KöRPƏ SƏSİ, ana nəFƏSİ



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə32/56
tarix12.10.2018
ölçüsü1,54 Mb.
#73278
1   ...   28   29   30   31   32   33   34   35   ...   56

Salatın Əhmədli                    
 
 
183 
Görünür, danışan komissiya üzvü yerli nümayən-
dəliyi təmsil edirdi. Ona görə də məlumatlı idi:  
- Bu bacının da anasını, bir qardaşını elə kəndi ta-
lan edəndə öldürmüşdülər.  
Komissiya  üzvünün  belə  sakit,  təmkinlə  danış-
mağı  Solmazın  əhvalını  dəyişdi.  Hiss  elədi  ki,  əlləri 
qıc  olur.  Yapışdığı  stulun  söykənəcəyi  az  qala  qopub 
əlində qalacaqdı. Başında bir  uğultu  hiss elədi. Onsuz 
da solğun olan rəngi bir az da avazıdı… 
…Tülü  Xocalıdan yuxarı meşə içi kənddi. Aşağı 
tərəfindən  qıjıltı  ilə  çay  axırdı,  bir  yanı  sıldırım  idi. 
Digər  tərəfi  yarğan,  ara-sıra  qayalıqlar.  Kənddə  otuz 
ev  olmazdı.  Bu  kəndin  baş  tərpədənləri  gecələr  düş-
mənin gələ biləcəyi tərəflərdə növbə çəkirdilər.  
Doğrudur,  tez-tez  Xocalıdan  ürəksıxıcı  xəbərlər 
gəlirdi. Elə növbə ilə kənd adamları da Xocalıya enir, 
çatışmayan  şeyləri  alıb  gətirir,  beləcə,  bir-birindən 
vahiməli gələn günləri sayırdılar. Hərdən də yuxarıdan 
Xocalı  aeroportuna  enən  vertolyotlara  baxıb  qürurla-
nırdılar:  
-Bizimkilər  gəlib-gedir,  bu  boyda  şəhəri  yiyəsiz 
qoymayacaqlar ki? Xocalını əldən verməsələr, Tülüyə 
yaxın düşən olmaz... 
Salatın Əhmədli                    
 
 
184 
 Bunlar  ömürlərini-günlərini  Tülüdə  yaşayan, 
burda  doğulub-böyüyən  adamların  yeganə  təskinliyi, 
dinc  sabaha  bəslədikləri  ümidləri  idi.  Bəli,  insan 
hərdən  quru  sözlə  istəyini  dilə  gətirəndə  də  təskinlik 
tapa  bilir.  Amma  ümidsizlikdən  uzaq  ola  da  bilmir. 
Elə bil ki, ümidsizlik ümidin inamını, özü də sonuncu 
inamını  qırmaq  üçün  hər  dəqiqə  onların  ürəklərinin 
qapısını  döyürdü.  İçəridən  gələn  cavab  da  elə  o 
təskinlikverici  sözləri idi. Amma bir gün… 
Günün  günorta  çağı  qəfil  atışma  başladı.  Növbə 
çəkən  tülülülərin  bir-birini  haylaması  kəndə  haray-
həşir  saldı.  Bəli,  ermənilər  gözlənilmədən  kəndə  sox-
ulmuşdular.  Onsuz  da  az  qüvvə  ilə  müdafiə  olunan 
Tülü təpədən dırnağa silahlanmış düşmənin qabağında 
dayana bilməzdi.  
…Zümrüd təndiri bir az əvvəl yığışdırmışdı. Tən-
dirin  içəri  divarları  soyumuşdu.  Axırıncı  kündəni 
təndirin  dibində,  ortalığa  yığdığı  közün  üstündə  bişir-
mişdi. Yavər kəndin yuxarı başında bir az daldanacaq, 
bir  az  da  elə  səngər  məqsədilə  qayanın  bir  tərəfində 
qurduğu  qalağın  arxasında  dayanmışdı.  Saqqallıların 
birdən-birə  yaxınlıqda  peyda  olması  onu  çox  da 
təəccübləndirmədi.  İlk  atəşi  də  elə  Yavər  atdı. 


Salatın Əhmədli                    
 
 
185 
Doğrudur,  nişan  alıb  atmadı.  Demək  olar  ki,  havaya 
atdı.  Yavər  cəsarətli  adam  idi.  Özünün  də  əlli  yaşı 
olar-olmazdı.  Gəncliyini  bu  meşələrdə  keçirmişdi. 
Əlindəki  qoşalüləsi  ilə  meşənin  dərin  yerlərinəcən 
gedər, axtardığı ovu tapmasa,  vurmasa  geri  qayıtmaz-
dı. İki oğlunu, bir qızını Zümrüdlə birgə böyütmüşdü. 
Böyütmüşdü  deyəndə  ki,  uşaqların  ayaqları  elə  indi-
indi, təzəcə  yer tuturdu.  Bircə  Salman  hələ ki, onunla 
ova  gedə  bilirdi.  Balaca  Kamalı  bir  neçə  gün  əvvəl 
şəhərdə yaşayan bacısı aparmışdı. Solmazın on beş-on 
altı  yaşı  olardı.  Əslində,  bacısı  Solmazı  aparmaq  istə-
yirdi, amma Solmaz getməmişdi-anasını qoyub getmə-
mişdi.  Axır  ki,  arvad  naəlac  qalıb  Kamalı  tovlayıb 
aparmışdı.  Beləcə,  beş-altı  yaşlı  Kamal  bu  hay-küyün 
içindən elə iki-üç gün əvvəl çıxıb getmişdi.  
Ermənilər  Yavərin  gülləsindən  səksənib  dalda-
landılar.  Ancaq  atışma  davam  edirdi.  Yavər  başa 
düşdü  ki,  bu  həna  o  hənadan  deyil.  Aşağı  tərəflərdən 
də  atışma  səsi  gəlirdi.  Salman  Tülünün  aşağı  yanında 
idi,  yarğan  tərəfdə.  Əslində,  Salmanı  buraya  atası 
göndərmişdi.  Zənn  eləyirdilər  ki,  uçurum  tərəfdən 
ermənilər qalxa bilməzlər. Düzünə qalsa, ermənilər də 
bu  yerlərdə  yaşayan  adamlar  idi.  Onlar  da  buraları 
Salatın Əhmədli                    
 
 
186 
yaxşı  tanıyırdılar.  Çayın  o  tayında,  meşəarası  kənd-
lərin  birində  yaşayan  ermənilərin  başçısı  Aşot  hücum 
planını  özü  qurmuşdu:  «Ara,  mən  bu  türk  tayfasını 
yaxşı  tanıyıram.  Onlar  gecə  qarovulunda  möhkəm 
olurlar.  Biz  onların  üstünə  gecə  hücuma  keçəcəyik. 
Özü də bir dəstə, yuxarıdan-onların gözlədiyi tərəfdən. 
Əsas  dəstə  çayın  uçurum  tərəfindən  qalxacaq.  Biriniz 
çayın bu tayından yarğanın qaşını gülləyə tutun, harda 
olsalar  cavab  verəcəklər.  Qalanlarınız  güllə  tutmayan 
yerdən dırmaşın». 
Salman  yarğanın  qaşından  çayaşağı  baxırdı. 
Birdən  güllə səsi eşitdi. Çayın qırağında o tay erməni 
kəndindən  olan  və  demək  olar  ki,  Salmanla  bir  yerdə 
böyümüş  Joranı  tanıdı.  Jora  Aşotun  oğlu  idi.  Jora  da 
deyəsən,  Salmanı  görmüşdü.  Çünki  düz  onun  dayan-
dığı yeri gülləyə tuturdu. Vəziyyət ağırlaşırdı. Salman 
Joranı nişan aldı. Eyni vaxtda iki güllə açıldı. Birinə o 
tayda Jora yıxıldı, digəri də Salmanı yıxdı. Aşot onun 
başının üstə dayan-mışdı: 
- Ara, köpayoğlu, sən mənim oğlumu vurdun? 
Salman yaralı olsa da, birtəhər geri çevrildi. Aşot 
da, digər saqqallılar da onu əhatəyə almışdılar: 


Salatın Əhmədli                    
 
 
187 
-  Ara,  Salman,  tork  kopayoğlu,  sənə  demədikmi 
vaxtında şələ-şüləni yığışdırıb get, qanını bizdən uzaq 
elə…  Ara,    demirdik  ki,  fürsət  düşən  kimi  hamınızın 
qa-nını içəcəyik? Ara, demirdimmi Allahın sizə verdi-
yini 
gözünüzdən 
töküb, 
əlinizdən 
alacağıq. 
Gülürdünüz, inanmırdınız. Qulağınız kəsilməyincə ağ-
lınız  başınıza  gəlmir,  köpəyuşağı,  qanınızı  içəcəyik. 
Görə-cəksiniz qoynunuzda necə ilan balası bəsləyibsi-
niz.  
Aşot  yanındakı  saqqallılardan  birinə  Salmanı 
göstərib:  «Bunun  işinə  axıracan  baxın,-dedi  və  cəld 
digər saqqallılarla yuxarı-Salmangilin həyətinə yüyür-
dü.  
Aşotdan qabaq da iki nəfər Zümrüdgilin həyətinə 
çatmışdı.  Zümrüd  qapının  ortasında  ayaq  üstə  dayan-
mışdı.  Bir  əlini  qabağa  uzadıb  qışqıra-qışqıra  nəsə 
deyirdi. Deyəsən, dediklərini heç özü eşitmirdi: «Bur-
nunuzdan  gəlsin  bu  qapıda  yedikləriniz.  Evimi-zin, 
həyəti-mizin  qapısını  yaxşı  tanıyırdınız,  ona  görə  bu 
həyətə  cəsarətlə  girmisiniz?».  Sol  qolu  yanında 
qalmışdı.  Durduğu  yerdə  qanı  şoralanıb  axırdı.  Ay-
ağının  altında  enli  taxta  parçası  vardı.  Meşə  ağacla-
rından düzəldilmiş taxta qapağı həmişə təndirin ağzına 
Salatın Əhmədli                    
 
 
188 
qoyurdu.  İndi  də  elə  həmin  qapağın  üstündə  dayan-
mışdı.  Qan  elə  qapalağın  üstünə  süzülürdü.  Ara-
bərədən  axan  qandan  başqa,  ayağının  altında  da  bir 
gölməçə yaranmışdı.  
-  Türk  qancığı,-Samvel  silahı  üzünə  qaldırdı. 
Lüləni Zümrüdün sinəsinə dayadı.-Kəs səsini! Yavərin 
dizdən  aşağı  iki  ayağını  da  kəsib  qoltuğuna  verəcəm. 
Qoy  alçaq  özü  olsun,  dizi  üstə  yerisin.  Bir  ay  bundan 
qa-baq  meşədə  rastlaşmışdıq.  Ona  dedim  ki,  yır-yığış 
elə,  buralardan  get.  O  da  mənə  hədə-qorxu  gəldi: 
«Sənin  kimi  alçağın  sözü  ilə  yerimi,  yurdumu  atıb 
gedən deyiləm». İndi qoy özü görsün ki, alçaq kimdir?  
-  A  Samvel,  boyun  çinarcan  olsa  da,  sən 
alçaqsan.    –Zümrüd  iki  addımlığında  dayanmış  Sam-
velin üzünə lomba ilə tüpürdü.  
Güllə  açıldı  və  Zümrüd  elə  qapağın  üstünəcə  yı-
xıldı.  Ermənilər  qəfil  gəldikləri  kimi,  qəfil  də  çəkil-
dilər. Samvelin səsi uzaqlaşırdı.  
- Ara, tez olun, Xocalı tərəfdən gələn olar. Alipin 
(Əlifin) dəstələri yəqin ki, bu atışmanı eşidib. 
Əllərinə  keçəni,  mal-davarı  yığıb  apardılar. 
Kəndə ölü sükutu çökmüşdü. Ara-sıra  meşəyə qaçmış 
qadın-uşaq  geri  qayıdırdı.  Yavər  üzü  aşağı,  öz  həyə-


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə