KöRPƏ SƏSİ, ana nəFƏSİ



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə16/56
tarix12.10.2018
ölçüsü1,54 Mb.
#73278
1   ...   12   13   14   15   16   17   18   19   ...   56

Salatın Əhmədli                    
 
 
89
-  Elə  bu  yaxına,-Xankəndinin  yaxınlığındakı 
tikintiyə.  
- Gedək yükü boşalt, sonra bir Şuşikəndə qalxaq. 
Onlar  birgə  maşına  əyləşdilər.  Yükü  boşaldıb 
Şuşikəndə  gəldilər.  Arsaq  qonşuları  ilə  görüşdü.  Ax-
şamüstü elə həyətdəcə Qarabağın yay sərinliyində çay 
içdilər.  Sonra  stol  arxasında  Sabirlə  üzbəüz  qalanda 
Arsaq dedi: 
- Hə, indi sənə bir söz deyəcəyəm. 
- De, Arsaqcan, nə sözün var, de.  
– Bilirsən, Sabircan, kişi o vaxt rəhmətə gedəndə 
mənə  demişdi  ki,  birdən  Yerevana  köçərsən...  Axı 
bilirsən  də,  orada  da  atamın  vəzifəli  dostları  çoxdur. 
Ermənistanın  böyük  keşişi  atamla  canbir  qəlbdə  idi. 
Orada  mənə  böyük  vəzifə  təklif  elədilər.  Mən  də  ona 
görə  köçüb  Yerevana  getdim.  Nazirlikdə  işləyirəm. 
Sözümün qabağına söz deyən yoxdur. Mərkəzi Komi-
tənin katibləri ilə oturub-dururam. Hələ üstəlik onların 
işi  məndən  keçir.  Nə  problemləri  olsa,  mənə  deyirlər, 
mən  həll  edirəm…  Hə,  qardaş,  o  vaxt  atam  vəsiyyət 
elədi ki, birdən Yerevana köçəsi olsam, onun baş daşı-
nı  da  aparım.  Rəmzi  də  olsa,  onun  üçün  bir  qəbir  ti-
kim. 
Salatın Əhmədli                    
 
 
90
Sabir  dostunun  Yerevanda  böyük  vəzifədə  işlə-
məsindən çox məmnun oldu, sevindi: 
- Çox yaxşı, sən də apar da… 
-  Bilirsən,  mən  indi  başdaşını  aparmağa  gəlmi-
şəm. Sabircan, hər adama söz demək olmur.  
- Kimə istəyirsən deyək.  
-  Yox,  başqasına  niyə  deyirik  ki?  Elə  sən  apar, 
qazancı da sənin olsun. 
-  Lap  qazanc  məsələsi  olmasa  da  apararam. 
Mənim gözüm üstə. Ancaq sənəd-filan işi necə olsun? 
- Ara, bayaqdan sizinkilər demiş, bir quranlıq söz 
danışmışam,  yenə  deyirsən  sənəd-filan  necə  olsun? 
Ara,  burdan  Yerevana  qadar  bir  kimsə  bizə  bir  söz 
deyə bilməz. Hamısına özüm cavabdehəm. 
Dostunun  bu  cür  inamlı  danışığından  sonra 
Sabirin deməyə sözü qalmadı.  
- Mən hazır. 
-  Hə,  indi  gərək  kənddən  beş-on  cavan  çağıraq, 
daşı  maşına  yükləsinlər.  Sən  qocaq  kişisən,  mən  səni 
tanıyıram.  İki  saata  işlərimizi  qurtarıb  burdan  çıxsaq 
arxayın  sabah  günorta  üstü,  uzağı  axşamtərəfi  Yere-
vandayıq. 


Salatın Əhmədli                    
 
 
91
Sabir  bayaq  yemək  vaxtı  Arsaqın  içki  içməmə-
yinin  səbəbini  indi  başa  düşdü.  Yoxsa  özü  də  içərdi, 
Sabiri də içirərdi.  
…Yolu  yaxşı  getdilər.  Hər  dəfə  yol  milisinin 
«saxla»  işarələrinin  cavabını  Arsaq  verirdi.  Deyə, 
gülə, zarafatlaşa-zarafatlaşa, hələ  bir-iki saat da  yolda 
yatıb  dincələndən  sonra  arın-arxayın  Yerevana  çat-
dılar. 
 Mənzərəli bir yerdə Arsaqın mülkü vardı.  
-Ara,  şəhərdə  mənim  bilirsən,  necə  evlərim  var. 
Ancaq  bura  mənzərəsinə  görə  mənə  Şuşanı  xatırladır, 
Şuşikəndə oxşayır. Şəhərdə yaşamaqdan elə də xoşum 
gəlmir.  Stepanakert  kimi  gözəl  şəhərdə  mən  darıxır-
dım.  Bilirsən  də,  o  şəhər  də  sizin  keçmiş  xanların 
kəndi olub. Oralarda at saxlayırmışlar.  
Sabir:  
-  Hə,  düzdür,  elə  oranın  əvvəlki  adı  Xankəndi 
olub, - dedi. 
- Doğrudur,-Arsaq etiraz eləmədi… Hə, indi qal-
dı maşının banını qaldırmaq. Qaldır daşı at yerə. 
Sabir  elə  bildi  ki,  Arsaq  Yerevanın  yaxınlığına 
çataçatda  restoranda  içdiyi  arağın  təsirilə  belə  deyir. 
Ona görə etiraz elədi.  
Salatın Əhmədli                    
 
