xidmətlərlə əlaqəlidir və onun satılması çoxsaylı satıcıların olmasını tələb edir.
Tender (tender - təklif, podrat üçün ərizə) - podrat müzaidələrinin
müsabiqə yolu ilə keçirilməsinin formasıdır. Onun mahiyyəti iddiaçılar
tərəfindən irəli sürülən təkliflərin tender sənədlərində əks olunan meyarlara
uyğunluq nöqteyi-nəzərindən seçilməsindədir.
Lizinq (lease - icarə) - torpaq sahələri və başqa təbii obyektlər istisna
edilməklə, avadanlığın, nəqliyyat vasitələrinin, digər daşınmaz və daşmar
əmlakın istifadəyə verilməsi ilə bağlı olan uzunmüddətli icarə formasıdır. Lizinq,
maddi-texniki təchizatın kreditləşmə və icarəyə vermə ilə eyni zamanda müşayiət
olunan fonnasıdır. Lizinqdə həmişə iki tərəf iştirak edir:
1)
lizinq verən - lizinq fəaliyyətini, yəni lizinq müqaviləsi əsasında bunun
üçün xüsusi alınmış əmlakın lizinqə verilməsini həyata keçirən təsərrüfatçılıq
subyekti yaxud fərdi sahibkardır;
2)
lizinq alan - əmlakı lizinq müqaviləsi əsasında alan təsərrüfatçılıq
subyekti yaxud fərdi sahibkardır.
Nou-hau (know how - bilirəm necə) - texniki biliklər və kommersiya sirləri
kompleksidir. Nou-haunun əsas əlaməti konfidensiallıqdır. Adətən, texniki və
kommersiya xarakterli nou-hau fərqləndirilir. Texniki xarakterli nou- hauya
bunlar daxildir:
1)
məmulatların təcrübə və qeydiyyatdan keçirilməmiş nümunələri, maşın
və aparatlar, ayrı-ayrı detallar, alətlər, emal cihazlan və s.;
2)
texniki sənədlər - düsturlar, hesablamalar, planlar, çertyojlar, sınaqların
nəticələri, yerinə yetirilmiş elmi-tədqiqat işlərinin məzmunu və onların nəticələri,
müəyyən istehsala yaxud texnologiyaya tətbiq oluna bilən hesablamalar,
materialların keyfiyyəti barədə məlumatlar; işçi heyətin hazırlanması üçün tədris
planları;
3)
məmulatın konstruksiyası, hazırlanması yaxud istifadəsi barədə
məlumatlar olan təlimatlar; istehsalat təcrübəsi, texnologiyalann təsviri; dizayn
üzrə praktiki göstərişlər; texniki qaydalar, istehsalın planlaşdıniması və idarə
olunması üzrə məlumatlar və s.
Kommersiya xarakterli nou-hauda aşağıdakılar göstərilir:
1)
məlumat banklarının ünvanları;
2)
müştərilərin kartotekası;
3)
malgöndərənlqrin kartotekası;
4)
istehsalın təşkili və səmərəliliyi, məhsul buraxılışının həcmi barədə
83
məlumatlar və s.
Nou-haunun satılmasının bir sıra özəllikləri vardır: belə ki, nou-haunu
qiymətləndirmək üçün alıcı, az da olsa, onun mahij^əti ilə tanış olmalıdır və bu
halda onun sahibi nou-haunu satmadan, üzərində inhisarı itirmək riski ilə üzləşir.
Nou-haunun qiyməti müəyyənləşdirilərkən yadda saxlanmalıdır ki, ona
çəkilən xərclər istifadəçinin gələcək gəlirləri ilə əvəzlənəcək; əks halda, onun
mənfəəti az yaxud ümumiyyətlə, olmayacaq. Nou-haunun dəyərinin
ödənilməsinin bir neçə üsulu var:
•
royalti (royalty - yeraltı sərvətlərə görə ödəniş, müəllif qonorarı) -
nou-haudan istifadə zamanı müəyyən göstəricilərə əsasən tədricən ödəmələr.
Royalti hazır məhsulun buraxılışına başlama anından etibarən, lisenziya
müqaviləsinin qüvvədə olduğu hər ilin sonunda ödənilir. Real mənfəəti
müə5^ənləşdirmək çətin olduğu hallarda satış həcminə nisbətən hesablama
formasından istifadə edilir. Dünya bazarlarında qiymətlərin tərəddüdü royaltinin
təsbit olunmuş məbləğdə ödənilməsini kifayət dərəcədə çətinləşdirir. Buna görə
də uzunmüddətli müqavilələrdə illər üzrə diferensiallaşdırılmış dərəcələrdən
istifadə edilir.
•
panşal ödəniş (almanca pauchal - bütövlüklə götürülmüş) - əvvəlcədən
razılaşdırılmış birdəfəlik ödənişdir. Pauşal ödənişlər nou-haunun təsirindən
səmərəni proqnozlaşdırmaq çətin olduqda yaxud lisenziyanın dəyəri ucuz olduğu
hallarda tətbiq edilir. Pauşal ödənişlərdən əsasən qeyri-istehsal sahələrində
istifadə olunur. Mahiyyətcə, onlar lisenziyanın faktiki qiymətini ifadə edir.
Pauşal ödəniş şəklində mükafatlandırma royaltinin kapitallaş- dırılması, yəni
onun vaxtından əvvəl birdəfəlik qaydada ödənilməsidir.
•
kost plas (cost plus - qiymət üstəgəl) - əlavə xidmətlərə görə
razılaşdırılmış tarif üzrə müqavilədə göstərilən qiymətdən əlavə ödənişlər.
Ödənişlərin qarışıq formaları da tətbiq oluna bilər.
Nou-hau lisenziya razılaşmalarının (pulsuz lisenziyaların) müstəqil
obyektidir. Bir sıra şirkətlər yeni ixtiraları, prosesləri və metodları patentləş-
dirmək əvəzinə lisenziya əsasında nou-hau qismində vennəyi üstün tutur.
84
3.4.
Xarici iqtisadi əlaqələrin tənzimləyiciləri:
xarici iqtisadi siyasət
Xarici iqtisadi əlaqələr müxtəlif tənzimləyicilər, yəni əlaqələrin meydana
çıxmasına, onları dövlətin maraqlarını müdafiə edən vahid və səmərəli siyasi-
iqtisadi sistemə yönəldən alətlərin təsiri altında fonnalaşır. Xarici iqtisadi
əlaqələrin tənzimləyiciləri iqtisadi və təşkilati-sərəncamverici ola bilər.
İqtisadi tənzimləyicilər ictimai istehsalda müxtəlif əlaqələr meydana
çıxdıqca və reallaşdıqca iqtisadi maraqlara təsir göstərir. Bunlara: tələb və təklif
arasında nisbət; dünya və daxili (ölkə) bazarlarında qiymətlər, rüsum və tariflər,
val)oıta məzənnələri, bankların faiz dərəcələri arasında nisbətlər; dünyada və
ölkədə malların (işlərin, xidmətlərin) istehsal səviyyələrinin həcmə, keyfiyyətə
və səmərəliliyə görə nisbətləri; iqtisadi stimullar; proqnozlar, planlar, proqramlar
və sair aiddir. Nəzərə alınmalıdır ki, plan kapitalist bazar iqtisadiyyatında
direktiv xarakter daşımır. Ondan yalnız inkişafın perspektiv məqsədlərinin
müəyyənləşdirilməsində və dövlət (hökumət) tərəfindən ən mühüm
makroiqtisadi tənasüblərin aşkar olunmasında istifadə edilir.
Təşkilati-sərəncamverici tənzimləyicilər tamamilə olmasa da, adətən
avtokratik dövlətlərdə istifadə edilən amiranə-inzibati xarakterli alətlərdir. Buna
baxmayaraq, həmin tənzimləyicilərin bir çoxu universal xarakterdədir. Həmin
alətlərlə tənzimləmə dövlətin və onun orqanlarının xarici iqtisadi əlaqələrin
formalaşmasına və inkişafına müxtəlif direktiv aktlar vasitəsi ilə birbaşa
müdaxiləsini nəzərdə tutur. Bunlara: malların (işlərin, xidmətlərin) ixracının və
idxalının kvotalaşdırılması və lisenziyalaşdırılması; ayn-ayrı fəaliyyət növlərinin
lisenziyalaşdırılması; malların (işlərin, xidmətlərin) ixracından əldə edilən
valyuta mədaxillərinin bir hissəsinin məcburi qaydada satılması; gömrük
rejimləri; malların ölkəyə gətirilməsinin və ölkədən çıxarılmasının gömrük
rəsmiləşdirilməsi; valyuta nəzarəti; gömrük nəzarəti; ixrac nəzarəti; idxala
nəzarət və s. aiddir. Xarici iqtisadi əlaqələrin dövlət tərəfindən fəal
tənzimlənməsi dövlətin xarici iqtisadi siyasətinin əsas məqsədidir.
Dövlətin xarici iqtisadi siyasəti - onun öz potensialını (siyasi, iqtisadi,
hərbi, sosial, ekoloji və s.) möhkəmləndirmək və dünya iqtisadiyyatında səmərəli
iştirak etmək məqsədi ilə xarici iqtisadi əlaqələrin formalaşmasına və bundan
yararlanmasına istiqamətlənmiş məqsədyönlü fəaliyyətidir. Dövlətin
85
Dostları ilə paylaş: |