KöRPƏ SƏSİ, ana nəFƏSİ



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə18/56
tarix12.10.2018
ölçüsü1,54 Mb.
#73278
1   ...   14   15   16   17   18   19   20   21   ...   56

Salatın Əhmədli                    
 
 
101 
Qaça  bilən  qaçıb,  öldürdüklərini  öldürüblər,  qalanla-
rını  da  aparıblar.  Xocalıya  girmək  qeyri-mümkündür. 
Ermənilər nəzarəti ələ alıb. Çətin... 
Ərşad onun sözünü ağzında qoydu: 
-Vaxt  daralır.  Keçək  bir  yerə,-əynindəki  paltar-
lara işarə elədi. 
Hərbiçi onun arxasınca getdi. 
Ərşad bu paltara öyrəşmişdi. Şəhərə getdiyi üçün 
kostyum, kurtka geyinmişdi... 
İndi  o  yandırılan,  talan  edilən  evlərindən  iki  yüz 
metr  aralı  Əliş  kişigilin  bağının  yanında  kolluqda 
uzanıb  ehtiyatla  ətrafa  baxırdı.  Sakitlikdən  qulaq 
batırdı. O, qaranlıq düşməsini gözləməyə məcbur idi... 
Ətrafda  ağ  qaradan  seçilməyəndə  bağı  keçib 
evlərinə  tərəf  süründü.  Yanmış  millər  qapqara  qaral-
mışdı,  evlərinin  qarşısındakı  dirək  yana  əyilmişdi. 
Qaranlıqda  anasının  zivədəki  paltarlarını  gördü, 
kövrəldi, yaş boğazına tıxandı: 
-Hardasan, ana? Başına dönüm ana, hardasan?... 
Xəyal  onu  çox  uzaqlara  aparmışdı.  Bütün  uşaq-
lığı, gəncliyi bu məhəllədə keçib. Ermənilərlə münasi-
bətlər  də  birdən-birə  gərginləşdi.  Birdən-birə  hələ 
dünənə  kimi  onların  ayaqqabılarını  yamayan,  paltar-
Salatın Əhmədli                    
 
 
102 
larını  tikən,  qapılarında  boğaz  otaran  ermənilər 
“Qarabağ bizimdir”, dedilər. Ərşad, onun  yaşıdları bu 
söhbətlərə  o  qədər  də  məhəl  qoymadılar.  “Qarabağ 
bizimdir”-deməklə  Qarabağı  çiyinlərinə  alıb  aparası 
deyildilər ki?!  Kim  onların dədə-baba torpağına sahib 
çıxmağa  ürək  edərdi?  Ermənilərdə  o  cəsarət  ola 
bilməzdi.  Amma  o  cəsarəti  onlara  verənlər  tapıldı. 
“Arxalı köpək qurd basar” deyərlər. Xocalı ca-maatı o 
köpəklərin itilənmiş dişlərinə tuş gəldi...  
Ətrafa  baxdıqca,  baş  verənləri  göz  önünə 
gətirdik-cə  Ərşadın  gözlərinə  qan  sızırdı,  qeyrət, 
qəzəb, intiqam hissi onu didib parçalayırdı... 
Ətrafa  tam  sakitlik  çökmüşdü,  yavaşca  yerindən 
qalxdı, səssiz addımlarla həyətlərinə doğru addımladı, 
həyətin  dağıdılmış  qapısından    içəri  girdi,  evə  sarı 
getdi, içəri girdi. Qaranlıq idi. Hərbiçi oğlandan götür-
düyü  fanarı  yandıra  bilməzdi.  Lap  yaxınlıqdan  arabir 
maşın  səsi  gəlirdi.  Ehtiyatlı  olmalı  idi.  Onsuz  da  son 
vaxtlar  qaranlıqda  oturub-durmağa  öyrəşmişdilər. 
Otağın  qapısı  yerdə  idi.  Hiss  olunurdu  ki,  içəridə  heç 
nə  qalmayıb.  Daşınmışdı.  Anasının  qapı  ağzına  sal-
dığı,  həmişə  ayağını  oxşayan  xalça  da  yox  idi.  Ərşad 
bunu hiss etdi. 


Salatın Əhmədli                    
 
 
103 
-Ana,  haradasan?-yarıaçıq  ağzına  dolan  soyuq 
hava boğazını qovuşdurdu. Səsi xırıldadı. 
Ayağına    nəsə  ilişdi,  əyildi,  əli  ilə  yoxladı,  mü-
təkkə  idi.  Anası  peçin  yanına  atardı  onu,  Ərşad  ona 
dirsəklənməyi çox sevərdi. Mütəkkə sanki onun bütün 
yorğunluğunu yada saldı. Taqətsiz halda yerdə oturdu, 
mütəkkəni özünə tərəf çəkdi, dirsəkləndi,  ürək parça-
layan, dəhşətli mənzərə idi. Göz gözü görməyən soyuq 
otaqda yanmış divarlar üstünə gəlirdi. Ərşad gözlərini 
qapadı...  nə  qədər  qaldığını  bilmədi.  Birdən  qulağına 
qəribə səslər gəldi. Bu səslər aşağıdan, zirzəmidən gə-
lirdi.  Ərşad diksindi. Zirzəmidə  kim  ola bilər? Ərşad 
qımıldanmadan  dayandı,  zirzəmidən  gələn  səsə  qulaq 
kəsildi. 
-Yox, bu, ola bilməz.  
O  düşündüklərinə  inana  bilmədi.  Bizimkilər, 
ora... birdən yerindən dik atıldi: 
 –Bunlar... 
Ərşad  sakitcə  yenidən  yerə  uzandı,  sağ  qulağını 
döşəməyə  dirədi,  diqqət  kəsildi.  Səs  yox  idi:  “Məni 
qara basıb. Heç kim yoxdur”. 
Yenidən  mütəkkəni  özünə  tərəf  çəkib  uzandı.  Er-
mənilərlə  ara  qarışanda  ehtiyat  un,  ərzaq  qoymaq  üçün 
Salatın Əhmədli                    
 
 
104 
anasının  məsləhəti  ilə  Ərşad  yataq  otağının  altında 
zirzəmi  qazdırdı.  Eni  dörd,  uzunluğu  üç  metr  olan 
zirzəmiyə yağ, un kisələri qoymuşdular. Yeganə giriş və 
çıxış  oradan  idi.  Ərşad  fikrə  getdi.  Səhər  toranlığında 
əmisi oğlu Həmidin evinə də baş çəkmək qərarına gəldi, 
gözlərini qapadı. 
Səhərə  yaxın  qulağına  gələn  səsdən  dik  atıldi. 
Çöldə iki sahibsiz it boğuşurdu. Birdən qəfil güllə səsi 
gəldi,  itin  biri  zingildədi,  susdu,  sonra  qarışıq  səslər 
eşidildi.  Ərşad  sürünə-sürünə  yanmış,  şüşələri  çilik-
çillk olmuş pəncərəyə sarı getdi, ehmalca başını qaldı-
rıb    səs  gələn  tərəfə  baxdı.  İkl  erməni  arvadı,  bir  orta 
yaşlı  əli  silahlı  erməni  kişi  idi.  Əllərində  boxçalar 
vardı. Hiss olunurdu ki, qarət olunmuş evləri gəzırlər. 
Onlar  evin  qabağında  dayananda  Ərşadın  qulağına 
yenə səslər gəldi. Bu səs içəridən gəlirdi, boğuq səslər 
idi. Ərşad bir an bilmədi neyləsin. Ermənilər içəri gir-
səydilər  onu  görə  bilərdilər.  Bir  tərəfdən  də  zirzə-
midən gələn səslər...  
Erməni kişi qapının astanasında dayandı: 
-Arsen,  gəl  baxaq,-ermənicə  qadınlardan  birini 
səslədi. 


Salatın Əhmədli                    
 
 
105 
O  da  ermənicə  bildirdi  ki,  yanmış  evdə  nə 
tapacaqlar. 
Ərşad  onları  üzdən  tanımasa  da,  başa  düşdü  ki, 
bunlar  dağılmış  evləri  talayırlar.  Ərşadın  qan  beyninə 
vurdu.  Amma  özünü  ələ  aldı.  Erməni  o  biri  otağa 
girəndə  o  yavaşca  küncdəki  yanmış  kitab  şkafının  ar-
xasına  keçdi.  Həyəcan  içində  idi;  kaş  zirzəmidəkilər 
susaydılar... 
Erməni təkrar qadınları səslədi: 
-Bura gəlin. 
Erməni  qadınlar  içəri  girəndə  Ərşad  silahı  hazır 
tutdu.  Çünki  erməni  silahlı  idi.  Onlar  yataq  otağına 
keçdilər.  Elə  bu  zaman  zirzəmidən  səslər  gəldi,  açıq-
aydın səslər eşidilirdi, uşaq ağlayırdı. Erməni qışqırdı: 
-Kim var orda? 
Səs kəsildi. Ərşad əmin oldu ki, zirzəmidə adam-
lar  var,  özününkülərdir.  Anasından  qeyri  burda  kim 
ola bilərdi ki? 
Ərşad  fikirləşənə  qədər  erməninin  qışqırığına 
erməni  arvadlardan  biri  qapıya  sarı  qaçdı,  ayağı  ilişib 
yıxıldı, zarıdı. O biri qadin ona tərəf getdi. Erməninin 
silahının tətiyinin səsı gəldi. Sonra Ərşad hiss elədi ki, 
Salatın Əhmədli                    
 
 
106 
o,  zirzəminin  qapısını  qaldırdı.  Ordan  açıq-aydın 
qadın-uşaq səsi gəlirdi. 
 Erməni azərbaycanca: 
-Çıxın, türk köpəyuşağı. Gör harada gizləniblər?! 
Erməni qadın erməni kişinin yanına qaçdı: 
-Samvel, dəymə, gedək burdan. 
Samvel güldü: 
-Nə? Aparacam bunları, satacam. 
Arvad hirsləndi: 
-Türklər  sənin  dərini  soyarlar.  Bizi  bu  işə  qarış-
dırma. 
Erməni  ona  qışqırdı,  onlar  savaşan  anda  Ərşad 
bir  göz  qırpımında  arxadan  onlara  yaxınlaşıb  kişini 
itələdi,  yerə  yıxdı,  silahı  aldı,  erməni  qadın  yerində 
quruyub qaldı, qəfildən də yıxıldı, özündən getdi. 
Samvel  zirzəminin  qarşısında  dizi  üstə  çökmüş-
dü. Ərşad onu kənara itələdi, qəzəblə: 
-Səsiniz çıxsa gəbərdəcəm sizi. 
Onun  səsinə  zirzəmidən  qonşusu  Tələtin  səkkiz 
yaşlı oğlu Vüsal boylandı. Ərşadı,  yerə  yıxılmış qadını, 
dizi  üstə çökmüş ermənini  görüb özünü Ərşadın  üstünə 
atdı: 
-Ərşad əmi, ay Ərşad əmi,-uşaq hönkürdü. 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə