KöRPƏ SƏSİ, ana nəFƏSİ



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə33/56
tarix12.10.2018
ölçüsü1,54 Mb.
#73278
1   ...   29   30   31   32   33   34   35   36   ...   56

Salatın Əhmədli                    
 
 
189 
tinə  yüyürdü.  Onun  səngərlənib  qabağını  saxladığı 
ermənilər 
çəkilib 
getmişdilər. 
Əvvəlcə 
həyətə 
dönmədi. Salmanın dayandığı  tərəfə  yüyürdü. Salman 
uçurumun  qaşında  yox  idi.  Alacalanmış  gözlərilə Sal-
manın  dayandığı  yerə  baxanda  oğlunun  necə  qol-bud 
edildiyini,  parça-parça  doğrandığını  gördü.  Bəs  Züm-
rüd, bəs Solmaz?.. Dəli kimi havalanıb qapıya cumdu. 
Zümrüd  qapağın  üstündə  həyat  işığı  çoxdan  sönmüş, 
bərəlmiş  gözlərilə  səmaya  baxırdı.  Yavər  gördüyü 
səhnədən  daha  da  sarsıldı.-Bəs  qız  necə  olub?  Bir 
anlığa  Yavər  ağlına  gələndən  dəhşətə  gəldi:  «Qızı 
ermənilər  aparıb!».  Silahı  çevirib  lüləsini  başına  sarı 
tutdu. Birdən ona elə gəldi ki, qapağın altından közdə 
qızaran  ət  iyi  gəlir.  Cəsədqarışıq  qapağı  təndirin 
üstündən  qırağa  çəkdi.  Solmaz  bayılmış  vəziyyətdə 
tən-dirin küncünə qısılmışdı.  
Görünür, vahimədən və həm də elə təndirin için-
dəki  közdə  yanan  ayaqlarının  ağrısının  şiddətindən 
huşunu  itirmişdi.  Qızın  qollarından  tutub  təndirdən 
çıxardı.  
Rahat nəfəs aldı. Silahını haraya atdığı da yadına 
düşmürdü.  Xocalı  aeroportundan  Əlifin  kömək  üçün 
Salatın Əhmədli                    
 
 
190 
göndərdiyi  adamlar  yaralıları  topladılar,  ölənləri  bir 
yerə yığıb kəndin qırağında yan-yana düzdülər.  
Solmaz da ayılmışdı, amma zarıyırdı.  
Yavərə  baxan  elə  bilərdi  ki,  arvadı  öldürülən, 
cavan  oğlu  yağı  əlində  doğram-doğram  olan  o  deyil. 
Yavər qızının düşmən əlinə düşməməyinə sevinirdi.  
…Tülüdə  həkim-zad  olmazdı.  Bu  kənddə 
hamının işinə Tavad qarı yarıyırdı. Elə indi də o, qızın 
ayağını  təmizləyib  yardım  dərmanları  içərisindən 
məlhəm tapıb ayaqlarına çəkdi.  
Kimsə astadan dilləndi: 
 - Yavərin sevinməyinə bax. 
Tavad  qarı  başı  aşağı  qızın  başını  qolu  üstündə 
tutub dayandığı yerdəncə: 
 - Bala, bu, qiyamət sevincəyidi. 
…Solmazı komissiya otağında bir tərəfdə  qoyul-
muş  divanın  üstünə  uzatmışdılar.  Həkim  çağırılmış, 
ona yardım göstərilmişdi.  
- Ay bacı, özünə gəl, -bu, bayaqkı komissiya üz-
vünün sözü idi. Solmazın baxdığını görüb əlavə elədi:  
- Sizə ev verirlər. Niyə belə əsəbiləşirsən?  
-Yox, 
əsəbiləşmirəm,-Solmaz 
indi 
özünə 
gəlmişdi.  


Salatın Əhmədli                    
 
 
191 
Daha  komissiya  üzvlərinə  də  baxmırdı.  Amma 
do-daqlarının  altında  nəsə  pıçıldayırdı.  Diqqətlə 
dinləyən olsaydı açıq-aydın onun sözlərini eşidərdilər: 
- Tülünü verin, Xocalını verin!... 
-  Tülünü verin, Xocalını verin!... 
 
 
 
 
 
 
Salatın Əhmədli                    
 
 
192 
 
GÜL ÖPÜŞÜ 
 
Çoxdanın  söhbətidir,  onda  hələ  köhnə  əsrin 
qurtarmağına  on  il  qalırdı.  Mən  də  institutun  üçüncü 
kursunda  oxuyurdum.  Zamanın  çox  qarışıq  vaxtı  idi. 
Köhnə  quruluşu  dağıtmaq  istəyənlər  olduğu  kimi, 
saxlamağa  çalışanlar  da  az  deyildi.  Azadlıq  meydanı 
qaynar  qazana bənzəyirdi. İndi o vaxtdan xeyli keçən-
dən  sonra  da  mən  bu  fikirdəyəm  ki,  əsas  güc  bizim 
tələbələrin  üzərinə  düşürdü.  Ümumiyyətlə,  tələbə  əhli 
gənclikdən gələn bir coşğunluqla, qızğınlıqla hərəkata 
qoşulmuşdu. Hələ həyatın ağrı-acıları ilə, qayğıları ilə 
yüklənməmiş  düşüncəmizə  yığdığımız  mübarizlik, 
ixtisasımıza  görə  savadımız,  biliyimiz  bizim  üçün 
silah  idi.  Doğrusunu  deyim  ki,  İyirmi  Yanvardan 
sonrakı  bir  il  ərzində  biz  böyük  imperiyaya  qarşı 
nifrətimizi  və  qəzəbimizi  gizlətmirdik.  Hərçənd  ki, 
bəzi  müəllimlərimiz  hələ  də  partiya  tarixini  öyrətmək 
inadından  dönməmişdi.  Amma  elə  müəllimlərimiz  də 
vardı  ki,  qiymət  kitabçalarımızı  dəhlizdə  yığıb  hər 
kəsə  özünün  müşahidəsinə,  təsəvvürünə  görə  qiymə-


Salatın Əhmədli                    
 
 
193 
tini  yazır,  sonra  da:-Gedin,  yaxamızı  bu  imperiyadan 
qurtarın,-deyirdi.  
Laçınla mən bir qrupda oxuyurduq. Yataqxanada 
bir otaqda qalırdıq. Bilmirəm, bəlkə, ailə həyatımızdan 
gələn dolanışıq, imkan, təbəqə yaxınlığı, ya nə idi, hər 
halda  bizi  bir-birimizə  bağlayan  tellər  çox  güclü  idi. 
Yataqxanaya  getmədiyimiz  günləri  meydanda  bir 
yerdə keçirirdik. Qışdan çıxsaq da hələ soyuq  Bakının 
dənizə  əsən,  ya  da  elə  dənizdən  əsən  küləyi 
sümüklərimizi sızıldadırdı. Kürək-kürəyə söykənib bu 
nəhəng insan dənizinin içində bədənimizin hərarəti ilə 
bir-birimizi qoruyurduq.  
Neçə il idi ki, Laçın deyirdi ki, səni bizim dağlara 
qonaq  aparacam.  Mən  də  ona  təklif  etmişdim,  bizim 
tərəflərə  gedək.  Amma  o,  inadından  dönməmişdi  və 
birinci mənim razılığımı almağa nail olmuşdu. Axır ki, 
həmin yazağzı Laçıngilin rayonuna, rayondan da daha 
yuxarıda,  dağlarda  yerləşən  kəndlərinə  getməli  olduq. 
Bakı-Mincivan qatarı ilə Əkərə stansiyasınacan gedib, 
oradan da avtobusla Laçıngilin rayonuna yola düşdük. 
Bir-iki saatdan sonra biz artıq  rayon  mərkəzində  idik. 
Rayon  mərkəzinə  çatanda  Laçın  atasına  gəlişimizi 
Salatın Əhmədli                    
 
 
194 
xəbər  verdi. Mən təkid eləsəm də ki, qoy  bilməsinlər, 
qəfləti gedək, Laçın razılaşmamışdı.  
Dolama  yollar...  dağların  belinə  kəmər  kimi  do-
lanan  yollar  indi  də  gözlərimin  qabağındadır.  Aşağı-
dan baxanda mənə elə gəlirdi ki, bu dağların zirvəsinə 
doğru az qala pillə-pillə qalxan  yollar  haradasa qırıla-
caq  və  biz  yarı  yolda  qalacağıq.  Laçın  tez-tez  əlini 
uzadıb aşağını göstərirdi:  
-  Bir  bax,  hələ  bayaqdan  bəri  yol  gəlirik.  Cəmi-
cümlətanı dörd dolama yol keçmişik.  
Həqiqətən  də  adama  elə  gəlirdi  ki,  əlini  uzatsan 
dağın  dibinə  çatar.  İnsanlar  dağları  yollarla  fəth  edir-
lər. Əvvəlcə yolun əzab-əziyyətinə qatlaşır, yolu çəkir, 
çəkdikləri yolla zirvələrə qalxır və oradan da üzü aşağı 
qürurla baxırlar.  
Elə  bilirəm  ki,  insan  də  belədir.  Harada,  necə 
qırılacağını  düşünmədən,  inadla,  inamla  ömürlərinin 
zirvələrinə doğru gedirlər. Bu yolu ağılla keçənlər öz-
lərindən  sonra  gələcək  nəsillər  üçün  sağlam  dəyərlər 
qoyurlar.  
Laçının  atası  orta  yaşına  çatmış  qıvraq  bir  kişi 
idi.  Mən  onu  elə  aralıdan  görən  kimi  tanıdım.  Və 
mənə  elə  gəldi  ki,  o,  Laçının  yaşca  bir  az  böyümüş 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə