KöRPƏ SƏSİ, ana nəFƏSİ



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə38/56
tarix12.10.2018
ölçüsü1,54 Mb.
#73278
1   ...   34   35   36   37   38   39   40   41   ...   56

Salatın Əhmədli                    
 
 
219 
xırıldayır,  əl-qol  atır.  Qızı  sualını  tez-tez,  ancaq, 
yavaşcadan  təkrarlayırdı.  Nəvələr  nənənin  bu  halına 
dözmədilər,  bərkdən  ağlaşdılar.  Onların  ata  yaraları 
hələ qaysaq bağlamamışdı. Ən çox da onları yandıran 
atalarının ölümündən nənənin bixəbər olması idi.  
Nəvələrin qışqırıq səsindən ana deyikdi, baxışları 
bir  nöqtəyə  ilişib  qaldı,  xırıltısı  kəsildi.  Gözlərini 
yavaş-yavaş ağlaşan nəvələrinə sarı çevirdi. Dili tutul-
muşdu, danışa bilmirdi. Qızı  yavaşca ananın qulağına 
tərəf əyilib soruşdu:  
-  Ana,  kimi  istəyirsən?  Olmaya  Yunusu  istə-
yirsən?  
Ana başını buladı. Dili dolaşa-dolaşa güclə eşidi-
ləcək səslə inildədi:  
- İsamı, Musamı...  
Musa  onun  kiçik  oğlu  idi.  O,  idmançı  idi,  çoxlu 
sayda diplomları var idi. Güləş üzrə usta adını almışdı. 
Onu  tanıyanlar  ona  Musa  pəhləvan  deyirdilər.  Cavan 
yaşlarında-ömrünün iyirmi beşinci baharında məşq za-
manı aldığı zədədən dünyasını dəyişmişdi. İndi ana se-
vimli oğlu Yunusu yox, İsasını-Musasını istəyirdi.  
Ananın  təntiməsindən,  ölümlə  mübarizəsindən 
bir  saata  yaxın  vaxt  keçdi,  gözlənilmədən  sakitləşdi. 
Salatın Əhmədli                    
 
 
220 
Ana  həyata  qayıtmış,  üzünün  rəngi  özünə  gəlmiş, 
yanaqları  allanmışdı.  Axşama  yaxın  yemək  istədi.  Bu 
dəfə  o,  həmişəkindən  fərqli  olaraq  çox  yedi.  Qızını, 
kürəkənini  və  nəvələrini  yanına  çağırıb  öyüd-nəsihət 
verdi: 
-  Mən  bu  gün  ölməliydim.  Yuxumu  da  görmüş-
düm.  Yuxuda  gördüm  ki,  qaynım  bizə  gəlib,  tez 
yanına  getdim:  “Nə  yaxşı  gəldin,  məni  də  apar”.  O, 
etiraz  edib  dedi  ki,  gəlməyinə  gəlmişəm,  bu  dəfə  Yu-
nusu  aparacam,  sonra  da  səni.  Ancaq,  səni,  hazırlaş, 
bir  azdan  gəlib  aparacağam.  Bunu  deyib  getdi.  Mən 
gedirdim,  siz  qoymadınız.  Onlar  göylərdən  gəlmişdi, 
qolumdan  tutub  aparırdılar.  Siz  qara-qışqırıq  saldınız, 
onlar da getdilər.  
Ana uşaqları ilə bir xeyli danışdı-vəsiyyətini edir-
miş. Gecəni çox rahat yatdı. Xəstə düşəndən belə yat-
dığı  olmamışdı.  Yəqin  gündüz  çox  çabaladığından 
yorğun düşmüşdü.  
Səhər  tezdən  Nərgiz  ananın  səsinə  yuxudan  oy-
andı.  
-  Ay  bala,  ay  Nərgiz,  bu  nə  vaxtın  yatmağıdır, 
dur mənə çaydan-çörəkdən ver, acmışam.  


Salatın Əhmədli                    
 
 
221 
Nərgiz tez ayağa qalxıb saata baxdı-yeddi idi. O, 
ananı  yedizdirdi.  Ana  yerinə  uzandı,  onu  möhkəm 
yuxu  tutdu,  üç  saata  yaxın  sakitcə  yatdı.  Birdən  onu 
sanki kimsə  tərpədib oyatdı. Qızını  və  Nərgizi  yanına 
çağırdı. Güclə eşidiləcək səslə onlara dedi:  
- Oturun, sakitcə mənə qulaq asın. 
Qızlar  dinməz-söyləməz  ananın  sözlərinə  əməl 
etdilər. 
Ana  gözlərini  dolandırıb  baxışlarını  qızların 
üzündə saxladı:  
- Mən  bu  gün öləcəyəm. Onlar  yenə  gəlmişdilər, 
gecə  yuxuda  mənə  dedilər.  Məni  diqqətlə  dinləyin. 
Dü-nənki kimi çığır-bağır salmayın, onunla mənə yax-
şılıq  yox,  pislik  edirsiniz,  məni  ölməyə  qoymayır-
sınız,  canbəsər  edirsiniz.  Sizdən  bircə  xahişim  var; 
məni  ağlamayın.  Mən  günümü  görüb,  dövranımı  sür-
müşəm. Mən yaşda meşədə heç palıd ağacı da yoxdur. 
Məni  deyə-gülə  aparıb  balalarımın  yanında  basdırar-
sınız.  Bircə  bayatı  çağırın,  deyin  ki,  İsa-Musa  yaralı 
anam lay-lay. Ehsanıma da ətnən halva verin.  
Ana  nə  yesə  iştahla  yeyərdi,  yaxşı  xörəklər,  özü 
demişkən  “yağlı-buğlu“  yeməkləri  sevərdi.  Qapısına 
Salatın Əhmədli                    
 
 
222 
gələni,  yoldan  ötəni  yedizdirməmiş  buraxmazdı.  Hər 
adamın da yeməyini, səliqəsini bəyənməzdi.  
Ana sözlərinə bir az ara verib dedi:  
-  İndi  durun  hazırlaşın,  ancaq  məni  buraxmayın, 
tez-tez yoxlayın. Qızım, mənə bir stəkan soyuq su ver, 
ürəyim yandı.  
Nərgiz  göz  yaşlarını  silərək  soyuducudan  su 
gətir-di. Ana onu axıracan içdi.  
- İndi də məni böyrüüstə döndərin.  
Qızlar onun istəyini yerinə yetirdilər.  
Ana  əllərini  qoşalaşdırıb  yastığın  üstə  qoydu, 
üzünü  əllərinə  söykədi  və  dərin  yuxuya  getdi.  Do-
daqlarından  bir  kəlmə  söz  çıxdı:  “İsamın-Musamın 
yanına  gedirəm“.  Yarım  saatdan  sonra  ananın  nəfəsi 
kəsildi.  Necə  yatmışdısa  eləcə  də  canını  tapşırdı.  Quş 
kimi  uçdu ana. Üzündə sual  dolu bir  ifadə əmələ  gəl-
mişdi.  
Nə  yaxşı  ki,  nəvəsi,  indi  evin  ağsaqqalı  olacaq 
Zöhrab  nənəsini  yoxlamaq  üçün  Bakıya  gəlmişdi. 
Onun  içəri  girməyilə  ananın  canını  tapşırmağı  bir  ol-
du.  Ana  sanki  oğlunun  gəldiyini  hiss  etdi,  arxayın-
lıqla əbədi dünyaya, əzizlərinin yanına köçdü.  
Yunus həmişə deyirdi: 


Salatın Əhmədli                    
 
 
223 
 -Məni  öləndə  anamın  qəbrinin  aşağısında  bas-
dırın, qəbrimi elə qazın ki, anamdan uzaq düşməyim.  
Ana deyirdi ki, qəbrimi  elə qazın ki, oğluma  ya-
nımda yer olsun.  
Hər ikisinin istəyi yerinə yetmişdi.  
Oğul  ananın  ayaqları  altında  əbədi  yatırdı.  Pey-
ğəmbərimiz Məhəmməd (ə.s) deyib:  «Cənnət anaların 
ayağı altındadır». 
Ana ilə oğlu bir-birinə belə möhkəm tellərlə ana-
övlad məhəbbətiylə yanaşı  müharibənin vurduğu ağrı-
lar,  acılar  bağlamışdı.  Yunus  uşaq  yaşlarında 
müharibənin  ağır  yükünü  çiyinlərinə  götürdü,  gəlin 
ana-sıyla  birlikdə  yetim  qalmış  bacı-qardaşlarını 
böyütdü,  anasının  qeyrət  dağarcığı  oldu,  uşaq  ömrü 
yaşamadı. O zaman  gözünü açıb ətrafina baxmaq ona 
nəsib  oldu  ki,  kişisiz  qalmış  evin  kişisidir,  dərk  elədi 
ki, anası onun həm uşaqlıq dostu, həm cavanlıq dostu, 
həm  də  anasıdır,  həm  də  balalarının  nənəsidir-
həyatının məna-sıdır. Ona görə də ömrü boyu üstündə 
əsdi.  Ölüm  aya-ğında  da  yanında  əbədi  olmasını 
istədi... 
Heç  kim  bilmədi  ki,  qanlı-qadalı  müharibələrə 
nifrət  Yunusun  ürəyində,  qəlbində  kök  atdı.  Çünki 
Salatın Əhmədli                    
 
 
224 
müharibə  onun  kimi  çox  uşaqları  yetim  qoydu, 
çiyinlərinə  ağır  yük  verdi,  dul  qalmış  ana,  sahibsiz 
qalmış  bacı  qeyrətini  çəkməyə  məcbur  etdi.  Yunus  o 
uşaqlardan oldu ki, müharibə onu əyə bilmədi. Qəlbin-
də  nifrət  bəslədiyi  müharibənin  acığına  Yunus  dağ 
ürəkli  anasına  sağlığında  olduğu  kimi,  öləndən  sonra 
da hayan olmağı borc bildi.  
Başqalarına  da  ananı  öldürə  biləcək  xəbəri 
deməyi  qadağan  etmiş  qızı  anadan  istəkli  oğlunun 
ölümünü  gizlətdiyi  üçün  vicdan əzabı çəkirdi.  Anlaya 
bilmirdi  ki,  “günah”  və  yaxud  “savab”  bildiyi  bu  ya-
lanla onlara necə böyük yaxşılıq edib... 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə