KöRPƏ SƏSİ, ana nəFƏSİ



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə26/56
tarix12.10.2018
ölçüsü1,54 Mb.
#73278
1   ...   22   23   24   25   26   27   28   29   ...   56

Salatın Əhmədli                    
 
 
147 
böyümüşdü.  Və  indi  onun  özü  də  sanki  bir  nağıllar 
aləminə gedirdi. Yaxşı bilirdi ki, uşaq vaxtı tay-tuşları 
ilə  oynadığı  yerlərdə  böyüklər  vaxtilə  tez-tez 
deyərdilər:  «Şair  həmişə  bu  ağacın  altında  oynayardı 
uşaq  vaxtı».  «Gəncliyində  bu  cığırlardan  keçərdi». 
«Bax,  o  məktəbdə  oxumuşdu»,  «bu  həyətdə 
böyümüşdü…»  İndi  o  adamların  çoxu  yox  idi.  Bəlkə, 
bu  gedişlə,  bu  səfərlə  Şair  doğma  yerləri  görüb 
haldan-hala  düşəcəkdi,  tay-tuşlarını  axtaracaqdı, 
çoxunu  da  görməyəcəkdi.  Qismən  sonrakı  nəsillərdən 
olanlarla görüşəcək, hansısa xatirəni yadına salacaqdı. 
Bütün  bunları  düşündükcə  kövrəlmiş,  doluxsunmuş 
Qadının  illər  öncə  ilk  dəfə  Şairlə  görüşü,  söhbəti  də 
xəyalında  canlanırdı.  Həmişə  arzulayırdı  ki,  onunla 
doyunca  söhbət  eləsin,  şirin  danışığını  dinləsin.  Artıq 
elə  onun  özü  üçün  də  xatirəyə  dönmüş  yerlərin  ad-
larını  soruşsun.  Hansı  arxın,  hansı  keçidin,  hansı 
cığırın adı yadında necə qalıb? 
Xəyal onu geriyə qaytardı - on il öncəyə. 
* * * 
Yubiley  tədbirinə  vaxtından  bir  qədər  əvvəl 
gəlmişdilər.  Tədbirin  başlanmasına  yarım  saatdan  da 
çox  vaxt qalırdı.  Tanışlarla  uzaqdan-uzağa salamlaşır, 
Salatın Əhmədli                    
 
 
148 
güclə  eşidiləcək  qısa  sözlərlə  hal-əhval  tuturdular. 
Hamıda  bir  bayram  əhvalı  vardı.  Tədbirə  giriş 
dəvətnamə ilə olsa da hər kəsin yeri məlum idi. 
Həyat  yoldaşı  xanımını bir qədər qabağa buraxıb 
ön  sıradakı  boş  yerləri  göstərdi:  -  Biz  burada 
əyləşəcəyik,  buyur,  -  dedi.  Əyləşdilər.  Qadının  əri 
həmişə ona qarşı  mehribanlıq  göstərdiyi kimi,  indi də 
danışır,  vaxtın  darıxdırıcı  yükünü  götürürdü.  Amma 
hər halda Qadın onu çulğamış olan həyəcanlardan ay-
rıla  bilmirdi.  Axı  bu  yubiley  doğmasının,  əzizinin 
yubileyi  idi.  Bütün  bu  salona  yığışanların  hamısı 
Şairin  həyatından  danışdıqca  Qadının  da  doğma 
kəndinin  adını  çəkəcəkdilər.  Elə  ona  görə  də  illər 
öncəsi  arzularının  arxasınca  uça-uça  gəldiyi  böyük 
şəhərin  bu  gur  salonundan  üzü  kəndə  tərəf  baxırdı. 
Unudulmaz  ata-ana  ocağının  nağıllar  dünyasına 
tərəf… Axı  bir bulaqdan su içmişdilər. Şairin keçdiyi 
yerlərin  çiçəklərinin,  güllərinin  ətri  hopmuşdu  onun 
canına,  qanına.  Bir  yerin,  bir  torpağın  övladı  idilər. 
Şair  iyirmi  altı  yaşı  olanda,  Qadınsa  ömrünün  çiçəkli 
çağlarında kənddən çıxmışdı.  
…Zaman  keçdikcə  hər  kəs  o  yerlərə  dönürdü, 
qəribliyin,  həsrətin  yaratdığı  ağrını-acını  ovutmaq 


Salatın Əhmədli                    
 
 
149 
üçün. Həmişə arzusu idi ki, adamları başına yığsın, bu 
doğma  yerlərin  necə  bir  sənətkar  yetirdiyini  onlara 
danışsın.  Beləcə,  böyük  ailənin  anasına  çevrilirdi 
Qadın. Ancaq hər dəfə də atası yaşda olan Şairi ekran-
dan görəndə, səsini eşidəndə evdə əlində nə işi olsa da 
qoyub ekranın qabağına tələsirdi. Çünki  onun səsində 
kəndini,  doğma  yerlərini,  özünü  görürdü.  Mətbəxdə 
dəmə  qoyulmuş  çay  vaxtını  ötürür,  ailənin  səhər 
yeməyi də gecikirdi.  
-  Hə, bu  da bizim səhər  ovqatımız,-həyat  yoldaşı 
onu sancırdı,-daha  səni ekranın qarşısından qoparmaq 
olmaz. Belə getsə, işə də ac getməli olacağıq.  
Əslində,  həyat  yoldaşı  bu  zarafatyana  sancmaları 
ilə Qadının əhvalını dəyişməyə çalışırdı. Bilirdi ki, ek-
ranın  qarşısında  kövrələcək,  göz  yaşlarını  saxlaya 
bilməyəcək… - Yəqin ki, elə buna  görə araya şuxluq, 
zarafat qatırdı.  
Həyat  yoldaşı  bilirdi  ki,  Qadının  kövrək  duyğu-
ları onu özündən qoparıb  uzaqlara aparır. Tez-tez ona 
tərəf  əyilib  dedikləri  də  diqqətini  yayındıra  bilmir. 
Beləcə  nəyi  isə,  nələrisə  soruşmaq  cəhdi  boşa  çıxırdı. 
Xatirələrin  acısı  onu  göynədirdi.  Sonra  da  səhhətində 
narahatlıqlar  başlayacaqdı.  Beləcə,  bu  narahatlıqların 
Salatın Əhmədli                    
 
 
150 
keçib  getməsi  üçün  günlərlə  əlavə  qayğı,  mənəvi 
kömək… bir sözlə, iş uzanacaqdı. 
Bütün  bu  vaxt  ərzində  əzəmətli  salonda  hər  kəs 
öz  yerini  tutdu.  Necə  deyərlər,  insan-insana  söykək 
oldu. Bütün salonda bircə  yer boş qalmışdı –  Qadının 
yanındakı  yer.  Amma  Qadına  elə  gəlirdi  ki,  gərək  bu 
yer  də  boş  qalmayaydı.  Axı  Şairin  xətrinə  dəyər,  onu 
incidərdi  bu  boş  qalan  yer.  Birdən  gurultulu  alqışlar 
qopdu.  Şair  salona  daxil  olub  elə  birinci  sıraya, 
Qadının yanındakı boş yerə tərəf gəldi.  
Tədbirin  aparıcısı  Şairi  səhnədə  səliqə  ilə  qoyul-
muş, təzə-tər gül dəstələrilə bəzədilmiş stolun arxasına 
dəvət  elədi.  Amma  yox,  deyəsən,  Şair  ora  getmək 
istəmirdi. Özünəməxsus, sakit, rəvan bir səslə:  
-  Mənə  elə  bura  da  yaxşıdır,  burda  əyləşəcəm,  - 
dedi.  
Əl  çalanlara,  sevənlərə,  onu  alqışlayanlara  iki 
əlini  də  yuxarı  qaldırıb  təşəkkürünü,  minnətdarlığını 
bildirdi.  Şöhrətli  Şairin  bu  hərəkəti  onun  sonsuz 
sadəliyindən,  insanlara  doğmalığından  xəbər  verirdi. 
Elə buna görə də bir daha alqışlandı.  
Ömrünün  müdriklik  çağını  yaşayan,  az  qala 
Qadının  xəyalındakı  dağların  özü  qədər  ucalıqda  olan 


Salatın Əhmədli                    
 
 
151 
Şair  indi  onun  lap  yanında  idi.  Boş  yerdə  əyləşib 
yerini rahatladı. Dirsəklənmək istədi. Hiss etdi ki, qolu 
yanında  əyləşmiş  xanımın  qoluna  toxundu.  Gənc 
Qadın ehtiramla qolunu  yana çəkdi.  Bu,  həssas Şairin 
nəzərindən yayınmadı: - Bağışla, ay qızım, - üzrxahlıq 
elədi. 
Şairin  «ay  qızım»  sözü  bu  anlarda  Qadın  üçün 
dünyanın ən qiymətli hədiyyəsi idi. Bu səsdə o, illərlə 
həsrətini  çəkdiyi  yerlərin  qoxusunu  duydu,  özünü 
gördu. Sanki atasının səsini eşitdi. Qadın elə bil ki, bir 
anda  doğma  yerlərə  uçdu.  Xəyalı  ilə  o  yerləri  gəzdi. 
Sanki hiss elədi ki, o yerlər də qollarını açıb Şairi qu-
caqlayır,  onu  oxşayır,  əzizləyir.  O  yerlər  də  qürur-
landı,  sevindi,  necə  ki,  Qadın  sevinirdi  ki,  onun 
doğulub  böyüdüyü  torpaq  belə  bir  insan  yetirib,  dün-
yaya  belə  sənət  dühası  bəxş  edib.  Bütün  bunlar  bir 
anda  oldu.  Və  Qadın  yenə  o  quş  qanadlı  xəyalıyla 
uçub salona qayıtdı – Şairin yanına.  
-  Ustad,  narahat  olmayın,  rahat  əyləşin,  -  dedi. 
Beləcə  ilk  tanışlıqları  üzr  istəməklə  başladı.  Eyni  tor-
paqda,  eyni  kəndin  ucqarlıqlarında  doğulan  və  neçə 
köynək  yaxın  olan  iki  doğma  insanın  ilk  təması  belə 
oldu, təzədən doğmalığın əsası qoyuldu. 
Salatın Əhmədli                    
 
 
152 
Qadının yanındakı boş yeri kim nəzərdə tutmuşdu 
Şair üçün? Bəlkə, bunu elə həyat yoldaşı düşünmüşdü. 
Onun  illərdən  bəri  həyat  arzusunu  gerçəkləşdirmək, 
gülşənə  çevirmək  arzusu  olmuşdu  bu.  İki  doğma  in-
sanı  –  eyni  kəndin,  eyni  torpağın  övladını  bir-birinə 
təzədən  tanıtmaq  üçün  düşünülmüşdü.  Ya,  bəlkə,  qan 
çəkmişdi,  torpaq  çəkmişdi?  Ruhmu  yaxınlaşdırmışdı 
onları? – Qadın bunları ayrıd edə bilmirdi.  
Bir-birini  əvəz  edən  natiqlər  odlu-alovlu  danış-
ırdılar. Şairə böyük sevgilərini sözlərilə çatdırır, onun 
ecazkar  sənəti  ilə  böyüdüklərini  bu  səmimi,  duyğulu 
sözlərilə etiraf edirdilər. 
Tədbir  boyu  Şair  xəyalda  oldu.  Gözlərilə 
səhnənin hansısa hündür bir küncündə gördüyü doğma 
yerləri,  tənha  anasını  axtarırdı,  vaxtından  əvvəl  dün-
yadan köçmüş ömür-gün yoldaşını yada salırdı. Elə bil 
bu  təriflər,  bu  xoş  sözlər  onun  ünvanına  deyilmirdi. 
Qranit  qaya  parçası  kimi  donub  qalmışdı.  Bəli,  o,  öz 
aləmində,  öz  dünyasında  idi.  Bəlkə,  bu  salonun 
içərisində  çox  az  adam  bilərdi  ki,  Şairin  xəyalı  har-
dadır,  haraları  gəzir?  Hər  halda  o  az  adamlardan  biri 
də  elə  Şairin  doğma  kəndindən  qopub  bu  haylı-küylü 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə