KöRPƏ SƏSİ, ana nəFƏSİ



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə51/56
tarix12.10.2018
ölçüsü1,54 Mb.
#73278
1   ...   48   49   50   51   52   53   54   55   56

Salatın Əhmədli                    
 
 
297 
qalıb  oxuyar-sınız.  O  səndən,  sən  də  ondan  muğayat 
olarsan. 
Kərəm  kişi  qızını  özünə  tərəf  çəkib  üzündən 
öpdü:  
- Dur, qızım, gecə keçir, get yat. Ananla mən bir 
həyətə çıxaq, görək nə var, nə yox?  
Nilufər  istəməsə  də,  atasının  sözündən  çıxmadı. 
Çarpayısına  uzansa  da  gözünə  xeyli  vaxt  yuxu 
getmədi.  Nənəsi  demişkən,  dağı  arana,  aranı  dağa 
köçürməyə  başladı.  Necə  də    xoş  günlər  idi,  rahat, 
asudə  yaşayır-dılar.  Bu  xain  erməni  qonşularının 
istədiyi  nə  idi?  Bir  yerdə  sakit  yaşayırdılar.  Birdən-
birə bunlara  nə oldu? Niyə torpaq  iddiasına düşdülər? 
Hamıya  yaşamaq  üçün  bir parça  torpaq çatır.  Torpağı 
bunlar neyləyəcəklər? Kürəyə alınası deyil ki, götürüb 
harasa  aparasan.  Ermənilərə  kim  nə  deyirdi  ki?  Kim 
idi onlara gözün üstə qaşın var deyən?  
Bu  suallar  içində  çabalayan  Nilufəri  özü  də 
bilmədən  yuxu  apardı.  Səhərin  alaqaranlığında  o  biri 
otaqdan  qardaşlarının  qəzəbli  danışıqlarını  eşidib  ay-
ağa  qalxdı.  Stolun  üzərinə  atdığı  donunu  tez  başına 
keçirdi.  Ürəyi  səksəkə  içində  o  biri  otağa  keçdi.  Bir 
kənarda  büzüşüb  qardaşları  ilə  atasının  söhbətinə  qu-
Salatın Əhmədli                    
 
 
298 
laq  asmağa  başladı.  Anasının  üzü  avazımışdı.  Qar-
daşları kimi isə söyüb-yamanlayırdı.  
-  İmkan  vermədilər  özümüz  gedib  döyüşək. 
Başımızın altına yastıq qoya-qoya əlimizdəki silahları da 
aldılar.  Heç  narahat  olmayın,  Şuşa  bizimdir,  deyə-deyə 
bizim  ağ-zımızı  yelə  verdilər.  Odur  bax,  ermənilər  otu-
rub  Şuşa  qalasında.  Namusumuz,  torpağımız  əldən 
getdi, papağımızı yerə soxdular.  
Nilufərin  qardaşları  pərt  vəziyyətdə  başlarını 
aşağı  dikib  durmuşdular.  Bir  gecədə  sanki  qocalmış, 
qamətləri əyilmişdi.  
Nilufər  yavaşca  onlara  yaxınlaşdı,  anasından  so-
ruşdu:  
- Ana, nə baş verib? Qardaşlarımın dedikləri doğ-
rudurmu? Şuşa doğrudan ermənilərin əlindədir?  
Güllü  başını  tərpədib  qəmgin-qəmgin  cavab 
verdi:  
-  Hə,  qızım,  bizim  kürsüdə  oturanlarımız  xalqı 
aldatdı,  köməyə  gəlmədi.  Qarabağ,  Şuşa  uğrunda 
döyüşən  övladların  çəsədi  sevdiyi  torpağa  qarışdı. 
Camaat  gecəykən  Şuşanı  tərk  edib,  üzü  aşağı  qaçıb. 
Qaça  bilən  qaçıb,  qaça  bilməyənləri  ermənilər  gül-
lələrdən keçirib, dağdan aşırıblar. 


Salatın Əhmədli                    
 
 
299 
Nilufərin  gözlərində  nifrət  alovu  yandı.  Üzünü 
qardaşlarına tutub dedi:  
-  Mənə  də  silah  verin,  mən  də  döyüşəcəyəm. 
Kəndin keşiyini mən də çəkəcəyəm. Razı olmaram ki, 
onların murdar ayaqları kənddə iz salsın!  
Böyük qardaş dilləndi:  
- Yox, bacı, bu sənin işin deyil. Sən uşaqsan. On-
larla  özümüz  bacararıq.  Əgər  içimizdə  xainlər  ol-
masa…  «Köməyə  gəlirik»  deyə-deyə  bizi  aldadırlar. 
Başları  vəzifə  bölgüsünə  qarışıb,  Qarabağ  yaddan 
çıxıb.  Bundan  da  düşmənlərimiz  yaxşıca  istifadə 
edirlər.  Özümüzə  qalsaydı  onların  burunlarını  çoxdan 
əzmişdik.  
Ailə süfrə başına oturub könülsüz səhər yeməyini 
yedi. Qardaşlar silahlarını götürüb kənd içinə getdilər. 
Kərəm  kişi  də  onların  dalınca  getdi.  Nə  fikirləşdisə 
geri  dönüb  Nilufəri  yataq  otağına  apardı,  döşəyi 
qaldırdı, Ni-lufər silahı gördü. Kərəm kişi: 
-Birdən,  Allah  eləməsin,  işdir  də,-zorla  boğazına 
tı-xanan kəlməni dilinə gətirdi,-anan da, sən də sağ ələ 
düşməyin. 
Kərəm  kişi  sürətlə,  arxaya  baxmadan  evdən 
çıxdı.  
Salatın Əhmədli                    
 
 
300 
Kənddə cürbəcür şaiyələr baş alıb gedirdi. Qonşu 
rayonların kəndləri bir-bir erməni işğalına məruz qalır, 
ermənilər  mal-heyvanı  sürüb  aparır,  kəndlərə  od  vu-
rurdular.  Əhalinin  vay-şivən  səsləri  göyə  bülənd 
olurdu.  Kənddə  bir  xof  yaranmışdı.  Ordan-burdan 
xəbər gəlirdi ki, ermənilər filankəsi öldürüb, filankəsin 
burnunu,  boğazını  kəsib.  Ermənilər  tez-tez  kəndə 
xəbər  göndərirdilər:  «Tez  olun,  çıxın,  çıxmasanız 
hamınızı  öldürəcəyik».  Kənd  əhli  əli  qoynunda 
mərkəzdən xəbər gözləyir, kənddən çıxmaq istəmirdi.  
Qış  gəlib  qapının  ağzını  kəsdirmişdi.  Kəndə  qaz 
verilmədiyindən  əhali  odun  yandırmağa  məcbur 
olurdu.  Meşəyə  odun  dalınca  gedənlər  sanki  gedər-
gəlməzə yollanırdı. Onlardan səs-soraq gəlmirdi, izsiz-
tozsuz yoxa çıxırdılar. Ehtiyat edən kənd camaatı evdə 
nə  ki  pal-paltar  var,  hamısını  üst-üstə  geyinsələr  də 
soyuq iliklərinə işləyirdi. Ərzaqları da tükənmişdi.  
Kərəm  kişinin  çay  qırağındakı  qayanın  üstündə 
atadanqalma  köhnə  bir  dəyirmanları  var  idi.  Həyatın 
sakit  zamanlarında  Kərəm  kişinin  böyük  oğlu  Süley-
man  dəyirmanı  işlədirdi.  Onunla  erməni  dığası  Arsen 
dost  idi.  Arsen  dəyirmanda  Süleymanın  yanında 


Salatın Əhmədli                    
 
 
301 
köməkçi  işləyirdi.  Hətta,  gecələri  də  çox  vaxt  bir 
yerdə keçirirdilər.  
Qarabağ  münaqişəsi  başlayandan  sonra  dostlar 
arasında  soyuqluq  yarandı.  Arsen  bir  gün  dostuna 
dedi:  
-  Süleyman,  bu  torpaqlar,  Qarabağ  ermənilərin-
dir,  niyə  onları  xoşluqla  bizə  vermirsiniz?  Xoşluqla 
verməsəniz zorla onu sizdən alacağıq.  
Süleymanın  elə  bil  başına  bir  qazan  qaynaq  su 
ələndi. Hirsini zorla boğub dostunu vurmaqdan özünü 
saxladı:  
- Ə, siz nə yaman həyasız adamlarsınız? Nə vaxt-
dan  bu  torpaqlar  sizin  olub?  Xankəndindəki  heykəli 
görmüsən?  Orada  nə  yazılıb?-150.  Bu  bilirsən  nə  de-
məkdir?  Bu o  deməkdir ki, ermənilərin  İrandan  Qara-
bağa  köçürülməsi  cəmi  150  ildir.  Qandın,  yoxsa  yenə 
deyim?  
-  Ara,  məndən  deməkdir,  sənə  xəbərdarlıq 
elədim.  Bu  gecə  bizimkilər  kəndinizi  alacaqlar.  Sən 
mənim  dostum  olduğun  üçün  sənə  deyirəm.  Bizim-
kilər  bilsələr  ki,  mən  sənə  bu  sözü  demişəm,  dərimi 
boğazımdan  çıxararlar.  Get,  özününkülərə  xəbər  elə, 
Salatın Əhmədli                    
 
 
302 
gecə  düşməmiş  kənddən  çıxın.  Yoxsa  hamınızı  qıra-
caqlar…  
Süleyman  bu  sözləri  çox  eşitmişdi.  Odur  ki,  ona 
inanmayıb  kəndin  keşiyini  çəkmək  üçün  növbəyə 
getdi.  Gecə  yarıdan  keçmiş,  kənd  camaatı  gurultuya, 
şaqqıltıya  həyətlərə  tökülüşdü.  Göydə  açılıb  şütüyən 
güllələrin  sayı-hesabı  yox  idi.  Kəndin  o  başından  in-
sanların  ağlaşması,  qışqırması,  vay-şivən  səsləri  biri-
birinə  qarışmışdı.  Kərəm  kişi  işin  nə  yerdə  olduğunu 
bilmək üçün darvazadan çıxıb kənd içinə qaçdı. Güllü 
üstdən  geydiyi  xalatın  yaxasını  düymələdi.  İçəri 
keçmək 
istəyəndə 
Nilufəri 
yanında 
titrəyərək 
dayandığını  gördü.  Onun  üzü  ay  işığında  daha  da 
ağarmış kimi görünürdü. Güllü başlarına gələn faciəni 
qabaqcadan duymuş kimi qızının qolundan dartıb içəri 
aparmaq istədi. Bu zaman güyültü ilə yanından uçuşan 
güllələri  gördü.  Özünü  Nilufərin  üstünə  atdı.  Bədə-
nilə  onu  qorumağa  çalışdı.  Qaranlıqda  onlara  tərəf 
gələn erməni əsgərlərini görən Nilufər gözləri ilə ana-
sını  axtardı.  Əli  anasının    qarnından  axan  ma-yeyə 
toxundu. Canına bir anlıq istilik axdı. Bu anasının ilıq 
qanı  idi.  Belə dəhşətli bir anda sanki qızına dayaq ol-
maq,  onu  düşmən  güllələrindən  qorumaq  istəyirdi. 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə