Salatın Əhmədli
303
Nilufər anasının yanında yerə uzandı. Gecə qaranlığın-
da Nilufəri görməyən azğın ermənilər evə od vurub
qonşu həyətə keçdilər.
Nilufər qorxudan və soyuqdan donmuşdu, yerin-
dən tərpənə bilmirdi. Vəhşiləşmiş ermənilər qonşu
evlərə də od vurmuşdular. Onlar yavaş-yavaş Nilufər-
gilin evindən uzaqlaşırdılar. Birdən gecənin qaranlı-
ğında bir nəfərin ona tərəf gəldiyini gördü. Onu
erməni zənn edərək qaranlığın dərinliklərinə çəkilib
gizləndi. Qulaqlarına yenidən şaqqıltı səsi gəldi. Qar-
daşları idi. Təngənəfəs, sürünə-sürünə gəlirdilər.
Onları erməni əsgərləri təqib edirdi. Süleymangil
həyətə daxil oldular, yanan evə keçməyə cəhd etdilər.
Alov onların üzünü qarsıdı. Onları təqib edən erməni-
lər qapını kəsmişdilər. Süleyman geri qayıtmaq
istəyəndə erməninin biri əlindəki avtomatın süngüsünü
Şahinin qarnına yortdu. Süleyman bunu gördü, onun
köməyinə çatmaq istəyəndə güllə açıldı, qardaşlar
qəfil aldıqları zərbədən yerə yıxıldılar. Erməni-lərin
tükürpədici qəhqəhələri Nilufərin gicgahını çəkic kimi
döyəclədi. Süleyman Arsenin səsini tanıdı:
Salatın Əhmədli
304
- Ara, Süleyman demədim, çıx get buradan?
Mənə inanmadın, köpəy oğlu? Al, bu da məndən sənə
yadigar!
Arsen əlindəki bıçaqla Süleymanın burnunu
üzmək istəyəndə yaralı Süleyman Arsenin boğazından
yapışdı, o biri erməninin atdığı güllədən əli boşaldı.
Süleyman Arseni öz qanına boyamışdı. Arsen yenidən
mırıldandı:
- Ax, türk köpəyoğlu, qanınız necə də şirindi,
sizin qanınızı içməyə dəyər!
Qanı görüb daha da vəhşiləşmiş ermənilər Süley-
manın o biri qardaşına tərəf döndülər. Erməninin biri o
birinə dedi:
- Ara, Vahancan, biri mənim, biri sənin. Kəsək
bunların kökünü. Ancaq, yox, qoy onlar it kimi
gəbərib, can versinlər. Bu türkləri əziyyətlə öldürmək
lazımdır. Onların qulağını kəsmək lazımdır. Bəlkə
ürəymiz onda soyuya, Andranikin heyfini bu türklər-
dən almalıyıq.
Ermənilər hərəsi bir qardaşa yaxınlaşdı. Saçların-
dan tutub üzlərinə tüpürdülər. Arsenlə erməni Vahan
ciblərindən çıxartdığı bıçaqla onlara tərəf əyiləndə,
dalbadal açılan güllə Arseni və Vahanı yerə sərdi...
Salatın Əhmədli
305
Nilufər əlindəki silahı yerə atdı, əvvəlcə Arsenin, so-
nar da Vahanın əlindən bıçağı alıb dəlicəsinə ürəkləri-
nə sapladı...
Gecədən xeyli keçmiş Kərəm kişi evə qayıtdı, hə-
yətə girdi, yanmış ot tayasına yaxınlaşdı, vaxtında
uşaqlarına kömək edə bilmədiyindən için-için qovru-
lurdu. Gözündən yaş gəlmirdi. Canlı ikən ayaq üstə
ölmüşdü. Gözü ilə gördüyü işgəncə, nər oğullarının
can verməsi onun ağlını kütləşdirmişdi. Yerindən
tərpənə bilmirdi. Güllünün və oğlanlarının al-qan
içində torpağın üstündə qalmış cəsədləri kişinin ağlını
başından çıxarmışdı. Key-ləşmiş kimi yerindəcə
donub qalmışdı, gördükləri ona nağıl kimi gəlirdi.
Dan yeri yavaş-yavaş sökülürdü. Səhərin gəlməsi
Kərəm kişinin donunu az da olsa açırdı. Oturduğu yer-
dən ayağa qalxıb yavaş-yavaş əzizlərinin yanına gəldi.
Arvadının gözləri şaxta vurmuş şüşəyə dönmüşdü.
Oğ-lanları qan gölünə bələnmişdilər. Kərəm kişi
meyidlərə yaxınlaşdı. Kişinin ağlı özünə gəlirdi.
Meyidlərin içində bircə Nilufərin meyidi yox idi.
Kərəm ayağa qalxdı. Dəli kimi ətrafı fırlanmağa ba-
şladı. Yanmaqda olan evə girdi, tüstüdən boğula-
boğula otaqları bir-bir gəzdi.
Salatın Əhmədli
306
Özünü hövlanak həyətə atdı. Evin həndəvərini
dolaşdı, tayanın içini yoxladı, mal damına girdi, çıxdı.
Nilufəri heç yerdə tapa bilmədi. Yerə çöməldi.
Əllərini və üzünü göyə tutub var səsilə qışqırdı: «Al-
lahım, sənin varlığına inanmıram, bu qədər də zülm
olarmı bizə göstərdin? Gülüzlü qızıma necə qıydın,
kafirlərin əlinə niyə verdin onu?» Kərəm kişinin ağ-
lına gələn fikir onu dəli edirdi. Bu dəfə o daha bərkdən
qışqırıb ağlamağa başladı. Bayaqdan donmuş göz
yaşları sel-sularına dönüb çoxdan qırxılmamış
saqqalını islatdı: «Allahım, o kafirlər mənim qızımın
başına nələr gətirəcəklər?»
Kərəm kişinin qanı damarlarında dondu. Ağlına
gələn fikirdən ayaqlarının altından yer qaçdı, dünya
ba-şına hərləndi. Dəli bir hayqırtı çəkdi. Səsi kəndi
başına götürmüş ah-fəqan səsinə qarışdı. Ermənilər bu
səsi yaxşı ki, ayırd etmədilər. Ata balası üçün nalə
çəkirdi, canavar kimi ulayırdı. Ağzı açıq qalmışdı.
Qışqırmaqdan səsi batmışdı. Gözləri göyə zillənmişdi,
saçını-saqqalını isladan göz yaşları üzündə-gözündə
donurdu.
Kərəm kişi nə qədər belə qalmışdısa bilmirdi.
Qulaqları güyüldəyir, zarıltısını, iniltisini öz içində
Salatın Əhmədli
307
hiss edirdi. Onun gülparçasına oxşayan Nilufərini ga-
vurlar güllələyib şaqqalayacaqlar. Ən pisi isə namu-
suna təcavüz edəcəklər. Kərəm kişi nələr arzulamırdı?
Qızını oxudacaq, el adətilə gəlin köçürdəcəkdi. İndi
budur, qızı ermənilərin əlində əsirdir. İstədiklərini
onun başına açacaqlar. Ax, murdar ermənilər! Bircə
qızıma dəyməyin. Nər biləkli oğlanlarımı əzabla
öldürdünüz. Arvadımın döşlərini kəsdiniz. Bir ailədən
üç nəfər… Bəs deyilmi? Qızıma dəyməyin!
Kərəm kişi dəli kimi ayağa qalxdı. Gözləri dörd
olmuşdu. Təşvişlə həyətdə vurnuxmağa başladı.
Baxdığı yerə bir də baxdı. Qızını tapa bilmədi. Diz
üstə çöküb bərkdən qışqırdı: «Nilufər!» Birdən zəif və
boğuq bir səs eşitdi:
- Burdayam, ata! Qorxma, mən sağam!
Kərəm kişi alaqaranlıqda qabağa baxdı. Dizin-
dizin irəli süründü. Qızının səsi qaranlığın dərinliyin-
dən gəlirdi. Nilufər kartof quyusunda idi. Soyuq, şaxta
iliyinə işləmiş balasının qolundan tutub birtəhər quyu-
dan çıxartdı, astadan pıçıldadı:
- Gəl, qızım, necə ki ermənilər duyuq düşməyib,
qaçaq.
Salatın Əhmədli
308
O, Nilufərin əlindən bərk-bərk yapışdı. Nilufər
onun əlindən çıxıb evin arxasına tərəf getdi. Qayı-
danda Nilufəri əlisilahlı gördü. Nilufər Süleymanla
Şahinin yanında ölmüş Arsenə və Vahana yaxınlaşdı,
əyilib nifrətlə üzlərinə baxdı. Sonra qardaşı Süley-
mana yaxınlaşdı, başındakı örpəyi açıb üzünə saldı,
sonra anasının qana bulaşmış örpəyini açıb Şahinin
üzünə saldı. Qayıdıb anasının cəsədi yanında oturub
üzünü üzünə sürtərək:
-Balaların sənə əmanət, ana,-dedi. -Ölsəm belə
dərdim yoxdur,-qisasınızı yerdə qoymadım.
Bir qədər kənarda dayanmış Kərəm eşitdiklərin-
dən donub yerində qalmışdı. Nilufəri-on dörd yaşlı
məktəbli qızı qardaşlarının qisasını yerdə qoymamışdı.
Nilufər yerindən qalxdı. Tövlənin qabağındakı
belin birini götürdü. Kərəm kişi ona baxdı. Hər ikisi
bağçanın içində yeri qazdılar, köməkləşib ananı,
Süleymanı, Şahini-üçünü də bir yerdə torpağa basdır-
dılar. Yanmış ot tayasından bir az ot götürüb izi
itirmək üçün qəbrin üstünə tökdülər.
Axşamdan yağan qar öz bəyazlığı ilə hər yanı
işıqlandırırdı. Nilufərlə Kərəm göz yaşları içində
Dostları ilə paylaş: |