KöRPƏ SƏSİ, ana nəFƏSİ



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə50/56
tarix12.10.2018
ölçüsü1,54 Mb.
#73278
1   ...   46   47   48   49   50   51   52   53   ...   56

Salatın Əhmədli                    
 
 
291 
Əsirlər bellərini düzəldib başlarını qaldırmaq istədikdə 
qəfildən  açılan  güllə  səslərindən  çaşıb  qaldılar.  Bir-
birilərinə  baxmağa  macal  belə  tapmayaraq  özləri 
qazdıqları çalanın  içinə  yıxıldılar. Yerə  yıxılan əsirlər 
bir-birinin  üstünə  düşərək  çabalayırdı.  Namərd  ermə-
nilərin  atdığı  güllələrin  səsi  onların  ah-naləsinə 
qarışmışdı.  Əsirlərin  bədənində  güllələrin  açdığı 
yaradan qan  fışqırırdı. Onların  gözlərinin  dərinliyində 
“Niyə?”  sualı  canlanmışdı.  Əsirlər  inildəyir,  zarıyır, 
ermənilərdən  imdad  gözləyirdilər.  Ermənilər  isə  fit 
çala-çala çaladan çıxarılmış ilıq torpaqla əsirlərin hələ 
canlı,  isti bədənlərini örtməyə çalışır,  heç  nə olmamış 
kimi  sakitcə  öz  işlərini  görürdülər.  Onların  ürəkləri 
daşa  dönmüş,  qulaqları  kar  olmuş,  gözləri  kor 
olmuşdu.  İnildəyən  canlı  insanları  nə  hiss  edir,  nə 
eşidir,  nə  də  onların  köməyə  çağıran  intizarlı  gözləri-
ni  görürdülər.  Əsir  insanlar  bir  əlləri  ilə  yaralarının 
üstündən  basıb  axan  qanı  dayandırmaq,  o  biri  əli  ilə 
üstlərinə 
yağan 
torpaqdan 
özlərini 
qorumağa 
çalışırdılar.  Ancaq  onların  bu  cəhdi  əbəs  idi.  Bir  az 
keçmiş  hələ  də  nəfəs  alan  insanların  üstünə  atılan 
torpaqdan  balaca  bir  təpə  yarandı.  Bu  azmış  kimi 
Salatın Əhmədli                    
 
 
292 
ermənilər  yaxınlıqdakı  daşları  da  gətirib  canlı  insan-
ların basdırıldığı çalanın üstünə yığdılar. 
Onlar on yeddi nəfər idilər. Canlı, nəfəsi üstündə 
olan  insanlar  erməni  daşnaklarının  törətdikləri 
vəhşiliklərin  qurbanı  oldular.  Diri-diri  torpağın  altına 
gömüldülər. 
Dəstənin  içində  Ənnağının  kiçik  qardaşı  Əli  də 
var idi. O, təzəcə nişanlanmışdı. Nişanlı yolu gözləyən 
qız  haradan  biləydi  ki,  onun  nişanlısı  daha  yoxdur, 
canı üstündə ola-ola, diri-diri torpağa basdırılıb.  
Vətəninə qayıtmaq istəyən ikinci dəstənin başçısı 
Soltan  kişi  xarici  görkəmcə  özünü  erməniyə  oxşat-
mışdı.  O,  əvvəlki  hadisədən  xəbərdar  idi.  Başına 
qoyduğu  kepka  adətən  ermənilərin  başlarına  qoyduğu 
papaq  kimi  qabaq  hissəsinin  dimdiyinin  yuxarısı  dik 
idi.  Bığlarını  ermənilər  kimi  lopabığ  saxlamışdı. 
Ermənilər Soltan kişini özlərininki bilib ona toxunma-
mışdılar. Soltan kişi  həm  də ermənicə  yaxşı danışırdı. 
Ermənilər onu  hətta evlərində qonaq saxladı.  Axşama 
qədər  birtəhər  dözən  Soltan  kişi  gəzmək  bəhanəsiylə 
ev  sahibini  də  götürüb  idarənin  həyətinə  gəldi. 
Yavaşca üstü torpaqlanmış çalaya yaxınlaşdı. Diqqətlə 
qalaqlanmış  torpağa  baxdı.  Gördüklərindən  əti 


