KöRPƏ SƏSİ, ana nəFƏSİ



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə47/56
tarix12.10.2018
ölçüsü1,54 Mb.
#73278
1   ...   43   44   45   46   47   48   49   50   ...   56

Salatın Əhmədli                    
 
 
273 
Xeyrinin anası tez-tez qızıgilə gəlirdi, ailənin hər 
işinə  qarışır,  Nəsibənin  varlığını  saya  almır,  onun 
şəhərdəki  uşaqlarının  yanına  köçüb  getməsinə  çalışır, 
az qala qızının evində böyüklük edirdi. Xeyri anasının 
sözü  ilə  oturub-durur,  qayınanasına  etinasızlıq  göstə-
rirdi.  Nəsibənin  səbr  kasası  dolub-daşırdı.  Oğluna 
şikayətlənəndə  o  da  anasını  günahlandırırdı.  O,  söz-
söhbətə  son  qoymaq  qərarına  gəldi.  Xeyrinin  anasına 
məsələni açdı: 
-  Səkinə,  biz  gor  qonşusuyuq,  qonşu  olmaqla 
bərabər indi biz həm də qohum olmuşuq, qudayıq. Bu 
qədər  saymamazlıq  olmaz.  Qızını  düz  yola  çəkmək-
dənsə onu  mənim üstümə qaldırırsan. Belə olmaz axı! 
Sən  bilirsən  ki,  mən  o  uşaqları  nə  zülmlə  böyütmü-
şəm. Bir üzüm qız, bir üzüm gəlin… 
Səkinə  Nəsibənin  sözünü  bitirməyə  qoymadı, 
güllə kimi açıldı:  
-  Bilirik,  bilirik,  sən  onları  necə  böyütmüsən? 
Sən  yox,  sənin  aşnan  o  qoca  dəyirmançının  unu 
böyütdü sənin uşaqlarını. İndi sən mənə dərs verirsən, 
ay  namussuz?  Günah  məndədir  ki,  gül  kimi  qızımı 
sənin  kimi  qaynananın  yanında  qoyuram.  Ayıracam 
qızımı, oğluna get özün kimisini tap, evləndir.  
Salatın Əhmədli                    
 
 
274 
Nəsibənin  qulaqları  uğuldadı,  haqsız  eşitdiyi 
ittihamlardan,  hədə-qorxudan  bədəni  lərzəyə  gəldi. 
Gəlininin  şübhəli  və  istehzalı  baxışlarına  dözəmmədi. 
Qorxdu, bir anlığa elə bildi ki, yer ayrıldı, yerin tərki-
nə düşdü. Yalvarıcı səslə Səkinəyə dedi:  
-  Səkinə,  yalvarıram  sənə,  daha  danışma,  oğlu-
mun  işdən  gələn  vaxtıdır, eşidər, biabır olaram. Mənə 
böhtan atmayın. Mən özüm çıxıb gedərəm bu evdən.  
Səkinə sevincək oldu, ancaq sevincini biruzə ver-
mədi:  
-  Bax,  bu  çox  yaxşı  qərardı,  indi  qızımın  yeri 
rahat  olar,  sənin  üzünü  görməkdən  bezmişdi.  Sənin 
haqqın yoxdur nə mənə, nə də qızıma güldən artıq söz 
deməyə,  ay  bir  çanaq  buğdaya,  una  namusunu  satan 
ifritə!  
Xeyri anasının sözünə qüvvət verərək qaynanası-
nın üstünə yeridi:  
-  Sənin  nazını  çox  çəkdim,  daha  dözə  bilmirəm. 
Axşamlar ərim  gələndə  məndən qabaq özünü  verirsən 
qabağa.  Səhər  tezdən  mən  duranda  görürəm  ərimin 
çayı-çörəyi  stolun  üstündədir.  Qoymursan  azad  nəfəs 
alaq, qoymursan ərimə özüm qulluq edəm.  


Salatın Əhmədli                    
 
 
275 
Eşitdiyi  ədalətsiz  sözlərdən  yer-göy  ananın 
başına  fırlandı.  Bayılmaq  dərəcəsinə  çatdı.  Əl  atıb 
yaxındakı  stuldan  yapışaraq  onun  üstünə  çökdü.  «Ah, 
etibarsız  dünya!  Nankor  insanlar!  Beş  balanın  sağ 
qalması  üçün  atdığım  bir  addım,  şər-böhtan,  dedi-
qodu  məni  dul  qoydu,  övladlarım  ac  qalmasın,  ölmə-
sin  deyə  yenə  tənələrə  dözüb  onları  böyütdüm,  oxut-
dum,  çörək  sahibi  elədim,    bu  da  axırı!»  Ana  xeyli 
hərəkətsiz  oturdu.  Bir  az  özünə  gələndən  sonra  ayağa 
durub otağına keçdi. Paltarlarını  yığaraq aşağı, həyətə 
düşdü.  Həyətin  o  biri  başındakı  keçmiş  günlərinin 
yadigarı olan köhnə daxmasına tərəf addımladı. Qapı-
nı  açıb  boxçasını  köhnəlmiş  sandığın  üstünə  atdı. 
Köhnə  palaz  salınmış  dəmir  çarpayıya  yaxınlaşıb 
üstünə  uzandı.  Uzun  müddət  yata  bilmədi,  gözləri  bir 
nöqtəyə dikildi.  
Səhər Nəsibə oğluna şəhərə qızı  Gülzarın yanına 
köçmək  istəyini  bildirəndə  onun  gözündə  gördüyü 
gizli  sevinc  sinəsinə  bıçaq  tiyəsi  kimi  sancıldı.  Məhz 
bu gözlərin yaşına-kiçiyi olan Gərayının aclıqdan nalə 
səsinə  dözməyib  dəyirmançının  yanına  qaçdığı  qarlı 
gecəni  xatırladı, sinəsindən  gələn bir  dəhşətli ağrı bü-
Salatın Əhmədli                    
 
 
276 
tün  bədənini  bürüdü.  Nəsibə  ayılanda  başının  üstün-
dəki ağxalatlıları gördü.  
Yoxlamadan  sonar  Nəsibəyə  həkimlər  Bakiya-
Onkologiya  xəstəxanasına  getməli  olduğunu  bildirdi-
lər.  Ağ  ciyərində  şiş  vardı.  Nəsibə  getmək  istəmədi. 
Bu  zəhirmar  xəstəlikdən  qurtula  bilməyəcəyini  bildi-
yindən  ömrünün  qalan  günlərini  öz  evində  keçirmək, 
öz evində ölmək istəyirdi. Lakin gəlini Xeyrinin “Sənə 
burda  kim  baxacaq?  Körpə  uşağıma  baxa  bilmirəm, 
anam kömək edir. Yoxsa səni də boynumuza götürmü-
şük? Get qızının  yanına...” deyəndə əlacsız qalıb  yola 
hazırlaşdı. 
Oğlu Gəray onu qatarla Bakıya yola saldı... 
…Nəsibə  başına  gələnləri  danışıb  qurtarmışdı. 
Bu  dəfə  onun  gözləri  bulağa  dönmüşdü.  Nəsibə  için-
için ağlayırdı. Zərnişan ananın göz yaşları qurumuşdu. 
Eşitdiyi  söhbətdən  yerində  heykəl  kimi  donub 
qalmışdı. Nəsibə göz yaşlarını silib gülümsəməyə çal-
ışdı:  
-  Mənim  sözlərimi  qəribliyə  salma.  Həyatda  hər 
cür  hadisələrlə,  söz-söhbətlərlə  qarşılaşmışıq.  Yaxşı 
adamlar,  yaxşı  övladlar  çoxdur,  belə  naqis  gəlinlər, 
analar  az  da  olsa  var.  Deməyimin  canı  odur  ki,  bu 


Salatın Əhmədli                    
 
 
277 
sözlərim  sənə  təsəlli  olsun,  bu  cür  ağlayıb  özünü  
öldürmə. 
Qadınlar hərəsi kupenin bir küncünə çəkilib göz-
lərini  yummuşdular.    Biri  balasının  aldığı  yaraların 
ağrısından göynəyir, biri isə balasından aldığı yaradan 
için-için sızıldayırdı... Aldıqları ağır zərbə qatarın baş-
ağrıdıcı  aramsız  taqqıltılarını  onlara  tamamilə  unut-
durmuşdu... 
Nəsibə  başına  gələn  müsibətlərin  baisi  mühari-
bəyə  nifrət  yağdırırdı.  Gözünün  önünə  aclıqdan  ölən, 
ölüsünü  belə  dəfn  etməyə  gücü  çatmayan  insanlar 
gəlir,  son  beşiyi  Gərayını,  uşaqlarını  müharibənin 
odundan,  səfalə-tindən  salamat  qurtarıb,  böyüdüb 
boya-başa  çatdırdığı  üçün  içindən  gələn  rahatlığa 
dəyirmançının  verdiyi  bir  qab  unu  zəhər  kimi  qatıb 
xəyalən  yeyirdi  və  yedikcə  də  boğazına  tıxanan  acı 
zəhəri  duyurdu... o acı zəhər  iç-çalatını dağıda-dağıda 
müharibəyə, onu törədənlərə lənət yağdırırdı... Gözünə 
yuxu  getməyən  Zərnişan  bütün  gecəni  onun  pıçıltı-
larını eşitdikcə onun da dərdini özünə dərd elədi. Bala 
yaman bəladı, acısı çox ağır olur... 
 
 
Salatın Əhmədli                    
 
 
278 
 
ƏCƏM COCUQLARI 
 
  1918-ci  il  erməni-müsəlman  qırğını  idi.  Ermə-
nilərə  «Daşnaksütyun»  təşkilatı  əməlli-başlı  yaraq-
yasaq  vermiş,  təpədən-dırnağa  kimi  silahlandırmışdı. 
Onlar  top  silahını  atlara  yükləyərək  Qaradağın  başına 
çıxarmış,  oradan  kəndin  ortasını  nişan    almışdılar. 
Ermənilər  «Sarı  demi»dən  kəndə  hücum  etdilər. 
Erməni  sərkərdəsi  topçuya  «atəş»  əmri  verdi.  Topdan 
atılan  güllə  kəndin  ortasına  düşüb  neçə  evi  dağıtdı. 
Ağlaşma,  arvad-uşaqların  çığırtısı  kəndi  başına 
götürdü.  Kişilər  tez  atlandılar;  arvad-uşağı  kənddən 
çıxarmaq  lazım  idi.  Evlərində  gizlətdikləri  beşatılan, 
üçatılan  tüfəngləri  götürdülər.  Arvad-uşağı  arabalara, 
ulaqlara  mindirərək  kəndi  tərk  etməyə  tələsdilər. 
Kişilər  bir  təhər  onları  kənddən  çıxardıb  gözdən  uzaq 
bir  dağın  dərəsinə  gətirdilər.  Özləri  ermənilərin 
qabağını kəsməkdən ötrü kəndə tərəf döndülər.  
…Türk    qoşunu  kömək  üçün  atlarını  qırmanc-
layırdı.  Onlar  qonşu  kəndləri  erməni  daşnaklarından 
təmizləyə-təmizləyə  gəlirdilər.  Erməni  qaniçənləri 
türk  qoşununun  uzaqda  olduğunu  zənn  edərək  bu 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə