ticarətdədir. Çinə ixrac sürətli templərlə inkişaf edir və həcmi 73 milyard dollara
çatmışdır. Yaponiyaya ixrac isə faktiki olaraq 2000-ci il səviyyəsində qalmış, 67
milyard dollar olmuşdur. 2008-ci ildə Amerika ixracının ən böyük axını (344,4
milyard dollar) Asiyaya və Sakit Okean regionuna (Çin, Yaponiya, Hindistan,
Cənubi Koreya, Sinqapur və s.) yönəldilmişdir. Latın Amerikası ölkələrinə ixrac
281 milyard dollar. Afrikaya 26,5 milyard dollar, Yaxın Şərq ölkələrinə 50,3
milyard dollar, OPEC üzvü olan dövlətlərə 58 milyard dollar təşkil etmişdir.
ABŞ-m ixracında Hindistanın əhəmiyyəti durmadan artır və 2000-ci ildən sonra
17,5 milyard dolları ötüb keçmişdir. Venesuela ilə siyasi ziddiyyətlərə
baxmayaraq, bu ölkəyə də ixracın həcmi artır və 2000-2009-cu illərdə 18 milyard
dollardan 52,2 milyard dollaradək çoxalmışdır; bununla müqayisədə Braziliyaya
ixrac xeyli azdır (30 milyard dollar). Başqa ölkələrin və onların sənaye-ticari
fırmalannm mövqeləri möhkəmləndikcə, Amerika şirkətləri çox hallarda dünya
və regional ticarətin bəzi, 0 cümlədən müasir yüksək texnologiyalar (İKT),
aviatexnika, enerji avadanlığı, istehlak malları (məişət elektronikası) və s.
bazarlarında tam hökmranlığını itirir.
Amerika korporasiyaları bütün dünyada həm Avropa və Yaponiya, həm də
Çin, Asiya və Latın Amerikası ölkələrinin sənaye-ticari şirkətləri ilə getdikcə
güclənən amansız rəqabət aparmaq məcburiyyəti qarşısında qalır. Bir məqam da
aydındır ki, sonuncuların rəqabət qabiliyyəti amili də ticarət balansının kəsirinin
artmasına öz təsirini göstərmişdir. 1960-cı illərin ortalarından başlayaraq, ticarət
balansının kəsiri Amerika iqtisadiyyatı üçün səciyyəvi hadisəyə çevrilmişdir.
1990-cı illərdə bu kəsir sürətli templərlə artaraq, 2010-cu ildə ixracın ümumi
həcminin, demək olar ki, 50%-inə çatmışdır.
Ölkənin tiearət kəsirini təhlil edərkən, problemin sahə və regional
(coğrafi) aspektlərinin nəzərdən keçirilməsi mühümdür. Əvvəlki onilliklərdə
ABŞ böyük həemdə xammal idxal edib, hazır məhsullar ixrac etdiyinə görə
kəsirin strukturu nisbətən sadə idi və aydın təhlil oluna bilirdi. Kəsir ölkəyə
gətirilən xammalın və yanacağın dəyərinin ixrac edilən hazır məhsulların
dəyərini üstələməsi əsasında müəyyənləşdirilirdi. Bu halda ABŞ-m dünyada
dominantlıq etdiyi eimtutumlu məmulatlar üçün müsbət saldo səciyyəvi idi.
1980-ci illərdə ABŞ üçün ən kəsirli ticarət «Hazır məmulatlar» maddəsi
üzrə olduqda, vəziyyət keyfiyyətcə dəyişdi. XXI əsrin birinci onilliyində ən
212
böyük kəsir istehlak təyinatlı mallar üzrə yaranmış, onun həcmi kəsirin 50%-nə
çatmışdı. Nəqliyyat üzrə kəsir 25%, xammal, materiallar və digər dəstləşdirici
məmulatlar üzrə 22%-dən çox olmuşdu. Ötən onillik ərzində ABŞ «Yüksək
texnologiya məmulatları» maddəsi üzrə də ticarət mövqelərini tədricən itirməyə
başlamışdır. Beləliklə, 2010-cu ilə yaxın ABŞ-ın ticarət kəsiri strukturunun
ümumi vəziyyətində ciddi dəyişiklik baş verdi, onun ənənəvi mənbəyi olan
xammal və yanacaq idxalı birinci və ikinci deyil, hətta üçüneü rolu oynamağa
başladı. Məhz bu məqam rəqabət mübarizəsi nətieəsində keyfiyyət, qiymət və s.
göstəriciləri üzrə daha çox tələbat yarada bilən istehsalçıların mallarının önə
çıxması nəticəsində milli və beynəlxalq tiearətdə baş verən ümumi irəliləyişlərin
əksidir (cədvəl 9.1).
9.1-ci cədvəlin məlumatları ABŞ-m müasir maşın-texnika məhsullannm
istehsalçısı mövqelərini, tədricən də olsa, qarşısıalınmaz surətdə itirdiyini
göstərir.
Müharibədən sonrakı onilliklərdə texnoloji baxımdan ən müasir, qabaqcıl
sənaye məhsullarının satışı Amerika ticarətinin əsas istiqamətlərindən biri
olmuşdur. Lakin 1986-cı ildə bu maddə üzrə balans ilk dəfə kəsirlə (təqribən 2,6
milyard dollar) yekunlaşdırılmış, 2002-2009-cu illərdə faiz ifadəsində xeyli aşağı
düşsə də, bu göstəriei təqribən həmin səviyyədə qalmışdır. ABŞ Tiearət
Nazirliyinin «Eimtutumlu məmulatlar» kateqoriyasına daxil etdiyi 10 əmtəə
qrupundan 3-ü üzrə (kommunikasiya avadanlığı və elektron komponentlər, elmi
və peşəkar alətlər, motorlar və turbinlər) xarici ticarət saldosu 1980-1990- cı və
2001-2009-cu illərdə passivlə yekunlaşmışdır. 1980-1990-cı illərdə balansın
aktiv saldosunu təyyarələr, aviasiya motorları və onların hissələri, plastik
kütlələr, dəftərxana avadanlığı və EHM ilə tiearət kimi maddələr formalaşdırırdı.
2001-2009-cu illərdə bu sahələr rəqiblər tərəfindən sıxışdırılsa da, Amerikanın
xarici ticarətində aktiv saldo nümayiş etdirirdi. Bu illərdə ən böyük kəsir
kommunikasiya avadanlığı və elektron komponentlərlə ticarətdə yaranmışdı.
9.3.
ABŞ-ın idxal mövqeləri
Amerika bazarının cəlbediciliyinin amilləri. Amerikanın nəhəng bazarı
dünyanın nisbətən böyük olan bütün şirkətləri üçün cəlbedieilərdən biri
olmuşdur. Bu, öz təsirini çoxdan göstərən amillərdən: birincisi, Amerika
213
Cədvəl 9.1
Əmtəələrin əsas kateqoriyaları üzrə ABŞ-ın ixrac mövqeləri*, milyon dollar
İllər
İxrac
Cəmi
Kənd
təsərrüfatı
məhsulları
Qeyri-kənd təsərrüfatı məhsulları
Cəmi
Sənaye
materialları
İstehsal vasitələri (avtomobil
istisna olmaqla)
Avtomobilqayırma
Sair
1965
26,5
6,3
20,2
7,6
8,1
1,9
2,6
1970
42,5
7,4
35,1
12,3
14,7
3,9
4,3
1980
224,3
42,0
182,2
65,1
76,3
17,4
23,4
1990
387,4
40,2
347,2
97,0
153,0
36,2
61,0
2000
772,0
52,8
719,2
163,9
357,0
80,4
117,9
2001
718,7
54,9
663,8
150,5
321,7
75,4
116,2
2002
682,4
54,5
627,9
147,6
290,4
78,9
110,9
2003
713,4
60,9
652,5
162,5
293,7
80,6
115,7
2004
807,5
62,9
744,6
192,2
331,4
89,2
131,7
2005
894,6
64,9
829,7
221,5
363,3
98,4
146,6
2006
1023,1
72,9
950,2
263,2
415,0
107,0
165,1
2007
1148,5
92,1
1056,4
302,3
447,4
121,0
185,6
2008
317,8
29,5
288,4
89,3
116,5
30,6
51,9
2009
337,3
32,5
304,9
99,5
120,1
31,0
54,1
*Məlumatlar ABŞ-ın tədiyyə balansı əsasında (müdafiə istisna alınır.
Economic Report of the President. USA, Washington, 2009.
olmaqla) göstərilmişdir, 1990-ci ilin iyunundan isə, təkrar ixrac nəzərə
Dostları ilə paylaş: |