Salatın Əhmədli                    
 
 
293 
ürpəşdi.  Hiss  etdi  ki,  biz-biz  durmuş  tükləri  başından 
papağını qabardır; çalaya tökülən torpaq enib-qalxırdı. 
Qışqırmaq  istədi:  “Ay  namərdlər,  siz  nə  elədiniz? 
Bunlar ki, hələ ölməyib, sağdılar, nəfəsləri gedib-gəlir. 
Bunu  Allah  götürərmi?”.  Ancaq  boğazında  qaynayan 
sözləri  dilinə  gətirə  bilmədi.  Bilirdi  ki,  heç  bir  xeyri 
yoxdur,  iş-işdən  keçib.  Bilsələr  ki,  o  da  azərbay-
canlıdır, dərisini boğazından çıxardardılar. Bu insanlar 
barəsində  məlumatı  əzizlərinə  çatdırmalı  olduğunu 
anla-dı. Başını aşağı salıb oradan uzaqlaşdı. 
...Onlar  on  yeddi  nəfər  idilər.  Ermənilər  tərəfin-
dən  qanına  qəltan  edilən  bu  insanlar  sakit,  dinc,  gün-
güzəran  dalınca  getmiş,  zəhmətkeş,  əli  silahsız  kənd 
sakinləri  idi.  Onlar  ailəsini,  uşaqlarını  dolandırmaq 
üçün  qazanc  dalınca  gedən  fağır  kəndlilər  idi.  Onlar 
qanlarına  qəltan  oldular,  torpaq  altında  can  verdilər. 
Günahsız  tökülmüş  qanları  ilə,  dillərindəki  ah-nalə-
lərilə  torpağa  qarışdılar.  Bu  hekayət  ermənilərin 
törətdikləri vəhşiliklərinin sadəcə biri idi. Onların diri-
diri  basdırıldıqları  yer  də  məlumdur;  keçmiş 
Aleksandropol,  indiki  Gümrü  şəhəri,  şəhər  rəhbərliyi 
idarəsinin həyəti.  
 
Salatın Əhmədli                    
 
 
294 
 
ATA FƏRYADI 
 
- Ana, bu gün yəqin çox yoruldun, hə? Səhərdən-
axşama  qədər  işləmisən.  İndi  sən  bir  az  otur,  dincəl, 
qalan işləri mən özüm görəcəm. 
 Nilufər  anasına  yaxınlaşıb  üzündən  öpdü.  Hər 
ikisinin  gözlərində  narahatçılıq  oxunurdu.  Hiss  olu-
nurdu  ki,  gecələri  yaxşı  yatmayıblar.  Güllü  qızının 
sözlərindən  təsirləndi,  gözləri  yaşardı.  Ciyərparasının 
üzünə,  boyu-na,  qamətinə  nəzər  yetirdi,  fikirləşdi: 
«Maşallah,  qızım  lap  böyüyüb,  qızlar  bulağından  su 
içəndən gözəlləşib, lap ay parçasına oxşayır. Nənələri-
miz demişkən, aya deyir sən çıxma, mən çıxacam. Ay 
da utandığından üzə çıxmır. Nilufəri Günəş görsə o da 
xəcalətindən  daha  da  qızarar.  Nənələrimiz  nə  gözəl 
deyib.  Tfu,  tfu,  qızı  gözə  gətirərəm.  Allah  bədnəzər-
dən saxlasın. Allah axırımızı  xeyrə calasın. Allah bizi 
bu bədniyyətli qonşularımızın şərindən hifs eləsin».  
Güllü  ermənilərin  azğınlşmasından  çox  narahat 
idi.  Onların  yeni-yeni  torpaq  iddialarından  həyəcan 
keçirir,  gecəsini-gündüzünə  qatır.  Kənd  camaatı  ilə 


Salatın Əhmədli                    
 
 
295 
birlikdə  ayıq-sayıq  yatır,  ermənilərin  hər  an  kəndə 
hücum edəcəklərini bilib səksəkə içində yaşayırdılar.  
Kərəmlə Güllünün üç oğlu və bir qızı var idi. Oğ-
lanları  atalarına  oxşayırdı.  Hündürboylu,  pəhləvan 
cüssəli bu  igidlər  gecə-gündüz kəndə keşik çəkirdilər. 
Erməni  həmlələrinin  qarşısını  igidliklə  alırdılar.  Bakı 
ilə  əlaqə  kəsilmişdi.  Azərbaycanın  ordu  hissələri 
Qarabağın  digər  ərazilərində  gərgin  döyüşlər  aparırdı. 
Düşmən  xaricdən  aldığı  canlı  və  texniki  qüvvələrin 
hesabına  bir  neçə  rayonu  və  kəndləri  işğal  etmiş, 
Şuşaya  yetişmişdi.  Şuşa  bütün  Qarabağın,  eləcə  də 
ətraf  kəndlərin  ümid  yeri,  dayağı  idi.  Bütün  qüvvələr 
ora  səfərbər  olmuşdu.  Yaxın  kəndlər  Allahın,  bir  də 
kəndin kişilərinin ümidinə qalmışdı. 
Kərəm  kişi  axşam  dəstəmaz  almaq  üçün  həyətə 
çıxdı.  Qulağına  kəndin  aşağısından  boğuq  səslər  gəldi. 
Qoyun  mələşməsi gecənin qaranlığında kəndi bürümüş-
dü.  Kərəm  kişi  dəstəmaz  alıb  içəri  keçdi.  Otağın  bir 
küncündə  qoyulmuş  canamazını  açdı,  namazını  qıldı. 
Namaz  üstə  xeyli  dualar  etdi.  Canamazı  yığışdırıb 
arvadının açdığı süfrənin qırağında əyləşdi. Fikirli-fikirli 
arvadının süzdüyü çaydan bir udum alıb dedi:  
Salatın Əhmədli                    
 
 
296 
-  Çöldəki  səs-küydən  ağlım  bir  şey  kəsmədi. 
Deyəsən  ermənilər  kəndin  heyvanını  sürüb  apardılar. 
Allah  axırından  saxlasın. 
Axırda  bu 
namərd 
qonşularımız kəndə bir ziyanlıq verəcəklər.  
Arvad həyəcanlanmışdı:  
- Ay kişi, ağzını bir xeyirliyə aç. Görmürsən, əs-
gərlərimiz  Şuşa  uğrunda  necə  mübarizə  aparır? 
İnşallah,  ermənilərə  divan    tutacaqlar,  onların  heç 
dırnağı  da  dəyməyəcək  bizim  kəndə.  Heç  igidlərimiz 
qoyar  ki,  murdar  erməninin  ayağı  bu  torpaqlara 
dəysin? Allah kərimdir, Allah bizə kömək olar.  
Axşam  yeməyini  könülsüz  yedilər.  Növbədən 
qayıdan  uşaqlar  azşam  yeməyini  yeyib  dincəldikdən 
sonra yenidən keşik çəkdikləri yerə qayıtdılar.  
Nilufər tez süfrəni yığışdırdı, qabları yudu. Gəlib 
atası  ilə  anasının  arasında  oturdu.  Kərəm  kişi  qızına 
baxıb  bayaqkı  təşvişini  gizlətməyə  çalışdı,  onun  ipək 
saçlarını sığalladı. Səsinə ötkəmlik qatıb dedi:  
-  Mənim  ağıllı  qızımın  dərsləri  necə  gedir?  Sən 
heç  nəyin  fikrini  çəkmə,  dərslərinlə  məşğul  ol.  Səni 
Bakıya  özüm aparacağam. Universitetə qəbul olarsan. 
Qardaşın  da  təhsilini  yarımçıq  qoyub  kəndə  köməyə 
gəlib.  Kirayəyə  bir  ev  tutaram,  qardaş-bacı  bir  yerdə 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə