KöRPƏ SƏSİ, ana nəFƏSİ



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə46/56
tarix12.10.2018
ölçüsü1,54 Mb.
#73278
1   ...   42   43   44   45   46   47   48   49   ...   56

Salatın Əhmədli                    
 
 
267 
sözünə  davam  etdi,-qanlı-qadalı  müharibənin  də  sizə 
dəxli olmayacaq.  Özün də cavan, gözəl gəlinsən, illə-
rini  boş  yerə  itirmə.  Hələ  bilmək  olmaz,  ərin  mühari-
bədən sağ-salamat qayıdıb gələcək, ya yox? 
Dəyirmançı  sözünü  qurtarıb  müəmmalı  gözlərini 
Nəsibənin  üzünə  dikdi,  yavaşca  biləyindən  tutdu. 
Nəsibə  qulaqlarına  inanmadı,  hirsindən  üzü  qaraldı, 
bədənini  əsməcə  tutdu.  Dəyirmançının  dəmir  kimi 
bərkimiş  barmaqları  Nəsibənin  əlini  mancanaq  kimi 
sıxmışdı. Nəsibə bir əlindəki una baxdı, bir dəyirman-
çının  iyrənc  gözlərinə.  Nə  fikirləşdisə,  dəyirmançının 
barmaqlarını  zorla  öz  biləyindən  qopardı,  əlindəki  un 
doldurulmuş  qabı  onun  üzünə  çırpdı.  Dəyirmançı 
gözünə un dolduğundan özünü itirdi... 
 Nəsibə  qapını  açaraq  çölə  çıxdı,  qorxu  və  təlaş 
içində  arxasına  belə  baxmadan  qaçmağa  başladı.  Evə 
necə  gəldiyindən  xəbəri  olmadı.  İçəri  keçəndə  qışın 
sazağına  baxmayaraq  bədənindən  tər  axdığını  hiss 
etdi. Gözü çılpaq ayağından axan qana sataşdı, qaçan-
da  ayağı  daşa  toxunmuş,  yerə  sərilmişdi.  Çarpanaq 
onun  ayağını  çızmış,  qanatmışdı.  Bədəninin  ağrısını 
indi-indi hiss etməyə başladı.  
Salatın Əhmədli                    
 
 
268 
Nəsibə  özünü  yerə  döşənmiş  mitilin  üstünə  atdı. 
Xısın-xısın ağlamağa başladı… Səssizcə… uşaqlarının 
eşitməsini  istəmirdi.  Onlar  oyansa  idi  nə  cavab 
verəcəkdi, əliboş, çörəksiz qayıtmışdı.  
O,  fikir-xəyal  içindəykən  duyduğu  isti  nəfəsdən 
diksindi,  gözlərini  açanda  başının  üstünü  kəsdirmiş 
uşaqlarını  gördü.  Analarının  ağlamaq  səsini  eşidib 
onun  başına  yığılmışdılar.  Aclıqdan,  soyuqdan  titrə-
yən  uşaqlarını  mitilin  altına  yığmağa  çalışan  Nəsibə 
onların  iki  gündən  bəri  çəkdikləri  aclıqdan  ağarmış, 
ölgünləşmiş gözlərinə baxa bilməyib hıçqırdı... 
Uşaqlar  məlul-müşkül  boyunlarını  burub,  ağla-
maqdan  və  aclıqdan  şişmiş  gözlərini  analarının  üzünə 
zilləmişdilər.  Heysizlikdən  danışa  bilmirdilər.  Bircə 
balaca  oğlu  inildəyir,  «çörək»  deyib  sızıldayırdı.  Ana 
onları yatırmağa çalışdı, sabah  mütləq çörək olacağını 
deyib  onları  dilə  tutdu.  Böyükləri  bir  təhər  aldada 
bildi.  Körpəsi  isə  hey  zarıyır,  yemək  istəyirdi.  Anası-
nın boynuna sarılıb sanki imdad gözləyirdi. Onun göz 
yaşları ananın boyun-boğazına tökülür, hər damlası bir 
köz olub bədənin yandırırdı.   
Ana nə fikirləşdisə əli ilə körpəsini kənara itələdi, 
qəti hərəkətlə ayağa qalxdı. Balacasını döşəyin üstünə 


Salatın Əhmədli                    
 
 
269 
uzadıb  bayır  qapını  açdı.  Cəld  həyətdən  çıxıb  dəyir-
mana gedən cığıra endi. Axşamdan yağan qar yolu-rizi 
kəsmişdi. Bir az bundan qabaq qaça-qaça gəldiyi cığırı 
qar  silmişdi.  Nəsibə  tələsə-tələsə  dəyirmana  tərəf 
addımlayırdı. Tez-tez  getdiyindən kəlağayısı başından 
sürüşüb düşmüşdü.  Heç  nə  hiss etmədən,  heç  nə  duy-
madan dəyirmana tərəf qaçırdı. Ürəyi sanki daşlaşmış, 
hissiyyatı  korşalmışdı.  Qulağına  oğlunun  hey  «çörək, 
çörək» deyən ağlar səsi gəlirdi. 
 Dəyirmana çatdı. Qapını açıb dəyirmanın kanda-
rında dayandı. Dəyirmançı yatmamışdı, dən üyüdürdü. 
Növbə  çox  idi,  camaata  un  çatdırmalı  idi.  Qapının 
cırıltısını  eşidən  dəyirmançı  başını  qaldırıb  baxdı. 
Qapıda  Nəsibəni  gördükdə  çal  bığlarının  altından 
görünən  dodaqlarında,  bicliklə  qıyılmış  balaca,  fil 
gözü  kimi  dəyirmi  gözlərində  xoşagəlməz  bir  gülüş 
doğdu. Arxayınlıqla dedi:  
-  Mən  səni  sabah  gözləyirdim,  amma  daha  tez 
gəlmisən,  lap  yaxşı,  tədbirli  qadınsan.  İndi  gecə 
yarısıdır - gecə qara, cücə qara, heç kəs görməz, nə dil 
bilər, nə dodaq. 
-  Balalarım  acdır,  kömək  elə.  Səni  and  verırəm 
Allaha,    mənə  başqa  gözlə  baxma.  Buraları  süpürüm, 
Salatın Əhmədli                    
 
 
270 
təmizləyim,  kisələri  yığmağa  kömək  eləyim,  yetər  ki, 
bir çanaq un ver...  
Dəyirmançı sınayıcı nəzərlərlə ona baxdı: 
-Mənə köməkçi lazım deyil. 
-Ərim  qayıdacaq.  Mütləq  qayıdacaq.  Yaxşı,  pis 
borcundan  çıxacaq...-  Nəsibə  məlul-müşkül  onun 
üzünə baxdı. 
-Birdən qayıtmasa? 
-Dörd  oğul böyüdürəm.  Analarının borcunu odə-
yərlər,-Nəsibə  içindən  gələn  sözləri  elə  bir  inandırıcı-
lıqla  dilinə  gətirdi  ki,  dəyirmançı  sanki  yuxudan  ayıl-
dı.  Nəsibənin  dumduru,  qorxa-qorxa  ona  dikilən  yal-
varıcı baxışlarını gördü. Dəyirman daşına doğru getdi. 
Nəsibə gözləyirdi: “Allahım, qəlbinə insaf sal. Ac ba-
lalarımın  yanına əliboş dönməyim”. Dəyirmançı kisə-
ləri göstərdi: 
-Kisələrin yanına tökülənləri yığ. 
Nəsibə  kisələrin  yanındakı  unu  əli  ilə  dəyirman-
çının  verdiyi  çanağa  yığdı.  Çox  az  idi.  Sonra  dəyir-
mançı  hər  kisədən  bir  ovuc  götürüb  çanağa  tökdü. 
Canaq doldu.  


Salatın Əhmədli                    
 
 
271 
-Apar.  Günaşırı  gəl.  Camaatın  ruzusunu  oğrayıb 
sənə  verdiyimi  bilsələr  dərimi  boğazımdan  çıxararlar. 
Kimsəyə demə. 
Nəsibə dəyirmançı haqqında eşitdiklərinə inandı-
ğına peşman olduğunu gizlətmədi: 
-Bayaqkı  hərəkətimə  görə  bağışla  məni.  Ölüncə 
qardaşımsan.  
-Millət acdır, hamı bura gəlir. Mənə çıxarılan ada 
peşman  deyiləm.  Oğru  olmaqdansa,  adım  oğraş  çıxsa 
daha  yaxşıdır.  Gör  sənin  kimi  nə  qədər  insan  gəlir. 
Onun  kisəsindən,  bunun  kisəsindən  nə  qədər  ovuc-
ovuc oğruluq edim.? Bacı, mənim də qəlbim var...  
Gecənin alatoranında bir qadın kölgəsi görünürdi. 
O,  un  doldurulmuş  torbanı  qucağına  basıb  sürətli 
addımlarla  evə  tələsirdi.  Nəsibənin  uşaqları  acından 
köpük  qusmayacaqdı.  Onların  göz  yaşları  quruyacaq, 
həyətdə qaçışıb oynayacaqlar.  Şən səsləri  həyəti başı-
na götürəcək. 
Nəsibə fikirli halda qaçaraq getdiyindən un üyüt-
mək üçün səhər açılmamış növbə tutmağa  gedən qon-
şu  qadınlara  da  fikir  vermədi.  Qadınlar  şübhə  ilə 
Nəsibəni  süzüb  pıçıldaşmağa  başladılar.  Nəsibə  onla-
rın yanından sürətlə keçib evə sarı gedirdi.   
Salatın Əhmədli                    
 
 
272 
…İllər  keçdi.  Müharibədən  qayıdan  ər  arvadını 
qəbul  etmədi.  «Şeytanlar»  xəbər  vermiş,  ərini  olmuş 
hadisədən  hali  etmişdilər.  Nəsibə  özü  də  məsələni 
ərinə söylədi. Kamil kənddən iş axtarmaq bəhanəsi ilə 
çıxıb  getdi,  bir  daha  geri  dönmədi.  Ailəyə  pul-para 
göndərmədi. Nəsibə  buna da dözdü. Saçının bir tayını 
ağ  hördü,  birini  qara,  gecə-gündüz  kolxozda  işlədi, 
övladlarını  böyütdü,  oxutdu,  hərəsi  bir  sənətin  sahibi 
oldu.  Böyük  oğlanları  evləndi,  ayrıldı,  hərəsi  bir  ev 
oldu. Şəhərə köçdülər. Ana kiçik oğlu  ilə  kənddə qal-
dı, kiçik oğlunu evləndirdi, evinə gəlin gətirdi.  
Ananın  kiçik  gəlini  qonşunun  qızı  idi.  Gəlinin 
anası  onlar  uşaq  olanda  müharibə  dövrünün  çətinlik-
lərindən,  çörək  qıtlığından,  aclıqdan  söhbət  açardı. 
Uzun gecələrin birində o biri qonşu qadın söhbət üçün 
Səkinə-gilə  keçmişdi.  Keçmiş  günləri  yada  sala-sala 
söhbəti gətirib Nəsibənin dəyirmançı ilə olan “məcara-
sına” çıxartdılar. Özləri də  hiss etmədən  xatırladıqları 
hadisə  balaca  Xeyrinin  yaddaşına  yazıldı.  Xeyri 
böyüdü, Nəsibənin kiçik oğlu  ilə əhd-peyman bağladı 
və  bir  ildən  sonra  toyları  oldu.  Xeyri  Nəsibə  anagilə 
gəlin köçdü.  


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə