Proqramı üzrə Ekspertlərin Müşavirəsi;
•
Vergitutma sahəsində beynəlxalq əməkdaşlıq üzrə xüsusi Ekspertlər
Qrupu;
•
İqtisadi, sosial və mədəni hüquqlar üzrə Komitə;
•
İnkişaf məqsədləri üçün energetika və təbii resurslar üzrə Komitə;
•
Yerli xalqların məsələləri üzrə daimi Forum.
ECOSOC ilə əlaqəli olan orqanlar.
•
Narkotiklər üzərində nəzarət
üzrə beynəlxalq Komitə;
•
Qadınların vəziyyətinin yaxşılaşdırılması üzrə Beynəlxalq tədris və
elmi-tədqiqat institutunun Qəyyumuq Şurası;
•
Əhali məsələləri üzrə BMT Mükafatının verilməsi üzrə Komitə;
•
BMT-nin HİV/QİÇS üzrə birgə Proqramının ƏlaqələndiiTnə Şurası.
Baş Assambleyanın iqtisadi, sosial və əlaqəli sahələrdə köməkçi
orqanları:
•
Proqram və Əlaqələndimıə üzrə Komitə;
•
İnkişaf etməkdə olan ölkələr arasında texniki əməkdaşlığın icmalı üzrə
yüksək səvij^əli Komitə;
•
BMT-nin Uşaq Fondu (UNICEF);
•
BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD);
•
BMT-nin Qadınlar üçün İnkişaf Fondu; (UNFEM)
•
BMT-nin İnkişaf Proqramı (UNDP);
•
BMT-nin Qaçqınlar üzrə Baş Komissarlığı (UNHCR);
•
BMT-nin Əhali Fondu (ETNPFA);
•
BMT-nin Fələstin qaçqınlarına yardım və işlərin təşkili üzrə Yaxın
Şərq Agentliyi (EJNRWA);
•
Dünya Ərzaq Proqramı (WFP).
BMT-nin Katibliyi. Katiblik BMT-nin iqtisadi əməkdaşlıq orqanları
sistemində üçüncü əsas həlqədir. Katiblik BMT sisteminə daxil olan başqa
qurumların normal fəaliyyətini təmin edən inzibati-icra orqanıdır. Katibliyin
əsas vəzifəsi konkret tapşırıqları yerinə yetinnəkdir. Katibliyin mərkəzi
aparatının əməkdaşlarının əksəriyyəti iqtisadiyyat xidmətində çalışır. BMT-nin
iqtisadiyyat aparatının tərkibinə bir neçə bölmə daxildir və onlardan ən böyüyü
iqtisadi və sosial məsləhətlər üzrə Departamentdir.
665
22.7.
BMT-nin əsas təşkilatlarının
və qurumlarının fəaliyyəti
BMT-nin Ticarət və İnkişaf üzrə Konfrans (UNCTAD - United Nations
Conference for Trading and Development). 1964-cü ilin sonunda BMT-nin
Baş Məclisi beynəlxalq ticarət təşkilatı olmayan UNCTAD-ın BMT- nin orqanı
qismində təsis olunması barədə qətnamə qəbul etdi.
UNCTAD xammal, hazır məmulatlar və yarımfabrikatlarla beynəlxalq
ticarət, nəqliyyat, sığorta, xarici ticarətin kreditləşdirilməsi, texnologiyaların
verilməsi və s. məsələlərin geniş dairəsini nəzərdən keçirir. UNCTAD-ın
fəaliyyəti təfsilatı ilə aşağıda göstərilir.
BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNIDO - United Nations
Industrial Development Organization). BMT-nin bu ixtisaslaşmış təşkilatı
inkişaf etməkdə olan ölkələrin sənayeləşməsinə, milli və beynəlxalq resursların
səfərbər olunması vasitəsilə sənayelərinin inkişafına yardım proqramlarının
həyata keçirilməsi üçün yaradılmışdır. UNIDO 1966-cı ildə təsis edilmişdir.
Ali orqanı 2 ildə bir dəfə çağırılan Baş Konfransdır. UNIDO-nun əsas
idarəetmə orqanları Sənaye İnkişafı üzrə Şura və Proqram və Büdcə Məsələləri
üzrə Komitədir. UNIDO-nun mənzil-qərargahı Vyanada yerləşir.
Dünya təcrübəsində bu təşkilatın fəaliyyəti operativ və yardımçı hissələrə
bölünür və BMT-nin Baş Məclisinin xüsusi qətnamələri ilə reqlamentləşdirilir.
Operativ fəaliyyətə bunlar aiddir:
•
inkişafın müasir mərhələsində mövcud olan siyasi, iqtisadi, maliyyə
vəziyyətini nəzərə almaqla, ölkələrə sənayeləşmə proqramlarının işlənib
hazırlanması üzrə tövsiyələr vermək və konkret yardım göstərmək;
•
sənaye müəssisələrinin və başqa iri obyektlərin inşasının
əsaslandırılması üzrə elmi-tədqiqat işlərinin təşkili və bilavasitə yerinə
yetirilməsinə ölkələrə kömək etmək;
•
zəif inkişaf etmiş ölkələrdə inkişaf və istehsalın idarə olunması
məsələləri üzrə orqanların yaradılmasını və fəali}^ətini dəstəkləmək;
•
xammal resurslarından istifadə olunması üzrə konkret proqramların
həyata keçirilməsində ölkələrə texniki yardım göstərmək və tövsiyələr vermək.
Bu təşkilatın yardımçı fəaliyyəti alınan məlumatların toplanmasından,
işlənmə-sindən, ümumiləşdirilməsindən, dərc olunmasından və yayılmasından
ibarətdir.
666
1986-cı ildən UNIDO BMT sisteminin ixtisaslaşmış idarəsi statusunu
almışdır. Yenidənqurma təşkilatın fəaliyyətinin əsas istiqamətlərinə,
məqsədinə, prinsiplərinə toxunmayaraq, inzibati, maliyyə, kadr müstəqilliyi
məsələlərinə aid idi. Hazırda UNIDO-nun özünün üzv-dövlətlərin üzvlük
haqları hesabına formalaşan və əsasən Katiblik kimi aparatın saxlanmasına
xərclənən büdcəsi var. UNIDO-nun əməliyyat fəaliyyəti əsasən BMT-nin
İnkişaf Proqramının və UNIDO-nun üzv-dövlətlərinin könüllü ödənişləri
hesabına yaradılan Sənaye İnkişafı Fondunun vəsaitləri hesabına
maliyyələşdirilir. UNIDO fəaliyyəti inkişaf etməkdə olan ölkələrə yardım
göstərilməsinə istiqamətlənən ixtisaslaşmış təşkilat statusuna malikdir.
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP - United
Nations Development Programme). Bu təşkilat BMT Baş Məclisinin yardımçı
orqanı, investisiya qoyulmazdan əvvəl həm texniki, həm də maliyyə yardımı
göstərilməsi üzrə beynəlxalq proqramdır. Bu təşkilatın fəaliyyəti həmçinin,
inkişaf etməkdə olan ölkələrdə iqtisadiyyatın mühüm sahələrinin
dəstəklənməsinə yönəlmişdir. Proqram 1965-ci ildə yaradılmışdır, rəhbər
orqanı Direktorlar Şurasıdır. Hər il Şuranın 2 sessiyası keçirilir, bunların
arasındakı müddətdə isə təşkilata Nyu-Yorkda yerləşən Katiblik rəhbərlik edir.
UNDP-nin fəaliyyəti könüllü ödənişlər hesabına maliyyələşdirilir. Könüllü
ödənişlərin məbləğini planlaşdınuaq mümkün olmadığına görə təşkilatın
büdcəsi təsbit edilmir və ildən-ilə dəyişir.
Hazırda UNDP-nin fəaliyyəti 6 əsas istiqamətdə cəmləşmişdir: yoxsul-
luqla mübarizə, idarəçilik fəaliyyətinin inkişafı, inkişaf etməkdə olan ölkələr
arasında fəaliyyətin müxtəlif sahələrində texniki əməkdaşlıq, ətraf mühitin
mühafizəsi, təbii resurslardan səmərəli istifadə, qadınların inkişafda iştirakı və
inkişaf məqsədləri üçün texnologiyaların səviyyəsinin yüksəldilməsi. UNDP-
nin himayədarlığı altında irriqasiya, balıqçılıq, meşə massivlərinin istismarı və
başqa sahələrdə konkret layihələrin həyata keçirilməsinin konkret nümunələri
mövcuddur.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (UNFAO - Food and
Agriculture Organization). Bu təşkilat BMT-nin mühüm ixtisaslaşmış
idarələrindəndir və vəzifəsi kənd təsərrüfatı üzrə hökumətlərarası təşkilatların
fəaliyyətini, habelə əhalinin kənd təsərrüfatı məhsulları ilə təchizatı sahəsində
fərdi və kollektiv təşəbbüsləri əlaqələndirməkdir. FAO 1945-ci ildə
yaradılmışdır, ali orqanı 2 ildə bir dəfə çağırılan Konfransdır. Təşkilatın
mənzil-
567