KöRPƏ SƏSİ, ana nəFƏSİ



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə24/56
tarix12.10.2018
ölçüsü1,54 Mb.
#73278
1   ...   20   21   22   23   24   25   26   27   ...   56

Salatın Əhmədli                    
 
 
135 
Səbəbi  də…  Xancan  ağa  o  zamanlar  pristavın  yaxın 
adamı  idi.  Qazax-Gəncəbasar  tərəflərdə  zalımlığı  ilə 
ad  çıxarmışdı.  O  vaxt  qardaşı  tutulanda  Dəllək 
Muradın anası onun qapısına getdi. Dedi ki,  «ay bala, 
sən  də  bizim  tərəflərdənsən,  O  Qarayazının  havası, 
suyu  burnundan  gələr,  mənim  oğlumun  qanına  bais 
olub tutdurma, gedər-gəlməzə göndərmə». Xancan ağa 
onu eşitməmişdi.  
Xancan  ağa  əvvəlki  Xancan  ağa  deyildi,  cücəyə 
dönmüşdü.  Qorxu-səksəkə  içində  yaşayırdı.  İndi  də 
təzə  hökumətin  qulluğunda  dururdu.  Hökumət  ona 
dəyib-dolaşmırdı. Camaatın ağzını bağlamaq olmaz ki, 
hərə  bir  söz  deyirdi:  «Deyəsən,  Xancan  ağa  Dəllək 
Muraddan  qorxur.  Keçmişdə  şeytan-şuğul  işi  olub». 
«Qorxmasın,  neyləsin,  ülgüc  boğaza  dirəndisə,.. 
olmadı  elə,  oldu  belə…».  Xancan  ağa  həmişə  hiss 
olunurdu  ki,  Dəllək  Muraddan  qorxur.  Müştərilər  də 
bunu hiss eləyirdi.   
Əslində,  elə  Xancan  ağa  da  belə  düşünürdü. 
«Qaçaq  Kərəmin  yanında  olub.  Baş  kəsmək,  qan 
tökmək onun üçün nədir ki?! Gözünü qan örtər, çəkər 
ülgücü hulqumuma». Ona görə də dükanının yanından 
keçib  gedir,  içəri  girməyə  cəsarət  etmirdi.  Bir  gün 
Salatın Əhmədli                    
 
 
136 
axşam  Xancan  bütün  cəsarətini  toplayıb  Dəllək 
Muradın qapısını taqqıldatdı: 
-  A  dəllək,  ayə,  a  sağ  olmuş,  biz  bir  elin  adamı-
yıq. Bilirsən ki, mənim də əslim Bükdüzlüdü. Mən bu 
camaat  içində  bədnam  olmuşam.  Məndən  başqa  hamı 
sənin yanına gəlir. Bu «sarıları» da götür, halal xoşun 
olsun, mən də qorxusuz-hürküsüz sənin yanına gəlim. 
 -Ağa, niyə qorxursan ki? 
-  Yox,  başına  dönüm,  can  şirin  şeydir.  Özü  də 
mənə «ağa» demə… indi bizim hamımız yoldaşıq. 
-Götür,  -  o,  əli  ilə  qızıl  pulları  Xancana  sarı 
itələdi. 
Dəllək  Murad  ömründə  ilk  dəfə  idi  ki,  qızıl  pul 
görürdü. Görürdü deyəndə ki, görmüşdü. Qaçaq Kərə-
min  Tiflis  bazarındakı  alverində  görmüşdü,  amma  əli 
dəyməmişdi. 
Xancan  ağa  Dəllək  Muradın  tərəddüdünü  görüb 
qızılları ovuclayıb onun ovcuna basdı. 
Dəllək  Murada  elə  gəldi  ki,  ovcunda  ilan  tutub. 
İlanın dərisi də buz kimi soyuqdu. Soyuqluq tez keçdi. 
Dəllək Muradın canına bir isti gəldi. Ovcunun içini tər 
basdı.  Qızılları  Xancan  ağanın  özünə  tərəf  uzatdı:  – 


Salatın Əhmədli                    
 
 
137 
Yox, dəllək, ondansa mənim qəbrimi elə evində qaz. – 
Xancan ağa ölüm ayağındaymış kimi zarıdı. 
Dəllək Murad əlini saxladı:- Get, arxayın ol. 
Xancan ağa qapıdan çıxdı. 
Səhəri  gün  Xancanı  Dəllək  Muradın  yanında 
görənlər  təəccüb  qaldı.  Günorta  üzü  Xancan  Dəllək 
Muradın  dükanının  qapısını  açdı.  Adamların  gözü 
dörd  olmuşdu.  Xancan  ağa  özünü  Dəllək  Muradın 
yanından çıxan müştərinin yerinə saldı. 
Hə,  Dəllək  Murad  işə  başladı.  Ülgüc  bülövə 
çəkildi.  Sabunu  qarışdırdı,  ağanın  üzünə  çəkdi. 
Boğazından  yuxarı  ağa  güzgüdə  gözlərini  güclə 
görürdü.  Dəllək  Murad  ağanın  başını  yana  çevirib 
ülgücü  əlinə  götürəndə  ağanın  gözləri  dörd  oldu. 
Hulğumu neçə dəfə dartılıb-açıldı. 
–  Ağa,  Qarabağda  məşhur  Dəllək  Qasım  olub, 
eşitmisən, nə deyib? 
Ağa  başını  tərpədə  bilməsə  də,  suallı  nəzərlərlə 
güzgüdə  Dəllək  Murada  baxdı:  -  Yəni  ki,  «bilmirəm 
nə deyib», - . 
– Hə, ağa, o Dəllək Qasım qan düşməninin üzünü 
qırxanda  ülgücü  boğazının  yanında saxlayır. Düşməni 
Salatın Əhmədli                    
 
 
138 
udqunur.  Onda  Dəllək  Qasım  deyir  ki,  ülgüc  baş 
kəsmək üçün deyil, üz qırxmaq üçündür. 
Dəllək Murad Xancan ağanın  üzünü qırxır, sonra 
da axşam ondan aldığı qızılları ağanın özünə qaytarır. 
…İndi  o  vaxtdan  çox  keçmişdi.  Dəllək  Murad 
kənddə  gözaltı  elədiyi  Selcəni  də  çoxdan  almışdı. 
Selcə  ilə  birgə  qəza  mərkəzində  ev  tikmişdi,  oğlu 
dünyaya  gəlmişdi.  Adını  da  Dündar  qoymuşdular.  
Dündar  da  böyümüşdü.  Gəncədə  müəllimlik  oxuyub 
qurtarsa  da,  fəhmini,  fərasətini  görüb  onu  hökümət 
qulluğuna çəkmişdilər. O, rayon  mərkəzində   hörmət-
izzət  sahibi  idi.  Sözü  keçərli  adam  olmuşdu.  İndi  o, 
daha  dəlləklik  eləmirdi.  «Ülgücü  ki,  əlinə  götürdün, 
gördün  ki,  əlin  əsdi,  gərək  dayanasan.  Sənət  onda  öz 
sahibinə  deyir  ki,  daha  mənlik  deyilsən»,  -  demişdi 
Dəllək Murad. 
Beləcə, Dəllək Murad yaşının ahıl çağında arvadı 
Selcəni də götürüb kəndə qayıtmışdı, dədə-baba yurdu 
Bükdüzə. 
…Kənddə  «selpo»  deyilən  bir  mağaza  vardı. 
Mağazanı  neçə  dəfə  yarmışdılar.  Dündarın  özünün 
təklifi  ilə  «selpo»ya  Dəllək  Murad  baxacaqdı.  Gecə 
qarovulu  ona  tapşırılmışdı.  Bir  az  kəndin  qırağı  olsa 


Salatın Əhmədli                    
 
 
139 
da, mağaza onun evinin lap yanında idi. Qarışıq mallar 
dükanına hər şey göndərilərdi. Bahalı, qiymətli  mallar 
da  vardı:  Ərzaq,  pal-paltar,  top  parçalar,  kənd 
təsərrüfat malları, hətta təkəm-seyrək olsa da, qiymətli 
saatlar…  dükanın  bir  tərəfində  də  çəndə  qoyulmuş 
«salyarka». İndi Dəllək Murad axşamlar talvarda uza-
nıb  həm  mağazanın  keşiyini  çəkir,  həm  də  şirin 
xəyalları  ilə  baş-başa  qalırdı.  Günləri  indi  də  qara-
vulluqla keşirdi. 
…Bir axşam yerində uzansa da gözünə yuxu get-
məyən  Dəllək  Murad  olub  keçənləri  yadına  salır,  gah 
gülümsəyir,  gah  da  qəhərlənirdi.  Qocalıq  onun  ül-
gücünü əlindən almış, sinəsində cövlan edən  dastanla-
rını  danışdığı  dükanına  həsrət  qoymuşdu.  Keçmişi  ilə 
bağlı  sinəsində  nələr  vardı,  təkcə  özü  bilirdi...  Elə  bu 
zaman  yarıyuxulu  Dəllək  Muradın  qulağına  kəsik-
kəsik  danışıq,  boğuq  taqqıltı  səsləri  gəldi.  Kişi  elə 
bildi  ki,  yuxu  görür.  Amma  gecənin  səssizliyində  xo-
sunlaşan  adamların  hənirini  də  duydu.  Yuxusu  qaç-
mışdı. Dükanın arxa tərəfində adam olmağına şübhəsi 
yox idi. Yavaşca idarənin verdiyi tüfəngini də götürüb 
talvardan  düşdü.  Asta-asta  yan  divara  tərəf  hərləndi. 
Sənubər  də  qalxmışdı.  Sənubər  istədi  ki,  haray  salıb 
Salatın Əhmədli                    
 
 
140 
qışqırsın.  Kişi  işarə  elədi  ki,  dinmə.  Sənubər  sakitləş-
di.    Amma  ürəyində  qan-qada  düşməsin  deyə,  Allaha 
yalvarırdı. Qoşalülədən bir  güllə açıldı. Dəllək Murad 
gülləni havaya atmışdı. Divarın dibindəki əli külünglü 
adamlar yerlərində dondular. Dəllək Murad tez atılmış 
güllənin patronunu çıxarıb yerinə yenisini qoydu.  
–  Ayə,  ay  haramzadalar,  əlinizdəkiləri  yerə  atın, 
yoxsa qarnınızı tüstü ilə dolduraram. 
Onsuz da qorxudan dilləri batmış oğrular külüngü 
bir  neçə  daşı  çıxarılmış  divarın  dibinə  atdılar.  Dəllək 
Murad oğruları qabağına qatıb həyətə gətirdi. Sonra da 
tüfəngi  Sənubərə  verib: - Görsən  ki, əl-ayaq eləyirlər, 
qızırqanma, tətiyin ikisini də çək. 
Qabağa  yeriyib  oğruların  qollarını  arxadan 
bağladı: - Hə, indi gəlin, burda əyləşin. 
 …Səhər açılırdı. Yavaş-yavaş oğruların da əhvalı 
dəyişir, kişiyə yalvarmaq üçün bir-birilə himləşirdilər. 
Sənubər səhər naharı hazırlamışdı. 
 – Gəlin, ə,  gəlin çörək  yeyin, - dedi  Dəllək Mu-
rad. 
Süfrədə hər şey var idi. Sənubər qızırğanan arvad 
deyildi.  Yağ-bal  qoymuşdu.  Çay  da  gətirdi.  Oğrular 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə