KöRPƏ SƏSİ, ana nəFƏSİ



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə30/56
tarix12.10.2018
ölçüsü1,54 Mb.
#73278
1   ...   26   27   28   29   30   31   32   33   ...   56

Salatın Əhmədli                    
 
 
171 
anasının  gözlərinin  yaşı  yanağını  isladıb.  O,  Xəyal 
görməsin  deyə  kalağayısının  ucu  ilə  gözünün  yaşını 
qurudar, özünü də bir az şən göstərərdi. 
 Anasının  əlindən  hər  iş  gəlirdi.  Və  onu  da  çox 
sonralar  bildi  ki,  anasının  gördüyü  işlərin  hamısı  do-
lanışıq üçün imiş. Beləcə, anası çalışırdı ki, Xəyal ata-
sızlığın gətirdiyi kasıbçılığı görməsin, duymasın. Son-
ralar  anası  da  həyatdan  köçdü.  Anasından  yadigar 
qalan  xalçanı  qohumları  satıb  xərclik  üçün  Xəyala 
verdilər. Xəyal yenicə bitirdiyi orta məktəblə vidalaşıb 
böyük şəhərə gəldi. Bir vaxt doğulduğu kəndin, elə öz 
evlərinin  yaxınlığından  keçən  çay  da  axarı  ilə  onun 
gəldiyi  böyük  şəhərin  özünü  dövrələyən  nəhəng  üm-
mana qovuşurdu.  
…Tələbəlik  illərinin  çətinlikləri,  oxuya-oxuya 
işləmək, hər ilin özü onun üçün bir ayrıca həyat mək-
təbi  oldu.  Və  onu  da  bildi  ki,  elə  bu  şəhərə  insan-lar 
ölkənin  müxtəlif  tərəflərindən  gəlib  yığışıb.  Hərə  bir 
arzu, istək arxasınca qanadlanıb uçub bu şəhərə. Çox-
ları  da  bu  şəhərdə  isti  yuva  qurmaq,  özünə  bir 
həmdəm  tapmaq  arzusunda  olur.  Kiminsə  istəyi  hələ 
yoldadır,  kimsə  də  xəyallarının  qanadlanıb  uçduğu 
yerlərdə həmdəmini axtarır və nəhayət, hansı ürəkdəsə 
Salatın Əhmədli                    
 
 
172 
istəklərinə uyğun bir dünya görür. Bu dünyanın özünə 
qovuşub  onda  yaşamaq  arzusu  qarşısıalınmaz  bir 
qüvvəyə çevrilir. Xəyal da beləcə… 
O  qızı  görən  kimi  tanıdığını  hiss  elədi.  Nə  olsun 
ki,  ömründə  ilk  dəfə  idi  görürdü.  Çox  da  ki,  o  qızın 
gəldiyi  yer başqa bir çayın sahili  idi. Nə bilmək olar? 
Bəlkə, elə onların da çayları, evləri,  həyətləri,  yolları, 
cığırları  Xəyalın  qoyub  gəldiyi  yerlərə  bənzəyir?  
Bəlkə,  elə  ona  görə  o  qız  da  Xəyalın  isti  baxışları 
altında  gözlərini  xumar-xumar  süzdürürdü.  Bəlkə, 
təsadüfən  deyildi,  hər  axşamtərəfi  eyni  küçədə  rast-
laşmaqları? Və nəhayət, əvvəlcə qısaca salamlaşmalar 
sonralar  uzun-uzadı  şirin  söhbətlərə  çevrildi.  Beləcə, 
tamam  ayrı-ayrı  tərəflərdən  gələn  çayların  qovuşduğu 
kimi,  onların  da  yolları  qovuşdu.  Bir-birini  tapdıq-
larına görə sevindilər. 
…Evləndilər.  Ailə  də  böyüdü,  ev  də  aldılar.  Elə 
aldıqları  evdəcə  böyüyən  uşaqlar  bir-birinin  ardınca 
pərvazlanıb uçdular da. 
Və bir gün… o gözəl dünyanın rəngi dəyişdi.  
…Xəyal tək-tanha oturmuşdu. Bilgisayarın ekranı 
bayaqdan  sönmüşdü.  Yuxuda  olduğunu,  yatdığını, 
yoxsa,  dərin  düşüncələrin  cəngəlliklərində  azıb 


Salatın Əhmədli                    
 
 
173 
qaldığını… bilmirdi. Çünki özü də hərəkətsiz idi. İndi 
Xəyal  üçün  az  qala  otuz  il  bundan  əvvəlki  zaman 
təzədən  qayıtmışdı.  O,  yenə  atasız,  anasız  və 
həmdəmsiz idi. 
Belə  olanda  ona  qəlbən  təckinlik  verən  otuz  illik 
ömür-gün  yoldaşının  albomlarını  vərəqləyir,  ondan 
qalan xatirə şeylərin hər birinə diqqətlə, bəlkə, neçənci 
dəfə baxır, nədəsə bir xatirə axtarır, nədəsə ona bir şir-
inlik  gətirəcək  hər  hansı  bir  əhvalatı  yada  salmaq 
istəyirdi. Birdən gənclik illərinə aid olan, indiyə qədər 
diqqətini çəkməmiş, yazılı  tərəfi alboma  yapışdırılmış 
bir  kağız  parçası  gördü.  Dörd  qatlanmış  və  artıq 
demək  olar  ki,  qat  kəsmiş  və  bir  qədər  də  saralmış 
kağız  parçasını  götürüb  açdı.  Xətti  yaxşı  tanıyırdı. 
Yazılı  kağız  parçasının  altında  imza  yox  idi,  tarix  də 
yazılmamışdı.  Amma elə  ilk cümlələrdəncə bunun bir 
məktub  olduğu  və  həm  də  elə  onun  özünə  ün-
vanlandığı aydın görünürdü.  
…Gəl,  əzizim,  …yox,  sən  hələ  tələsmə.  Yaşa 
yaşadığın dünyada, nə qədər bacarırsansa, yaşa. Çünki 
sənin  haqqın  var  bu  dünyada  yaşamağa.  Atanın  da 
qalan ömrü sənin payına düşür, ananın da. Elə mən də 
qalan ömrümü  halallıqla sənə bağışlayıram. Ancaq  nə 
Salatın Əhmədli                    
 
 
174 
vaxt  ki,  bu  şəhərdə,  bu  dünyada  yaşamaqdan  bezdin, 
usandın,  qocalığın  əzabları  sənin  yaxandan  yapışıb  əl 
çəkmədi,  hiss  elədin  ki,  daha  bu  dünya  səninki  deyil, 
bu dünya sənə yaddır, onda gəl. Gəl mənim yanıma, o 
yerə  ki,  məni  yola  salmısan.  Hüznlü,  kədərli  baxış-
larınla  mənimlə    o  geri  dönməyən  yolun  başlan-
ğıcında ayrılmısan, orda səni gözləyəcəm. Sən nigaran 
qalma, əlbəttə,  mən sənin  göndərdiyin  yerdə deyiləm. 
Elə  sənin  istəyincə  oradan  göylərə  uçmuşam.  O  uzaq 
göylərdən sənə baxıram. 
Üzüdönük 
insanlardan, 
yersiz 
şikayətlərdən, 
mənasız  anlaşmalardan  bezikib,  yorulub,  usanıb  sənin 
xəyallarını  özünə  çəkəcək  bir  dünya  arzulayanda 
gələrsən. Biz birgə qalxarıq göylərə, elə indi mənim uca-
lığından  baxdığım  ənginliklərə.  Burda  kimsə  kimsəyə 
mane  olmur.  Axşamın  aydınlığında  üzü  göylərə  tərəf 
boylan,  sonsuz  sayda  ulduzlar  görəcəksən.  Sənə  ən 
yaxın,  ən  parlaq  olanı  mənəm.  Bizim  heç  kəslə  işimiz 
olmayacaq.  Bilirəm,  bu  dünya  sənə  qənim  kəsilib.  Ye-
timliyin,  küskünlüyün,  intizarın  payını  qədərincə  al-
mısan.  Atadan,  anadan,  doğma  yerindən,  yurdundan 
gözün  doymayıb.  İndi  də  məni  həyatdan  alan  tale, 
əslində, səndən alıb. Bəlkə də, indi özün də hiss edirsən 


Salatın Əhmədli                    
 
 
175 
ki,  daha  bu  yetimliyin,  bu  intizarın  sonu  yoxdur.  Sənin 
kədərsiz  sevincin  olmadığı  kimi,  elə  mənim  də  sənsiz 
sevincim  yoxdur.  Gəl,  buradan,  uca  göylərdən  bu  dün-
yaya təzədən baxaq. Çayboyu uçarıq üzüyuxarı, bir vaxt 
sənin  gəldiyin  yerlərə  tərəf.  Ruhumuzla,  xəyalımızla  o 
çay qırağındakı kənddə, ata ocağının yerində təzədən bir 
dam-daş  tikərik.  Xəyalımızla,  ruhumuzla  tikərik.  Hər 
şeyi  sənin  arzularına  uyğun  təsəvvür  edərik.  Evimiz  də 
böyük  olar,  eyvanı  da  sənin  istəyincə  qurarıq.  Qoy 
evimizin  çoxlu  pəncərələri  olsun,  aynaları  par-par 
parıldasın,  günəş  hər  tərəfdən  bizim  evimizə  düşsün. 
Axı  ömrümüz  boyu  yaşadığımız  evimiz  sənin  ürəyincə 
olmadı. Balaca bir küncə qoyduğun yazı masan da azad-
lığa  çıxar.  O  yazı  masasının  arxasında  ruhun  qələmini 
həmişə  əldə  saxlayar.  İstədiyin  kimi  yazıb-yaradarsan. 
Bilirəm,  indi  yenə  pəncərəni  bərk-bərk  bağlamısan.  Axı 
küçədən keçən maşınların hay-küyü səni yorur, istəyincə 
yazıb-yarada bilmirsən. Havan da çatmır.  
Əzizim, yəqin ki, yadından çıxarmamısan, hərdən 
sən işləyəndə mən hay-küylə içəri girirdim, sənə mane 
olurdum,  səni  işdən  ayırmaq  istəyirdim.  Bir  qədər 
dincəlməyini  istəyirdim.  Sən  də  əsəbiləşirdin.  Təklik 
istəyirdin,  şikayətlənirdin  ki,  məni  yazmağa,  yarat-
Salatın Əhmədli                    
 
 
176 
mağa  qoymursan.  Amma  sən  bilmirdin  ki,  həkimlər 
mənə tapşırıb ki, səni qoruyum, həddən artıq işləməyə 
qoymayım.  Özünü  üzməyəsən.  Amma  indi  mane  ol-
mayacam.  Axı  sən  də  ruh  olacaqsan,  mən  də  ruham. 
Onda  səsim  də  çıxmayacaq.  Sən  yazıb-yaradacaqsan, 
mən  də  sənə  baxacam.  Heç  sənin  xəbərin  də  olmaya-
caq.  Açıq  pəncərədən  uçub  çay  qırağına  enəcəm. 
Gümüşü  çayın  sahilləri  boyu  yamyaşıl  vadini  do-
lanacam,  əl-ayaq  dəyməyən  yerlərdən  dağ  nanəsi, 
acıtərə  yığacam.  Anan  kimi  sac  asıb  fəsəli  bişirəcəm. 
Ananın təndirinə od atacam.  Bişirdiyim çörəklərin bir 
üzü  qızaracaq.  Sən  də  gülüb  deyəcəksən  ki,  hardan 
bilirdin  ki,  anam  da  çörəkləri  belə  bişirirdi.  Bir  əlimi 
çənəmə  dayaq  edib  sənə  baxacağam,  doyunca, 
istəyincə  baxacam.  Yaxına  gəlib  qollarımı  boynuna 
salacağam. 
Saçlarını 
sığallayıb, 
başını 
sinəmə 
çəkəcəm. Axşamı, günbatanı gözləyəcəm…  
Sən  işdən  ayrılmaq  istəyəndə  elə  sənin  istəyincə 
qoşalaşıb  çay  qırağına  enərik.  Budaqlarını  çaya 
endirmiş söyüdlərin altında oturarıq. Yaşıl çəmənliklər 
bizim  xalımız  olar.  Sən  çayı  yenidən  o  tay-bu  taya 
üzərsən.  Mən  də  sayaram,  neçə  dəfə  üzüb  keçdin. 
Amma  yox,  özünü  yorma,  tez  qayıt,  birdən  dünya 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə