Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə86/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   82   83   84   85   86   87   88   89   ...   306

əhəmiyyətli dərəcədə təsir göstərmək iqtidarında olması inandırıcı deyil. 

• Amerika iqtisadiyyatının sağlamlaşdırılmasmm və beynəlxalq ticarətdə 

mövqelərinin  yaxşılaşdırılmasının  digər  istiqaməti  dövlətin  iqtisadi 

funksiyalarını gücləndirib, libertarian tənzimləmədən qətiyyətlə imtina etməkdir. 



Yoxlama sualları 

1.

 



ABŞ beynəlxalq ticarətdə hansı mövqeləri tutur? 

2.

 



Amerika mallarının və xidmətlərinin beynəlxalq  ixracının coğrafiyası 

necədir? 

3.

 

ABŞ-a  malların  və  xidmətlərin  beynəlxalq  idxalının  coğrafiyası 



necədir? 

4.

 



ABŞ-m  əsas  ticarət  tərəfdaşlarını  xarakterizə  edin.  ABŞ  və  Kanada 

arasında ikitərəfli ticarət necə baş verir? 

5.

 

ABŞ və Aİ arasında beynəlxalq ticarəti xarakterizə edin: ixrac və 



idxal. 

6.

 



Əvvəlki  dövrlərdə  ABŞ  ilə  Yaponiya  arasında  ikitərəfli  ticarət 

sahəsində  ziddiyyətlərin  yaranmasının  səbəbi  nədir?  İndi  bu  ziddiyyətlər  niyə 

arxa plana keçmişdir? 

7.

 



ABŞ-Çin  ticarətinin  təhlilini verin. Onun strukturu necədir? Amerika 

tərəfi Çinlə ticarətin bəzi aspektlərindən niyə narazıdır? 

8.

 

ABŞ-m, demək olar ki, bütün digər ölkələrlə ticarətində böyük kəsirinin 



olmasının səbəbi nədədir? 

9.

 



Böyük və getdikcə artan ticarət kəsiri ölkənin iqtisadiyyatına necə təsir 

göstərir? 

10.

 

Ticarət kəsiri probleminin həlli üçün əvvəlki Amerika hökuməti hansı 



tədbirləri həyata keçirmişdi? 

Referatların mövzuları 

1.

 



ABŞ-m beynəlxalq ticarətdə tutduğu mövqe: 

vəziyyəti və 

perspektivləri 

2.

 



ABŞ-m  Asiya,  Latın  Amerikası  və  Afrika  ölkələri  ilə  beynəlxalq 

ticarəti 

3.

 

ABŞ ilə Avropa İttifaqı arasında ticari-iqtisadi ziddiyyətlər 



225 


Fəsil 10 

BEYNƏLXALQ VƏ REGİONAL TİCARƏT, 

AVROPA İTTİFAQININ TİCARƏT SİYASƏTİ 

10.1.

 

Avropa müasir kapitalizmin vətənidir 

Kapitalizmin təsərrüfat  münasibətləri Qərbi Avropada yaranmış, burada 

böyük  və  çoxillik  müharibələr  baş  vermiş,  dəniz  səyyahları  buradan  özlərinin 

dövr-aləm səyahətlərinə yollanaraq, bütöv qitələri öz ölkələrinə birləşdirmişlər. 

Burada  ən  qanlı  inqilablar  və  əks-inqilablar  baş  vermiş,  gələcək  bankirlərin 

sələfləri  olan  ilk  küçə  sərrafları,  sonra  isə  ilk  banklar  meydana  çıxmış,  indi 

menecerlərlə əvəz olunmuş dükançılar və tacirlər işləmişlər. Müasir kapitalizm 

müəyyən  münasibətlər  sistemi  kimi,  ilk  növbədə.  Qərbi  Avropa  regionunun 

sosial-iqtisadi təkamülünün və siyasi inkişafının məhsuludur. Amerikanın kəşfi. 

Yeni  Dünya  aşkar  olunduqdan  sonra  Avropanın  əsas  ölkələrində  baş  verən 

amansız  müharibələr  və  hakim  elitanın  toqquşmaları  yeni  yaranan  kapitalist 

münasibətlərinin  Avropadan  Amerikaya  keçməsinə,  oradakı  kapitalizmin 

müəyyən  özəl  cəhətlərinin  formalaşmasına  səbəb  olmuşdur.  Böyük  coğrafi 

kəşflər  və  Avropa  dövlətlərinin  yeni  ölkələri  zəbt  edib  öz  imperiyalarına 

birləşdirmək məqsədilə apardığı müstəmləkə müharibələri son nəticədə xıx əsrin 

sonu  -  XX  əsrin  əvvəllərində  dünyanın  bütün  ölkələrinin  təşkilati-iqtisadi 

baxımdan  beynəlxalq  istehsal  amillərinə  adekvat  olaraq,  dünya  təsərrüfatı 

sistemində birləşməsinə gətirib çıxarmışdır. 

Avropanın aparıcı ölkələrinin iqtisadi təkamülü onların başqa dövlətlərlə 

münasibətlərini  əks  etdirən  müxtəlif  nəzəriyyələrin  yaranması  üçün  ideya 

platforması  olmuşdur.  XVI-XVIl  əsrlərdə  kapitalizmin  ilk  nəzəriyyəçiləri 

(merkantilistlər) müstəmləkələrin metropoliyalarla ticarəti üçün sərt qaydaların 

müəyyənləşdirilməsini,  ixracın  idxal  üzərində  üstünlüyünə  nail  olunmasını, 

dövlət xəzinəsində yalnız qiymətli metalların saxlanmasını və s. tələb edirdilər. 

XVII  əsrin  əvvəllərindən  başlayaraq  Avropa  dövlətlərinin  möhkəmlənməsi  və 

özəl  şirkətlərin  qüvvətlənməsi,  onlardan  bəzilərinin  (Ost-Hind  və  Vest-Hind 

şirkətləri  və  s.)  isə  müstəmləkələrdə  əslində  dövləti  əvəzləməsi  nəticəsində 

həmin dövrün dominant iqtisadi təfəkkürü dövlətin iqtisadi sahəyə müdaxiləsinin 

məhdudlaşdırılmasmı tələb etməyə başladı. Məsələn, fiziokrat  olah F.Keno və 

A.R.J.Tryuqo təbii hüquqlara (natural law) əsaslanan qaydalara 



226 


istinad  edir,  sənayenin  dövlət  tərəfindən  tənzimlənməsini  inkar  edərək,  yalnız 

torpaq  vergisini  tanıyırdılar.  Onların  ideyaları  klassik  iqtisadi  nəzəriyyənin 

(A.Smit,  D.Rikardo,  S.Mill,  T.R.Maltus,  K.Marks,  A.Marşall  və  başqaları) 

fonnalaşmasma güclü təsir göstərmişdir. Bu halda klassik iqtisadi nəzəriyyənin 

bir  neçə istiqaməti fomıalaşmışdır. Bu klassiklərin təlimi  iqtisadi  nəzəriyyələrə 

və  məktəblərə  güclü  təsir  göstənniş  və  indi  də  göstərməkdədir.  Böyük 

Britaniyanın  dövlət  xadimi  və  iqtisadçısı  C.M.Keynsin  və  Amerika  iqtisadçısı 

M.Fridmanin təlimləri də müasir iqtisadi təfəkkürə bu cür, bəlkə bundan da güclü 

təsir  göstərir.  Onların  hər  ikisi  iqtisadi  təfəkkürdə  metodologiyasına  və  buna 

müvafiq  olaraq  iqtisadi  proseslərə  siyasət  tərəfindən  təsir  göstərilməsinin  çox 

cəhətlərinə görə bir-birinə diametral əks olan istiqamətlərin baniləridir. 

Dünya təsərrüfatının ayrı-ayrı problemlərinin tədqiqi ilə məşğul olan ilk 

iqtisadi  məktəblərin  də  Qərbi  Avropada  (Böyük  Britaniya,  Fransa,  Almaniya, 

Avstriya,  İtaliya,  İsveçrə,  İsveç) meydana çıxması da qanunauyğun məqamdır. 

Bir  qədər  sonra  XD(  əsrdə  iqtisadi  məktəblər  ABŞ-da:  Harvard,  Çikaqo, 

Kolumbiya,  Yeli  universitetlərində  yaranmağa  başlamışdır.  XX  əsrin  ikinci 

yarısından  iqtisadi  məktəblər  başqa  ölkələrdə  də  (Yaponiya,  Avstraliya, 

Finlandiya  və  s.)  formalaşmağa  başlamışdır.  Burada  qeyd  edək  ki,  nə  dünya 

iqtisadiyyatının  vahid  nəzəriyyəsi,  nə  beynəlxalq  iqtisadi  münasibətlərin  vahid 

nəzəriyyəsi, nə də beynəlxalq ticarətin vahid nəzəriyyəsi mövcud deyil. Müxtəlif 

məktəblər və tədqiqat mərkəzləri ayrı-ayrı alimlərin dünya iqtisadiyyatı və orada 

gedən proseslərlə əlaqədar olan konkret məsələlərin (dünyada iqtisadi tsikllərin 

hərəkəti,  investisiya  siyasəti,  ticarət,  maliyyə  və  s.)  öyrənilməsi  sahəsində 

mühüm nəticələr əldə etməsi sayəsində dünya şöhrəti qazanmışdır. 

Nəzəriyyəyə  görə,  dünya  iqtisadiyyatı  proseslərinin  tədqiqinə  vahid 

mövqedən  yanaşmaya  iki  qlobal  sosial  sistemin:  kapitalizm  və  sosializmin 

mövcudluğunun mane olduğu fərz edilirdi. Amma dünyada əslində yalnız vahid 

qlobal  kapitalizmin  mövcud  olduğu  (Çinin  də  1,3  milyard  əhalisi  ilə  qlobal 

kapitalist münasibətlərinin ümumi sistemində olduğunu nəzərə alaraq) son 20 il 

ərzində  iqtisad  elmi  dairələrində  dünya  iqtisadiyyatının  bütöv  sistem  kimi 

tədqiqinə  və  dərkinə  eyni  yanaşmaya  doğru  heç  bir  irəliləyiş  nəzərə  çarpmır. 

Buna  görə  də  dünya  iqtisadiyyatının  və  beynəlxalq  iqtisadi  münasibətlərin 

müəyyən  baza  konstruksiyalarının  fonnalaşması,  bunun  qismən  münasib  olan 

vahid nəzəriyyəsinin qurulması üçün ilkin şərtlər də yoxdur. Bu baxımdan qlobal 



iqtisadi siyasətin yeridilməsində daha böyük müəyyənlik əldə 

227 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə