Köhnəlmiş pestisidlər problemi bütün Avropa İttifaqına üzv ölkələrdə
tanınan problemdir. İstifadə olunmamış və vaxtı keçmiş məhsulların
“göndərənə geri qaytarılması” Avropada ümumiləşmiş təcrübədir, buna
uyğun olaraq köhnəlmiş pestisidlərin sahibi müəyyənləşdirilir. Aİ
qanunlarına əsasən istehsalçılar köhnəlmiş pestisidlərə nəzarət etməyə,
onların toplanması və məhv olunmasına görə də məsuliyyətlidirlər. Aİ-nin
genişlənməsi bu vəzifənin yeni üzv ölkələrə də şamil edir. Aİ daxilolma
ərəfəsində, üzvlükdən əvvəl Aİ üzv ölkələrinin DANCEE (Danimarkanın
Şərqi Avropaya Ekologiya Dəstəyi) və PHARE kimi proqramları (əlavə 2)
çərçivəsində Şərqi və Mərkəzi Avropanın 8 yeniqoşulan ölkələrinə bu
problemi həll etməyə yardım göstərilib (həmçinin Əlavə 2 –yə baxın)
Məsələn 2002-ci il Sentyabrda Nitrofen qalmaqalından sonra Avropa
Komissiyası (Ətraf Mühit üzrə Ümumi Direktorat) Namizəd ölkələrdə
köhnəlmiş pestisidlərin vəziyyəti barədə hesabat dərc etdi (Avropa
Komissiyası, 2002). Tədqiqatlar 2004-cü ildə üzv olan 10 yeni qoşulma
ölkələrini - Çexiya, Kipr, Estoniya, Macarıstan, Latviya, Litva, Malta, Polşa,
Slovakiya və Sloveniyanı əhatə edirdi. Bu iddiaçı ölkələrin hər biri Davamlı
Üzvi Çirkləndiricilər daxil olmaqla
saxlanılan köhnəlmiş pestisidlər və
onlara nəzarət üzrə vəziyyət barədə hesabat verirdi. Əlavə olaraq, tədqiqat
Davamlı Üzvi Çirkləndiricilər üzrə Stokholm konvensiyasının tələblərinin
qarşılanması ilə bağlı gələcəkdə yarana biləcək çətinlikləri və məsələləri
aşkarlayırdı. Hal-hazırda ENP ölkələri üzrə belə bir hesabat mövcud deyil.
7
Aİ –yə üzv olmayan ölkələrdə, xüsusilə də, Cənub Şərqi Avropa və ENP
ölkələrində vəziyyət fərqli olub və belə də davam edir. Milli qanunvericilik
inkişaf etdirilməyib, torpaq sahibkarlığı hər zaman müəyyən deyil,
istehsalçılar
hal hazırda yoxdur və ya cavabdeh hesab olunmurlar və
effektiv bərpa üçün adekvat infrastruktur mövcud deyil. Qanunvericilik
mövcud olsa da, çox vaxt tətbiq olunmur, başqa səbəblərdən biri,
ümumiyyətlə dövlət sektoru resurslarının məhdud olmasıdır.
Bununla belə, bəzi fəaliyyətlər həyata keçirilir. Arktikada Çirklənmənin
7
8
17
4.2 Aİ-dən kənarda: cüzi inkişaf
qarşısını almaq üzrə Arktik Fəaliyyət Planı Şurası (ACAP) çərçivəsində 2,000
tona yaxın köhnəlmiş pestisidlər Şimal Şərqi Rusiyada yenidən qablaşdırı-
lıb. 2002-ci ildə Albaniya Aİ PHARE proqramından bütün köhnəlmiş pesti-
sidləri azaltmaq üçün maliyyə dəstəyi alıb. Dünya Bankı Moldova Respubli-
kasında 1,060 tonna PCB və PCB ilə zəhərlənmiş torpaqlarla birgə 1,150
tonna daimi üzvi tullantı təmizlənməsini başladıb (Plesca et al., 2008). Bu
layihə 2007-ci ilin sonunda tamamlanıb. Danimarkanın Xarici İşlər Nazirliyi
Danimarka DOEN və PSO Təşkilatı (İnkişaf etmiş ölkələrdə potensialın ya-
radılması) ilə birgə Moldova, Qırğızıstan və Gürcüstanda 2005-ci ildən
2008-ci ilə qədər köhnəlmiş pestisidlərin kəskin risklərini azaltmaq üçün
layihəni maliyyələşdirib. 2008-ci ilin sonunda potensialın yaradılması və
maarifləndirmədən başqa 400 tonnadan çox köhnəlmiş pestisidlər yeni-
dən qablaşdırılıb və təhlükəsiz şəkildə saxlanılıb. Potensialın yaradılması və
yenidən qablaşmanı nəzərdə tutan layihə Ukraynada eyni proqramla da-
vam etdirib. 1999 və 2003-cü illər arasında Danimarka hökuməti 1.56 mil-
yon avro civarında köhnəlmiş pestisidlər üzrə yeni xüsusi proqramlara ma-
liyyə dəstəyi ayırıb (DANCEE, 2003). Fəaliyyətin ilkin fazası Ukraynada
“Köhnəlmiş pestisid ambarlarının təhlükəsinin qarşısının alınması üzrə fəa-
liyyət planının” yaradılması və Fəaliyyət planının gələcək icrası üçün pilot
layhələrin həyata keçirilməsini əhatə edir. İkinci fazaya pilot layihələrin işə
qoyulması, yerli icra qurumlarına dəstək, ictimai iştiraka dəstək, təhlil he-
yətinin təlimi və maliyyə resurslarının daxili və xarici mənbələrdən səfər-
bərliyi aiddir (WECF ,2006). Ukraynada 1,000 tonna köhnəlmiş pestisidlərin
aradan qaldırılması və Almaniyaya məhv olunma məqsədi ilə göndərilməsi
üzrə iş gedir. Layihə Dövlət Təbiəti qoruma Fondu tərəfindən təsdiq olunur
və maliyyələşdirilir. Əlavə 2,000 tonnanın aradan qaldırılması üzrə başqa
bir tender həyata keçirilir.
Lakin fəaliyyətlər bunlarla bitmir. Bütün əlaqədar ölkələrdə sistemli ya-
naşma yoxdur və bütün potensial mənbələr hədəfə alınmır. Təhlükəli pes-
tisid HCH6 ilə bağlı böyük problemlər aktualdır. Aİ ölkələri xaricində əsas
HCH saxlanılma yerləri keçmiş Yuqoslaviya Respublikası Makedoniyada və
Azərbaycandadır. Sözü gedən ölkələrdə qanuni, qurumsal və maliyyə im-
kanları və fəaliyyət üçün yəqin ki siyasi meyl çatışmamazlığı mövcuddur.
8
Çox ölkələr öz köhnəlmiş pestisidlərini və onların qalıqlarını uğurla
məhv etmişlər. Bu Aİ və yeni Aİ üzvləri də daxil olmaqla digər inkişaf etmiş
ölkələri nəzərdə tutur . Bu ölkələrdə maarifləndirmə, qanunvericilik, texniki
bilik və maliyyə mövcuddur. Bu faktorların bəziləri, ya da heç biri ENP
ölkələrində çatışmir.
Buna baxmayaraq bu regionlarda da bəzi irəliləyişlər var. İlk regional
layihə GEF Şurası tərəfindən təsdiqlənmişdi. IHPA FAO adından GEF
proqramı olan “Köhnəlmiş pestisidlər və Davamlı Üzvi Çirkləndiricilər üzrə
Şərqi Avropa Qafqaz və Orta Asiya ölkələrində (EECCA) potensialın
yaradılması” proqramını idarə edəcək və Milieunkontakt İnternational,
Green Cross və 9 ölkənin nümayəndələri ilə əməkdaşlıq edəcək. Proqram
2009-cu ildən başlayacaq. Layihə aşağıdakı 9 ölkədə təbliğatın aparılması
və potensialın yaradılması məsələlərini özündə cəmləşdirir: Albaniya,
Azərbaycan, Ermənistan, Belarusiya, KYR Makedoniya, Gürcüstan,
Moldova, Monqoliya və Rumınya. Bu layihə regiondakı istənilən ölkədə
regional əməkdaşlığı gücləndirməyə, əlaqələndirici ölkələr və ekspertlər
vasitəsilə məlumatları və təcrübələri mübadilə etməyə və təmizləmə
işlərinin təchiz edilməsi üçün hazırlıq və tətbiq etməyə cəhd göstərəcəkdir.
Eyni zamanda FAO BMT-nin köhnəlmiş pestisidlərin idarəsi üzrə
mandatının dəstəyi ilə Orta Asiya və Qafqazda köhnəlmiş pestisid
probleminə dair tədqiqatlar nəşr etdirmək planlaşdırır. Tədqiqat nəticələri
2-4 Dekabr 2008-ci il tarixində Bakıda keçirilən toplantıda təqdim olundu.
Toplantıya rəhbərlik edən Azərbaycan Kənd Təsərrüfatı Naziri vəziyyətin
ciddiliyini qeyd etdi və fəaliyyətə keçmək üçün ciddi çağırış göndərdi.
Başqa regional fəaliyyətlər Dünya Bankı tərəfindən həyata keçirilir ki, bu
məqsədlə Tacikistan, Qırğızıstan, Özbəkistan və Gürcüstana xüsusi missiya
göndərilmişdir. Həmçinin UNEP-WHO-Milieukontakt International və
Green Cross tərəfindən həyata keçirilən və Qafqazı və Orta Asiyanı əhatə
edən GEF Regional DDT layihəsini də qeyd etmək lazımdır. DDT layihəsi bu
regionlarda malyariya xəstəliyinin gələcək vəziyyəti ilə bağlıdır və yeni
alyternativ yolları müəyyənləşdirmək və DDT qalıqlarını məhv etmək üçün
səylər göstərir.
GEF layihəsi ilə paralel olaraq IHPA regionda maarifləndirmə
tədbirlərini aparmağa davam edəcək, həmçinin MEP Wieslaw S. Kuсun
köhnəlmiş pestisidlər mövcud olan ərazilərdə vəziyyəti təsvir edən foto
sərgisi kimi fərdi cəhdləri dəstəkləyir. Amma daha çox tədbirlərə ehtiyac
var:
19
18