 
92
-O  daşı  yerə  o  cür  atmaq  olar?  Birdən  daş  sınar, 
atanın da ruhu inciyər axı. 
-  Ara,  ay  musurman,  a  turk,  atamın  ruhu  daşda 
neyləyir?  O  göydə  olar,  o  da  olsa…  Sən  maşının  ba-
nını qaldır.  
Sabir təəccüb  içində sükanın arxasına keçdi,  ma-
şının  banını  qaldırdı.  Daş  sürüşüb  həyətin  ortasına 
düşdü.  
Arsaqın  oğlanları  da  buradaydılar.  Sabirlə  də 
mehriban  görüşmüşdülər.  Arsaq  böyük  oğluna  üz  tut-
du: 
- Kumpulu bura gətir, - dedi.  
Arsaqın  böyük  oğlu  ağır,  daşsındıran  aləti-
kumpulu gətirdi. Arsaq Sabirə:  
- Götür o kumpulu, vur bu daşa. 
-  Arsaq,  mən  başdaşını  necə  sındırım?-Sabir  bir 
qədər təəccüblə, bir az da inamsız Arsaqın üzünə bax-
dı.  
- Niyə sındırmırsan ki, adam deyil ki, daşdır da. 
Sabir kumpulu  göyə  qaldırdı. Daşa  vurmaq  üçün 
qüvvəsini  topladı.  Ancaq  əli  gəlmədi.  Kumpulu  daşın 
böyrünə atıb kənara çəkildi: 
- Mən başdaşını sındıra bilmərəm.  


Salatın Əhmədli                    
 
 
93
Arsaq böyük oğluna işarə elədi: 
-Vur daşı. 
Beş-altı zərbədən sonra daş paralandı.  
Nikolay  hökumətindən  qalan  qızıl  onluqlar,  qızıl 
üzüklər,  qaşları  hələ  də  bərq  vuran  qiymətli  bəzək 
əşyaları  daşın  ortasından  axıb  töküldü.  Sabirin 
heyrətdən gözləri bərələ qaldı. Arsaq qızıl onluqlardan 
ikisini götürüb Sabirə verdi. 
-  Ara,  bu,  sənin  haqqındır.  Özünün  halal  zəhmət 
haqqın.  Bu  beş  dənəsini  də  sizin  musurmanlarda  bir 
halallıq məsəli var, ona görə verirəm.  
Sabirin  bayaqdan  bəri-dəfinəni  görəndən  bəri 
bərəlmiş gözləri, açılmış ağzı üzünə qəribə bir görkəm 
vermişdi.  Bütün  bunların  nə  demək  olduğunu  hələ 
anlaya  bilmirdi.  Qızıl  onluqları  Arsaq  Sabirin  cibinə 
tökdü. 
- Hə, indi gedək evə, istirahətə. 
Həqiqətən Arsaqın çox dəbdəbəli evi vardı.  
Sabir istəməsə də Arsaqın tələbi ilə hamamda yu-
yundu,  paltarını  dəyişdi.  Ona  təzə  kostyum,  ayaqqabı 
gətirtdi.  
- Hə, Sabircan, bax gör özünü tanıyırsan?  
Sabir utanır, bir qədər də xəcalət çəkirdi. 
Salatın Əhmədli                    
 
 
94
-  Hə,  indi  keçək  süfrəyə.  Gecəni  də  burda  qala-
caqsan. Sabah gedərsən.  
Bir-iki qədəhdən sonra Arsaq lap qızışdı: 
-Ara,  ay  musurman,  a  turk,  bu  sərvətlər  hamısı 
sizindir.  Bu dəfinənin  hamısını atam toplayıb. Doğru-
dur,  mən  də  az  verməmişəm.  Bu,  erməni  kilsəsinin 
nəzarəti altındadır. Vaxt gələcək, hamısı lazım olacaq. 
Sabir məəttəl qalmışdı. Amma özünü saxlaya bil-
mədi: 
- Nəyə lazım olacaq?-Soruşdu. 
-  Necə  nəyə  lazım  olacaq?  Ara,  başına  çarə  qıl. 
Biz Qarabağı Yerevana birləşdirəcəyik-Arzaq qəhqəhə 
çəkdi. 
Onun  danışığından  Sabirin  ağlı  bir  şey  kəsmədi. 
“Bu boyda Sovetlər İttifaqına nə olub ki, Arsaq burada 
torpaq bölür?” Gecəni ilan vuran yatdı, Sabir yatmadı. 
Ağlına qara-qura fikirlər gəlirdi. Səhər açılırdı. Heç nə 
olmayıbmış  kimi,  səhər  yuxudan  oyandılar.  Sabirin 
gözündə  Arsaq  yenə  əvvəlki  kimi  mehriban,  onun 
uşaqlıq  dostu,  təmiz  ürəkli  oğlan  idi.  Arsaq  gülərüzlə 
Sabiri yola saldı. Ayrılmazdan əvvəl zarafatla yavaşca 
onu itələdi: 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə