KöRPƏ SƏSİ, ana nəFƏSİ



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə48/56
tarix12.10.2018
ölçüsü1,54 Mb.
#73278
1   ...   44   45   46   47   48   49   50   51   ...   56

Salatın Əhmədli                    
 
 
279 
kəndə  hücum etmək, dinc əhalini  qırmaq, kəndin  var-
yoxunu talayıb, sonra da kəndi yandırmaq istəyirdilər.  
Türk sərkərdəsi Fətəli xan qoşunu ilə kəndə daxil 
oldu.  Kişilər  kəndə  varid  olmuş  Fətəli  xanı  dövrəyə 
aldılar. Fətəli xan bir göz qırpımında sıçrayıb iri daşın 
üstünə  çıxdı.  Onun  hündür  boyu  daşın  üstündə  daha 
əzəmətli  göründü. İncə belinə enli, zərli kəmər bağla-
dığından beli daha da incələşmiş, sanki üzükdən keçə-
cəkdi.  
Meydan  adamla  dolmuşdu.  Yaxın  kəndlərin  ca-
vanları, igid oğlanları da gəlmişdi. Fətəli xan izdihama 
göz gəzdirib türk ləhcəsilə uca səslə dedi:  
-  Ay  camaat,  kəndin  ağsaqqallarını  çağırın, 
gəlsinlər.  
Molla  İsmayıl  və  bir  neçə  ağsaqqal  Fətəli  xana 
yaxınlaşdı.  Gözlərini  türk  sərkərdəsinin  gözlərinə 
dikdilər, onun nə deyəcəyini gözlədilər.  
Türk  sərkərdəsi  izdihamı  yenidən  nəzərdən 
keçirib soruşdu:  
-  Kəndin  qoçaq,  qeyrətli  oğlanlarından  kim  var 
burada?  
Molla  İsmayıl  gözlərini  dolandırıb  Zülfüqarın 
üzündə saxladı. Zülfüqar kəndin vurub-tutan, heç kim-
Salatın Əhmədli                    
 
 
280 
dən  qorxmayan  oğlanlarından  idi.  O,  igid  olmaqla 
bərabər  hündürboy,  enli  kürək,  qolu  zorlu  bir  qoçaq 
idi.  Molla  İsmayıl  Zülfüqara  yaxınlaşdı.  Onun 
qolundan  yapışıb  sərkərdənin  hüzuruna  gətirdi.  Sonra 
da  gedib  qoçaqlıqda  heç  də  Zülfüqardan  geri 
qalmayan Burcalını, Nəcəfi və Bəndalını gətirdi.  
-  Paşam,  bizim  bu  oğlanların  hər  biri  bir  qoşuna 
dəyər.  
Fətəli  xan  daşın  üstündən  yerə  atıldı.  Oğlanlara 
yaxınlaşıb  ayrı-ayrılıqda  çiyinlərindən  möhkəm-
möhkəm  sıxdı,  qartal  baxışları  ilə  onları  nəzərdən 
keçirdi.  Dəmir  kimi  bərkimiş  əlini  onların  kürəyinə 
vurub dedi:  
-  Əcəm  cocuqları,  sizə  yaraq-yasaq  veriləcək. 
Gecə çıxırsınız yuxarı, dağlara sarı, gedib Toğlu qaya-
sını tutursunuz. Hə, bilirsiniz ki, Toğlu qayası erməni-
lərin  toplaşdığı  kəndin  başının  üstündədir.  O  qayadan 
Səngəri  saxlayırsınız.  Mən  gün  çıxana  yaxın,  tezdən 
sizin  yanınızda  hazır  olacam.  Di  haydı,  əcəm  cocuq-
ları, durmayın, gedin, hazırlaşın.  
Fətəli  xan  tapşırıqlarını  verdikdən  sonra  gətirib 
onların hərəsinə içi qumbara, güllə, silah-sursatla dolu 
olan  iki  heybə  verdi.  Qumbaranı  işlətməyi  bilməyən 


Salatın Əhmədli                    
 
 
281 
Zülfüqargilə ondan necə istifadə etməyi öyrətdi. Fətəli 
xan onu da əlavə etdi ki, qumbaranı lazım olanda işlə-
din, boş yerə atmayın.  
Axşama  yaxın  dostlar  dağlara  tərəf  qalxmağa 
başladılar.  Kəndin  kənarına  çatanda  onları  maraq 
bürüdü:  görəsən, bu qumbara  nə olan şeydir, bir ataq, 
görək, necə silahdır?  
Zülfüqar  əlini  heybənin  içinə  saldı,  qumbaranın 
birini  götürüb  var  gücü  ilə  yaxınlıqdakı  çaya  atdı. 
Çaydan qalxan  toz-duman qarışıq su zərrəciklərindən, 
daş qırıntıların-dan bir anlıq  heç  nə  görünmədi. Onlar 
əmin oldular ki, bu nədirsə çox güclü şeydir.  
Aşağıda dayanıb onları  izləyən  Fətəli  xan  bu  ha-
disəni gördü, əsgərlərindən birini yaxına çağırıb dedi:  
- Onlar maraqdan qumbaranı atdılar. Apar onlara 
bir  qumbara  ver,  özü  də  tapşır  ki,  paşa  deyir,  bir  də 
belə səhvə yol versəniz  yerinizdəcə güllələyəcəm.  
Əsgər Paşanın əmrini yerinə yetirib onlara dedi:  
- Bu silah düşməni öldürmək üçündür, vətən tor-
pağını yaralamaq üçün yox, siz onu niyə atdınız?  
Zülfüqar ötkəm səslə cavab verdi:  
- Biz bilməliydik ki, o nə olan şeydir? Onun üçün 
də atdıq.  
Salatın Əhmədli                    
 
 
282 
Əsgər  heç  nə  demədi,  gülümsünüb  geri  qayıtdı. 
Zülfüqargil  yollarına  davam  etdilər.  Səngərə  çatıb 
səhə-rə  qədər  erməniləri  gözdən  qoymadılar.  Onların 
kəndə  hücum  üçün  necə  hazırlaşdıqlarının  şahidi 
oldular.  
Oyaq  qaldıqlarından  gecənin  bir  yarısı  aclıq  hiss 
edib  yemək  yığılmış  heybəni  açdılar.  Heybənin  o  biri 
silahla  dolu  idi.  Onlar  böyük  daşın  dalında  aşağı 
oturub  süfrə  açdılar.  Doyunca  yeyib-içəndən    sonra 
növbə ilə dincəlmək qərarına gəldilər.  
Səhər  açılmaq  üzrə  idi.  Ermənilər  yuxudan  dur-
muşdular.  Sərkərdələr  əsgərlərə  tapşırıqlar  verirdi. 
Hiss  olunurdu  ki,  onlar  hücum  üçün  tam  hazırdılar. 
Aşağıdan-türk  qoşunundan  isə  səs-soraq  yox  idi. 
Zülfüqargil  narahat  olmağa  başladılar.  Nəcəf  üzünü 
Zülfüqara tutub dedi:  
-  Zülfüqar,  birdən  türkün  qoşunu  gəlməz,  ermə-
nilər bizi burada qırar. Onlar çox, biz az. Ölməyimdən 
qorxmuram,  ucuz  ölümdən  qorxuram.  Bir  də  ki,  mən 
ölsəm o boyda külfət başsız qalıb acından qırılacaq.  
Zülfüqar dostlarına ürək-dirək verdi:  
- Qorxmayın, türkün paşası mərd olur, harada ol-
sa, gəlib çıxacaqlar.  


Salatın Əhmədli                    
 
 
283 
Bir  az  da  keçdi.  Gün  göylərdə  görünməyə 
başladı.  Dostlar  narahat-narahat  bir-birilərnin  üzünə 
baxdılar.  Zülfüqar  onların  narahat  baxışlarını  görüb 
yenə təskinedici səslə dedi:  
- Bu heç kişilikdən deyil, qoyub qaçmaq namərd-
lərin  işidir.  Biz,  nə  olur  olsun,  ermənilərin  qabağını 
saxlamalıyıq.  
Onların  qulağına  iki  dəfə  zəng  səsi  gəldi.  Bu, 
erməni qoşununun hücum işarəsi idi. Üçüncü zəngdən 
sonra  Zülfüqarın  iti  gözləri  yuxarıda  ilişib  qaldı. 
Erməni  qoşunlarının  sel  kimi  axıb  üzü  yuxarı  qalxdı-
ğını gördü. Atların ayağı altından çıxan toz-dumandan 
ətraf  görünməz  oldu.  Zülfüqar  yoldaşlarına  məsləhət 
gördü:  
-  Tüfənglərinizi  doldurun,  hazır  olun,  mən  nə 
vaxt «atəş» desəm, onda atarsınız.  
Bir  güllə  məsafəsi  qalmış  Zülfüqar  əmr  verdi. 
Onlar daşın dibində dayanaraq, yuxarıdan atın üstündə 
sürətlə gələn erməniləri güllə yağışına tutdular. Ermə-
nilər  qabaqda  heç  nə  görməsələr  də,  qarasına  atmağa 
başladılar. Zülfüqar yenidən əmr verdi:  
-  Sağ  tərəfdəki  Ağ  yolu  gözdən  qoymayın! 
Erməni qoşunu Ağ yola çatanda qumbaranı atarsınız!  
Salatın Əhmədli                    
 
 
284 
Ağ  yol  qayanın  dibindən  keçirdi.  Əgər  erməni 
qoşunu  Ağ  yolu  keçsəydi,  Zülfüqargilin  vuruşduqları 
yeri  iri  daşlıq  ərazini  mühasirəyə  ala  bilərdilər. 
Ermənilər Ağ yola yaxınlaşanda Zülfüqar qumbaranın 
birini  var  gücü  ilə  erməni  qoşununun  içinə  atdı. 
Onların qabaqda gələn dəstəsi qoyun sürüsü kimi yerə 
yatdı.  Ermənilər  xeyli  itki  verərək  geri  çəkildilər.  Nə 
olduğunu  anlayan  ermənilər  bu  dəfə  daha  sürətlə 
hücuma  keçdilər.  Zülfüqar  qumbaranın  birini  də  atdı. 
O,  ermənilərlə  döyüşə-döyüşə  hərdən  Paşa  ilə 
şərtləşdik-ləri  yerə-Qırxbulaq  tərəfə  baxırdı;  türkün 
ordusu  gəlməliydi.  Birdən  qulaqları  arxadan  kişnərti 
səsini  aldı.  Dönüb  arxaya  baxdı.  Qırxbulağın  üstündə 
Türk  Paşasının  atı  iki  ayağı  üstə  şahə  qalxaraq 
fınxırırdı, burun pərləri genişlənib yumulurdu.   
Paşa  birdən  elə  bir  dəli  nərə  çəkdi  ki,  Zülfüqar 
qeyri-ixtiyari  yenidən  dönüb  arxaya  baxdı.  Gördüyü 
mənzərədən  heyrətə  gəldi. Paşa  hər  iki əlində tutduğu 
mauzerdən  atırdı.  Atdığı  güllələrin  biri  də  boşa  çıx-
mırdı.  Hər  atəşə  bir  erməni  atdan  aşırdı.  Zülfüqar 
çaşıb  qalmışdı,  bilmirdi  Paşanın  bu  igidliyi  onun  öz 
qoçaqlığı  idi,  yoxsa  Allahın  möcüzəsiydi?  Paşa 
erməniləri  dənləyə-dənləyə  erməni  qoşununun  içinə 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə