KöRPƏ SƏSİ, ana nəFƏSİ



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə56/56
tarix12.10.2018
ölçüsü1,54 Mb.
#73278
1   ...   48   49   50   51   52   53   54   55   56

Salatın Əhmədli                    
 
 
327 
 
A N D 
 
 Qapıbir  qonşuda  yas  düşmüşdü.  İçəridən  gələn 
ağlaşma səsi, eşidilən ağı iliklərə işləyirdi. İndi tez-tez 
qapılardan  ağı  səsləri  gəlirdi.  Qarabağ  uğrunda 
şəhidlər  verirdik.  Bu  gün  də  qeyrət  hissi  içində  alova 
çevrilən  oğullarımız  var  ki,  Qarabağ  itkisinə  dözmür, 
vətən  uğrunda  döyüşlərdə  canından  belə  keçməyə 
hazırdır. Ağ-dərə uğrunda gedən döyüşlərdə can verən 
Vaqif bu igidlərdən biri idi. 
Ağdərə düzən yerdi,  
İgidlər gəzən yerdi,  
Evin yıxılsın, erməni, 
Əlim üzülən yerdi. 
Böyük  bacı  ara  vermədən  yanıqlı-yanıqlı  ağla-
yırdı.  Qardaşının  ölümünə  tez-tez  bayatı  deyir, 
məclisdə oturmuş arvadların göz yaşı tökməsinə səbəb 
olurdu.  
Əzizinəm, qar daşı, 
Qarlı dağdan qar daşı, 
Bacıları görüm ki, 
Ağlamasın qardaşı. 
Salatın Əhmədli                    
 
 
328 
Yasa  gəlmiş  qadınların,  gəlinlərin,  ağbirçəklərin 
hərəsinin  bir  dərdi,  bir  yaralı  yeri  vardı.  Kimisi 
sakitcə, kimisi göynəyə-göynəyə ağlayırdı.  
Yas  yerində  ağı  deyib  ağlamaq  dədə-baba 
adətimizdi.  Əgər  yas  yiyəsi  və  ya  başqa  birisi  ağı 
deyib ağlamırsa, o ölüyə qarşı etinasızlıq, hörmətsizlik 
hesab  olunur.  Vaqifin  kiçik  bacısı  Sona  daşa 
dönmüşdü, gözündən bir damcı yaş çıxmırdı, dilindən 
bir  kəlmə  ağı-bayatı  eşidilmirdi…  Bunun  şahidi  olan 
yasa  gəlmiş  qadınlar  arasında  pıçhapıç  düşdü,  onlar 
bir-birinə  baxırdı,  dilləri  və  gözləri  öz  işində  idi; 
“bacıya  bax  da,  gözündən  bir  damcı  yaş  da  çıxmır. 
Qardaş 
ölə, 
bacının 
gözündən 
yaş 
çıxmaya, 
müsibətdir… Allah adamı belə bacıdan saxlasın”. 
Sözlər  nə  qədər  yavaş  deyilsə  də  bacıların  qula-
ğına  çatırdı.  Ancaq  bacıların  hec  biri  bu  deyilənlərə 
əhəmiyyət  verməyib  öz  işlərində  idi;  böyük  bacı 
ağlayıb özünə divan edir, kiçik bacı Sona  isə dinməz-
söyləməz  oturmuş,  kirimişcə  başını  aşağı  salıb  fikrə 
getmişdi.  Aradabir bulaq kimi qaynayan  göz yaşlarını 
dəsmalının ucu ilə yavaşca silirdi. 
Bacılar yanar, ağlar, 
Günlərin sanar ağlar, 


Salatın Əhmədli                    
 
 
329 
Qardaşı ölən bacı  
Halına yanar ağlar. 
...  Vaqif  bacıların  yeganə    qardaşı  idi.  Zahiri 
qədər  daxili  də  gözəl  idi,  uşaqla  uşaq,  böyüklə  böyük 
olan  Vaqif  Qarabağ  uğrunda  döyüşlərə  yollandı. 
Erməni  vandalistlərinin  tapdağı  altında  inildəyən  ana 
vətəni  azad  etməyi  özünə  şərəfli  borc  hesab  edirdi. 
Vaqif Ağdərə uğrunda gedən döyüşlərdə iştirak etmiş, 
peşəkar  kəşfiyyatçı  kimi  tanınmışdı.  Onun  iti  zəkası, 
böyüklərə 
məxsus 
məsləhətləri 
həmişə 
özünü 
doğruldurdu.  Odur  ki,  dəstənin  komandiri  də  həmişə 
onunla  hesablaşırdı.  Ermənilərə  qarşı  hansı  tərəfdən, 
necə  hücuma  keçməyi,  hansı  manevrlərdən  istifadə 
etməyi yol-daşlarına başa salırdı. 
O  gün  yenə  də  kəşfiyyata  getmişdilər.  Dəstədə 
dörd  nəfər  idilər.  Gecə  yatmış  ermənilərin  içinə  girə-
rək tapşırığı  yerinə  yetirmişdilər. Geri qayıdarkən  du-
yuq  düşmüş  erməni  quldur  dəstəsinin  onların  dalınca 
gəldiyini gördülər. Azərbaycan ordusunun mübariz bir 
hissəsi  olan  bu  dəstənin  başçısı  Vaqif  yenə  də 
yoldaşlarının köməyinə çatdı: 
-Siz  üzüyuxarı  gedin,  mən  onların  qabağını  sax-
layacağam. 
Salatın Əhmədli                    
 
 
330 
Vaqifdə  Vətən  sevgisi  çox  böyük  idi.  O,  hələ 
uşaq  ikən  anası  Pakizədən  ermənilərin  törətdikləri 
vəhşilikləri  eşitmişdi.  Onun  kövrək  uşaq  qəlbi 
ermənilərə  qarşı  kinlə  dolmuşdu.  Anası  danışırdı  ki, 
dağın  o  üzündə  yaşayan  ermənilər  tez-tez  azərbay-
canlıların  yaşadığı  kəndə  hücum  edir,  dinc  əhalini 
gülləbaran  edir,  adamları  öldürürdilər.  Kəndin  kişiləri 
ermənilərə  qarşı  əks  hücuma  keçir,  kəndi,  arvad-
uşaqları  onların  caynağından  azad  ed
irdilər.  Bu 
döyüşlərdə Pakizənin əmiləri də iştirak ediblər. Qeyri-
bərabər döyüşdə ermənilər onları əsir götürüb kənddən 
çıxmışdılar.  Bir  neçə  gündən  sonra  isə  onların  atları 
dağ  başında  görünmüş,  çöldə  heyvan  otaran  çobanlar 
atı  tanımışdılar;  Atlardan  biri  Pakizənin  əmisi 
Əbdüləzimin  idi.  Ermənilər  onu  öldürüb  şaq
-qalamış, 
sonra parça-parça edilmiş cəsədini çuvala doldurub ata 
yükləmişdilər.  Çobanlar  çuvalın  ağzını  açanda 
ətürpədici  mənzərə  ilə  qarşılaşmışdılar.  Əbdülə-zimin 
anasının  qiyyə  çəkərək  ermənini  qarğamaqdan  başqa 
heç  nəyə  gücü  çatmamışdı.  Bütün  bunlar  balaca 
Pakizənin  yaddaşına  həkk  olunmuş,  yeri  gəldikcə  bu 
faciəvi hadisəni öz övladlarına danışırdı. Balaca Vaqif 


Salatın Əhmədli                    
 
 
331 
fikrə dalır, gah at minib erməninin üstünə gedir, atının 
ayaqları  altına  salır,  gah  atdan  düşüb  əlbəya-xa  olur, 
sonda boğazından tutub onu boğurdu.  
Vaqifin  ürəyinin  dərinliklərində  yer  eləmiş  inti-
qam hissi heç vaxt səngimirdi. İndi Vaqif yoldaşlarına 
deyəndə  ki,  siz  gedin,  mən  onların  qabağını 
saxlayacağam, o, özündə on  nəfərin  gücünü  hiss edir-
di. Atdığı güllələrin biri də boşa çıxmırdı.  
Vaqif  yoldaşları  ilə  sağollaşıb  yavaşca  qabağa 
getdi.  Sağ  tərəfdə  bir  az  bundan  qabaq  gördüyü  xən-
dəyin  içinə  atıldı.  Ermənilərin  fikrini  yoldaşlarından 
yayındırmaq  üçün  onlara  tərəf  bir-iki  güllə  atdı.  Otu-
rub onların yaxınlaşmasını gözlədi. Yaxın məsa-fədən 
neçə  nəfər olduqlarını bildi; 20 nəfər  idilər. Vaqif on-
ların  daha  da  yaxınlaşmasını  gözlədi  və  əlində  hazır 
vəziyyətdə  saxladığı  qumbaraları  bir-birinin  ardınca 
düşmənlərə  tərəf  atmağa  başladı.  Çaş-baş  qalmış 
ermənilər  gözləmədikləri  həmlədən  özlərini  itirərək 
xəndəyi 
necə 
gəldi 
güllə 
yağışına 
tutdular.  
Güllələrdən  biri  Vaqifin  budundan  dəydi.  O,  ayağını 
tutdu, bildi ki, yarası qan versə ölə bilər. Yerə uzandı. 
Onu  qan  aparırdı.  Birdən  qulaqlarına  əks  tərəfdən 
güllə  səsləri  gəldi.  Bu  əsl  möcüzə  idi.  Güllə  atan 
Salatın Əhmədli                    
 
 
332 
Azərbaycan  ordusunun  əsgərləri  idi.  Vaqif  düşmən 
gülləsindən  aldığı  yaradan  çoxlu  qan  itirdiyinə  görə 
halı  qarışmışdı.  Gözlərinə  duman  çökmüş,  üzündə  isə 
xəfif  bir  gülüş  yaranmışdı.  O,  sanki  demək  istəyirdi: 
“Mən  intiqamımı  aldım,  ancaq  hələ  ölmək  istəməz-
dim, vətənim dardadır, ona kişi qeyrətli oğul gərəkdir. 
Bircə  məni  tapıb  buradan  çıxartsaydılar,  mən 
ölməzdim,  ermənilərlə  hələ  davam  qabaqdadır».  So-
nralar  Vaqifə  demişdilər  ki,  onun  atdığı  qumbaralar-
dan on bir erməni qəsbkarı məhv olmuşdu.  
  «Aha,  deyəsən  mənə  tərəf  kimsə  gəlir,  kaş  bu 
gələn  Azərbaycan  əsgəri  olaydı.  Erməni  əlinə  düşüb 
alçalmayaydım.  Ancaq,  deyəsən  mənim  gülləm 
qalmalıdır?  Hə,  budur,  qalıb».  Vaqif  əlini  qan  verən 
ayağından  çəkdi.  Axırıncı  gülləni  özünə  saxlamışdı. 
Qərarı  qəti  idi.  Tapançanın  tətiyini  çəkib  hazır 
dayanmışdı.  Budur,  ayaq  səsləri  yaxınlaşır.  Qarşı 
tərəfdən  atılan  güllələrin  səsi  zəifləmişdi.  Vaqif 
huşunu  itirməkdə  olsa  da  bunu  hiss  edirdi.  Göz 
qapaqları  ixtiyarsız  qapanırdı.  Birdən  başının  üstündə 
bir  nəfərin  dayandığını  hiss  etdi.  Zorla  gözlərini  açdı, 
əsgərin  papağına  nəzər  saldı.  Papağa  vurulmuş  nişanı 
görəndə özündən asılı olmayaraq gözləri yumuldu… 


Salatın Əhmədli                    
 
 
333 
 Gözlərini  bir  də  xəstəxananın  reanimasiya 
şöbəsində açdı. Əvvəlcə heç nə başa düşmədi. Harada 
olduğunu  dərk  edə  bilmədi.  Buraya  necə,  kim 
tərəfindən 
gətirildiyini 
də 
bilmədi. 
Gözlərinin 
qabağında  xırdaca,  qara  nöqtələr  oynaşmağa  başla-dı. 
Bir  az  baxdıqdan  sonra  baxışları  duruldu.  Asta-asta 
gəzib  pıçıldaşan  həkimləri  görməyə  çalışdı.  Həkimin 
birinin  gözü  ona  sataşdı.  Vaqifin  açılmış  gözlərini 
görüb yaxınlaşdı, ona sarı əyilib: 
–Şükür  Allaha,  ayıldın,  anan  namaz  üstə  imiş, 
bizimkilər  vaxtında  çatmasa  idilər,  Allah  bilir  axırın 
necə  olacaqdı.  Səni  təbrik  edirəm,  sənə  daha  ölüm 
yoxdu, - dedi.  
Vaqifin  yaraları  ağır  olsa  da  getdikcə  halı 
yaxşılaşırdı. İndi ona hər şey nağıl, yuxu kimi gəlirdi. 
Hər şey  xəyalında canlanırdı:  yoldaşları  ilə kəşfiyyata 
yollanması, 
tapşırığı 
yerinə 
müvəffəqiy-yətlə 
yetirmələri,  ermənilərin  izə  düşərək  onları  gülləbaran 
etmələri,  yoldaşlarını  uzaqlaşdırıb  özü  təkbaşına 
ermənilərin 
qabağını 
saxlaması, 
yaralan-ması… 
hamısı bir kino lenti kimi gözlərinin önündən keçdi. 
Salatın Əhmədli                    
 
 
334 
Vaqif
    üzərində  həkimlərin  böyük  qayğısını  hiss 
edirdi. O, bir müddət sonra 
həkimlərə, tibb bacıları-na 
minnətdarlıq edərək xəstəxanadan çıxdı. İgid pəhləvan 
kimi  boylu,  buxunlu  Azərbaycan  əsgəri  evinə  əlil 
arabasında  qayıdırdı.  Ailə  Vaqifin  sağ-salamat 
qayıtmasını  bayram  edirdi.  Ancaq  onların  bu  sevinci 
uzun  sürmədi.  Vaqif  bədənində  ağrı  hiss  etməyə 
başladı.  Günlər  keçdikcə  onun  halı  xarablaşırdı. 
Erməni gülləsi öz işini görmüşdü, qəsbkarların gülləsi 
Vaqifin  ayağını  şikəst  etmişdi.  Aldığı  müalicənin 
təsiri qısa olurdu.  
Vaqif  daha  ayağa  qalxa  bilmirdi.  Onun  dərdin-
dən  ata-anasının  qəddi  əyilmişdi.  Kiçik  bacısı  Sona 
gecə-gündüz  onun  qulluğunda  dayanır,  onun  hər 
əzabına,  hər  sızıltısına  «can»  deyirdi.  Onun  əri 
Qarabağ  vuruşlarında  vətən  yolunda  şəhid  olmuşdu, 
beş ayın gəlini ər evindən geri dönmədi. İndi də budur, 
qardaş  can  verir,  bacı  ikinci  bir  əzizini  şəhid  verirdi. 
Vaqif aldığı yaradan qurtula bilmədi… 
…Məclisə  yığışan  arvadlardan  birinin  pıçıltı  ilə 
yanındakının  qulağına  dediyi  söz  ətrafa  səpələndi. 


Salatın Əhmədli                    
 
 
335 
Ağlayanların  göz  yaşı  üzündə dondu; Sona ağlamırdı, 
böyük bacı onu qucaqlayıb nalə çəkirdi: 
-Ağla  mənim  bacım.  İçində  tüğyan  edən  göz 
yaşlarını ürəyinə axıtma. Dilində bitən ağılarını denən. 
Ər şəhid verdin, ağlamaqdan  gözünün yaşımı qurudu, 
indi  qardaşa  ağlaya  bilmirsən?  Ərin  cənazədə  gəldi 
üstünə, qardaşın əlil arabasında. Ağla, bacım ağla... 
Vaqifin  qırxı  çıxana  qədər  el-oba  Sonanın  “daşa 
dönmüş” ürəyindən danışdı. 
Qırxdan  bir  həftə  sonra  Sona  yoxa  çıxdı.  Beş  ay 
sonra  isə Sonanın sorağı ordudan  gəldi. Sona erməni-
lərlə  döyüşlərdə  dəfələrlə  ərinin  də,  qardaşının  da 
intiqamını aldı, geri dönmədi, axı, o cəbhəyə  gedəndə 
böyük  bacısının  yanında  and  içmişdi  ki,  Qarabağ 
şəhidlərinin intiqamını düşməndə qoymayacaq.  
 
 
 
 
 
Salatın Əhmədli                    
 
 
336 
 
MÜNDƏRİCAT 
 
Ön söz.......................................................3 
Haramxanın dəyirmanı ........................................  
Çiçəklər sevinirdi.................................................  
Aqil kişinin nağılı ................................................  
Vaxtında evlən............................................ 
 
Saçlarını niyə kəsdirmisən?.. ....................17 
Başdaşı əhvalatı.........................................27 
Zirzəmidə qazılan məzar ..........................42 
Dəllək Muradın “dərsi”. .......................................  
O yerlər min xəyal eylər ......................................  
Ərin üzü dönüncə ................................................  
Körpə səsi, ana nəfəsi................................56 
Mən səni gözləyirəm ...........................................  
Cijim yuxuma gəlmişdi........................................  
Heyva çiçəkləri ....................................................  
Bizdən küsən illərimiz .........................................  
Həzin bir xatirə ....................................................  
Sizi görməyə gəldim 
 
Təndir yarası..............................................66 
Gül öpüşü...................................................76 


Salatın Əhmədli                    
 
 
337 
Günahmı? Savabmı? .................................86 
Bir çanaq un       .......................................103 
Əcəm çocuqları.........................................116 
İnildəyən torpaq........................................123 
Ata fəryadı................................................130 
Qorxu........................................................144 
And...........................................................157 
Mündəricat...............................................165 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Salatın Əhmədli                    
 
 
338 
 
SALATIN  ALI QIZI ƏHMƏDOVA 
(ƏHMƏDLİ) 
 
 
 
Salatın  Alı  qızı  Əhmədova  1956-cı  ildə  Ağstafa 
rayonunun  Poylu  qəsəbəsində  anadan  olmuşdur. 
1974-1980-ci  illərdə  Azərbaycan  Dövlət  Universiteti-


Salatın Əhmədli                    
 
 
339 
nin  Kitabxanaçılıq  və  biblioqrafiya  fakultəsini  bitirib. 
Azərbaycan  Memarlıq  və  İnşaat  Universitetində  və 
Xətai  adına  kütləvi  kitabxanada  müxtəlif  vəzifələrdə 
çalışıb.  
Salatın  Əhmədli  Azərbaycan  Memarlıq  və  İnşaat 
Universitetinin  Azərbaycan  dili  və  pedaqogikası 
kafedrasının  müdiri  və  dosentidir.  Universitetin  YAP-
nın Qadınlar Şurasının sədridir. Eyni zamanda, «İşıq» 
qadın  jurnalında  baş  redaktorun  müavinidir.  «Yada 
düşdü»  jurnalının  və  «Kredo»  qəzetinin  redaksiya 
heyətinin,  «Turan»  Qadınlar  Mərkəzinin,  «Bura 
Vətəndir»,  DAMM-ın  Qadın  şurası  və  idarə  heyətinin 
üzvüdür. Dünyanın 30-dan çox ölkəsində olubdur.  
«Xalq  şairi  N.Həsənzadəyə  Poylu  beşiyindən 
məktub»  (I-II  nəşr),  «Səfərnamə»  (I-II  kitab), 
«Ömrünü  Qazaxda  yaşayan  şair»,  «Həcc  ziyarəti», 
«Hüseyn  Cavidin  ev  muzeyi»,  «Sənsiz»  (tərtibçi), 
«Azərbaycan  poeziya  çələngi»  (tərtibçilərindən  biri), 
«Məhsəti».  Ensiklopedik  toplu  (2  müəlliflə),  «XIX  əsr 
Azərbaycan  ədəbiyyatı.  Poeziya»  (tərtibçilərdən  biri), 
XIX-XX 
əsr 
Azərbaycan 
ədəbiyyatı. 
Nəsr 
(tərtibçilərdən  biri),  «İncilər»  Ensiklopedik  toplu 
(tərtibçilərdən  biri),  «Bura  vətəndir»  (iki  müəlliflə), 
Salatın Əhmədli                    
 
 
340 
«İlqarsız  dünya»  (iki  müəlliflə),  «Şairlər  vətəni  bizim 
tərəflər»  (tərtibçilərdən  biri),  «Şərəfli  ömür  yolu» 
(tərtibçilərdən biri), «Şama bənzəyən ömür» (tərtibçi), 
«Şeirimizin Nərimanı»  (iki müəlliflə), «Hər kim yüz il 
unutmasa»  (iki  müəlliflə),  «Analar  köç  edəndə»,  «Yol 
gedir  Naxçıvana»,  «Bir  elatın  dastanı»,  «Heydər 
Əliyevin  dil  siyasəti»  (Rəsmi  sənədlər)  kitabları, 
«Heydər  Əliyevin  dil  siyasəti»  və  «Heydər  Əliyev  və 
ədəbi-tarixi 
proses» 
monoqrafiyaları 
işıq 
üzü 
görmüşdür. 
«Heydər  Əliyevin  dil  siyasəti»  və  «Analar  köç 
edəndə» kitabları türkçəyə uyğunlaşdırılaraq Türkiyə-
də çap olunub. «Hər kim yüz il unutmasa», «Bir elatın 
dastanı», «Analar köç edəndə» və «Hekayələr» kitabı 
əski  əlifba  ilə  İranda  Azərbaycan  dilində  çap  olunub. 
Xeyli  sayda  elmi  və  publisistik  məqalələri  xaricdə  və 
respublikanın dövrü mətbuatında çap edilmişdir. Eyni 
zamanda  xalq  şairi  N.Həsənzadənin  «Poylu-beşiyim 
mənim»  və  F.Ləmanın  «Onu  zaman  seçib»  poemasını 
bədii  qiraətlə  diskə  yazdırmışdır.  «Poylu-beşiyim 
mənim»  diski  Tehranda  üzü  köçürülərək,  orada 
azərbaycanca  çap  edilən  «Xudafərin»  jurnalına  əlavə 
kimi jurnalın abunəçilərinə göndərilmişdir.  


Salatın Əhmədli                    
 
 
341 
2010-cu  ildə  «Heydər  Əliyevin  dil  siyasəti» 
mövzusunda  dissertasiya  müdafiə  edərək  filologiya 
üzrə  fəlsəfə  doktoru  adını  almışdır.  Yaradıcılıq 
xidmətlərinə  görə  «Qızıl  Qələm»,  «Cəfər  Cabbarlı», 
QXC-nin  «Əliağa  Şıxlinski»  və  bir  sıra  İB-in  fəxri 
diplomlarına  və  mükafatlarına  layiq  görülmüşdür. 
Qardaş  Türkiyə,  İran,  Gürcüstan  Yazarlar  Birliyinin 
və  Almaniyanın  Nizami  Gəncəvi  adına  Azərbaycan 
Mədəniyyət  İnstitutunun  fəxri  diplom  və  ödüllərinə 
layiq  görülüb.  Ukrayna-Azərbaycan  mədəniyyətinin 
inkişaf  etməsində  göstərdiyi  xidmətlərinə  görə 
Ukraynadakı Azərbaycan konqresinin fəxri fərmanı ilə 
mükafatlandırılıb.  Azərbaycan  Kütləvi  İnformasiya 
Vasitələri  İşçiləri  Həmkarlar  İttifaqının  «Ustad 
sənətkar»  və  «Azərbaycan  bayrağı»  Ali  Media 
mükafatına layiq görülmüşdür.  
2014-cü  ildə  Azərbaycan  mədəniyyətinin  dünyada 
tanıdılması  və  yayılması,  gənclərin  tolerantlıq  və 
qarşılıqlı  hörmət  ruhunda  tərbiyə  olunmasında 
göstərdiyi  xidmətlərinə  görə  Kiyev  və  bütün  Ukray-
nanın  Apostol  Pravoslav  kilsəsinin  met-ropoliti 
tərəfindən «Apostol Andrey Pervozvannıy» ordenin ilə 
təltif olunmuşdur. AYB-nin və AJB-nin üzvüdür. Rəsul 
Salatın Əhmədli                    
 
 
342 
Rza  Beynəlxalq  Ədəbi  mükafatının  laureatıdır.  Ədə-
biyyatımızın  təbliği  sahəsində  böyük  fəaliyyətinə  görə 
Səməd  Vurğun  adına  mükafata  layiq  görülmüşdür. 
«Kitab evi» İB-nin sədridir.  
 
 
 
 
 
 
 
 


Salatın Əhmədli                    
 
 
343 
 
 
 
 
 
 
 
SALATIN ƏHMƏDLİ 
 
 
Körpə səsi, ana nəfəsi 
 
 
Çapa imzalanıb 1.01.2015. 
Kağız formatı 6084 1/16. 
Çap vərəqi 12,5. 
Tiraj 500 
 
 
 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə