KöRPƏ SƏSİ, ana nəFƏSİ



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə27/56
tarix12.10.2018
ölçüsü1,54 Mb.
#73278
1   ...   23   24   25   26   27   28   29   30   ...   56

Salatın Əhmədli                    
 
 
153 
şəhərin  axınına  düşmüş,  axarına  qovuşmuş  Qadın  idi. 
Deyəsən, bunu Şair də hiss eləmişdi. 
Onu  kürsüyə  dəvət  elədilər.  Bu,  bir  adətdir. 
Tədbirlərin sonunda yubilyara söz verirlər. Amma Şair 
nəzərlərini  kirimişcə  ətrafa  gəzdirirdi.  Uzun-uzadı 
özünə  doğma, ruhuna  yaxın bir  insan  nəzəri axtarırdı. 
Xəyalının  qanadında  uçub  getdiyi  yerlərdən  dolanıb, 
həsrət, kədər gətirən nəzərləri özünə doğma, munis bir 
baxışın önündə dayandı. Baxdı, baxdı… Handan-hana 
qəhərdən boğula-boğula:  
-  Mən  kəndimizdən  ayrılanda,-dedi,-anamı  bu 
xanım  yaşda  qoyub  gəlmişdim.  Sonra  bacımı  o  yaşda 
gördüm.  Bax,  elə  bu  xanıma  bənzəyirdilər.  Mən  indi 
onun yanında… anamı, bacımı ziyarət etdim… 
Sonra asta-asta uluların ruhlarını çağırırmış kimi, 
bəlkə  də,  bir  dua  kimi,  müqəddəslik  harayları  kimi-
amma  gurultusuz,  hay-küysüz,  məhrəm  pıçıltılarla 
dilləndi:  «O  yerlər  min  xəyal  eylər,  təbiət  şeirə  lay-
iqdir,  öpər  bülbül  səhər  tezdən  gülün  yaqut  dodağın-
dan» . 
Başqalarına  qəribə  gələrdi.  Dillər  əzbəri  olan 
yaradıcılığını  özü  əzbər  bilən  Şair  az  qala  yarım  əsr 
bundan əvvəl dünyasını  vaxtsız dəyişmiş  ustadın  mis-
Salatın Əhmədli                    
 
 
154 
raları  ilə  sözə  başladı.  Kimsəyə  sirr  deyildi  ki,  indi 
Şairin  xəyalı  haralardan  keçib  gəlir,  hansı  yolların 
ağrısını-acısını  özü  ilə  gətirir.  Şair  dolmuş  gözlərini 
yana çevirdi. Zal elə bil yuxuya getmişdi. Şair özünün 
nağıllar dünyasını çəkib bu salona gətirmişdi. Qəfildən 
sürəkli  alqışlar  qopdu.  Qadın  kirimişcə  əl  yaylığını 
gözünə sıxdı… 
Karvan  o  yerlərə  çatırdı.  Göyəzənin  güllərə, 
çiçəklərə qərq olmuş sinəsi Şairə qucaq açmışdı. Avey 
onun könlünü oxşayacaq külək göndərmişdi. Ana Kür 
yenə  səssiz-səssiz  çağlamağında  idi.  Gün  günorta 
yerinə qalxmışdı. Şair doğma yerlərə qonaq gedirdi. 
 
 
 
 


Salatın Əhmədli                    
 
 
155 
 
ƏRİN ÜZÜ DÖNÜNCƏ… 
 
Qəzetlərə  həmişə  əvvəlcə  axırıncı  səhifədən 
baxıram.  Elanları,  reklamları  nəzərdən  keçirirəm.  Baş 
sağlıqları  da  diqqətimdən  kənarda  qalmır.  Bu  gün  də 
əlimə  götürdüyüm  qəzetin  axırıncı  səhifəsində  ver-
ilmiş  reklamları,  elanları  bir-bir  nəzərdən  keçirdim. 
Bu,  mənim  üçün bir  növ qarşıma çıxan  hər  hansı ağır 
məqaləni  oxumaq  üçün  hazırlıq  olur.  Elə  səhifəni 
çevirmək istəyirdim ki, başsağlıqları arasında tanış bir 
ad diqqətimi cəlb elədi. Tanınmış iş adamı Taleh Əmir 
oğlunun  qəfləti  vəfatı  ilə  bağlı  ailə  üzvlərinə  baş-
sağlığı verilmişdi. Hər halda iş yoldaşları adından ver-
ilmiş başsağlığındakı ad mənə tanış idi. 
Onun  ailəsilə  biz  bağ  qonşusu  olmuşduq.  Çox 
mehriban  ailə  idi.  Ər-arvad  gənc  olsalar  da  istiqanlı, 
böyük-kiçik  yeri  bilməklərilə  bizim  də  ailənin 
rəğbətini  qazanmışdılar.  Ad  günlərində,  bayramlarda 
bir  yerə  yığışardıq.  Sonralar  cavan  ər  –  Taleh  Əmir 
oğlu  sahibkarlıq  fəaliyyətnə  keçdi  və  işləri  də  uğurlu 
alındı.  Bir  müddət  ötdü,  bir  gün  hiss  etdik  ki,  o, 
nədənsə özünə qapılmağa başlayıb. Elə həmin ərəfədə 
Salatın Əhmədli                    
 
 
156 
biz də bağ evimizi dəyişməli olduq. Bir qədər rütubətli 
ərazi  idi.  Həkimlər  məsləhət  görürdülər  ki,  özümü 
rütubətdən  qoruyum.  Oradan  köçməli  olduq.  Bu, 
çoxdanın  əhvalatıdır,  demək  olar  ki,  əlaqələr  kəsildi, 
daha  biz  onları  görmədik.  Ancaq  əlaqə  saxladığımız 
digər  bağ  qonşularından  hal-əhval  tutanda  Südabəni 
də  soruşurdum  -  Taleh  Əmir  oğlunun  arvadını.  O 
vaxtsız  dünyasını  dəyişdi.  İllər  keçsə  də,  Südabə 
həmin görkəmdə yaddaşımda yaşayırdı; hündür boylu, 
adına  bənzər-gözəl-göyçək bir  gəlin  idi. Danışığı, şux 
görkəmi  və  gülüşü  onun  gözəlliyini  bir  qədər  də 
artırırdı.  Elə  bil  ki,  Tanrı  onu  xoşbəxt  olmaq  üçün 
yaratmışdı.  Qayğısızlığı-axı  dedim  ki,  əri  bacarıqlı 
oğlan  idi,  şəhərdə  tanınan  iş  adamlarından  olmuşdu-
sevgilisinin  mehribanlığı  onun  ruhuna  bir  dirilik, 
canlılıq  bəxş  eləmişdi.  Kənardan  müşahidə  edən 
olsaydı,  deyərdi  ki,  onun  kimi  bəxtəvər  bir  qadın 
yoxdur.  Həyat  yoldaşı  ilə  can  deyib,  can  eşidərdilər. 
Onların hər günü xoş keçərdi... 
- Südü, hardasan? 
- Kostyumunu hazırlayıram. 
- Gecikmirəm ki?.. 
- Yox gecikməzsən, vaxtında hazır olacaq. 


Salatın Əhmədli                    
 
 
157 
Pilləkənin  başında  dayanmış  ərinə  yaxınlaşan 
Südabə  pencəyi  yuxarı  qaldırdı.  Taleh  əvvəlcə  sağ 
qolunu  geyindi,  sonra  da  sol  qolunu.  Dönüb  güzgüyə 
baxırmış kimi Südabənin gözlərinə baxdı. Uzaq səfərə 
gedən  adam  kimi  ayrılmazdan  əvvəl  onun  çiyinlərin-
dən tutdu, özünə tərəf çəkdi, sevimli arvadını hərarətlə 
öpdü.  Südabə  də  onun  saçlarını  sığalladı.  Pilləkəndən 
düşüb  həyətdən  kənarda,  darvazanın  çölündə  onu 
gözləyən  maşına  tərəf  addımladı.  Südabə  hələ  də 
pilləkənin  başında  dayanırdı  və  sanki  bilirdi  ki,  əri 
qapıdan  çıxmamış  ona  mütləq  baxacaq.  O,  mehriban 
nəzərlərin bəxş elədiyi sevinci almamış otağa keçmək 
istəmirdi.  
Belə  də  oldu.  Taleh  dönüb  aralıdan  hələ  sevgi 
duyğuları gözlərinin işığında görünən bir hisslə əl elə-
di. Və beləcə, işə yollandı.  
Əvvəllər Südabə işləmək istəsə də, əri ilə ümumi 
razılıqdan sonra işləmək marağını unutdu, ev qayğıları 
ilə məşğul oldu. 
Deyilənə  görə,  xoşbəxt  illərin  sürəti  çox  böyük-
dür,  onun  necə  keçdiyini  bilmək  olmur.  Uşaq  qayğı-
ları,  onları  böyütmək-bütün  bunlar  Südabənin  üstünə 
düşürdü.  İndi  o,  ərinə  olan  məhəbbətini  balaları  ilə 
Salatın Əhmədli                    
 
 
158 
bölüşürdü.  İllərin  sürətli  axarında  ailə  qayğılarıyla 
yaşayan Südabə son vaxtlar görürdü ki, daha əri işdən 
ona  zəng  eləmir,  evə  gələndə  sanki  üz-gözündən  yor-
ğunluq  yağır.  Bəzən,  hətta  həftələrlə  şəhərdən  kənara 
iş  üçün  getdiyini  deyir,  gələndə  də  əvvəllər  olduğu 
kimi Südabə ilə səfər təəssüratlarını bölüşmürdü. 
…Uşaqlar  böyüdülər,  iki  oğlunun  hər  birinə 
şəhərin  ayrı-ayrı  yerlərində  ev  aldılar,  əvvəlcə  böyük 
oğlunun toyu oldu. Elə toydanca bəylə gəlini qabaqca-
dan  hazırlanmış evlərinə  yola saldılar.  Bir-iki  il sonra 
da  o  biri  oğlunun…  beləcə  onları  evləndirdilər.  Bu 
hadisədən sonra Südabə öz qəlbində əvvəlki xoşbəxtli-
yini  qaytaracağını  düşünürdü.  Daha  onların  özlərinə 
baxmaq,  bir-birini  daha  çox  sevmək  imkanları  vardı. 
İllərdən  bəri  Südabə  heç  vaxt  ərindən  bir  nigarançılıq 
çəkməmişdi. Onun iş qayğıları ilə yaşadığını, övladla-
rının  gələcəyi  üçün  çalışdığını  düşünürdü.  Hətta 
istirahət  və  bayram  günlərində belə ərinin  evdə  olma-
ması da əlavə narahatlıq yaratmırdı. İndi hiss edirdi ki, 
ərinin  telefonuna  aramsız  mesajlar  gəlir,  zənglər  olur. 
Və  onu  da  hiss  edirdi  ki,  əri  daha  telefonla  onun  ya-
nında  danışmır.  Amma  yox,..  bu,  daha  əvvəlki  hal 
deyildi.  Hətta  bir  dəfə  telefonda  gənc  bir  qızın  ərinə 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə