KöRPƏ SƏSİ, ana nəFƏSİ



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə20/56
tarix12.10.2018
ölçüsü1,54 Mb.
#73278
1   ...   16   17   18   19   20   21   22   23   ...   56

Salatın Əhmədli                    
 
 
113 
-Bizi  ələ  versəniz  ikinizi  də  ölmüş  bilin.-Ətrafı 
göstərdi-burada ağacların da qulağı, gözü var. 
Samvelin arvadı and-aman elədi.  
Onlar  bir  neçə  addım  getmişdilər  ki,  Samvelin 
arvadı qaça-qaça onlara yaxınlaşdı. Ərşada: 
-Sən ki, belə mərdsən... -sözünə ara verdi, Samvelə 
baxdı, üzündə qorxu ilə bahəm cəsarət də vardı: 
-Buradan  bir  az  aralı,  köhnə  taxta  sexində  sizin-
kiləri yığıblar, biz bayaq gördük, qapısı qıfıllıdır, ağla-
şırdılar,  onları  da  xilas  edə  bilərsən.  Meşəyə  çatanda 
yo-lun kənarındadır.  
Ərşad Samvelin üzünə baxdı... 
Samvel qabağa düşdü. 
Meşənin  kənarındakı  taxta  sexi  çoxdan  idi  ki, 
fəaliyyətini  dayandırmışdı.  Ərşad  ora  çatanda  Samvelə 
dedi: 
-Get, yoxla. Gör orada  gözətçi  varmı?  Ayrı  flkrə 
düşsən,  özün  bil,  arvadın  gedəcək.  Onların  yerini  siz 
ni-şan  vermisiniz.  Mən  bilirəm  ki,  siz  bədbəxtlər  heç 
nəyə  qadir  deyilsiniz.  Nayomniklər,  rus  əsgərləri  sizi 
bizdən betər çalıb-capır. 
Samvel  irəli  getdi,  o,  sexin  ətrafında  xeyli  vur-
nuxdu.  Qayıdıb  orada  adamların  olduğunu,  amma 
Salatın Əhmədli                    
 
 
114 
nəzarətsiz  olduğunu  bildirdi.  Ərşad  Zöhrəni  və  uşaq-
ları  burada  qoyub  onunla  sexə  tərəf  getdi.  Samvel 
qapının  qıfılını  qırmaqda  Ərşada  kömək  etdi.  Sexin 
içindəki  xocalılıların  çoxu  Ərşadı  tanıyırdı.  Ərşad 
onların  meşəyə  tərəf  qaçmalarını,  Samvelə  isə  geri 
qayıtmasını  əmr  etdi.  Hələ  heç  nəyi  yetərincə  dərk 
etməyən  ac,  soyuqdan  zəifləmiş  insanlar  qurtulduq-
larını  görüb,  canlarını  dişlərinə  tutub,  var  gücləri  ilə 
Ərşadın  göstərdiyi  səmtə  doğru  qaçırdılar.  Aclıq, 
soyuq  bir  çoxunu  elə  vəziyyətə  salmışdı  ki,  üzlərində 
həyat əlaməti yox idi.  
Ərşad otuza qədər insana bir-birinə kömək etmə-
yi, onun arxasınca gəlməyi əmr etdi. Ərşad onları düş-
mən  caynağından  sağ-salamat  qurtarmaq  üçün  uzun, 
amma təhlükəsiz yolu seçdi. Bu yerləri əlinin içi kimi  
tanıyan  Ərşad  Tələtin  uşaqları  üçün,  gözlərinin  altı 
qapqara  qaralmış  Zöhrə  üçün,  bir  sözlə,  bu  günahsız 
insanlar üçün narahatlıq keçirirdi. 
... Əsgərlərimiz ayaqları şişmiş,  yarımcan, tüfən-
gin  qundağını  arxasınca  sürüyən  Zöhrəyə,  kürəyində 
Tələtin  üç  yaşlı  qızı,  qucağında  əldən  düşüb  ağır 
yuxuya getmiş Vüsalı bağrına basmış Ərşada, sürünə-


Salatın Əhmədli                    
 
 
115 
sürünə  də  olsa  dəstədən  geri  qalmamağa  çalışan 
xocalılılara yaxınlaşanda qaş qaralırdı... 
 
 
 
 
 
 
Salatın Əhmədli                    
 
 
116 
 
KÖRPƏ SƏSİ, ANA NƏFƏSİ 
 
Səriyyə  Şəhidlər  Xiyabanına  çatanda  gözlərinə 
inanmadı. Məktəblilər, tələbələr, əsgərlər, çoxlu sayda 
yüksək rütbəli zabitlər Elayın məzarını elə dövrəyə al-
mışdılar  ki,  ana  Elayın  yadigarı  balaca  Turqayla  bu 
səfi pozub irəli keçməyə cəsarət eləmədi... 
Məzarın  önündə  hərbi  qaravulda  duran  əsgərləri 
görən ananın yadına ötən günlər düşdü... 
...Əsgərlər bir-birini əvəz edirdi. Bir qədər kənar-
da,  toplaşmış  ata-analar,  qohumlar,  andiçmə  məra-
simində iştirak edən əsgərlərin yaxınları, doğmaları bu 
mərasimə dörd gözlə baxırdılar. Hər kəs özünə doğma 
olan  adı  eşidən  kimi  boylanırdı,  kimisi    «o  mənim 
oğlumdur»,  bir  başqası  «mənim  qardaşımdır»,  kimisi 
də «bacım oğludur» deyirdi... 
 - Elay Aman oğlu.  
Səriyyə  ana  bayaqdan  bu  adı  gözləyirdi.  Yaşa 
dolmuş,  amma  xanım-xatınlığı  elə  ilk  baxışdanca 
diqqəti  çəkən  qadının  həyəcanı  göz  qabağında  idi. 
Özündən  asılı  olmadan  bir  neçə  addım  irəli  yeridi, 
içindən  qanadlanıb  andiçməyə  dəvət  olunan  əsgərin 


Salatın Əhmədli                    
 
 
117 
yanına uçmaq keçdi. Onun bu hərəkəti ətrafindakıların 
nəzərindən qaçmadı, gülənlər də oldu. 
 Cavan  bir  ata  öz  oğlunun  Elaydan  əvvəl  andiç-
məsini izləmişdi. Hətta onun yanındakılar, elə Səriyyə 
də  bu  gənc  atanın  oğluna  necə  qürurla  baxdığını 
müşahidə eləmişdilər. Hələ onu təbrik də etmişdilər. 
 - Oğlunla birgə böyüyürsən ki, - demişdilər.  
İndi həmin gənc ata sanki Səriyyə ananın bayaqkı 
xoş diləklərinin əvəzini qaytarmaq üçün ərkyana qaba-
ğa gəldi.  
– Bilirəm, ay ana,  nəvə şirin olar. Ona  görə belə 
həyəcanlanırsan. Maşallah, boy-buxunlu oğuldu, Vətə-
nə layiq əsgər olacaq. Görürsən, necə dil-dil ötür. 
Elay Vətənə sadiq olacağına and içirdi. Cavan ata 
andın mətninə işarə elədi:  
- Elə bil ki, o sözlər elə onun üçün yazılıb. 
Səriyyə  ana  sakitləşdi,  başı  ilə  razılığını  bildirdi. 
Bir  az  geriyə  çəkildi.  Cavan  bir  qadın  irəli  yeriyib 
onun  sol  tərəfində  dayanmışdı.  Bu,  həmin  cavan 
atanın  həyat  yoldaşı  idi-Gülarə.  Bəli,  o  da  oğlunun 
andiçmə  mərasimində  iştirak  edirdi.  Gülarə  bayaqdan 
bəri gözünü Səriyyəyə zilləmişdi. Axır ki, dilləndi:  
Salatın Əhmədli                    
 
 
118 
- Ay ana, deyəsən axı mən səni tanıyıram, elə bil 
hardasa görmüşəm.  
…On  səkkiz  il  bundan  əvvəlin  söhbəti  idi.  Qonşu 
otaqda bir körpə zarıyırdı. Doğum evində uşaqların çığır-
tısına, ağlamağına sanki öyrəşiblər. Kimsə bu səsküy-dən 
həyəcanlanmır, hər kəs öz işi ilə məşğul olurdu. Hərçənd 
ki,  elə  çox  da  çığırtı,  qışqırıq  olmurdu.  Sadəcə  elə 
körpələr var ki, ümumi qrafikə tabe olmaq istəmir. Sanki 
«ağlamayana  süd  verən  yoxdur»  hökmünü  bu  uşaqar 
doğulan  gündən  bilirlər.  Ona  görə  də  haray-qışqırıq 
salaraq, onlara çatacaq paylarını alırlar. Yaxud da bu payı 
almayınca  kirimirdilər.  Amma  bir  körpənin  səsi  tamam 
fərqli  idi.  O,  ağlamırdı.  Sanki  zarıltısı  ilə  yalvarırdı 
«Verin mənim anamı. Axı mənim yanımdakı bu körpəni 
ağlayan  kimi  götürüb  apardınız.  Sonra  xumarlana-
xumarlana  qaytarıb  öz  yerinə  qoydunuz.  Gör  necə  
yatıb!? O biriləri də onun kimi… Axı nə üçün mənə yax-
ınlaşan  yoxdur?  Axı  niyə  məni  də  bir  ana  öz  sinəsinə 
sıxmır? Nəyə görə elə gözümü açan kimi bu dünya mənə 
qənim kəsilib?»  
Anaya bu barədə heç nə demirdilər. O körpənin zarıl-
tısına  da,  qeyri-adi  ağlayışına  da  bu  qeyri-adi  mənaları 
verən  yaşlı  tibb  bacısı  idi.  Həkim  tapşırmışdı.  Elə  ilk 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə