KöRPƏ SƏSİ, ana nəFƏSİ



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə35/56
tarix12.10.2018
ölçüsü1,54 Mb.
#73278
1   ...   31   32   33   34   35   36   37   38   ...   56

Salatın Əhmədli                    
 
 
201 
tutduğum güllərin üstünə qoydum. Bir anlığa mənə elə 
gəldi ki, güllər hərarətlə öpüşdülər. Sevgi ilə qucaqlaş-
dılar.  Sanki  dağların  o  üzündən  gələn  mərmi  və  top 
səsləri  də  güllərin  öpüşü  zamanı  susdu.  Dünya-aləm 
sükuta qərq oldu.  
Hərdən gözümlə Lalənin verdiyi gülləri oxşamaq 
istəyirdim. Lap bir-birindən ayırıb baxmaq istəyirdim. 
Elə bil ki,  güllər canlı  idi,  bir-birinə sarmaşmışdı, ay-
rılmaq istəmirdilər.  
Biz  Bakıya  qayıtdıq.  Yaxın  günlərdə  öz  rayonu-
muza  gedən  kimi  anama  hər  şeyi  danışacaqdım.  Elə 
hey  məni  danlayıb  deyirdilər  ki,  nə  oldu,  yaşın  keçir, 
institutu qurtarmağına az qalıb, bir qız seçmədin? Mən 
də  deyirdim  ki,  siz  nə  hayda,  dünya  nə  hayda?  Gör-
mürsünüz dunya dağılır? Onda bilmirdim  ki, sevgi bu 
dünya zəlzələlərinin hamısından güclüdür.  
Mitinqlərdə  də,  odlu-alovlu  mübahisələrdə  də 
Lalə  həmişə  yanımda  idi.  Onun  mənə  dikilmiş  nəzər-
lərini  hər  yerdə  üzərimdə  hiss  edirdim.  Baxışlarının 
söylədikləri  mənim  üçün  dünyanın  ən  pozulmaz 
qanunu, yaddaş kitabı idi. 
On  beş  gün  keçmiş  bəd  xəbər  ürəyimi  param-
parça etdi; Rayon işğal olunub. Laçın həmin gün dərsə 
Salatın Əhmədli                    
 
 
202 
gəlməmişdi. Mitinqdə də görmədim. Yataqxanaya qa-
çdım, orada da yox idi.  
Özümə yer tapa bilmirdim. Hələ heç nə bilməsəm 
də,  ürəyimdə  bəxtimi  lənətləyirdim.  Kim  inanır-inan-
mır, özü bilər, mənə elə gəlirdi ki, pis bir xəbər eşidə-
cəyəm. 
Laçın  bir  həftədən  sonra  qayıtdı.  Üz-gözünü  tük 
basmışdı. Onu institutun dəhlizində görən kimi üstünə 
yüyürdüm. Məni görəndə hönkür-hönkür ağladı.  
- Danış, nə var, nə yox? - Onun çiyinlərindən tu-
tub silkələdim.  
Handan-hana,  boğula-boğula,  güclə  bunları  deyə 
bildi:  
- Kəndin qız-gəlinlərini yük maşınlarına yığıb bir 
qədər qabaqca yola salıblar. Erməni quldurları maşının 
kənddən  çıxdığını  görüb.  Dolamadan  keçəndə  qrad 
mərmisi  ilə  vurublar.  Partlayışdan  sonra  sağ  qalan 
olmayıb.  
Dilim  qurumuşdu,  dodaqlarım  tərpənmirdi.  Güc-
bəla  ilə  Laçının  başını  əllərimlə  tutub  gözlərinə  bax-
dım. “Lalə də”, demək istəyirdim. Ancaq deyə bilmir-
dim.  Laçın  başını  yavaşca  tərpətdi.  Bildim  ki,  o,  mə-
nim nəyi soruşacağıma cavab verir... 


Salatın Əhmədli                    
 
 
203 
İndi  də  hərdən  tələbə  yoldaşlarımla  görüşüb 
keçmiş xatirələri yada salırıq. Söhbət işğaldan düşəndə 
yadıma  Lalə, onun  qucağında böyüdüyü dağlar düşür, 
ürəyimdən qara qanlar axır.  
Bağçamızda çoxlu qızılgül kolları əkmişəm. Hər-
dən  yarıaçılmış  qönçələrdən  yığıb  iki  əlimlə  üzümə, 
gözümə sürtürəm. 
Güllərin «öpüşü» isə heç yadımdan çıxmır. 
 
 
 
 
Salatın Əhmədli                    
 
 
204 
 
GÜNAHMI, SAVABMI?... 
 
II Dünya müharibəsinin qızğın çağları idi. Balaca 
bir  kənddə,  balaca  bir  evdə  ana-bala  baş-başa  verib 
dolanırdı.  Evin  başıpapaqlısı  qanlı-qadalı  müharibədə 
canı  bahasına  vuruşurdu.  Böyük  Vətən  adlandırılan 
Rusiya  torpaqları  uğrunda  ölüm-dirim  mübarizəsi  ge-
dirdi. Sağ qalmaq, müharibədən salamat qayıtmaq hər 
kəsə nəsib olmurdu.  
Müharibədən  gələn  qara  xəbərlər  kənddə  demək 
olar  ki,  bütün  qapıları  döyürdü.  Ana-bala  gözlərində 
qorxu, həsrət gecəni gündüzə qatır, biri ər yolu, o biri 
ata yolu gözləyirdi. Yaşamaq lazım idi. Yaşamaq üçün 
çörək tapmaq lazım idi. Çörək tapmaq üçün çalışmaq, 
durub-dayanmadan,  dincəlmədən,  yatmadan  işləmək, 
yenə  də  işləmək  lazım  idi.  Bu,  müharibə  illərinin  ya-
zılmamış  qanunlarından  idi.  Kişilər  cəbhədə  idilər. 
Kolxozun  bütün  işləri  arvadların,  uşaqların,  qocaların 
incə, zərif və zəif çiyinlərində bərqərar olmuşdu.  
Ana-bala da o birilər kimi işləyir, müharibədə vu-
ruşan əsərlər üçün yavanlıq, pal-paltar göndərirdilər.  


Salatın Əhmədli                    
 
 
205 
Balaca Yunusun anası  gecə-gündüz kolxoz tarla-
larında  işləsə  də,  o,  məktəbindən  bir  gün  də  olsa 
qalmır,  dərslərini  əla  oxuyurdu.  Anası  Güləbatın 
«staxanovçu»  idi,  qoçaq  idi,  kolxozun  hər  işində  bir-
inci  idi.  Odur  ki,  onun  əməkgünü  həmişə  bol  olurdu, 
evindən  taxıl  əksik  olmurdu.  Ana  vaxt  tapan  kimi 
evinə qaçır, sac asıb xamralı bişirirdi. Axırda isə oğlu-
nun xoşladığı xamralı çörəyindən dərin cama doğrayır, 
içinə nehrə yağı qatıb isti çörəkdə əzir və oğluna döy-
məc  düzəldirdi.  Oğlu  döyməc  dürməyini  ləzzətlə  diş-
ləyib  yoldaşlarının  yanına  qaçırdı.  Atalar  düz  deyib: 
Uşaq  atadan  yox,  anadan  yetim  qalar.  Balaca  Yunus 
atasız olduğunu hiss etməzdi. Anası ona həm ata, həm 
ana  idi.  Anası  evdə  qalanda  o,  özünü  çox  bəxtəvər 
sanır,  gecə  onun  isti  qucağına  sığınaraq  şirin  yuxuya 
gedirdi.  Yuxuda  dadlı-duzlu,  rəngli  yuxular  görürdü. 
Gördüyü  yuxularının  hamısı  bir  sonluqla  qurtarırdı: 
onu anasından zorla ayırıb göylərə aparırlar. O, göydə 
xeyli  qanad  çalır,  aşağılara,  anasının  yanına  qayıtmaq 
istəyir, ancaq ona imkan vermirlər. Hər dəfə də yuxu-
nun  təsirindən  hövlanak  oyanır,  gördüyü  yuxusunu 
anasına  danışır,  cavab  üçün  gözlərini  onun  ağzına 
dikirdi.  Anası  ona  təskinlik  verib  deyirdi:  “Nə  gözəl 
Salatın Əhmədli                    
 
 
206 
yuxu  görübsən,  dərdin  alım.  Sən  oxuyacaqsan,  böyük 
adam  olacaqsan.  Yuxuda  gəzdiyin  göylər  o  deməkdir 
ki,  sən  vəzifə  sahibi  olacaqsan,  yuxarılarda  otura-
caqsan. Ona görə də dərslərini yaxşı oxumalısan“. Ana 
oğlunun  gözlərindən  öpür,  onu  sinəsinə  çəkib  başını 
tumarlayır, gözləri isə ixtiyarsız yol çəkirdi.  
Yunus  sevincək  yerindən  qalxar,  səhər  çayını-
çörəyini  yeyər,  yoldaşlarına  qoşulub  məktəbə  tələsər-
di.  İllər  beləcə  bir-birini  qovurdu.  Yunis  məktəbi 
bitirib əsgəri  xidmətə yola düşdü. Fikirləşdi ki, əsgəri 
xidmətini  başa  vurduqdan  sonra  sənədlərini  hazırla-
yıb  universitetin  riyaziyyat  fakültəsinə  verər.  Axı,  o, 
məktəbin ən güclü riyaziyyatçı şagirdi idi.  
Üç  illik  əsgəri  xidmət  başa  çatdı.  Yunus  doğma 
kəndinə  qayıtdı.  Bir  az  dincəlməyi  qərara  aldı.  Onsuz 
da bu il universitetə gedə bilməyəcək. Hələlik işləyər, 
yayda qəbul üçün Bakıya gedər.  
O,  kənddə  işə  düzəldi.  Səhərlər  yuxudan  durub 
səhər  yeməyi  yeyər,  anasının  günorta  üçün  düzəltdiyi 
boxçasını  da  götürüb  işə  gedərdi.  Yaman  sürücülük 
həvəsində  idi.  Maaşı  ancaq  velosiped  almağa  çatırdı. 
Özü  üçün bir  velosiped də almışdı.  Hər  gün  «ceyran» 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə