KöRPƏ SƏSİ, ana nəFƏSİ



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə43/56
tarix12.10.2018
ölçüsü1,54 Mb.
#73278
1   ...   39   40   41   42   43   44   45   46   ...   56

Salatın Əhmədli                    
 
 
249 
Nəzakət güclə eşidiləcək səslə dedi: 
–  Əsmər  müəllim…  mənim  çiçəklərim…  Mən 
qabağa  keçə  bilmərəm…  Heç  şeir  də  deyə 
bilməyəcəyəm… 
– Sən şeir deyəcəksən, qızım. Güllərin də çox gö-
zəldir,  onu  da  bax,  o  sinəsi  orden-medalla  dolu  olan 
qəhrəmana verəcəksən. 
Əsmər  müəllim  Nəzakətin  qolundan  tutub  qabaq 
cərgəyə  gətirdi.  Bayram  tədbiri  başladı.  Uşaqlar  bir-
bir çıxış edir, gül dəstələrini veteranlara verirdilər. 
Nəzakətin getdikcə qırışığı açılırdı, ürəklənmişdi. 
Birdən gözünü ona zilləmiş Məhbubə müəllimi və çıx-
ışını  təzəcə  başa  vurmuş  Mirvarini  gördü.  Onların 
gözündə bir kinayə vardı. Məhbubə müəllim ona yax-
ınlaşıb: 
– Ay qız, bircə bu qalmışdı ki,  heyva çiçəyindən 
buket  düzəldəsən.  De  görüm,  onu  necə  təqdim 
edəcəksən? 
Nəzakət  cavab  vermədi,  başını  aşağı  saldı.  Öz 
adını eşitdi. Əsmər müəllim ucadan dedi: 
– İndi də söz verilir məktəbimizin sevimlisi, əlaçı 
şagirdimiz Nəzakət Məmmədovaya! 
Salatın Əhmədli                    
 
 
250 
Nəzakət  ayaqları  əsə-əsə  tribunaya  yaxınlaşdı. 
Əlindəki  buketi  gizlətməyə  çalışırdı.  Mikrofon  önünə 
keçib  Səməd  Vurğunun  «Leyla»  şeirini  deməyə  baş-
layanda  həyəcanı ötüb keçdi. Şeirin axırıncı  misrasını 
deyib  qurtarmamış  alqışlar  ətrafa  yayıldı.  Nəzakət 
qəhrəman  döyüşçüyə  yaxınlaşıb  əlindəki  dəstəni  ona 
uzatdı.  Keçmiş  döyüşçü  bağlamanı  burnuna  yaxınlaş-
dırıb  qoxladı  və  Nəzakətin  əlindən  tutub  mikrofona 
yaxın gəldi: 
–  Əziz  məktəblilər!  Mən  indiyə  qədər  çox 
görüşlərdə  olmuşam,  mənə  çox-çox  güllər,  çiçəklər 
bağışlayıblar. Ancaq bu cür çiçək dəstəsini ilk dəfədir 
ki,  görürəm.  Bu,  heyva  ağacının  çiçəkləridir.  Heyva 
ağacı  müqəddəs  ağacdır.  Meyvəsi  də,  çiçəyi  də  çox 
ətirli  olur.  Nənələrimiz  heyva  budağından  bir  qırnıx 
kəsib  uşağın  paltarına  sancaqlayırlar  ki,  ona  bədnəzər 
dəyməsin,  xəta-bəladan  uzaq  olsun.  Nəzakət  qızımız 
da bunu demək istəyib ki, nəinki  mən, eləcə də vətəni 
qoruyan  bütün  oğullar  bədnəzərdən,  şər  qüvvələrdən 
uzaq olsun.  Mən bu hədiyyəni evimin yuxarı başından 
asacağam.  İndi  isə  istəyirəm  ki,  Nəzakət  qızımla 
şəklimi çəkəsiniz və bu şəkil məndə qalsın. Gələcəkdə 


Salatın Əhmədli                    
 
 
251 
də  görsünlər  ki,  balaca  bir  qız  vətən  oğullarına  nə 
arzulayır.  
Qəhrəman  heyva  çiçəyindən  bağlanmış  dəstəni 
başı  üzərində tutmuşdu. Nəzakətin qəhrəman döyüşçü 
ilə çəkdirdiyi şəkil  məktəbin divar qəzetinin, sonra da 
respublika qəzetlərinin səhifələrini bəzədi. 
Şəkildə  sevincdən  Nəzakətin  gözləri  yaşarmış-
dı… 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Salatın Əhmədli                    
 
 
252 
 
BİZDƏN KÜSƏN İLLƏRİMİZ 
esse 
Bir  insan  ömrü  sayıla  biləcək  həyatımızı 
illərimizə həsr etdik. "Uf" demədən, xəsislilk etmədən, 
heç  nəyin  fərqinə  varmadan  hisslərimizi,  duyğuları-
mızı illərimizə sərf etdik. 
Gecə-gündüz  çalışdıq,  saatları  günlərə,  günləri 
aylara  qatdıq,  onları  isə  düşünməyə  vaxt  tapa  bil-
mədik.  Günlərimiz  aya  döndü.  Sual  dolu  baxışlarla 
gözlərini  üzümüzə  zillədi.  Nə  isə  demək  istədi,  nəyi 
isə  başa  salmaq  istədi.  Saymazlıq  etdik,  onlara 
yuxarıdan  aşağı  baxdıq.  Gənc  idik  hələ,  çox  şeyləri 
başa düşmürdük. 
Aylarımız  ilə  döndü.  Yenə  də  həmin  iztirablı 
baxışlar,  cavabı  tapılmayan  suallar.  İllər  lal  baxışlarla 
bir daha bizi süzdü, süzdü... və sürətlə  geriyə qayıtdı, 
tarixin keçmiş səhifələrinə çevrildi. 
Aylar,  illər  küsdü  bizdən.  Küsdü  bizim  laqeydli-
yimizdən.  O  illərdən  lazımınca  istifadə  edə  bimədik, 
illərimizi yelə verdik. 
İllərdə  qalan  gəncliyimizi  artıq  xərcləmişdik. 
Bədxərclik etmişdik. İllər üzümüzə baxanda onların nə 


Salatın Əhmədli                    
 
 
253 
dediyini  başa  düşmədik.  Küsdürdük  illəri.  Onlar  bizi 
saatlarla,  günlərlə,  aylarla  gözlədilər.  Dözərək 
gözlədilər.  Biz  isə  onları  eşitməzliyə,  görməzliyə 
vurduq. 
...İllər bizdən küsdü. 
Bir  qoca  gördüm,  beli  ikiqat  əyilmişdi.  Elə  bil 
yerdə  nəyinsə  axtanşında  idi.  Soruşdum:  "Qoca,  nə 
axtarırsan?"  Cavab  verdi:  "İllərə  dönüb  itən  qayğısız 
uşaqlığımı,  gəncliymi...".  Sözlərin  dərin  təəssüf 
hissiylə, peşmançılıqla deyildiyini anladım. 
İllər  küsdü  bizdən,  tarixin  səhifələrinə  çökdülər. 
Dönüb keçmiş illərə nəzər salanda, onları vərəq-vərəq 
səhifələyəndə,  onun  dağını,  bir  vaxtlar  yandırdığı 
ocağın  hələ  də  korun-korun  tüstüləndiyini  görürük. 
İllərin  bağrına  çalın-çarpaz  dağ  çəkdik,  ağrıtdıq, 
ağlatdıq onları. 
İllər  bizdən  küssə  də  hələ  inciməyib.  Ömrünü 
hələ də bizə bağışlamaqda səxavətini əsirgəmir. 
Biz yuxulu imişik demək. Elə bir vaxt ayıldıq ki, 
qocalıqla  üzbəüz  gəlib  toqquşduq.  Sən  demə,  qocalıq 
astanadaymış.  Qapını  taqqıldadan  da  elə  o  imiş. 
Qocalıq illəri məhəbbəti ümman olan mehriban analar 
Salatın Əhmədli                    
 
 
254 
kimi ağuşunu açıb bizi gözləyirdi; deyirdi, gəlin, girin 
günlərimin, aylarımın içinə. 
İllər bizdən küsdü. Onlar bir daha qayıtmayacaq-
dı.  Özlərilə  bərabər  uşaqlığımızı,  gəncliyimizi  insaf-
sızcasına  ömrümüzdən  qoparıb  apardılar.  İndən  belə 
qalan  ömrümüzü,  gəlin,  elə  yaşayaq  ki,  illər  bizdən 
küssə  də,  inciməsin.  Yoxsa,  əlimiz  çatacaq  qədər 
yaxın olan qocalıq illərimiz bizdən gen düşər. Qocalıq 
illərini  yaşaya  bilmərik.  İllərdə  qərəz  yoxdur,  onlar 
xeyirxahdır. Məqsədi, qərəzi  olmayan illər. 
...Gəlin  aylarımızı,  illərimizi  incitməyək.  Axı 
bizik onların içində yaşayan.    
 
 
 
 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə