KöRPƏ SƏSİ, ana nəFƏSİ



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə44/56
tarix12.10.2018
ölçüsü1,54 Mb.
#73278
1   ...   40   41   42   43   44   45   46   47   ...   56

Salatın Əhmədli                    
 
 
255 
HƏZİN BİR XATİRƏ 
Gənclik  çağlarım  idi,  qanımın  coşan  vaxtları. 
Hündürboy,  enlikürək,  deyilənə  görə  qızların  ağlını 
başından  alan  bir  oğlan  idim.  Bir  dostumun  evinə 
qonaq  getmişdim.  Dostumun  evində  bir  qız  gördüm, 
qonşusu  idi,  ağlım  başımdan  çıxdı.  Həmişə  qızlar 
məni  görəndə  dəli-divanə  olurdular,  bu  dəfə  deyəsən, 
mən dəli olurdum. Gecəni səhərə qədər yata bilmədim, 
hey  o  üz-bu  üzə  çevrildim:  Qızın  qaynar,  şəvə  kimi 
qara gözləri, odlu baxışları, gül çöhrəsi, qönçə dodaq-
ları gözümün önündən getmirdi.  
Səhər  açıldı.  Ev  sahibləri  tezdən  durmuşdular. 
Samovar  salıb,  süfrə  açmışdılar.  Süfrənin  üstündə 
kəndin  bütün  nemətləri  düzülmüşdü,  yağ,  pendir, 
qaymaq,  beçə  balı,  təzə  kənd  yumurtası,  fətir,  hətta 
xamralı çörəyi... 
Hamı durub qonağı - məni gözləyirdi. 
Həyətin ortasında bənövşətək boynunu büküb da-
yanmış  ətirli  çiçəyimi  gördüm.  Dəli  bir  həsrət  keçdi 
könlümdən  -  qızı  qucaqlayıb  öpmək  istədim. 
Həyətdəki  dostumu,  onun  ömür-gün  yoldaşını, 
uşaqlarını  öpə-öpə  gül  qönçəmə  yaxınlaşdım.  Qız 
əlində tezdən dərdiyi tək bir qızılgül tutmuşdu. Oğrun 
Salatın Əhmədli                    
 
 
256 
və  ürkək  nəzərlərlə  gözaltı  mənə  baxırdı.  Mən  ona 
yaxınlaşıb  öpmək 
istəyəndə  əlindəki  qızılgülü 
dodağıma  yaxınlaşdırdı.  Mən  qızın  gül  çöhrəsindən 
yox,  mənə  uzatdığı  qızılgülü  öpəsi  oldum.  Nəsibim 
qızılgülün  ləçəklərini  öpmək  imiş.  Qız  xəfifcə  güldü 
və  bu  gülüşü  ilə  demək  istədi  ki,  sənin  istəyini  mən 
başa düşmüşdüm. 
...Mən  indi  də  o  anların  həzin  xatirəsilə 
yaşayıram. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Salatın Əhmədli                    
 
 
257 
 
SİZİ GÖRMƏYƏ GƏLDİM 
 
Qışın  qarı  ərimiş,  havalar  ilıqlaşmışdı.  Əziz 
Novruz  bayramı  yaxınlaşırdı.  Bayrama  bərk  hazırlıq 
gedirdi, evlər ağardılıb təmizlənir, yorğan-döşək günə 
verilib  tozu  çırpılırdı.  Hamı  bayramı  yaxşı  qarşılayıb 
yaxşı  da  yola  salmağa  çalışırdı.  İnsanlar  bayramın 
gəlişinə  sevinirdi,  xüsusən  uşaqlar  bu  bayramı  bütün 
bayramlardan çox sevirdilər. Çünki, həm əyin - başları 
təzələnəcək,  həm  «baca-baca»ya  gedib  çoxlu  yer-
yemiş yığacaqlar. Onların özlərinə aid bir «sirr»ləri də 
var  idi.  Novruz  bayramı  bitdikdən  az  sonra  uşaqlar 
yay tətilinə çıxır. Uzun sürən dərs ilindən sonra düz üç 
ay  istirahət  edəcəklər.  Ata-anaları,  mal-heyvanları  ilə 
birlikdə  dağlara  köçüb  dəyə  quracaqlar,  günlərini 
qayğısız yaşayacaqlar. Daha müəllimlərin tənəli sözlə-
rini,  ata-analarının  danlaqlarını  eşitməyəcəklər.  Dağ-
da-obada  şehli  otların  üstü  ilə  qaçışacaq,  hərdən  oba-
dan  uzaqlaşmış  mal-qoyunun  ağzını  bəri  qaytaracaq-
lar.  Hərdən  də  ən  uca  dağın  zirvəsinə  çıxıb  dərəyə 
baxacaqlar.  
Salatın Əhmədli                    
 
 
258 
…Çalaya  düşüb  silkələnən  maşın  mürgüləyən 
Həsənin  yuxusunu  dağıtdı.  Bu  nədir?  Olmaya  dağdan 
dərəyə  düşdülər?  Axı  indicə  dağın  başından  aşağı 
baxırdı. «Bu yuxudur, nədir? Bu nə maşındır? Olmaya 
bu  yay  da  kəndə  gedə  bilməyəcəm?  Yəqin  yenə 
şəhərdəyəm». Həsəni qüssə bürüdü. Ancaq sürücünün 
səsi  onu  tam  ayıltdı.  O,  harada  olduğunu  anladı. 
«Hə…  kənddəyəm,  deməli  neçə  illik  həsrətində 
olduğum  doğma  yurduma  yetişə  bildim.  Sənə  qurban 
olum,  ay  elim,  ay  obam!  Siz  nə  qədər  əzizsiniz,  doğ-
masınız».  
Həsən  sevinclə,  qürur  hissilə  ətrafa  baxır,  gör-
düklərini  gözünə  köçürmək,  yaddaşına  həkk  etmək 
istəyirdi.  Həsənin kənddə  yaxınları, doğmaları qalma-
mışdı.  Ata-anası  dünyasını  dəyişmiş,  qardaş-bacıları 
ailə  quraraq  hərəsi  bir  səmtə  getmişdi.  Həsənin  kənd 
nisgili, uşaqlığı, gəncliyi keçdiyi doğma el-oba həsrəti 
onun 
qəlbini 
korun-korun 
yandırırdı. 
Kənddə 
doğmalardan  təkcə  əmisi  qızı  Firuzə  qalmışdı.  Həsən 
əmisiqızıgilə  qonaq  gəlmişdi.  Yay  olduğundan 
Firuzəgil  dağa  köçmüşdü.  Həsən  yaşlanmışdı.  Ürəyi 
kəndini  istəyirdi,  qohum-qardaş  istəyirdi,  doğmalıq, 
istilik,  məhəbbət  istəyirdi.  Doğma  kənd,  torpaq  onu 


Salatın Əhmədli                    
 
 
259 
çəkib  gətirmişdi.  İsti  ana  qucağı  gəzirdi,  qızınmaq 
istəyirdi. Bunları arzulasa da uzun  müddət kəndə  gələ 
bilməmiş,  arzusunu  ürəyində  boğmuşdu.  Dünyasını 
dəyişəcəyini  hiss  edirmiş  kimi  doğma  el-obası  ilə, 
yurd yeri ilə görüşməyə, halallaşmağa gəlmişdi.  
Həsən  dağlara  qonaq  gedirdi.  Yaylağa  çatıb 
Firuzə  ilə,  onun  əri  və  uşaqları  ilə  mehribanlıqla 
görüşdü.  Əmisi  qızı  tez  əl-ayağa  düşdü,  illərlə  üzünə 
həsrət  qaldığı  əmisi  oğlu  üçün  yemək  tədarükü 
görməyə  başladı.  Sürünün  içindən  qaraquyruq  bir 
quzu  tutdurdu,  oğluna  kəsdirdi.  Əmisioğlundan 
soruşdu:  
- Qağa, nə yeyəcəksən, de, onu bişirim.  
Həsən  fikrə  getmişdi.  Firuzənin  səsini  eşidib 
dalğın-dalğın dilləndi:  
- Əmiqızı, toxmağın  varsa, bir daş küftəsi  bişir, 
yeyək.  
Həsən  bu  istəyilə  sanki  bütün  nisgilini  biruzə 
verdi. Keçmişin arxasında qalmış uşaqlıq illərini xatır-
ladı.  Anasının  toxmaqla  daşda  ət  döyməsi  gözünün 
önünə  gəldi,  toxmağın  səsi  qulaqlarında  cingildədi. 
Ocağın  üstündə  bişən  daş  küftənin  ətri  burnunu 
qıdıqladı,  dadını  damağında  hiss  etdi.  Şəhərdə  ət  ma-
Salatın Əhmədli                    
 
 
260 
şınından  keçirilmiş  ətin  dadını  qəbul  edə  bilmirdi. 
Deyirdi  ki,  elə  bilirəm  yediyim  xörəkdən  neft  qoxusu 
gəlir.  
Həsən  yarıyumulu  gözlərini  geniş  açdı,  ətrafına 
boylandı.  Doğrudan  da  ocaqda  bişən  daş  küftə  hazır 
olmaq üzrə idi. Bunu onun ətrafa yayılan ətrindən hiss 
etmək olurdu. Əmisi qızı çəmənlikdən, bulaq başından 
çöl  nanəsi,  mərzə  və  kəklik  otu  yığıb  küftənin  içinə 
qatışdırmış, onu daha da ətirli etmişdi.  
Xörək  hazır  oldu.  Firuzə  göy  otların  üstünə 
süfrə  saldı,  süfrənin  üstünə  kərə,  pendir,  qatıq,  bal 
düzdü.  Təzəcə  sulanmış  çörəyin  ətri  adamı  iştaha 
gətirirdi.  
Həsən  bardaş  qurub  süfrənin  qırağında  oturdu. 
Çəmən çiçəklərinin, əzilmiş otların  rayihəsi adamı bi-
huş  edirdi.  Həsən  təmiz  havanı  ciyərlərinə  çəkərək 
həsrətində olduğu daş küftədən doyunca, ləzzətlə yedi. 
Süfrəyə  düzülmüş  nemətlərin  dadına  baxdı.  Çay  xoş 
gəlsin  deyə  fətir  götürdü,  arasına  pendir  qoydu, 
əmisiqızının  yığdığı  çöl  pencərlərindən  dürmək 
düzəldib iştahla dişlədi.  
Firuzənin  bulaq  suyu  ilə  qaynatdığı  samovar 
bayaqdan  dızıldayırdı.  Çöl  çiçəklərindən  dəmlənmiş 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə