KöRPƏ SƏSİ, ana nəFƏSİ



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə19/56
tarix12.10.2018
ölçüsü1,54 Mb.
#73278
1   ...   15   16   17   18   19   20   21   22   ...   56

Salatın Əhmədli                    
 
 
107 
Tələtin  arvadı  Zöhrə  qucağında  körpə  qızı 
zirzəmidən qorxu içində ətrafa boylandı, Ərşadı görüb 
ah  çəkdi.  Onlar  zirzəmidən  çıxdılar.  Qapının  ağzına 
ilişib  yıxılmış  erməni  arvadı  zarıyırdı.  Ərşad  onu  da 
sürüyüb erməni kişinin  yanına  gətirdi. Erməni arvadı-
nın dizindən qan axırdı, kişini qarğıyıb söyürdü... 
Ərşad  onlara  susmağı  əmr  etdi.  Qadın  susdu, 
erməni  Samvel  qorxusundan  şalvarını  batırmışdı.  Ər-
şad kinli bir istehzayla: 
-Kişiliyin budur?  Hələ bir bunları aparıb satmaq 
eşqində idin.  
Samvelin dili qapanmışdı. Ərşad Zöhrəyə onların 
əllərini  bağlamağı  əmr  etdi.  Zöhrə  uşağa  bükdüyü 
mələfəni  cırıb  onların  əllərini  bağladı.  Ayağı  yaralı 
erməni arvadı Ərşada yalvarırdı ki, onları buraxsın. 
Tələtin  oğlu  Ərşada  sığınmışdı.  Ərşad  Zöhrədən 
anasını  soruşdu.  Zöhrənin  donuq  gözlərini  görəndə 
sualını bir də təkrar etdi: 
-Çöllərə,  düzlərə  tökülənlərimizdən  artıq  deyilik. 
Hanı anam? Girov apardılar? 
-Ərşad əmi, nə yaxşı gəldin. Bizi qurtarmağa gəl-
din? Anam deyirdi, mütləq gələcəksən. Nənə də deyir-
di.-Vüsal dil boğaza qoymurdu. 
Salatın Əhmədli                    
 
 
108 
-Hanı anam?– Ərşad bir də Zöhrəyə baxdı. Zöhrə 
hıçqırdı,  çox  çətinliklə  də  olsa  zirzəmini  göstərdi. 
Ərşad dlksindi. 
-Axşam... havası çatmırdı. Qonum-qonşuda ayağı 
yer  tutan  evini  tərk  etdi.  Tələt  gəlib  çıxmadı.  Tapşır-
mışdı  ki,  Gövhər  xalanı  tək  qoymayaq.  Bir  şey  olsa 
onu  da  özümüzlə  aparaq.  Qonşular  da  gəldi,  Gövhər 
xala  ipə-sapa  yatmadı,  evimdə  ölərəm,  amma 
çıxmaram  dedi.  O  getmədi,  mən  də  uşaqları  götürüb 
yanına  yığışdım.  Gecə  mərmi,  tank  səsindən,  haray-
qışqırıqdan qulaq tutulanda Gövhər xala bizə zirzəmi-
də  gizlənməyi  məsləhət  gördü.  Üç  gündür  buradayıq. 
Onu qoyub  gedə bilməzdim. O əmin  idi ki, zirzəmidə 
bir  müddət qala bilərik,  gizlənərik. “O vaxtacan  Tələt 
də, Ərşad da gələr”-deyirdi.  
Ərşad cəld zirzəmiyə yaxınlaşdı. Qaranlıqda ana-
sını  üzünə  örpəyi  salınmış  halda  un  kisəsinə  söykən-
miş  gördü.  Samvel  qorxudan  sapsarı  saraldı.  Onları 
sağ  bu-raxacağına  artıq  inamını  itirib,  yalvarmağa 
başladı: 
-Bizim  günahımız  yoxdu.  Mən,  mənn..  öldürmə-
dim... mən... 


Salatın Əhmədli                    
 
 
109 
Zöhrə özünü saxlaya bilmədi, var gücüylə ona bir 
təpik vurdu: 
-Sus. 
Kişi  susdu.  Ərşad  əlindəki  silahı  yerə  qoyanda 
Zöhrə uşağı yerə buraxıb silahı götürdü. Ərşad zirzəmi-
yə  endi.  Anasının  cəsədini  oradan  götürüb  döşəməyə 
qoydu. Erməni Samvel arvadın taxtaya dönmüş cəsədini 
görüb  ağappaq  ağardı.  Ərşad  zirzəmidən  çıxdı,  anasını 
qucağına aldı, evin  yuxarı  hissəsinə apardı,  üzünü  açdı, 
sürüşüb  yanına  düşmüş  ağ  nazik  hörüklərini  əlinə  alıb 
üzünə apardı, qoxladı,  gözündən bir damla belə yaş çıx-
madı,  ağlaya  bilmirdi,  zəif,  arıq  anasının  başını  dizləri-
nin  üstünə  qoydu,  əbədi  yumulmuş  gözlərinə  baxıb  pı-
çıltı ilə: 
-Ana,  sən  nə  xoşbəxt  insansan.  Sən  xoşbəxtsən, 
val-lah,  xoşbəxtsən,-sanki  zorla  gülümsədi,-mən  dəli 
ol-mamışam.  Vallah  oğlun  düz  deyir.  Sən  çöllərdə, 
düzlərdə özün yaşda güllələnmiş, baltalanmış, əl-ayağı 
sarınıb  öldürülmüş,  heyvanlar  parçalamış  ellilərini-
xocalılıları  görsəydin,  onda  bilərdin  ki,  niyə  sənə 
xoşbəxt  insan  deyirəm.-Səsinə  ara  verdi:-hələ  bir  də 
iki  qat  xoşbəxtsən  ki,  o  törədilən  vəhşilikləri  gözlə-
rinlə  görmədin,  şahidi  olmadın,  belə  köçdün  dünya-
Salatın Əhmədli                    
 
 
110 
dan... öz evində, öz ocağının qırağında... Can ana, can. 
Bağışla  məni  ki,  vaxtında  dadına  çatammadım.  Son 
nəfəsində burada olsam da...- başını buladı, yanıqlı bir 
səslə,-qurbanın  olum,  ana,  məni  bağışla,-dedi,  səsi 
qırıldı... 
Ehmalca  anasının  üzündən  öpdü,  yerindən 
qalxdı, bir də zirzəmiyə endi. Sonra erməninin  əllərini 
açıb  onu  zirzəmiyə  itələdi.  Oradakı  un  kisələrini 
çiyninə  alıb  çı-xartmağı  əmr  etdi.    Samvel  kisələri 
çıxartdı. 
Ərşad qıraqdakı kürəyi ona göstərdi: 
-Götür onu, bir qəbir qazaq. 
Samvel kirimişcə beli götürdü... Ərşad erməni ar-
vadlarına  baxdı,  sonra  əli  silahlı  Zöhrəyə  baxdı. 
Gözləri  ilə  “diqqətli  ol”-dedi,  otaqdan  çıxdı,  az  keç-
mədi  bir  vedrə  su  ilə  geri  döndü.  Zöhrə  hər  şeyi 
anladı. Silahı yerə qoyub o biri otağa keçdi. Tüstüdən 
saralmış bir  mələfə  ilə  geri döndü. Ərşad  onun baxış-
ları  altında  ananın  cəsədini  yerdən  götürdü,  bir  də 
sinəsinə  basdı,  zala  keçirdi.  Zöhrə  onu  uşaqların 
yanına  göndərib  Gövhər  xalanı  soyundurdu,  soyuq  su 
ilə  ağlaya-ağlaya  cəsədini  yudu,  qüsl  elədi.  Sonra 
yanında  oturub  həzin-həzin  ağı  dedi,  ağladı.  Erməni 


Salatın Əhmədli                    
 
 
111 
arvadlar da ağlayırdı. Ərşadın qəhər boğazına çökmüş-
dü. Qəbir hazır oldu. Samvel Ərşada anasının cəsədini 
torpağa qoymağa  kömək etmək  istəsə də Ərşad onun 
təklifini rədd etdi, özü anasını dəfn etdi. 
Uşaq acından ağlayırdı. Zöhrə  xalatının cibindən 
əskiyə  bükülmüş  bir  parça  çörək  çıxartdı,  kəsdi,  yarı-
sını  ona verdi. Uşaq çörəyi gözünə təpdi. Hava soyuq 
və çiskinli idi. Ərşad Zöhrəyə uşaqları bükməyi tapşır-
dı.  Zöhrə  uşaqları  geyindirdi,  Ərşad  Samvelə  tərəf 
baxdı, arvadları göstərdi: 
-Aç onların qollarını. 
Samvel  onların  qollarını  açdı.  Zöhrə  ayağı  yara-
lanmış qadının yarasını mələfə çırığı ilə sarımışdı. 
Ərşad onu yerdən qaldırdı. Samvelə: 
-Meşəyə qədər bizə yardım edəcəksiniz. Bizi sat-
sanız özünüzdən küsün.  
Onlar həyətə düşdülər. Ərşad ayağı yaralı erməni 
qadının çox çətin yeridiyini görüb ayaq saxladı.  Sam-
velə tərəf baxdı, qadını göstərdi: 
-Nəyindir? 
-Qonşumdur.  O  da  bizim  arvaddı,-evdə  olanda 
Samveli söyüb-qarğıyan qadını göstərdi. 
Ərşad ayağı yaralı qadına tərəf çevrildi: 
Salatın Əhmədli                    
 
 
112 
-O, meşəyə qədər yaralı ayaqla gedə bilməz. 
 Qadın  sapsarı  saraldı,  birdən  yalvarmağa 
başladı: 
-Öldürmə məni.  
Ərşad: 
-Sən burada qal. Onları gözlə. 
Samvelin arvadı qorxa-qorxa irəli yeridi: 
-Mən  də  qalım.  Söz  verirəm,  sizin  haraya  getdi-
yiniz  barədə  bir  kimə  heç  nə  demərik,  Samvel  qayı-
dana  kimi  burada  gözləyərik,-qadını  göstərdi-Onun 
evdə  üç  yetimi  var.  Nayomniklər  ərini  güllələdi.  On-
lara araq vermədiyinə görə. Başına iş gələr, tək qalsa... 
Ərşad  Samvelin  silahını  çiynindən  çıxardanda 
arvadın ödü ağzına gəldi. Dizi üstə çökdü: 
-Öldürmə məni.  
Ərşad dinməzcə Samvelin silahını yerə atdı: 
-Qalın. Qış günüdür. Heyvan-zad gələr üstünüzə. 
Özünüzü qoruyun. 
Samvelə tərəf çevrildi: 
-Getdik. 
Zöhrə  Samvelin  arvadına  tərəf  getdi.  Gözlərinə 
baxdı: 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə