Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə80/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   76   77   78   79   80   81   82   83   ...   306

ticarətdədir. Çinə ixrac sürətli templərlə inkişaf edir və həcmi 73 milyard dollara 

çatmışdır. Yaponiyaya ixrac isə faktiki olaraq 2000-ci il səviyyəsində qalmış, 67 

milyard dollar olmuşdur. 2008-ci ildə Amerika ixracının ən böyük axını (344,4 

milyard  dollar)  Asiyaya  və  Sakit  Okean  regionuna  (Çin,  Yaponiya,  Hindistan, 

Cənubi Koreya, Sinqapur və s.) yönəldilmişdir. Latın Amerikası ölkələrinə ixrac 

281  milyard  dollar.  Afrikaya  26,5  milyard  dollar,  Yaxın  Şərq  ölkələrinə  50,3 

milyard  dollar,  OPEC  üzvü  olan  dövlətlərə  58  milyard  dollar  təşkil  etmişdir. 

ABŞ-m ixracında Hindistanın əhəmiyyəti durmadan artır və 2000-ci ildən sonra 

17,5  milyard  dolları  ötüb  keçmişdir.  Venesuela  ilə  siyasi  ziddiyyətlərə 

baxmayaraq, bu ölkəyə də ixracın həcmi artır və 2000-2009-cu illərdə 18 milyard 

dollardan 52,2 milyard dollaradək çoxalmışdır; bununla müqayisədə Braziliyaya 

ixrac  xeyli  azdır  (30  milyard  dollar).  Başqa  ölkələrin  və  onların  sənaye-ticari 

fırmalannm mövqeləri möhkəmləndikcə, Amerika şirkətləri çox hallarda dünya 

və  regional  ticarətin  bəzi,  0  cümlədən  müasir  yüksək  texnologiyalar  (İKT), 

aviatexnika,  enerji  avadanlığı,  istehlak  malları  (məişət  elektronikası)  və  s. 

bazarlarında tam hökmranlığını itirir. 

Amerika korporasiyaları bütün dünyada həm Avropa və Yaponiya, həm də 

Çin,  Asiya  və  Latın  Amerikası  ölkələrinin  sənaye-ticari  şirkətləri  ilə  getdikcə 

güclənən amansız rəqabət aparmaq məcburiyyəti qarşısında qalır. Bir məqam da 

aydındır ki, sonuncuların rəqabət qabiliyyəti amili də ticarət balansının kəsirinin 

artmasına öz təsirini göstərmişdir. 1960-cı illərin ortalarından başlayaraq, ticarət 

balansının  kəsiri  Amerika  iqtisadiyyatı  üçün  səciyyəvi  hadisəyə  çevrilmişdir. 

1990-cı  illərdə  bu  kəsir  sürətli  templərlə  artaraq,  2010-cu  ildə  ixracın  ümumi 

həcminin, demək olar ki, 50%-inə çatmışdır. 

Ölkənin  tiearət  kəsirini  təhlil  edərkən,  problemin  sahə  və  regional 

(coğrafi)  aspektlərinin  nəzərdən  keçirilməsi  mühümdür.  Əvvəlki  onilliklərdə 

ABŞ  böyük  həemdə  xammal  idxal  edib,  hazır  məhsullar  ixrac  etdiyinə  görə 

kəsirin  strukturu  nisbətən  sadə  idi  və  aydın  təhlil  oluna  bilirdi.  Kəsir  ölkəyə 

gətirilən  xammalın  və  yanacağın  dəyərinin  ixrac  edilən  hazır  məhsulların 

dəyərini  üstələməsi  əsasında  müəyyənləşdirilirdi.  Bu  halda  ABŞ-m  dünyada 

dominantlıq etdiyi eimtutumlu məmulatlar üçün müsbət saldo səciyyəvi idi. 

1980-ci  illərdə ABŞ üçün ən kəsirli ticarət  «Hazır məmulatlar» maddəsi 

üzrə olduqda, vəziyyət keyfiyyətcə dəyişdi. XXI əsrin birinci onilliyində ən 

212 



böyük kəsir istehlak təyinatlı mallar üzrə yaranmış, onun həcmi kəsirin 50%-nə 

çatmışdı.  Nəqliyyat  üzrə  kəsir  25%,  xammal,  materiallar  və  digər  dəstləşdirici 

məmulatlar  üzrə  22%-dən  çox  olmuşdu.  Ötən  onillik  ərzində  ABŞ  «Yüksək 

texnologiya məmulatları» maddəsi üzrə də ticarət mövqelərini tədricən itirməyə 

başlamışdır.  Beləliklə,  2010-cu  ilə  yaxın  ABŞ-ın  ticarət  kəsiri  strukturunun 

ümumi  vəziyyətində  ciddi  dəyişiklik  baş  verdi,  onun  ənənəvi  mənbəyi  olan 

xammal  və  yanacaq idxalı birinci və ikinci  deyil,  hətta üçüneü  rolu oynamağa 

başladı. Məhz bu məqam rəqabət mübarizəsi nətieəsində keyfiyyət, qiymət və s. 

göstəriciləri  üzrə  daha  çox  tələbat  yarada  bilən  istehsalçıların  mallarının  önə 

çıxması nəticəsində milli və beynəlxalq tiearətdə baş verən ümumi irəliləyişlərin 

əksidir (cədvəl 9.1). 

9.1-ci  cədvəlin  məlumatları  ABŞ-m  müasir  maşın-texnika  məhsullannm 

istehsalçısı  mövqelərini,  tədricən  də  olsa,  qarşısıalınmaz  surətdə  itirdiyini 

göstərir. 

Müharibədən sonrakı onilliklərdə texnoloji baxımdan ən müasir, qabaqcıl 

sənaye  məhsullarının  satışı  Amerika  ticarətinin  əsas  istiqamətlərindən  biri 

olmuşdur. Lakin 1986-cı ildə bu maddə üzrə balans ilk dəfə kəsirlə (təqribən 2,6 

milyard dollar) yekunlaşdırılmış, 2002-2009-cu illərdə faiz ifadəsində xeyli aşağı 

düşsə  də,  bu  göstəriei  təqribən  həmin  səviyyədə  qalmışdır.  ABŞ  Tiearət 

Nazirliyinin  «Eimtutumlu  məmulatlar»  kateqoriyasına  daxil  etdiyi  10  əmtəə 

qrupundan 3-ü üzrə (kommunikasiya avadanlığı və elektron komponentlər, elmi 

və peşəkar alətlər, motorlar və turbinlər) xarici ticarət saldosu 1980-1990- cı və 

2001-2009-cu  illərdə  passivlə  yekunlaşmışdır.  1980-1990-cı  illərdə  balansın 

aktiv  saldosunu  təyyarələr,  aviasiya  motorları  və  onların  hissələri,  plastik 

kütlələr, dəftərxana avadanlığı və EHM ilə tiearət kimi maddələr formalaşdırırdı. 

2001-2009-cu  illərdə  bu  sahələr  rəqiblər  tərəfindən  sıxışdırılsa  da,  Amerikanın 

xarici  ticarətində  aktiv  saldo  nümayiş  etdirirdi.  Bu  illərdə  ən  böyük  kəsir 

kommunikasiya avadanlığı və elektron komponentlərlə ticarətdə yaranmışdı. 



9.3.

 

ABŞ-ın idxal mövqeləri 

Amerika  bazarının  cəlbediciliyinin  amilləri.  Amerikanın  nəhəng  bazarı 

dünyanın  nisbətən  böyük  olan  bütün  şirkətləri  üçün  cəlbedieilərdən  biri 

olmuşdur. Bu, öz təsirini çoxdan göstərən amillərdən: birincisi, Amerika 

213 



Cədvəl 9.1 

Əmtəələrin əsas kateqoriyaları üzrə ABŞ-ın ixrac mövqeləri*, milyon dollar 

İllər

 

İxrac

 

Cəmi

 

Kənd

 

təsərrüfatı

 

məhsulları

 

Qeyri-kənd təsərrüfatı məhsulları

 

Cəmi

 

Sənaye

 

materialları

 

İstehsal vasitələri (avtomobil 

istisna olmaqla)

 

Avtomobilqayırma

 

Sair

 

1965



 

26,5


 

6,3


 

20,2


 

7,6


 

8,1


 

1,9


 

2,6


 

1970


 

42,5


 

7,4


 

35,1


 

12,3


 

14,7


 

3,9


 

4,3


 

1980


 

224,3


 

42,0


 

182,2


 

65,1


 

76,3


 

17,4


 

23,4


 

1990


 

387,4


 

40,2


 

347,2


 

97,0


 

153,0


 

36,2


 

61,0


 

2000


 

772,0


 

52,8


 

719,2


 

163,9


 

357,0


 

80,4


 

117,9


 

2001


 

718,7


 

54,9


 

663,8


 

150,5


 

321,7


 

75,4


 

116,2


 

2002


 

682,4


 

54,5


 

627,9


 

147,6


 

290,4


 

78,9


 

110,9


 

2003


 

713,4


 

60,9


 

652,5


 

162,5


 

293,7


 

80,6


 

115,7


 

2004


 

807,5


 

62,9


 

744,6


 

192,2


 

331,4


 

89,2


 

131,7


 

2005


 

894,6


 

64,9


 

829,7


 

221,5


 

363,3


 

98,4


 

146,6


 

2006


 

1023,1


 

72,9


 

950,2


 

263,2


 

415,0


 

107,0


 

165,1


 

2007


 

1148,5


 

92,1


 

1056,4


 

302,3


 

447,4


 

121,0


 

185,6


 

2008


 

317,8


 

29,5


 

288,4


 

89,3


 

116,5


 

30,6


 

51,9


 

2009


 

337,3


 

32,5


 

304,9


 

99,5


 

120,1


 

31,0


 

54,1


 

*Məlumatlar ABŞ-ın tədiyyə balansı əsasında (müdafiə istisna alınır. 

Economic Report of the President. USA, Washington, 2009. 

olmaqla) göstərilmişdir, 1990-ci ilin iyunundan isə, təkrar ixrac nəzərə 




Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə