10
demodulyasiya deyilir; beləliklə, modem – modulyator-demodulyatordur.
Kompyuterlərin əksəriyyətində daxili modemlər quraşdırılmış olur.
Adətən analoq siqnalları 3 parametrlə xarakterizə olunur: amplitud, tezlik və
faza. Müasir modemlərədə hər 3 xarakteristikadan istifadə olunur. Modem
kompüterdən 3”bit” informasiya qəbul edir, sonra isə onu analoq siqnalı formasında
xəttə göndərir. Bu analoq siqnalının amlitudu qəbul olunmuş birinci bitə ,tezliyi
ikinci bitə və fazası isə üçüncü bitə uyğun gəlir. Modem – qəbuledici bu cür
informasiyanı qəbul edərək, analoq siqnalını aydınlaşdırır və onu göndərlimiş 3”bit”
şəklinə salır. Ilkin analoq siqnalı aparıcı tezlikli siqnal adlanır.1500 Hs tezlikli belə
siqnallardan telefon rabitə xətlərində istifadə olunur və həmin siqnal modem-
ötürücü vasitəsilə lazımi çevrilməyə məruz qalır. Telefon xəttində aparıcı tezlikli
siqnalın olması modemlər arasında əlaqənin yaranma əlamətinin göstəricisidir.
Modemin buraxma qabiliyyəti aşağıdakı 2 parametrlə xarakterizə olunur:
1.
informasiyanın ötürülmə sürəti;
2.
informasiyanın tutumu.
İnformasiyanın ötürülmə sürəti bodlarla ölçülür və o, modemin bir analoq
siqnalından digərinə keçmək qabiliyyəti ilə təyin edilir. Belə ki, əgər modem, analoq
siqnalının xarakteriskasını bir saniyədə 3200 dəfə dəyişirsə, onda onun
verilənlərinin ötürmə sürəti 3200 bod olacaq.
İnformasiyasının tutumu həmin siqnallardakı bitlərin sayı ilə təyin edilir. Modemin
buraxma qabiliyyəti bu 2 parametrin hasilinə bərabər olub, bps (bit/san)-lə ölçülür.
Əgər modem 3200 bod sürətə, analoq siqnalları isə 3 bitlik informasiyaya malik
olarsa, o zaman modemin buraxma qabiliyyəti 9600 bps olacaq.
Rabitəyə qoşulduqda hər iki modem eyni bir sürətlə işləməli və eyni bir
modulyasiya üsulundan istifadə etməlidir. Əks təqdirdə rabitəni əldə etmək mümkün
olmaz. Buna görə də, hər bir modem verilənlərin ötürülməsinin standart sürətinə
malik olmalıdır. Ötürmə sürəti modemin modulyasiya üsulunu təyin edir. Modem
lazımi maksimal sürətə malik olmaqla bərabər, həmçinin rabitənin digər tərəfindəki
11
modemin kiçik ola bilən sürəti ilə də işləməyi bacarmalıdır. Kiçik sürətə keçmək
məcburiyyəti keyfiyyətsiz telefon xətlərindən istifadə etdikdə baş verir.
Modemlərin iş rejimləri. Kompüterə qoşulmuş modem aşağıdakı iki rejimdən
birində işləyə bilər:
1.
verilənlərin ötürülməsi rejimi (modem is online)
2.
əmrlər rejimi.
Verilənlərin ötürülməsi rejimində modem kompüterdə ona göndərilən bütün
informasiyanı verilənlər kimi qəbul edib, onu analoq siqnalına çevirir və telefon
xəttinə ötürür.
Əmrlər rejimi isə modemi idarə edir. Bu rejimdə kompüterlər tərəfindən verilən
xüsusi əmrlərdən istifadə edilir, modem özü isə sərbəst olaraq ayrıca işləyir. Modem
kompüterdən simvollar sətrini aldıqda o, bunu əmrlər kimi başa düşür. Əgər bu əmr
aydınlaşdırılarsa, o zaman modem bunu icra edir, əks halda isə modem onu bir səhv
kimi qəbul edir. Əmrlər rejiminin bir növü zəngi gözlətmək rejimidir. Bu hAlda
modem elə bir gözləmə vaziyyətini alır ki, o, istənilən anda telefon dəstəyini
qaldırmaq və xəttin o biri tərəfində olan modemlə rabitə qurmaq vəziyyətinə malik
olsun. Baxmayaraq ki, modemin əmrlər toplusu onu istehsal edən firmadan və
istehsal olunduğu ildən asılıdır, bütün modemlər üçün eyni olan bir sıra əmrlər də
mövcuddur. Bu əmrlərə aşağıdakılar aiddir:
1.
telefon dəstəyini qaldırmaq;
2.
lazımi nömrəni yığmaq;
3.
iş rejimini əldə etmək.
Modemi qoşduqdan sonra onda əmrlər rejimi işləməyə başlayır. Verilənlərin
ötürülməsi rejimi telefon dəstəyini qaldırmaq və lazımi nömrəni yığmaq əmri
veriləndən sonra həyata keçirilir. Əks istiqamətdə bir rejimdən o birisinə keçmək
üçün isə xüsusi kodlar ardıcıllığından (escape-ardıcıllıq) istifadə edilir. Bu kod
modem tərəfindən verilənlərin ötürülməsi rejimini həyata keçirmək əmri kimi qəbul
edilir.
12
Konstruktiv olaraq modemlər iki formada olur: daxili və xarici. Daxili modemlər
ana plata üzərində olan sistem şinə qoşulur. Xarici modemlər isə ardıcıl
Com
portuna (
communications
port
) qoşulur. Xarici modemlərin qiyməti nisbətən baha
olur və fərdi kompüterə rahat qoşulur.
6.
İNFORMASİYANIN SIXLAŞDIRILMASI. SƏHVLƏRİN
TAPILMASI VƏ TƏSHİHİ
İnformasiyanın sıxlaşdırılması. Rabitə xəttinə informasiyanı ötürməmişdən
əvvəl daha böyük miqdarda informasiyanı ötürmək üçün mütləq həmin
informasiyanı sıxlaşdırmaq lazımdır. Sıxlaşdırma prinsiplərindən biri ondan
ibarətdir ki, təkrar olunan simvol və kodlar ardıcıllığı daha qısa şəkildə yazılmış
kodla əvəz edilir. Məs, AAAAAVVVVSSSSSS=5A4V6S.
Sıxlaşdırmanın digər bir üsulu qısaldılmış baytlardan istifadə edilməsidir. Aydındır
ki, bayt özü 8 bitdən ibarətdir, amma 5 bitdən ibarət olan informasiya qrupu bir
baytdan başlayıb, digər baytda qurtara bilər. Bu cür qısaldılmış bayt birləşmələrinin
uzunluğu müxtəlif ola bilər. Əksər hallarda ən çox rast gəlinən simvollar bitlərin
qısaldılmış ardıcıllığı ilə kodlaşdırıla bilirlər. Hal-hazırda informasiyanın
sıxlaşdırmasının mürəkkəb alqoritmləri əsasında işləyən külli miqdarda proqram –
arxivatorlar işlənib hazırlanmışdır. Qeyd etmək lazımdır ki, ən kiçik sıxlaşdırma
vahidi informasiyanın tipindən asılı olaraq, informasiya blokudur. Ən geniş yayılmış
proqram arxivatorlardan – Rar və Zip proqramlarını göstərmək olar.
Verilənlərin sıxlaşdırılmasını modemin daxilində yerləşdirilmiş sıxlaşdırma
protokolu (MNR5), həmçinin verilənlərin ötürülmə kanallarının özü həyata
keçirirlər.