KöRPƏ SƏSİ, ana nəFƏSİ



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə34/56
tarix12.10.2018
ölçüsü1,54 Mb.
#73278
1   ...   30   31   32   33   34   35   36   37   ...   56

Salatın Əhmədli                    
 
 
195 
şəklidir.  Rayon  mərkəzindən  bizi  gətirən  «UAZ» 
maşınının  (o  vaxt  dağ  kəndlərinə  belə  maşınlar  taksi 
kimi  işləyirdi)  pulunu  Laçın  verdi.  Evə  çatana  qədər 
çəkiləcək  xərci  Laçın  hələ  Bakıdan  hesablamışdı. 
«UAZ»-ın pulunu ve-rəndə gördüm ki, Bakıdan rayon 
mərkəzinə 
qədər 
gəl-diyimiz 
puldan 
rayon 
mərkəzindən  kəndə  qədər  olan  məsafənin  pulu  daha 
çoxdur. Təəccüblə baxdığımı görən Laçın güldü:  
-  Bəs  necə,  elə  bilirsən  dağlarda  yaşamaq 
asandır?  
-  Yox,  demirəm  ki,  asandır.  Amma,  burada  bir 
uyğunsuzluq var.  
-  Uyğunsuzluq  olmasaydı  daha  köhnə  hökuməti 
niyə yıxmağa çalışırdıq. Yetmiş il ərzində bu məsələni 
sovet  hökuməti  həll  edə  bilməyib,-Laçın  lap  bişmiş 
siyasətçi kimi cavab verdi.  
Atasının  bizə  yaxınlaşdığını  görüb  söhbətimizi 
yarımçıq  kəsdik.  O,  əvvəlcə  mənimlə  görüşdü.  Çox 
isti, lap elə doğma balası kimi məni qucaqladı: 
 - Xoş gəlmisən, ay bala. Sən də Laçının qardaşı-
san. Bax bizim bu dağlar sənə peşkəşdir,-  dedi. Sonra 
da Laçınla görüşdü.  
Salatın Əhmədli                    
 
 
196 
Dönüb yoldan bir qədər yuxarıda bulağın başında 
dayanmış,  bizdən  bir  az  böyük  olan  cavanlara  işarə 
elədi.  Nə  dediyini  başa  düşməsəm  də,  bizə  yolu 
göstərdi: 
 - Qalxın yuxarı, gəlirəm. 
Bulağın  başına  yığışan,  bizi  qarşılamaq  üçün 
gəlmiş  adamlar  Laçınla  məni  araya  aldılar.  Mənimlə 
mehribanlıqla görüşəndən sonra onlardan biri zarafatla 
məni göstərib dedi:.  
-  Dostun  nə  yaxşı  ilin-günün  bu  çağında  bu  tə-
rəflərə gələ bilib?- Bilmirsiniz, güllə altındayıq? 
Başqa birisi yenə Laçına söz atdı: 
 -  Gərək  qonağını  göz  bəbəyin  kimi  qoruyasan, 
sağ-salamat Bakıya qaytarasan.  Bakılı  hara, bu dağlar 
hara? Gözlə ha, qayalardan ayağı sürüşməsin.  
Mən  özüm  də  şəhərli  olmadığımı  onlara 
söylədim. 
-  Düzü,  mən  kənd  uşağı  olsam  da  aran  yerində 
bö-yümüşəm. Yerimiz düzəngahlıqdır. Muğan ellərin-
dənəm,-həm də etiraf etdim,-Düz deyirsiniz, mən belə 
dağlar görməmişəm.  
Elə bəri başdan sərt qayalara, başı buludlarda itən 
sıldırım dağlara tərəf baxıb heyrətimi gizlətmədim.  


Salatın Əhmədli                    
 
 
197 
Quzuluq  tükü  üstündə  olan  bir  toğlunu  lap 
mənim  yanıma  çəkdilər.  Laçının  atası  qolunu  çirmə-
lədi.  Bıçağı  toğlunun  başına  çəkəndə  aralanmaq  istə-
səm də, Laçın məni buraxmadı.  
-  Ə,  burda  dur,  toğlunu  sənin  ayağına  kəsirlər, 
mənim yox. 
Bir qədər sıxılsam, çəkinsəm də  Laçınla  münasi-
bətimizdən  irəli  gələn  cəsarətimlə  onu  cavabsız 
qoymadım:  
-  Düz  deyirsən,  hər  dəfə  sənin  gəlişinə  bir  toğlu 
kəssələr onda bu dağlarda qoyun-quzu qalmaz.  
Bu sözə hamı gülüşdü. 
Bulağa  endik,  bulaq  başında  qızlar  qab-qacağı 
suya çəkir, bulaqdan bir qədər yuxarıda, yaşıl çəmənli 
yastanada  süfrə  salırdılar.  Laçın  onları  bir-bir  gös-
tərirdi:  
-  Anamı  gördün,  bayaq  səninlə  görüşdü.  Bu,  ba-
cımdır, adı  Bənövşədir. O da bibim qızı  Lalədir. Orta 
məktəbin axırıncı sinfindədirlər. 
Laçınla  atası  bir  qədər  qarabəniz,  mis  rənginə 
çalsalar da Bənövşə çox göyçək, dürüst və qamətli bir 
qız idi. Deyərdim ki, anasına çəkib. Amma bir ailənin 
övladı  olduqları  elə  kənardanca  diqqəti  çəkirdi. 
Salatın Əhmədli                    
 
 
198 
Lalənin  isə  yanaqları  dağ  laləsi  kimi  közərirdi. 
Kürəyinin  arxasına  atdığı  saçları  qoşa  hörüyə 
yığılmışdı. Hələ o vaxtacan kənddə dəbdə olduğundan 
saçlarını  başının  ortasından  ayırmışdı.  Elə  bil  başının 
ortasından bir cığır keçirdi. Amma yanlarından saçının 
gödək hissəsi alnında və ya-naqlarının yanında qıvrılıb 
cığa yaratmışdı. Bu da ona ayrıca bir gözəllik verirdi.  
Biz bulağa yaxınlaşanda qızlar əl saxlayıb kənara 
çəkildilər. Lalə: 
-Xoş gəlmisiniz,-dedi.  
İlahi, qızın bir-birinə yapışmış dodaqları açılanda 
elə bil ki, qönçəsi çat  vermiş qızılgül  idi, gözümü  ox-
şadı. Hələ o vaxtdan illər keçsə də, onun «xoş gəlmisi-
niz»  sözlərini  dediyi  zaman  aldığı  görkəm  gözümün 
qabağındadır.  
Turşsuyun  üstündə  gün əyilənəcən qaldıq.  Arada 
Laçınla mən meşə dolayısı ilə gəzintiyə çıxdıq. Ancaq 
Lalə  elə  bil  ki,  gözlərimin  qabağında  idi.  Haraya  ge-
dirdimsə onu görürdüm. Bu, nə idi? Hansı hiss idi bir-
dən-birə məni çulğamışdı? 
-  Qızlar  orta  məktəbin  axırıncı  sinfində  oxuyur-
lar.  Bu  il  ali  məktəbə  sənəd  verəcəklər,-  deyə  Laçın 
dilləndi: 


Salatın Əhmədli                    
 
 
199 
- Gələn il üçün gərək qızlara indidən ev axtaraq. 
Laçın  deyəsən  doğrudan-doğruya  elə  indidən 
qayğılanırdı. Zarafat deyil, biz üçüncü kursu bitirirdik. 
Hələ  bir  il  oxuyacaqdıq.  Lalənin  ali  məktəbə  qəbulu 
mümkün olsaydı, o vaxt dediyimiz kimi, tələbə yolda-
şı olacaqdıq. 
Beş gün dağlarda Laçıngilin qonağı oldum. Laçı-
nın  anasının  tələbi  ilə  biz  hər  gün  yuxudan  tez  durur-
duq.  Səhərin  gözü  açılmamış  Səlimə  xala  biz  yatan 
otağa daxil olur, Laçını haylayırdı:  
-Dur,  səhər-səhər  ayağınız  çöl-çəmənin  şehinə 
dəysin, bir bulağa enin, üzünüzə dağ suyu vurun. 
Biz nə qədər tez qalxsaq da Bənövşəni də, Laləni 
də bizdən tez oyanmış görürdük. Onlar çəpər qonşusu 
idilər. 
Tüstülənən  samovar,  həyətdəki  ağacın  altındakı 
stolun  üstünə  düzülmüş  qaymaq,  bal,  pendir  bizi 
gözləyirdi.  Biz  süfrə  başına  keçənə  qədər  heç  kim 
stola  yaxınlaşmırdı.  Ağ  süfrə  dəsmalı  yeməklərin 
üstündən götürülmürdü. Yeməkdən sonra ailə üzvləri-
nin hərəsi bir işin dalınca gedirdi. Az  müddət də olsa, 
qızlarla  birgə  qalırdıq.  Mənə  elə  gəlirdi  ki,  bir  qədər 
hürkək  olan  Lalə  artıq  qəlbimdə  yanan  alovlardan 
Salatın Əhmədli                    
 
 
200 
xəbərdardı. Dərslərinə dair verdiyim suallara da üzünü 
yana  tutub  cavab  verirdi.  Bu  zaman  onun  qırmızı 
yanağının bir az da allandığını hiss edirdim. Qəlbimdə 
bir  işıq  alovlanmışdı.  Nədənsə  mənə  elə  gəlirdi  ki, 
Lalə elə bu il ali məktəbə qəbul olunacaq. Və mən də 
artıq  ruhumu  ovsunlamış  hisslərimi,  duyğularımı  ona 
Bakıda aça biləcəyəm.  
Yola  düşmək  vaxtı  gəldi.  Onunla  necə  görüşüb 
ayrılacağımı  bilmirdim.  Laçıngilin  yaxşı  bağ-bağçası 
vardı.  Dəmir  tor  çəkilmiş  çəpərin  içəri  üzündə  cərgə 
ilə  ağ-qırmızı  qızılgüllər  əkilmişdi.  Laçın  məni  güllə-
rin yanına apardı:  
-  Gəl  bu  güllərdən  bir  neçəsin  dərib  özümüzlə 
Bakıya  aparaq.  Bizə  inanmayacaqlar,  ancaq  qoy 
inansınlar.  Bunlar  soyuğa  davamlı  sortlardır.  Atam 
aşağılardan gətirib əkib. Bir bizim  həyətimizdədir, bir 
də bibimgilin həyətində. 
Laçın  bir  neçə  gülü  saplağı  uzun  olmaqla 
qayçıladı.  Qönçələr  yarımaçılmış  vəziyyətdə  idi.  Gül-
ləri  mən  götürdüm.  Bu  vaxt  Lalə  də  öz  həyətlərindən 
bir neçə qızıl-gül qönçəsi gətirdi. Mən əlimi ona uzat-
dım.  Bu,  vida  görüşü  idi.  Ancaq  gələcəyə  ümidli  gö-
rüş. Lalə dərdiyi gülləri mənə verdi. Onları qucağımda 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə