Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə82/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   78   79   80   81   82   83   84   85   ...   306

ticarətinin  balansı  1998-ci  ildə  passiv  olmuş  və  2002-ci  ildə  22  milyard 

dollaradək yüksəlmişdir. ABŞ-da ən böyük ticarət profısiti aerokosmik sənayenin 

məhsulları  ilə  ticarət  sahəsində  2008-ci  ildə,  31,2  milyard  dollar  həcmində 

müşahidə olunmuşdur. Uzun müddət ərzində aerokosmik sənaye məhsullarının 

istehsal  həcmi  Müdafiə  Nazirliyinin  sifarişləri  əsasında  müəyyənləşdirilirdi. 

Amma indi sahənin  məcmu  satışlarının  yalnız 30%-i  bu cür sifarişlərin  payına 

düşür. 1985-ci ildən 1999-cu ilədək dünya üzrə aerokosmik sənaye məhsulların 

ixracında  ABŞ-m  payı  orta  hesabla  72%-dən  53%-ə  düşmüşdür.  Düzdür, 

2000-2007-ci  illərdə  bu  pay  yenidən  58%-dək  yüksəlmiş  və  2008-2009-cu 

illərədək göstərilən səviyyədə qalmışdır. 

Eyni zamanda fasiləli, qeyri-rəvan xarakter daşısa da, idxalın artımı qeydə 

alınır  (əsasən  Amerikanın  aviasiya  şirkətlərinin  xarici  təyyarələri  ölkəyə 

gətirməsinin genişlənməsi hesabına). 

Onillik  ərzində  beynəlxalq  ticarət  balansı  ABŞ-m  xeyrinə  olmamışdır. 

Kəsir  fasiləsiz  surətdə  ildən-ilə  artmış  və  2008-ci  ildə  854  milyard  dollar 

həcmində olmuşdur. Ən böyük kəsir ABŞ-m Asiya və Sakit Okean regionunun 

ölkələri  ilə  ticarətində  2007-ci  ildə  410  milyard  dollardan  çox  məbləğdə 

formalaşmış və 2008-ci ildə bir qədər azalaraq 376,5 milyard dollara enmişdir; 

ikinci yerdə OPEC ölkələri ilə ticarətdəki kəsirdir - 195,4 milyard dollar; Avropa 

ilə ticarətdəki kəsir  - 121 milyard dollar üçüncü  yerdədir; dördüncü  yeri  Latın 

Amerikası ölkələri ilə ticarət - 103 milyard dollardan çox tutur. 

Şübhəsiz  ki,  bütün  bunlar  ABŞ-ın  beynəlxalq  rəqabət  mövqelərinin 

zəifləməsinin  nəticəsidir.  Ölkənin  rəqabət  mövqeləri  isə,  ilk  növbədə  ticarət 

agentlərinin,  yəni  şirkətlərin  rəqabət  qabiliyyəti  əsasında  formalaşır.  Kəsirin 

artmasının səbəbləri müxtəlifdir. Məsələn, səbəblərdən biri son onilliklər ərzində 

yapon ixracında eimtutumlu malların payının fasiləsiz artdığı halda, Amerikanın 

yuxarıda  qeyd  etdiyimiz  kimi,  iqtisadiyyatının  maddi  istehsal  sektorunu,  0 

cümlədən bu sahəni ləng də olsa, durmadan ixtisar etməsidir. Buna görə də həmin 

əmtəə qrupunun Yaponiya, Avropa və Çində istehsal edilən malları daha yüksək 

tələbatla  qarşılanmağa  başlamışdır.  Yaponiya  ilə  ticari  münasibətlərdə  ticarət 

saldosunun  aktiv  maddələri  əsasən  ərzaq,  xammal  və  materiallardır.  Lakin 

resurslara qənaət edən texnologiyalardan istifadənin genişlənməsi Yaponiyanın 

ABŞ-dan  və  başqa  ölkələrdən  asılılığını  get-gedə  azaldır.  1970-1980-ci  illərdə 

ikitərəfli  ticarətdə  iri  məbləğdə  saldonun  daim  Yaponiyanın  xeyrinə  olması 

səbəbindən  ABŞ  ilə  Yaponiya  arasında  kəskin  ticarət  münaqişələri  meydana 

çıxdı. ABŞ bu ölkədən güzəştlərə nail olmağa

217 



daxili  maneələri  aradan  qaldırmağa,  qanunvericiliyi  dəyişməyə,  öz  kəsirini 

azaltmağa  cəhd  göstərirdi.  Yaponiyanın  dünya  iqtisadiyyatında  mövqeləri 

bütövlüklə zəiflədikdə, həmin ziddiyyətlər yoxa çıxdı. Bununla bərabər, ABŞ- ın 

Çinlə ticarəti sürətlə, özü də saldo sonuncunun xeyrinə (2008-ci ildə 100 milyard 

dollardan çox) olmaqla, artır. Görünür ki, ABŞ və Çin arasında münasibətlərdə 

Yaponiya  ilə  yaranan  vəziyyət  təkrarlanır:  iki  ölkə  arasındakı  ticarətdə 

münaqişələr getdikcə intensivləşir. 

Əvvəlki onilliklərdə ABŞ hökumətinin xarici ticarət siyasətini də ölkənin 

ticarət balansının qeyri-qənaətbəxş vəziyyətə düşməsinin amillərindən biri kimi 

nəzərdən  keçirmək  lazımdır.  Amma  ticarətdə  kəsir  yaranmasında  onun  rolu 

birmənalı deyil. Bir tərəfdən, hökumətin səyləri, adətən malların, xidmətlərin və 

kapitalın  beynəlxalq  axınlar  balansının  təmin  olunmasına  yönəlmişdir  və  bu, 

ticarət kəsirinin həcminin sabitləşməsi yaxud aşağı düşməsi ilə nəticələnməlidir. 

Digər  tərəfdən,  dövlətin  xarici  ticarət  siyasəti  milli  istehsalçıların  beynəlxalq 

rəqabət  qabiliyyətinin  güclənməsi  ilə  yanaşı,  əhalinin  xarici  mallara  və 

xidmətlərə  olan  tələbatının  daha  dolğun  və  səmərə  ilə  ödənilməsinə  şərait 

yaratmalıdır.  Müxtəlif  dövlətlərin  bu  məqsədlərə  nail  olunmasına  yönəlmiş 

səyləri, bir qayda kimi, xarici əmtəə axınlarının strukturunda və dinamikasında 

müəyyən dəyişikliklərə səbəb olur, ölkələrin ticarət balansının profısitinin yaxud 

kəsirinin  artması  və  ya  azalması  ilə  nəticələnir.  Ölkə  iqtisadiyyatının 

beynəlmiləlləşmə  dərəcəsi  nə  qədər  yüksəkdirsə,  ona  beynəlxalq  amillərin  - 

dünya  bazarlarının  təsiri  güclənir.  Amma  ən  əsası,  mexanizmlərin  dövlət 

tərəfindən  dağıdılmasına  əsaslanan  libertianizm  siyasətinin,  maliyyə-bank 

sektorunun  ekspansiyasının  açıq-aşkar  görünən  əyintiləridir.  Nəticədə 

maliyyə-bank sektorunun mənfəətə yönümü güclənmiş, bu isə, maddi istehsalın 

«çözülməsinə»,  onun  istehsal-təsərrüfatçılıq  sistemində  əhəmiyyətinin 

zəifləməsinə gətirib çıxarmışdır. 

Böyük  həcmdə  malları,  xidmətləri,  kapitalı  özünə  cəlb  etdiyinə  görə 

Amerika bazarında çoxlu sayda ölkələrin maraqları qovuşur. Buna görə ABŞ-a 

münasibətdə  ticarət  siyasəti,  ölkədə  xarici  şirkətlərin  fəaliyyəti,  onun  ixracı 

qarşısında  maneələr  qurulması  və  bazarına  yönələn  əcnəbi  ixracatçılara 

subsidiyaların  verilməsi,  onların  haqsız  ticarət  praktikası  Amerikanın  xarici 

ticarət  balansının  kəsirli  olmasının  az  qala  ən  əsas  səbəbləri  kimi  nəzərdən 

keçirilir.  Bu  müddəanın  təsdiqi  kimi,  Amerika  ixracatçıları  qarşısında  tarif  və 

həm  birbaşa,  həm  də  dolayısı  ilə  qeyri-tarif  maneələrinin  qoyulması  barədə 

məlumatlara istinad edilir. İqtisadçıların rəyinə görə, bunlar ABŞ-ın potensial 



218 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə