KöRPƏ SƏSİ, ana nəFƏSİ



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə55/56
tarix12.10.2018
ölçüsü1,54 Mb.
#73278
1   ...   48   49   50   51   52   53   54   55   56

Salatın Əhmədli                    
 
 
321 
əsəblərini süni bir təbəssümlə 
cilovlayıb vəziyyəti bəri 
başdan gərginləşdirmək istəmədi.  
- Elədir, elədir, oğlum.  Biz  gərək bu  yerlərin  hər 
qarışının qədrini bilək. Sizin kimi erməni 
cavanları bu 
abidələrin tarixini gərək yaxşı bilsin.  
-  Doğrudur,  müqəddəs  ata,  hər  şeyi  biləndə  in-
san yolunu azmır.  
-  Sağ  olun,  polkovnik  Yesayan.  Mən  də  elə  bu 
gən
clərə onu deyirəm də.  
-  Bilirəm,  səninlə  bir  dəfə  söhbət  eləmişdik,  gə
-
rək ki, yadından çıxmamış ola.  
- Doğrudur, oğlum

Keşiş Qriqori “oğlum” sözünü artıq neçənci dəfə 
idi  deyirdi.  Və  özü  də  hiss  olunurdu  ki,  bununla 
polkovnik  Yesayevə  yarınmaq,  nəzərini  yayındırmaq 
istəyir.  Polkovnik  də  onun  gözlərinin  içinə  baxırdı. 
Bəbəklərinin  necə  səyridiyini  görürdü  və  bu 
səyrimələr sanki onun özünün vurnuxmasın-dan xəbər 
verirdi.  Keşiş  hiss  edirdi  ki,  deyəsən  gözləmədiyi 
qonaqların gəlişi 
ciddi məqsəd daşıyır. Hadisənin necə 
qurtara
cağını  dərk  eləməsə  də,  ciddi  narahatlıq  artıq 
onun bütün varlığına hakim kəsilmişdi. 
 
Salatın Əhmədli                    
 
 
322 
Polkovnik Yesayevin ona yaxınlaşdığını  görəndə 
bir  anlığa  ona  elə  gəldi  ki,  onu  parçalamağa  gələn  ac 
canavarı  görür.  Vahiməsindən  təmkinini  itirdi.  Bir  az 
geri  çəkildi.  Ayağı  daşa  ilişib  büdrədi.  Papağı 
başından  düşdü.  Ətrafında  olan  erməni  gən
cləri  onu 
yıxılmağa  qoymadılar.  Polkov-nik  Yesayev  yaxına 
gəlib onun qolundan tutdu.  
- Bizimlə gedəcəksiniz. 
 
Daha  başqa  söhbət  olmadı.  Gən
clər  keşişin  pa-
pağını götürdülər. 
Vilayət mərkəzində məlum təyinatlı idarənin əsas 
binasında  bir-iki  saatlıq  söhbətdən  sonra  gən
c-ləri 
buraxdılar.  Keşiş  Qriqori  ilə  də  söhbət  elə  çox 
uzanmadı.  Keşiş  Qriqorini  də  buraxdılar.  Onun  top-
ladığı daşları da Şuşa tarix muzeyinə verdilər. 
 
Bir  müddət  Keşiş  Qriqori  səksəkə  içərisində  ya-
şadı.  An
caq  sonralar  eşitdiyi  xoş  xəbər  onu  çox 
sevindirdi.  Polkovnik  Yesayevi  harasa  xari
ci  ölkəyə 
göndərmişdilər. Deyəsən, Əfqanıstana. Daha son-ralar 
Keşiş  Qriqori  oğlu  Slavikə  danışmışdı  ki,  o  vaxt  Ye-
sayevin  bəxti  gətirdi.  Bəs  ne
cə,  bir  var  avtomobil 
qəzasında  öləsən,  bir  də  var  sülh  missiyasına  görə. 


Salatın Əhmədli                    
 
 
323 
Əfqanıstana  daha  çox  müsəlmanları  göndərirdilər.  Bu 
xəbəri  ona  Eçmiədzində  dedilər.  Elə  həmin  söhbətdə 
o,  daha  bir  xəbər  eşitdi  və  buna  da  doyun
ca  güldü. 
Polkovnik  Yesayevi  Əfqanıs-tana  göndərməmişdən 
əvvəl Moskvada sünnət eləmişdilər.  
Yesayev daha Əfqanıstandan qayıtmadı.
 
Slavik  Qarabağda  hadisələr  kəskinləşəndə  Kara-
peti və yaxın dostlarını ətrafına toplayıb azərbaycanlı-
lara  qarşı  vuruşmağa  təhrik  edəndə  baş  verənləri 
yetərincə  dərk  etməyən  dostlarına  atasının  söylədik-
lərini çatdırırdı: 
-Əgər 
biz 
azərbaycanlıları 
burdan 
qovub 
çıxarmasaq,  gec-tez  onlar  biz  gəlmə  erməniləri  dədə-
baba  torpaqlarından  qovub  çıxaracaqlar.    Bizə  kömək 
edənlər  var.  Bizim  vəzifəmiz bizim  üçün  vuruşanlara, 
bizə  kömək  edənlərə  yardımçı  olmaqdır.  Kim  bundan 
imtina etsə Yesayevin aqibətini unutmasın.  
Karapet  də  eşitdiklərinin  qorxusundan,  tək 
anasını  və  bacısını  düşünərək  Slavikin  dəstəsinə 
qoşuldu.  Karapet  hər  gün  oraya  gətirilən  hərbiçilərə, 
ordakı  ordu  əsgərlərinə  sınıq-salxaq  Villisində  ərzaq, 
Salatın Əhmədli                    
 
 
324 
içki daşıyırdı.  Anası da  hər  gün ona  kömək etmədiyi 
üçün qarğış yağdırırdı. 
İndi o bu dəhşətli gecədə əlində fanar hərbiçilərin 
qarşısına düşüb bələdçilik etdiyi üçün, günahsız insan-
lara  rəhm  etməyən  bu  qaniçənlərə,  Keşiş  Qriqoriyə, 
Slavikə,  özünə  lənət  yağdırırdı.  Amma  səsini 
çıxartmadan,  ağzından  axan  köpüyü  kürkünün  qoluna 
silə-silə qabağa düşüb gedirdi.  
Qulağına gələn səslərə əhəmiyyət verməyən, başı 
dumanlı  halda  yeriyən  Karapet  o  zaman  ayıldı  ki,  əli 
silahlı,  pusquda  durmuş  azərbaycanlıların  atdığı  atəş 
nəticəsində  yanındakılardan  bir  neçəsi  yerı  sərildi. 
Karapet  Stepanın  və  Albertin  yerdə  uzanmış  cansız 
cəsədini  görüb  bir  an  duruxdu  və  birdən  dəlicəsinə 
gülməyə  başladı.  Azərbaycanlılar  sağ  qalan  ermənilə-
rin 
silahlarını 
əllərindən 
aldılar. 
Əl-ayaqlarını 
sarıdılar. Kamil hələ də qəhqəhə çəkən Karapeti Əlifə 
göstərdi: 
-Bunu neyləyək? 
Əlif gözucu ona tərəf baxdı: 
-Burax getsin. 
Karapet  birdən  susdu,  əvvəlcə  onlardan  bir  neçə 
addım  uzaqlaşmış  azərbaycanlıların  arxasınca  baxdı, 


Salatın Əhmədli                    
 
 
325 
sonra  ətrafına  səpələnmiş  ölmüş  yaraqlılara,  əlləri 
sarıqlı  ermənilərə  nəzər  saldı,  yerindən  qalxıb  onlara 
tərəf  qaçdı,  onun  qarşısına  keçən  əsgərin  önündə  diz 
çökdü, dizlərini qucaqladı: 
-Məni də özünüzlə-ə-ə-ə  götürün. Məni sağ  qoy-
y-y-y-mayacaqlar,-çevrilib  əlləri  bağlı  erməniləri 
göstərdi,-onlar məni satacaqlar. Mənim anamı, bacımı 
Keşiş Qriqori sağ buraxmaz. Yalvarıram... 
Əli  sarıqlı  erməninin  sözünü  eşidən  Karapet 
çığırdı: 
-Gördünüzmü?  Onun  dediyini  eşitdinizmi?  O 
bayaq  o  körpəni  anasının  qucağında  qanına  qəltan 
elədi, qadının əlindəki torbanı almaq üçün əlini kəsdi, 
qız  gəlini  güllələdi,  uf  demədi,  mənimkilərə  heç 
yanmaz, heç yanmaz-z-z,-Karapet hönkürdü. 
Əsgərlər  onun  söylədiklərinə  qulaq  asdıqca  dəh-
şətə gəlirdilər. Üzü dağlara tərəf dayanmış Əlif dalba-
dal  atılan  güllə  səsinə  geri  çevriləndə  Kamilin 
ermənilərə tuşlanmış silahını gördü... 
Azərbaycanlı əsgərlər uzaqda idilər. Karapet hələ 
də  dizi  üstə  çöküb  hönkürür,  arabir  uca  səslə  qışqırır, 
Keşiş Qriqoriyə lənət yağdırırdı... 
 
Salatın Əhmədli                    
 
 
326 
 
 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə