KöRPƏ SƏSİ, ana nəFƏSİ



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə45/56
tarix12.10.2018
ölçüsü1,54 Mb.
#73278
1   ...   41   42   43   44   45   46   47   48   ...   56

Salatın Əhmədli                    
 
 
261 
çay  samovarın  dəmkeşində  dəm  alırdı.  Firuzə  bir 
stəkan  çay  süzüb  Həsənin  qabağına  qoydu.  Həsən 
süfrəyə  qoyulmuş  konfetə  gözünün  ücu  ilə  də  bax-
madı,  çayını  dişləmə  qəndlə  içdi.  Konfetlə  içsəydi, 
çiçəklərdən 
dəmlənmiş 
çayın 
ətrini, 
dadını 
bilməyəcəkdi.  Həsən  «bəh-bəhlə»  dalbadal  iki-üç 
stəkan  çay  içdi.  Hər  dəfə  ağzına  çaydan  bir  qurtum 
aldıqda ləzzətini duymaq üçün gözlərini yumub yavaş-
yavaş udurdu.  
Həsən  əllərini  göyə  açaraq  Allaha  şükr  etdi. 
Əlini  süfrədən  çəkdi.  Oturduğu  yerdə  gözgörəcəyi 
qədər  üfüqlərə  doğru  uzanan  dağlara  baxdı,  doyunca 
baxdı.  Ürəyindən  nələr  keçdi,  onu  bir  Allah  bildi. 
Dilinin ucundan bir misra düşdü:  
-  Əmiqızı,  Səməd  Vurğun  deyib  ki,  gedirəm, 
bəlkə bu dağlara bir də gəlmədim… 
Əmisiqızı  Həsənin  fikir  nizamını  pozmaqdan 
qorxub ustufca pıçıldadı:  
-  Əmioğlu,  bunu  Səməd  Vurğun  deməyib, 
Məmməd Araz deyib.  
-  Hə?  Düz  deyirsən,  əmiqızı,  dağları  gördüm, 
fikrim çaşdı. – Sonra üzünü  Firuzəyə döndərib:  
Salatın Əhmədli                    
 
 
262 
-  Mənim  bir  dəftərlik  şeirim  var,  şəhərə  qay-
ıdım,  onu  sənə  göndərəcəyəm,–dedi  –  saxlayarsan, 
bəlkə bir gün gəldi, lazım oldu.  
- Əmioğlu, mən sənin şeir dəftərini neyləyirəm? 
Nə  qədər  olmasa,  ora  şəhər  yeridir,  yenə  orada  verib 
çap elətdirə bilərsən. Burada it-bata düşər.  
 
Həsən incik və üzüntülü səslə dilləndi:  
-  Eh,  nə  bilim,  ay  əmiqızı,  bəs  mən  onu  kimə 
verim, heç kimə etibar edə bilmirəm.  
Həsən  yaşarmış  gözlərini  silib  sözünə  davam 
etdi:  
-  Nə  isə,  əmiqızı,  mən  səndən  yerdən-göyə 
qədər  razıyam,  çox  razıyam.  Sən  mənə  qayğısız 
uşaqlıq çağlarımı, dəliqanlı gəncliyimi xatırlatdın. Al-
lah səndən razı olsun. İndisə icazə ver, gedim. Gəldim 
səni gördüm. Dağlarla, obamla görüşdüm. İndi gedim, 
yolçu yolda gərək, getsəm yaxşıdır.  
Həsən  əmisiqızı  ilə,  uşaqları  ilə  öpüşüb-
görüşdü,  həsrətlə  bir  də  dağlara  baxdı  və  ayaqlarını 
sürüyə-sürüyə  maşina  tərəf  getdi.  Firuzə  yaşarmış 
gözlərini silib onun arxasınca bir stəkan su atdı.  
Ancaq  suyun  aydınlığı  olmadı;  bu,  Həsənin 
kəndə axırıncı gəlişi oldu.  


Salatın Əhmədli                    
 
 
263 
 
BİR ÇANAQ UN 
 
  -  Anan  ölsün,  ay  bala,  anan  kar  olaydı,  bu 
xəbəri  eşitməyəydi.  Axı  sən  qanlı-qadalı  müharibənin 
ağzından sağ-salamat sovuşub  gəldin, düşmənlərə can 
vermədin. Bəs bu nə iş idi başımıza gətirdin? Bu bəla 
hardan gəldi bizə, kimin nəzərinə gəldik?  
  Ana  bu  kəlmələri  hey  təkrar  edir,  gözünün 
yaşını  leysan  kimi  tökürdü.  Pis  xəbər  tez  yayılırmış. 
Oğlunun  başına  gələn  faciə  tezliklə  kəndə  də  çatdı; 
Əmrah  qəzaya  düşüb,  xəstəxanada  yatır,  ayağının 
birini də itirib.  
Ana eşitdiyi acı  xəbərdən sarsıldı, başına-gözünə 
döydü.  Bir  az  ağlayıb  Bakıya-oğlunun  yanına  getmək 
üçün hazırlıq görməyə başladı. Yır-yığış elədi, hazırla-
şıb  Bakıya  gedən  qatara  mindi.  Kupeyə  keçib  bir 
küncə  qısıldı.  Balasının  taleyini  yadına  salıb  yenidən 
ağlamağa başladı. Başını qaldıranda bir qadının səbrlə, 
diqqətlə  ona  baxdığını  gördü.  Bir  xeyli  müddət  dinib 
danışmadılar.  Qadın  ananın  sakitləşdiyini  görüb  dil-
ləndi:  
Salatın Əhmədli                    
 
 
264 
-  Ay  bacı,  bayaqdan  sənə  fikir  verirəm,  elə  hey 
öz-özünə danışıb ağlayırsan. De  görüm, dərdin  nədir? 
Niyə ağlayırsan? Bu qədər göz yaşı tökməkmi olar, bir 
aram  ol,  sakitləş,  danış  görək,  hardan  gəlib-hara 
gedirsən? 
Zərnişan  ana  «Anan  ölsün,  ay  bala»  deyə-deyə 
dərdini danışmağa başladı:  
- Ay bacı, dərdim böyükdür, oğlum hərbi xidmət-
dəydi, qəzaya düşüb, xəstəxanada yatır, deyilənə görə, 
bir ayağı da yoxdur.  
Bunu  deyib  ana  daha  da  bərkdən  hönkürdü. 
Qadın  uzun-uzadı  anaya  nəzər  saldı.  Üzündə  acı 
təbəssüm  qarışıq  bir  təəssüf  hissi  yarandı.  Qəlbində 
bir-birinə əks fikirlər mübarizə aparmağa başladı. İndi 
qadın  nə  edəcəyini  bilmir,  anaya  öz  başına  gələnləri 
danışıb  təskinlikmi  versin,  yoxsa  sadəcə  susmaqla 
dərddən  büzüşüb  yumağa  dönmüş  ananın  dərdinə 
şərikmi çıxsın?  
Ananın  yanıqlı səsi qadının  ürəyini köz-köz etdi, 
bir  ana  kimi  onun  dərdlərini  öz  dərdi  bildi.  Susmağı 
özünə  rəva  görmədi.  Çətin  olsa  da,  başına  gələnləri 
danışmaq  qərarına  gəldi.  Onun  üçün  fərqi  yox  idi  ki, 
ana  onun  etdiyi  hərəkəti  necə  qəbul  edəcək;  pismi, 


Salatın Əhmədli                    
 
 
265 
yaxşımı? O illəri xatırlamaq çox ağır idi, buna baxma-
yaraq danışmağa başladı:  
-Mən indi sənə başıma gələni danışacam…  
Qadının  səsi  titrədi,  söhbətini  yarımçıq  kəsdi. 
Hiss  olunurdu  ki,  boğazına  yığılmış  qəhəri  udmağa 
çalışır. Nəmli gözlərini  qadının üzünə dikmişdi... 
Nəhayət,  özündə  təpər  tapıb  sakitləşdi.  Gözləri 
yol çəkdi...  
…  Müharibə  vaxtı  idi,  hər  yerdə  aclıq  hökm  sü-
rürdü.  Qışın  oğlan  çağıydı,  çöldə  qar  dizə  çıxırdı. 
Çölə-bayıra 
çıxan 
kimi 
ayaz, 
şaxta 
adamın 
qədəmlərini dondururdu. Evdə sobaya qoymağa odun, 
çörək  bişirməyə  bir  ovuc  un  tapılmırdı.  Uşaqlar 
acından  ağlaşırdı.  Evin  başıpapaqlısı  müharibəyə 
getmişdi.  Nəsibə  evdə  həm  kişi,  həm  arvad  idi. 
Səhərlər  uşaqları  evdə  tək-tənha,  başsız  qoyub  kolxo-
zun  işinə  gedirdi.  Axşam  olanda  uşaqların  yanına 
qayıtmaq istəmirdi; xəcalət çəkirdi. Ac uşaqlar ananın 
əllərinə baxır, əli boş görüb ağlaşırdılar.  
Deyilənə  görə,  Nəsibə  cavanlığında  çox  gözəl 
olub.  Qibtə  ediləcək  qədər  gözəl  imiş.  Ərini  də  çox 
sevirmiş,  gözlərini  gecə-gündüz  ərinin  getdiyi  yollara 
dikib  müharibənin  qurtaracağı  günü  səbirsizliklə 
Salatın Əhmədli                    
 
 
266 
gözləyirmiş.  Beş  balasını  başına  yığıb  birtəhər 
dolanırmış. Lap nağıllardakı kimi. 
 1943-cü  ilin  qışı  sərt  gəldi,  aclıq  çox  evlərə  yas 
gətirdi. Analar bir gündə üç balasını bir qəbrə qoyanda 
Nəsibəni  gördükləri  dəhşətə  salırdı.  Balalarının 
acından ölməməsi üçün gecə-gündüz çalışsa da, gündə 
bircə  dəfə  də  olsa  onlara  verməyə  bir  tikə  çörək 
tapmırdı. 
Nəsibə çox götür-qoydan sonra kəndin kənarında 
yerləşən dəyirmana  gedib dəyirmançıdan taxıl biçimi-
nə  qədər  borc  un  almaq  qərarına  gəldi.  Dəyirmançı 
ona  diqqətlə  qulaq  asdı.  Nəsibənin  həyadan  və 
utancaqlıqdan pul kimi qızarmış üzünə baxdı. Üzündə 
iyrənc  bir  təbəssüm,  gözlərində  hiyləgər  bir  ifadə 
yarandı.  Dəyirmançı  ona  bir  çanaq  un  uzadıb  iyrənc 
səslə dedi:  
- Bunun əvəzi bilirsən nədir?  
Nəsibədən səs çıxmadığını görüb ürəkləndi: 
-  Səndə  çoxdan  gözüm  var.  İndi  öz  ayaqlarınla 
gəlib  çıxmısan,  uşaqların  da,  özün  də  heç  vaxt  ac 
qalmayacaqsınız,  qarnınız  doyacaq,  heç  bilməyəcək-
siniz  aclıq  nə  deməkdir,-səsinə  ara  verdi,  hiyləgər 
baxışlarını  yerə  dikdi,  Nəsibəyə  yazığı  gələn bir səslə 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə