KöRPƏ SƏSİ, ana nəFƏSİ



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə41/56
tarix12.10.2018
ölçüsü1,54 Mb.
#73278
1   ...   37   38   39   40   41   42   43   44   ...   56

Salatın Əhmədli                    
 
 
237 
- Bunun üçün gərək heç nəyi itirməyəsən. - Cijim 
də  əlüstü  cavab  verdi.  –  Bunun  üçün  gərək  gələn 
aylarını,  illərini  incitməyəsən.  Onları  istəyincə 
yaşayasan,  axı  elə  sənin  yaşamağın  da,  həyatın  da 
budur. 
…Deyəsən  səhər  açılırdı.  Amma  hələ  də 
yarıyuxulu idim. Yenə cijimin səsini eşitdim: 
- Elə bil nə isə itirmişdim. 
- Nə oldu, tapdın? –  Suallı baxışlarımla cijimdən 
soruşdum. 
-  Yox,  heç  nə  itirməmişəm.  –  Cijim  qızılgüllü 
günlərimi  görürmüş  kimi  mənə  baxırdı.  Deyəsən 
itiyini  mənim  timsalımda  tapmışdı;  ömrünü,  həyatını, 
günlərini, aylarını, illərini verdiyi məni. 
Cijim  necə  gəlmişdisə,  elə  də  getdi.  Onun  gülər 
gözləri, 
gülümsər 
çöhrəsi 
gözlərimə 
necə 
görünmüşdüsə, eləcə də göylərə çəkildi. 
Cijim  yuxuma  gəlməsəydi,  bəlkə  bu  yazını  da 
yazmayacaqdım. 
 
 
 
 
Salatın Əhmədli                    
 
 
238 
 
HEYVA ÇİÇƏKLƏRİ 
 
Avqustun  axırlarına  az  qalırdı.  Köçəri  quşlar 
kimi insanlar da yavaş-yavaş öz yuvalarına qayıtmağa 
hazırlaşırdılar.  Onlar  bağ  evlərində  yır-yığış  edir, 
şəhərə  aparılacaq  şeyləri  qablaşdırır,  yorğan-döşəyi 
mələfələrə  bağlayırdılar.  Bişirdikləri  gilas,  əncir,  tut 
mürəbbələri doldurulmuş şüşə qabları ehtiyatla karton 
yeşiklərə 
yerləşdirirdilər. 
Şüşələrə 
doldurulmuş 
bəhməzin  qışın  soyuğunda  əvəzi  yoxdur.  Nəzakət  də, 
bacısı da doşab içməyi xoşlamasalar da tut çırpmaqda 
analarına  xeyli  kömək  etmişdilər.  Onların  zəhməti 
hədər 
getməmişdi. 
Tığlanmış 
yükə 
baxdıqca 
Nəzakətin ürəyi köksünə sığmırdı. Bəs nə?!.. Cürbəcür 
mürəbbələr, 
doşab, 
qurudulmuş 
tut, 
qızılgül 
ləçəkləri…  Bunların  hamısında  onun  əməyi  vardı. 
Yadına  gəlir  ki,  bir  dəfə  qonşuları  Məsmə  xala 
onlardan  doşab  alıb  xəstə  oğluna  vermiş,  oğlan  da 
tezliklə  sağalmışdı.  Məsmə  xala  alqış  eləyəndə  anası 
Nəzakəti göstərib demişdi: 


Salatın Əhmədli                    
 
 
239 
–  Nəzakət  kömək  etməsəydi,  mən  bu  qədər  işin 
öhdəsindən  gələ  bilməzdim.  O  mənim  anam,  atam, 
həm də balamdı. 
Məsmə xala üzünü Nəzakətə tutub: 
–  Allah  gününü  ağ  eləsin,  –  dedi,  –  sən 
olmasaydın,  oğlum  belə  tez  ayağa  durmazdı.  Allah 
səni  saxlasın,  gör  toyunda  Məsmə  xalan  nə  fəğan 
eləyəcək. 
Bacısı  Mətanət  özünü  o  qədər  də  işə  verən 
deyildi.  İş  tapşırılanda  «yaxşı»  desə  də,  öz  işlərini 
bacısının  boynuna  qoyardı.  Xoşxasiyyət  və  həlim  bir 
qız olan Nəzakət bacısının da əvəzinə işləyərdi… 
O,  maşının  gəldiyini  görüb  yükləri  yığmaqda 
anasına  kömək  etməyə  başladı.  Həyəti  meynəliklə, 
əncirlə  dolu  bu  balaca  bağ  evində  nə  qədər  yük  var 
imiş?!.  Daşıdıqca  qurtarmaq  bilmirdi.  «Mənim 
zəhmətkeş  anam!  Qızlarının  qayğısız  yaşaması  üçün 
bütün  yayı  qarışqa  kimi  işləmisən.  Gündən  yanıb 
qaralmısan.  Sənin  bişirdiyin  mürəbbələrin  ətrini, 
dadını  mən  heç  yerdə  duya  bilmirəm,  ana!  Hələ 
rəngləri…  Məsmə  xala  demişkən  mürəbbə  deyil  ey, 
çıraqdır, çıraq. Üzümdən düzəltdiyin abqora! Qonşular 
həmişə  tərifləyir.  Bizi  qəndlə  çay  içməyə  qoymursan, 
Salatın Əhmədli                    
 
 
240 
«mövüclə için, əncir qurusu ilə için, – deyirsən. – Can 
dərmanıdı».  Biz  də  sənin  bir  sözünü  iki  eləmirdik. 
Axı,  sən  bizim  bircə  anamızsan,  əziz,  mehriban 
anamız.  Sən  bizim  atamız,  anamız,  həm  də 
qardaşımızsan,  əziz  anam!..  Qoy  böyüyüm,  səni  qoy-
mayacağam  ki,  işləyəsən.  Hər  işi  özüm  görəcəyəm. 
Sənin qabar bağlamış əllərini öpə-öpə sığallayacağam, 
ana!..» 
-Qızım,  o  boğçanı  bura  ver  görüm,  deyəsən  bu 
tərəfdə boş yer var! - Anasının səsi Nəzakəti öz xəyal 
aləmindən  ayırdı.  Tez  əl-ayağa  düşüb  qalan  şeyləri 
maşının üstündə dayanmış anasına verməyə başladı. 
Qızlar  üçün  yüklərin  arasında  yer  düzəltmiş  ana 
özü  də  yuxarıda  oturdu.  Onları  tək  qoymağa  ürəyi 
gəlmirdi… 
Birdən ana yerə sıçradı, içəri girib otaqlara bir də 
baxdı.  Qapını  qıfıllayıb  açarı  boynundan  asdı.    Sonra 
da  qonşuları  ilə  vidalaşıb  yenidən  qızlarının  yanına 
qalxdı. 
Artıq  iki  saatdan  sonra  şəhər  evlərində  idilər. 
Yükü boşaldıb sürücünü  yola saldılar. Nahar etmədən 
gətirdiklərini yerbəyer edib sərinləndilər. 


Salatın Əhmədli                    
 
 
241 
…Sentyabrın 
ilk 
günü. 
Nəzakət 
tezdən 
durmuşdu.  Əslində  sevindiyindən  gözünə  yuxu 
getməmişdi.  Məktəbli  olacaqdı.  Bu,  onun  ən  böyük 
arzusu  idi.  Hərdən  qonşuya  keçən  Nəzakət  məktəbli 
qızdan  müəyyən  şeyləri  öyrənmişdi.  Qonşu  qızı  əlaçı 
idi.  Nəzakət  də  özünə  söz  vermişdi  ki  mütləq  əlaçı 
olacaq, 
yoldaşlarından 
fərqlənəcək. 
Nəzakət 
fikirləşdiyi  kimi  də  oldu.  Dərslərindən  əla  oxuyurdu. 
Məktəb  kitabxanasının  ən  fəal  üzvlərindən  biri  idi. 
Kitabxanada oxumadığı uşaq kitabı qalmamışdı. 
Artıq dördüncü sinifdə oxuyurdu. Əlaçı olduğuna 
görə müəllimləri onu həmişə ön cərgədə oturdurdular. 
Sinifin  üzünü  ağ  elədiyindən  bütün  müəllimlər  onu 
sevirdi,  bircə  coğrafiya  dərsi  deyən  Məhbubə 
müəllimdən  başqa.  Müəllimin  qızı  Mirvari  Nəzakətlə 
bir  sinifdə  oxuyurdu.  Yaxşı  oxusa  da,  Nəzakətə  çata 
bilmirdi.  Məhbubə  müəllim  qızını  məktəbin  birincisi 
etmək istəyirdi. Ona görə yeri gəldi-gəlmədi, Nəzakəti 
sancırdı… 
…Hər  il  olduğu  kimi,  yenə  də    9  Mayı  təntənə  
ilə  keçirmək  üçün  bərk  hazırlıq  işləri  gedirdi. 
Şagirdlər  qruplara  bölünür,  hərəsinə  bir  iş  tapşırılırdı. 
Salatın Əhmədli                    
 
 
242 
Kimisi  rəqs  öyrənir,  kimisi  şeir  əzbərləyir,  kimisi  də 
veteranları təbrik üçün çıxış hazırlayırdı. 
Nəzakət  isə  böyük  Səməd  Vurğunun  ilk 
azərbaycanlı 
təyyarəçi 
qadını 
olan 
Leyla 
Məmmədbəyliyə 
həsr 
etdiyi 
«Leyla» 
şeirini 
əzbərləmişdi.  Bircə  qalırdı  gül  dəstəsi  almaq.  Hər  bir 
şagird  çıxışdan  sonra  bir  veterana  yaxınlaşıb,  onu 
təbrik  etməli  idi.  Bəs  indi  o,  anasına  necə  desin  ki, 
səhərki  bayrama  gül  almaq  lazımdır.  Elə  bu  günəcən 
anası sözarası deyirdi ki, maaş almağa az qalıb. Gərək 
ehtiyat  pulumuzu  elə  xərcləyək  ki,  ayın  başına  qədər 
bizi görsün. 
Anasının dedikləri beynində dolaşır, onu sakitləş-
məyə  qoymurdu.  Eşidəcəyi  «yox»  kəlməsi  onu 
qorxudurdu.  O,  məktəbə  gülsüz  gedə  bilərdimi?  Ona 
nə  deyərdilər?  Qınamazdılarmı?  Axı  onlar  xəsis 
deyillər! Ancaq indi gül almağa pulları yox idi. 
 Nəzakət  odla-su  arasında  qalmışdı.  Düşünürdü, 
qoy ona don almasın, həmin pula gül alsın. O da o biri 
uşaqlar kimi məktəbə fərəhlə getsin. Qoy görsünlər ki, 
anası ona həm də atadır. Ürəyi döyünə-döyünə anasına 
yaxınlaşdı, qırıq-qırıq səslə yavaşca dilləndi: 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə