KöRPƏ SƏSİ, ana nəFƏSİ



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə49/56
tarix12.10.2018
ölçüsü1,54 Mb.
#73278
1   ...   45   46   47   48   49   50   51   52   ...   56

Salatın Əhmədli                    
 
 
285 
girdi.  Güclü  həmlədən  özlərini  itirmiş  ermənilər  geri 
çəkilib qaçmağa başladılar. Türkün qoşunu erməniləri 
qovaraq,  onların  məskunlaşmış  olduqları  kəndi  ələ 
keçirdi.  Ermənilər  pərən-pərən  düşdülər.  Zülfüqar, 
Nəcəf,  Burcalı  və  Bəndalı  türk  qoşunu  ilə  birlikdə 
döyüşə-döyüşə  erməni  qoşununu  dar-madağın  edib, 
zəfərlə kəndə qayıtdılar.  
Kənddə  arvad-uşaq  yığışıb  döyüşən  ordunu 
gözləyirdi.  Fətəli  xan  yenə  daşın  üstünə  çıxdı,  dostla-
rın qoçaqlığından danışdı. Aşağı enib Zülfüqargili qu-
caqladı, əllərini yenə də onların kürəyinə vurub dedi:  
- Əhsən sizə, əcəm  cocuqları. Səngəri  yaxşı sax-
ladınız.  Siz  olmasaydınız  bəlkə  mənim  qoşunum  belə 
zə-fər çala bilməzdi.  
Dörd dost fəxr və qürurla Fətəli xanın üzünə bax-
dı. Zülfüqar ötkəm səslə: 
-Birlik olan yerdə dirilik olar, Paşam.  
Fətəli xan dərindən nəfəs aldı, gözü uzaqlarda bir 
nöqtəyə dikildi, gecdən-gec dilləndi: 
-Düşmənimizi də qorxudan bu birliyimizdir, 
Əcəm çocuqları. Bunu unutmayın.  
 
 
Salatın Əhmədli                    
 
 
286 
 
İNİLDƏYƏN TORPAQ 
 
31 Mart – Azərbaycanlıların 
soyqırım günüdür 
Birinci  Dünya  müharibəsinin  başa  çatmasından 
az  keçmişdi.  1918-ci  il  idi.  Balaca  bir  kənd  olan 
Güney Qışlaq əldən-ayaqdan uzaqda, dağlar qoynunda 
gizlənmişdi. Məsafəcə mərkəzdən uzaq olsa da müha-
ribənin quduz yelləri bu kəndə tərəf  əsmişdi. Hər yer-
də  aclıq  hökm  sürürdü.  Bu  azmış  kimi  həmin  ilin 
yazında  kəndin  əkin  yerlərini,  taxıl  zəmilərini  dolu 
vurmuş,  istənilən  məhsul  götürülməmişdi.  Hamı 
intizar  içində,  qorxu  içində  yaşayırdı.  Sabah  nə  cür 
açılacaqdı, bilinmirdi. Ac uşaqlarını nə cür doyuracaq-
dılar,  bilinmirdi.  Bir  tərəfdən  də  mənfur  ermənilərin 
tez-tez  kəndə  azğın  hücumları,  top  atəşinə  tutmaları 
əhalini vahimə içində saxlayırdı.  
Kəndin başıpapaqlıları ruzu qazanmaq üçün ətraf 
yerlərə səpələnmişdi. Bəziləri isə ailələrinə, uşaqlarına 
çörək  tapmaq  ümidilə  Türkiyənin  Trabzon  şəhərinə 
getməyi  qərara  almışdılar.  Kəndin  kişiləri  dəstə-dəstə 
olub  Batum  şəhərinə,  oradan  da  gəmilərə  doluşaraq 


Salatın Əhmədli                    
 
 
287 
Dərəbizana  (Trabzona)  gedirdilər.  Dərəbizanda  bir 
türk paşasının ağ bez parça istehsal edən fabriki vardı.  
Kənddən  bir  nəfər  oranın  sorağını  eşitmiş,  oraya 
getmiş  və  orada  işləmək  istəyən  kəndlilərinə  xəbər 
göndərmişdir.  
Güney  Qışlaq  kəndindən  oraya  işləmək  üçün  bi-
rinci  dəfə  otuz  nəfər  gedir.  Onlar  ismarıc  göndərmiş-
dilər  ki,  burada  hər  şey  yaxşıdır,  kim  gələ  bilərsə, 
gəlsin.  
Kəndin  ağsaqqallarından  sayılan  Ənnağı  kişi 
birinci gedənlərdən idi. O, qardaşı Əlini işləmək üçün 
öz  yanına  çağırdı.  Əligil  dəstə  düzəldib  Dərəbizana 
yollan-dılar.  
Onlar  gecə-gündüz  işləyir,  paşa  da  onların  pulu-
nu artıqlaması ilə ödəyirdi. Qayıtmaq məqamı çatanda 
Ənnağı qardaşına deyir: 
-Qardaş,  bu  qədər  işlədik,  pulumuzu  da  almışıq, 
çıxaq gedək, gözü yolda qalanlarımızı sevindirək.  
Əli cavab verir: 
-Qardaş,  sən  qayıt  get,  mən  qalıb  işləyəcəm.  Bir 
az da pul toplayım,  gələndə bu pula  uşaqları bir  xeyli 
saxlaya bilərik. Sən indi get, evdəkilərdən muğayat ol. 
Mən də tezliklə qayıdaram.  
Salatın Əhmədli                    
 
 
288 
Birinci  gedən  dəstə  kəndə  qayıtmaq  üçün  yol 
hazırlığı  görməyə  başladı.  Gecəykən  yola  düşürlər. 
Kəsə  olsun  deyə  yollarını  indi  Ermənistan  adlanan 
əzəli  Azərbaycan  torpaqlarından  salmaq  istəyirlər. 
Dəstə  gəlib  Aleksandropol  şəhərinə  (sonralar  Lenina-
kan  şəhəri,  indiki  Gümrü)  yetişir.  Ermənilər  dəstəni 
görür.  Bilirlər ki, səfərdən qayıdan azərbaycanlılardır. 
Onları  müsəlman-türk    olduqlarına  görə  öldürmək 
qərarına gəlirlər, qabaqlarını kəsib deyirlər:  
- Sizi şəhərin böyüyü görmək istəyir. 
Şəhərin  «Qlavası»  gizlin  əmr  vermişdi:  «Harada 
müsəlman  gördünüz,  öldürün,  məhv  edin».  Türklərin 
qanına  yerikləyən  ermənilər  Dərəbizandan  kəndlərinə 
qayıdan  azəri  türklərini  mühasirəyə  alıb,  “Qlavanın” 
oturduğu  idarənin  həyətinə  gətirirlər.  «Qlava»  xeyli 
keçmiş  həyətə  çıxır,  məkrli  gözlərilə  onları  başdan-
ayağa süzür, yanındakılarla öz dillərində  nə isə danış-
mağa  başlayır. 
Dəstədə  Badamlı  kəndindən  Vahab  adlı  bir  kişi 
də var idi. Badamlı kəndi əslən Azərbaycan kəndi olsa 
da burada ermənilər də yaşayırdı. İrandan köçürülmüş 
ermənilər  azəri  türklərinin  adət-ənənəsini  mənim-
səmişdi.  Hər  iki  millətin  adət-ənənəsi  bir-birinə  o 


Salatın Əhmədli                    
 
 
289 
qədər  yaxınlaşmışdı  ki,  onları  ayırd  etmək  olmurdu. 
Kənddə  yaşayan  azərbaycanlılar  ermənilərin,  erməni-
lər də azərbaycanlıların dilini təmiz bilirdilər. Erməni-
lərin  yaşadığı  məhəllə  azərbaycanlıların  yaşadığı 
məhəllədən  ayrı  olmasına  baxmayaraq  onlar  bir-biri-
nin xeyrində, şərində iştirak edirdilər... 
Vahab kişi erməni dilini təmiz bildiyindən ermə-
nilərin danışığını başa düşür. Başa düşür ki, bir azdan 
onları  öldürəcəklər.  Bu  ölümün  qarşısını  almağa 
çalışır, özünü erməni kimi qələmə verib deyir: 
-Bizim  ermənilər  orada  azərbaycanlılarla  birgə 
yaşayırlar,  bir  bulaqdan  su  götürürlər,  çörək  yapanda 
bir-birilərinə kömək edirlər, pencər yığmağa bir yerdə 
gedirlər.  Əgər  siz  bunları  öldürsəniz,  onlar  da 
bizimkiləri öldürərlər.  
Vahab kişinin sözləri “Qlava”nı fikrindən döndə-
rir.  Onların  çıxıb  öz  vilayətlərinə  getməyinə  icazə 
verir. Dəstədə on dörd nəfər var idi.  
Vaxt gəlib keçir. Dərəbizana işləmək üçün gedən 
ikinci  dəstə  də  həmin  yolnan  qayıdası  olur.  Onları  da 
tu-tub  “Qlava”nın  yanına  gətirirlər.  İdarənin  həyətinə 
yığışan  əsirlər  xeyli  ayaq  üstdə,  ac-susuz,  yorğun 
halda  “Qlava”nı  gözləməyə  məhkum  edilmişdi. 
Salatın Əhmədli                    
 
 
290 
“Qlava”  həyətə  çıxanda  onların  gözlərində  ümid  işığı 
yanır.  Elə  hesab  edirlər  ki,  şəhərin  böyüyü  onları 
yüngül  sorğu-sual  edib  getmələrinə  icazə  verəcək. 
“Qlava”  azərbaycanlılara  üzünü  tutub  kinli  gözlərini 
onlara dikərək əmr edir:  
-  Kimin  nəyi  varsa,  hamısını  bir  yerə  yığsın! 
Sonra da sizə bir iş tapşıracam, onu  yerinə yetirəndən 
sonra buraxacağam, çıxıb el-obanıza gedərsiniz.  
Əsir  götürülmüş  kişilər  bir-birilə  baxışdılar, 
çiyinlərini çəkib, sakitcə əllərini döş ciblərinə saldılar. 
Ailələri üçün qazandıqları pulları, aldıqları hədiyyələri 
kö-nülsüz  yaxınlıqdakı  ağacın  dibinə  qoydular.  Sonra 
səbirsizliklə  “Qlava”nın  daha  nə  deyəcəyini  gözlə-
dilər. Nəhayət, “Qlava” dillənir: 
-  Bu  həyətdə  iri  bir  çala  qazmalısınız.  Çalanı 
qazıb qurtardıqdan sonra siz azadsınız. 
Əsirlər  erməninin  bu  sözlərini  eşidib  sevindilər, 
“Allaha  şükür”  edib  cəldliklə  işə  başladılar.  Bəziləri, 
mane  olmasın  deyə,  hətta,  üst  paltarlarını  da  çıxarıb 
kənara atdı. 
Əsirlər  əzizlərinin  yanına  tələsirdilər.  Onlara 
sanki  bir  həvəs,  bir  güc  gəlmişdi.  Canı-dildən  çalanı 
qazıb  qurtarmağa  çalışırdılar.  Çala  qazılıb  dərinləşdi. 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə