçirdiyimiz
məsələnin bir sıra mühüm anlayışları barədə elmi ədəbiyyatda müxtəlif
yanaşmalar mövcuddur. Dünya maliyyə sistemi, beynəlxalq valyuta-maliyyə
münasibətləri və s. sahələrdə dərsliklərin və dərs vəsaitlərinin müvafiq
bölmələrini səhifələməklə, buna əmin olmaq çətin deyil. Belə ki, «ümumdünya
valyuta sistemi» «ümumdünya pul-maliyyə sistemi», «ümumdünya valyuta-
kredit sistemi» və s. kimi söz birləşmələri şəklində tenninlərdən eyni mənada
istifadə olunması ümumi qəbul edilmişdir. Amma burada «valyuta», «pul»,
«maliyyə» anlayışlarının hansı məzmun kəsb etdiyi aydın deyil.
Bu təzahürlərin müəyyənləşdirilməsində ziddiyyətlərin mövcudluğu,
nəzərdən keçirilən sistemlərin özünün dərk olunmasına metodoloji yanaşmada
məna baxımından fikir ayrılığı ilə əlaqədardır.
Düşünürəm ki, «dünya maliyyə sistemi» anlayışının vahid tenninoloji
açıqlamasından istifadə edilməsi metodoloji və nəzəri baxımdan daha düzgündür
və indi beynəlxalq təşkilatların hesabatlarında məhz bu cür yanaşma tətbiq
olunur. Bu təklif, həmçinin, aşağıdakı mülahizələrlə əsaslandırılır. «Dünya
maliyyə sistemi» termini maliyyə vəsaitlərinin beynəlxalq hərəkətinin məzmun
cəhətini, o cümlədən valyuta münasibətləri sahəsinin özünü tam həcmdə ehtiva
edir. Burada «valyuta sistemi» və «pul sistemi» anlayışlarının tam açıqlanması,
bu terminlər arasındakı ümumi və fərqli cəhətlər araşdırılmalıdır.
Pıd sistemi
- milli sistemin dövlət pul nişanlarının bilavasitə dövriyyə
etdiyi çərçivədir. O, ölkənin maliyyə sisteminin bir hissəsidir. Məntiqi və
məzmun baxımından yanaşıldıqda, bir çox hallarda «pul sistemi» ilə «valyuta
sistemi» eynidir.
Heç də bütün ölkələrdə valyuta sistemi, maliyyə sisteminin dönərli
valyutalarla əməliyyat aparan qurumları və müvafiq həlqəsi qismində çıxış etmir.
Çox vaxt bu cür sistemin fraqmentləri, ayrı-ayrı həlqələri fəaliyyət
496
Dostları ilə paylaş: |