Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə79/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   75   76   77   78   79   80   81   82   ...   306

dəyişikliklər  baş  vennişdir.  Bir  sıra  göstəricilərdə,  o  cümlədən  xarici  ticarət 

dövriyyəsinin əhalinin hər nəfərinə düşən həcminin ilbəil çoxalmasında müsbət 

dinamika  müşahidə  olunur.  Bu,  Rusiya  iqtisadiyyatının  miqyasının 

genişləndiyinin sübutudur. Özü də, idxalla müqayisədə ölkənin ixracı daha sürətli 

templərlə  artır  və  bu,  onun  dünya  üzrə  ticarət  dövriyyəsində  payını  artırmaq, 

dünyanın bir çox ölkələri ilə ticarət münasibətlərini möhkəmləndirmək səylərini 

ifadə edir. Lakin bunların əsasən xammal sektorunda ekspansiya sayəsində baş 

vennəsi  neqativ,  o  cümlədən  malların  idxal  qiymətlərinin  ixrac  qiymətləri  ilə 

müqayisədə  bahalaşması  kimi  meyilləri  formalaşdırır.  Rusiyanın  öz  mallarını 

ucuz qiymətlə ixrac edib, xaricdən malları baha qiymətə alması, kapitalın ölkədən 

axınını  asanlaşdırır.  Bu  isə,  ölkə  iqtisadiyyatına  ümumilikdə  neqativ  təsir 

göstərir. 

•  Dövlət  müxtəlif  alətlərin  köməyi  ilə  idxalı  azaltmalı  və 

iqtisadiyyatın  şaxələndirilməsi  vasitəsilə  diqqəti  məhsulların  ölkə 

daxilində  istehsalının  genişləndirilməsinə  yönəltməli,  onların  dünya 

bazarlarında  rəqabət  qabiliyyətini  təmin  etməlidir.  İqtisadiyyatın 

açıqlığına  gəldikdə  isə,  Rusiya  iqtisadi}^atı  qismən  açıq  olan  ölkələr 

sırasındadır.  Qeyd  edildiyi  kimi,  2009-2010-cu  illərdə  ixracın  həcmi 

ölkənin  ÜDM-nin  14  hissəsinə  yaxınlaşmışdır.  Amma  ölkənin  idxaldan 

asılılığı  ciddidir:  2009-2010-cu  illərdə  idxal  ÜDM-in  17-18%-i  qədər 

olmuşdur.  Özü  də,  Rusiya  maşınların,  avadanlığın,  qida  məhsullarının, 

xammalın  və  s.  idxalından  asılı  vəziyyətə  düşmüşdür.  Bunu  da  qeyd 

etməliyik  ki,  1991-ci  ildə  Rusiya  Federasiyasının  xarici  bazarlardan 

asılılığı bütövlükdə iqtisadiyyat üzrə 5% idi (müxtəlif sahələrdə vəziyyət 

fərqlənirdi).  Buna  görə  də  ixracı  inzibati  tədbirlər  vasitəsilə  deyil  (bu 

əhalinin ərzaqla və geniş istehlak malları ilə təminatını pisləşdirir, qıtlıq 

yaradır, qiymətləri bahalaşdırır), ölkədə istehsalın genişləndirilməsi yolu 

ilə azaltmaq gərəkdir. Lakin bunun üçün başqa iqtisadi siyasət lazımdır. 



Yoxlama sualları 

1.

 



Rusiyanın hansı geosiyasi, təbii-iqlim və iqtisadi xüsusiyyətləri var? 

2.

 



Ölkənin əsas makroiqtisadi göstəricilərinin təhlilini aparın. 

3.

 



1991-2010-cu  illər  ərzində  ölkənin  ÜDM-nin  dinamikasını  göstərin. 

1994-2000-ci  illərdə  ölkənin  tərk-sənaye  olunmasının  səbəbləri  nədir?  2001- 

2008-ci illərdə Rusiya iqtisadiyyatının artımına hansı amillər təsir göstənnişdir? 

4.

 



Rusiyanın beynəlxalq iqtisadi mövqeləri necədir? 

209 



5.

 

Ölkə ixracının və idxalının əmtəə strukturu necədir? Onlar nəyə dəlalət 



edir? 

6.

 



Ölkənin ən mühüm ticarət tərəfdaşları hansı dövlətlərdir? 

7.

 



«İxrac kvotası», «idxal kvotası», «ixracın və idxalın təmərküzləşməsi 

və şaxələnməsi» kimi anlayışların mahiyyətini və məzmununu izah edin. 



Referatlann mövzuları 

1.

 



Rusiya iqtisadiyyatının dünya iqtisadiyyatı sistemində tutduğu yeri və 

əhəmiyyəti: müasir vəziyyət və perspektivlər 

2.

 

Rusiya Federasiyasının xarici iqtisadi fəaliyyətinin öncül istiqamətləri 



210 


Fəsil 9 

ABŞ-ın BEYNƏLXALQ TİCARƏTİ 

9.1.

 

ABŞ-ın beynəlxalq ticarət tutduğu mövqelər 

Bəzi hallarda ABŞ-ın ixraca verdiyi töhfə, onun idxala olan ehtiyacı ilə 

müqayisədə qabarıq nəzərə çarpmasa da, ölkə dünyada malların və xidmətlərin 

ən böyük idxalçısı və ixracatçısıdır. Bunun səbəbi ABŞ ixracının əsas hissəsinin 

pərakəndə  satışa  çıxarılmayan  istehsal  vasitələrindən  ibarət  olmasıdır.  Başqa 

ölkələrlə  müqayisə  olunduqda,  Amerika  ixracının  strukturu  ixtisaslı  işçi 

qüvvəsinin və yüksək texnologiyaya əsaslanan istehsalların izafıliyini əks etdirir. 

ABŞ-ın ixraca təyyarələr göndərib, əvəzində ayaqqabı və paltar idxal etməsinin 

səbəbi  də  bu  izafıliklə  izah  olunur.  ABŞ  tutumuna  görə  nəhəng  daxili  bazara 

malik  olsa  da,  onun  ixracı  dünyanın  ixrac  bazarlarının  həyat  qabiliyyətindən 

qismən asılıdır. ABŞ-ın ticarət tərəfdaşları, ilk növbədə, Avropa və Yaponiyanın 

artımı zəiflədikdə (bu isə, böhrandan əvvəlki bir neçə il ərzində olmuşdur), onlar 

ABŞ-dan az mal idxal edir və öz mallarının və xidmətlərinin ixracını artırmağa 

çalışırdı. 

ABŞ  ticarətinin  miqyasına  (ixrac  1,3  milyard  dollar  yaxud  dünya  üzrə 

ixracın 11%-i, idxal 2,1 milyard dollar yaxud dünya üzrə idxalın 16,4%-i) görə 

beynəlxalq  ticarət  sistemində  mühüm  yer  tutur.  Malların  və  xidmətlərin  ixracı 

baxımından  ABŞ  ticarətin  beynəlmiləlləşməsi  indeksinə  (ÜDM-in  həcminin 

12%-i) görə liderlər sırasına daxil deyil. 

9.2.

 

ABŞ-ın ixrac mövqeləri 

Amerikanın  xarici  ticarətinin  miqyası  böyükdür,  coğrafiyası  isə  bütün 

dünyadır  (cədvəl  9.1).  Amerikanın  əsas  ticarət  tərəfdaşları  Avropa  İttifaqıdır 

(əsasən avro zonası ölkələri) və 2008-ci ildə onların payı müvafiq olaraq 335 və 

272 milyard dollar idi. İkinci yerdə ixrac həcnji 272 milyard dollar olan Kanada

üçüncü yerdə isə Meksikadır (148 milyard dollar). Xatırladaq ki, ABŞ, Kanada 

və  Meksika  Qitə  Beynəlmiləl  Qrupunun  üzvləri  olduğuna  görə  mallar  və 

xidmətlər  onlar  arasında  maneəsiz  hərəkət  edir.  Avropa  ölkələrindən  Amerika 

ixracının  daha  böyük  həcmi  Böyük  Britaniya  (57,3  milyard  dollar),  Almaniya 

(55,3 milyard dollar), Fransa (29,6 milyard dollar) ilə aparılan 

211 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə