Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə87/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   83   84   85   86   87   88   89   90   ...   306

edilmişdir.  Göstərdiyimiz  kimi,  bu  siyasət  (onun  ayrı-ayrı  elementləri  növbəti 

fəsillərdə  açıqlanacaq)  ideyalarının  mənbəyi  hələ  Smitə  qədərki  nəzəriyyəyə 

(XVIII  əsrin  fiziokratları)  gedib  çatan  liberal  iqtisadi  təfəkkürün  R.Lukas  və 

M.Fridman  (Çikaqo  məktəbi),  R.Bar  (Harvard  universitetinin  məktəbi)  və 

başqalarının «pul» (monetar) istiqaməti məcrasında yeniləşmiş təfsirinə əsaslanır. 

BVF və DB-nin mütəxəssislərinin genişləndirilmiş təfsirinə əsasən bu istiqamət 

ümumilikdə  «beynəlxalq  monetarizm» termini  ilə adlandırılır. Beləliklə,  XVIII 

əsrin  yüksəlməkdə olan kapitalizminin liberal ticari-iqtisadi konsepsiyasının və 

müasir dünyanın ən iri fövqəldövlətinin (ABŞ XX əsrin ortası) pul tənzimlənməsi 

ideyalarının  süni  birləşdirilməsi  əsasında  dünyanın  bütün  ölkələrində  dayanıqlı 

iqtisadi artımı və cəmiyyətin tərəqqisini təmin edə biləcək universal vasitə kimi, 

milli  hökumətlərin  fəali}^ətində  tətbiq  olunan  qlobal  iqtisadi  siyasətin 

nəzəriyyəsi yaradılmış və platfonnası işlənib hazırlanmışdır. Bu halda beynəlxalq 

neoliberal monetarizmin dominantlığı müharibədən sonrakı onilliklərdə (1970-ci 

illərin  sonunadək)  inkişaf  etmiş  ölkələrin  iqtisadi  siyasətində  bərqərar  olmuş 

keynsçi yanaşmaların sıxışdırılması yolu ilə baş verirdi. 

Qlobal monetarizmin hücuma keçməsinin müəyyən obyektiv əsasları var 

idi.  Dünyada  iqtisadi  tarazlığın  pozulmasının  müxtəlif,  lakin  əsasən  milli 

iqtisadiyyatlar  hüdudlarında  yaxud  1970-ci  illərin  ortalarından  aydın  nəzərə 

çarpmağa  başlayan  regional  maliyyə  sarsıntılarında  təzahür  edən  formalarının 

dünyadakı  iqtisadi  inkişaf  qarşısında  yaratdığı  yeni  problemlərin  neokeynsçi 

metodlar  çərçivəsində  həllinin  qeyri-mümkünlüyü  səbəbindən,  onlar  səmərəli 

tənzimləmə  obyekti  ola  bilməzdi.  Dünya  iqtisadiyyatının  yeni  keyfiyyətinə 

adekvat olmayan neokeynsçi təlimin böhranı da məhz bundan irəli gəlirdi. Ancaq 

keynsçilikdə  baş  verdiyi  kimi  təkzibə  və  devrilməyə  yox,  modemləşdirilməyə, 

tənzimləmə 

mexanizmləri 

cəbbəxanasını 

genişləndirilməsinə, 

iqtisadi 

nəzəriyyənin və siyasətin monetar istiqaməti ilə sintez olunmaya ehtiyacı var idi. 

Bunun əvəzində isə qlobal monetarizmin universal keynsçilik və neokeynsçilik 

üzərinə kütləvi hücumu başlandı. 

Müasir dünyanın iqtisadi inkişafı iri korporasiyalar və banklar, beynəlxalq 

təşkilatlar  tərəfindən  güclü  himayə  olunmasına  baxmayaraq,  beynəlxalq 

neoliberal  monetarizm  məktəbinin  ona  olan  ümidləri  doğrultmadığını  göstərir. 

Son illərin (2008-2011) hadisələri bu konsepsiyanın, onun metodologiyasının və 

üzərində qurulan iqtisadi siyasətin tam iflasa uğradığını sübuta yetirmişdir. 



228 


Böhran  vəziyyətindən  çıxışın  keynsçiliyə  qayıdış  (o  cümlədən  dövlətin 

rolunun gücləndirilməsi, milliləşdirmə aləti və s.) yolunda axtarılması cəhdləri də 

buradan  irəli  gəlir;  eyni  zamanda  həmin  ölkələrin  siyasi  və  elmi  dairələrində 

başqa  konsepsiyalarla  sintez  olunmaqla,  iqtisadi  siyasətdə  yeni  yanaşmaların 

işlənib  hazırlanması  üçün  radikal  solçu  iqtisadi  ideyalara  diqqət  güclənir. 

Ümumilikdə  isə,  XXI  əsrin  dünya  iqtisadiyyatının  vəziyyətinə  adekvat  olan 

strateji  ideyaların  mövcudluğunun,  qlobal  iqtisadi  siyasətin  başqa  paradiq- 

masmm  yaradılmasının  zəruriliyi  aydındır.  Bu  isə,  mürəkkəb  milli  maliyyə- 

təsərrüfat altsistemlərindən ibarət olan, təkcə universal deyil, həmçinin, konkret 

ölkə üçün olan səciyyəvi meyillərin təsir göstərdiyi dünya iqtisadiyyatına sintez 

əsasında  yanaşma  vasitəsilə  mümkündür.  Bu,  ilk  növbədə,  özünün  özəl 

xüsusiyyətləri və tənzimləmə alətləri ilə vahid dünya tiearət sisteminə daxil olan 

ölkələrin  ticarət  sistemlərinə  aiddir.  Amma  bunun  üçün  əvvəlcə  qlobal  ticarət 

sisteminin öneül cərgəsində olan Avropa İttifaqının beynəlxalq tiearətinin ümumi 

vəziyyətini və dinamikasını müəyyən etmək lazımdır. 

10.2.

 

Avropa ticarəti: ticarət siyasətinin təkamülü 

XX əsrin müharibədən sonrakı onilliklərində beynəlxalq tiearətin artması 

bir  çox  eəhətdən,  əksər  hissəsi  tarixən  Qərbi  Avropada  baş  verən  struktur  və 

institusional dəyişikliklərin və islahatların nətieəsidir. Bu məqamı da qeyd edək 

ki,  XX  əsrin  birinci  yarısında  dünya  üzrə  beynəlxalq  tiearətin  artımının  2/3 

hissəsi  Qərbi  Avropanın  payına  düşmüşdür.  Dəyişikliklərin  əksəriyyəti 

Avropanın  regiondaxili  (ölkələr  arasında)  ticarətinin  artımı  hesabına  baş 

vennişdi.  Burada  vahid  sənaye  kompleksləri  hüdudlarında  həyata  keçirilən, 

bölmələri  Avropanın  müxtəlif  ölkələrində  yerləşdirilmiş  sənaye  sahələri 

arasındakı kooperasiya əsasında ticarət mühüm rol oynamışdır. 

Avropada  ticarətin  inkişafı  hələ  1950-ci  illərdə  müharibədən  əvvəlki 

dövrdə  mövcud  olan  və  müharibədən  sonrakı  yenidənqurmanın  gedişində  həll 

edilən  bir  sıra  struktur  problemləri  ilə  üzləşmişdir.  Belə  ki,  1935-ci  ildə  qitə 

ölkələrinin beynəlxalq ticarətinin 57%-i Avropadaxili ticarətin payına düşürdüsə, 

1952-ci  ildə  bu  pay  cəmi  53%  təşkil  etmiş,  amma  1973-cü  ildə  artıq  70%-dək 

artmışdır. 

Avropanın  inteqrasiya  prosesi  1940-1950-ci  illərdə  ölkələrin  qarşılıqlı 

ticarətində maneələrin, o eümlədən köklü struktur dəyişiklikləri (islahatları) 



229 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə