KöRPƏ SƏSİ, ana nəFƏSİ



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə52/56
tarix12.10.2018
ölçüsü1,54 Mb.
#73278
1   ...   48   49   50   51   52   53   54   55   56

Salatın Əhmədli                    
 
 
303 
Nilufər anasının yanında yerə uzandı. Gecə qaranlığın-
da  Nilufəri  görməyən  azğın  ermənilər  evə  od  vurub 
qonşu həyətə keçdilər.  
Nilufər  qorxudan  və  soyuqdan  donmuşdu,  yerin-
dən  tərpənə  bilmirdi.  Vəhşiləşmiş  ermənilər  qonşu 
evlərə də od vurmuşdular. Onlar yavaş-yavaş Nilufər-
gilin  evindən  uzaqlaşırdılar.  Birdən  gecənin  qaranlı-
ğında  bir  nəfərin  ona  tərəf  gəldiyini  gördü.  Onu 
erməni  zənn  edərək  qaranlığın  dərinliklərinə  çəkilib 
gizləndi.  Qulaqlarına  yenidən  şaqqıltı  səsi  gəldi.  Qar-
daşları  idi.  Təngənəfəs,  sürünə-sürünə  gəlirdilər. 
Onları  erməni  əsgərləri  təqib  edirdi.  Süleymangil 
həyətə daxil  oldular, yanan evə keçməyə cəhd etdilər. 
Alov onların üzünü qarsıdı. Onları təqib edən erməni-
lər  qapını  kəsmişdilər.  Süleyman  geri  qayıtmaq 
istəyəndə erməninin biri əlindəki avtomatın süngüsünü 
Şahinin  qarnına  yortdu.  Süleyman  bunu  gördü,  onun 
köməyinə  çatmaq  istəyəndə  güllə  açıldı,  qardaşlar 
qəfil  aldıqları  zərbədən  yerə  yıxıldılar.  Erməni-lərin 
tükürpədici qəhqəhələri Nilufərin gicgahını çəkic kimi 
döyəclədi. Süleyman Arsenin səsini tanıdı:  
Salatın Əhmədli                    
 
 
304 
-  Ara,  Süleyman  demədim,  çıx  get  buradan? 
Mənə inanmadın, köpəy oğlu? Al, bu da məndən sənə 
yadigar! 
Arsen  əlindəki  bıçaqla  Süleymanın  burnunu 
üzmək istəyəndə yaralı Süleyman Arsenin boğazından 
yapışdı,  o  biri  erməninin  atdığı  güllədən  əli  boşaldı. 
Süleyman Arseni öz qanına boyamışdı. Arsen yenidən 
mırıldandı:  
-  Ax,  türk  köpəyoğlu,  qanınız  necə  də  şirindi, 
sizin qanınızı içməyə dəyər!  
Qanı görüb daha da vəhşiləşmiş ermənilər Süley-
manın o biri qardaşına tərəf döndülər. Erməninin biri o 
birinə dedi:  
-  Ara,  Vahancan,  biri  mənim,  biri  sənin.  Kəsək 
bunların  kökünü.  Ancaq,  yox,  qoy  onlar  it  kimi 
gəbərib,  can  versinlər.  Bu  türkləri  əziyyətlə  öldürmək 
lazımdır.  Onların  qulağını  kəsmək  lazımdır.  Bəlkə 
ürəymiz  onda  soyuya,  Andranikin  heyfini  bu  türklər-
dən almalıyıq.  
Ermənilər hərəsi bir qardaşa yaxınlaşdı. Saçların-
dan  tutub  üzlərinə  tüpürdülər.  Arsenlə  erməni  Vahan 
ciblərindən  çıxartdığı  bıçaqla  onlara  tərəf  əyiləndə, 
dalbadal  açılan  güllə  Arseni  və  Vahanı  yerə  sərdi... 


Salatın Əhmədli                    
 
 
305 
Nilufər  əlindəki  silahı  yerə  atdı,  əvvəlcə  Arsenin,  so-
nar da Vahanın əlindən bıçağı alıb dəlicəsinə ürəkləri-
nə sapladı... 
Gecədən xeyli keçmiş Kərəm kişi evə qayıtdı, hə-
yətə  girdi,  yanmış  ot  tayasına  yaxınlaşdı,  vaxtında 
uşaqlarına  kömək  edə  bilmədiyindən  için-için  qovru-
lurdu.  Gözündən  yaş  gəlmirdi.  Canlı  ikən  ayaq  üstə 
ölmüşdü.  Gözü  ilə  gördüyü  işgəncə,  nər  oğullarının 
can  verməsi  onun  ağlını  kütləşdirmişdi.  Yerindən 
tərpənə  bilmirdi.  Güllünün  və  oğlanlarının  al-qan 
içində torpağın üstündə qalmış cəsədləri kişinin ağlını 
başından  çıxarmışdı.  Key-ləşmiş  kimi  yerindəcə 
donub qalmışdı, gördükləri ona nağıl kimi gəlirdi.  
Dan yeri yavaş-yavaş sökülürdü. Səhərin gəlməsi 
Kərəm kişinin donunu az da olsa açırdı. Oturduğu yer-
dən ayağa qalxıb yavaş-yavaş əzizlərinin yanına gəldi. 
Arvadının  gözləri  şaxta  vurmuş  şüşəyə  dönmüşdü. 
Oğ-lanları  qan  gölünə  bələnmişdilər.  Kərəm  kişi 
meyidlərə  yaxınlaşdı.  Kişinin  ağlı  özünə  gəlirdi. 
Meyidlərin  içində  bircə  Nilufərin  meyidi  yox  idi. 
Kərəm  ayağa  qalxdı.  Dəli  kimi  ətrafı  fırlanmağa  ba-
şladı.  Yanmaqda  olan  evə  girdi,  tüstüdən  boğula-
boğula otaqları bir-bir gəzdi.  
Salatın Əhmədli                    
 
 
306 
Özünü  hövlanak  həyətə  atdı.  Evin  həndəvərini 
dolaşdı, tayanın içini yoxladı, mal damına girdi, çıxdı. 
Nilufəri  heç  yerdə  tapa  bilmədi.  Yerə  çöməldi. 
Əllərini  və  üzünü  göyə  tutub  var  səsilə  qışqırdı:  «Al-
lahım,  sənin  varlığına  inanmıram,  bu  qədər  də  zülm 
olarmı  bizə  göstərdin?  Gülüzlü  qızıma  necə  qıydın, 
kafirlərin  əlinə  niyə  verdin  onu?»  Kərəm  kişinin  ağ-
lına gələn fikir onu dəli edirdi. Bu dəfə o daha bərkdən 
qışqırıb  ağlamağa  başladı.  Bayaqdan  donmuş  göz 
yaşları  sel-sularına  dönüb  çoxdan  qırxılmamış 
saqqalını  islatdı:  «Allahım,  o  kafirlər  mənim  qızımın 
başına nələr gətirəcəklər?»  
Kərəm  kişinin  qanı  damarlarında  dondu.  Ağlına 
gələn  fikirdən  ayaqlarının  altından  yer  qaçdı,  dünya 
ba-şına  hərləndi.  Dəli  bir  hayqırtı  çəkdi.  Səsi  kəndi 
başına götürmüş ah-fəqan səsinə qarışdı. Ermənilər bu 
səsi  yaxşı  ki,  ayırd  etmədilər.  Ata  balası  üçün  nalə 
çəkirdi,  canavar  kimi  ulayırdı.  Ağzı  açıq  qalmışdı. 
Qışqırmaqdan səsi batmışdı. Gözləri göyə zillənmişdi, 
saçını-saqqalını  isladan  göz  yaşları  üzündə-gözündə 
donurdu.  
Kərəm  kişi  nə  qədər  belə  qalmışdısa  bilmirdi. 
Qulaqları  güyüldəyir,  zarıltısını,  iniltisini  öz  içində 


Salatın Əhmədli                    
 
 
307 
hiss  edirdi.  Onun  gülparçasına  oxşayan  Nilufərini  ga-
vurlar  güllələyib  şaqqalayacaqlar.  Ən  pisi  isə  namu-
suna təcavüz edəcəklər. Kərəm kişi nələr arzulamırdı? 
Qızını  oxudacaq,  el  adətilə  gəlin  köçürdəcəkdi.  İndi 
budur,  qızı  ermənilərin  əlində  əsirdir.  İstədiklərini 
onun  başına  açacaqlar.  Ax,  murdar  ermənilər!  Bircə 
qızıma  dəyməyin.  Nər  biləkli  oğlanlarımı  əzabla 
öldürdünüz. Arvadımın döşlərini kəsdiniz. Bir ailədən 
üç nəfər… Bəs deyilmi? Qızıma dəyməyin!  
Kərəm  kişi  dəli  kimi  ayağa  qalxdı.  Gözləri  dörd 
olmuşdu.  Təşvişlə  həyətdə  vurnuxmağa  başladı. 
Baxdığı  yerə  bir  də  baxdı.  Qızını  tapa  bilmədi.  Diz 
üstə çöküb bərkdən qışqırdı: «Nilufər!» Birdən zəif və 
boğuq bir səs eşitdi:  
- Burdayam, ata! Qorxma, mən sağam!  
Kərəm  kişi  alaqaranlıqda  qabağa  baxdı.  Dizin-
dizin  irəli  süründü.  Qızının  səsi  qaranlığın  dərinliyin-
dən gəlirdi. Nilufər kartof quyusunda idi. Soyuq, şaxta 
iliyinə işləmiş balasının qolundan tutub birtəhər quyu-
dan çıxartdı, astadan pıçıldadı:  
- Gəl, qızım,  necə  ki ermənilər duyuq düşməyib, 
qaçaq. 
Salatın Əhmədli                    
 
 
308 
O,  Nilufərin  əlindən  bərk-bərk  yapışdı.  Nilufər 
onun  əlindən  çıxıb  evin  arxasına  tərəf  getdi.  Qayı-
danda  Nilufəri  əlisilahlı  gördü.  Nilufər  Süleymanla 
Şahinin  yanında  ölmüş  Arsenə  və  Vahana  yaxınlaşdı, 
əyilib  nifrətlə  üzlərinə  baxdı.  Sonra  qardaşı  Süley-
mana  yaxınlaşdı,  başındakı  örpəyi  açıb  üzünə  saldı, 
sonra  anasının  qana  bulaşmış    örpəyini  açıb  Şahinin 
üzünə  saldı.  Qayıdıb  anasının  cəsədi  yanında  oturub 
üzünü üzünə sürtərək: 
-Balaların  sənə  əmanət,  ana,-dedi.  -Ölsəm  belə 
dərdim yoxdur,-qisasınızı yerdə qoymadım. 
 Bir qədər kənarda dayanmış  Kərəm eşitdiklərin-
dən  donub  yerində  qalmışdı.  Nilufəri-on  dörd  yaşlı 
məktəbli qızı qardaşlarının qisasını yerdə qoymamışdı. 
Nilufər  yerindən  qalxdı.  Tövlənin  qabağındakı 
belin  birini  götürdü.  Kərəm  kişi  ona  baxdı.  Hər  ikisi 
bağçanın  içində  yeri  qazdılar,  köməkləşib  ananı, 
Süleymanı,  Şahini-üçünü  də  bir  yerdə  torpağa  basdır-
dılar.  Yanmış  ot  tayasından  bir  az  ot  götürüb  izi 
itirmək üçün qəbrin üstünə tökdülər. 
 Axşamdan  yağan  qar  öz  bəyazlığı  ilə  hər  yanı 
işıqlandırırdı.  Nilufərlə  Kərəm  göz  yaşları  içində 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə