KöRPƏ SƏSİ, ana nəFƏSİ



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə15/56
tarix12.10.2018
ölçüsü1,54 Mb.
#73278
1   ...   11   12   13   14   15   16   17   18   ...   56

Salatın Əhmədli                    
 
 
83
doğma  Şuşada  özünə  yurd-yuva  qurdu.  Arsaqın  atası 
Hayes  Hovsesyan  Xankəndidə  elə  sovet  dövründə  ti-
kilmiş kilsədə  Allaha qulluq edirdi, başqa sözlə, keşiş 
idi. Bir gün Arsaq Sabiri yenə yanına çağırdı.  
- Səninlə Şuşikəndə gedəcəyik.  
Şuşikənd  Şuşadan  bir  qədər  aşağı,  mənzərəli  bir 
yerdə  idi.  Kənddə  qəbiristanlığın  yanında  dayandılar. 
Kəndin  kənarındakı  evlərlə  qəbiristanlığın  arasındakı 
boş  yerdə  Arsaq  maşından  düşüb  Sabirə  əli  ilə  işarə 
elə-di:  
-  Bax,  görürsən  bu  kəndi.  Bura  bizim  dədə-baba 
kəndimizdir.  Biz  buradan  Şuşaya  köçmüşük,  Şuşadan 
da Xankəndiyə. Amma atam istəyir ki, bu kənddə, elə 
qəbiristanlığa  yaxın  bir  yerdə  ev  tikək.  Necə  bilirsən, 
Sabircan? 
Həyat  tərzinə,  vəzifəsinə  və  imkanlarına  görə 
çoxdan  Sabirdən  ayrılmış  Arsaqın  səmimi  söhbəti 
Sabirə  çox  xoş  gəlirdi.  Dostunun  onunla  davranışı 
qəlbini qürurlandırırdı. Arsaq həmişə zarafatla ona “ay 
musurman”,  Sabir də ona “ay erməni” deyə  müraciət 
edərdi. Həmişə zarafatyana söhbətləri olurdu. 
- Ara, Sabir, san turkların ən yaxşısısan. 
Sabir də ona cavab verirdi: - Sən də ermənilərin. 
Salatın Əhmədli                    
 
 
84
- Ara, san belə dözümlü, təmkinlisən. Nə desəm, 
nə buyursam, heç birinə otqaz eləmirsən. 
-  Mənim  adımın  mənası  səbirli  olmaqdır.  O  da 
Allahın  adlarından  biridir.  Bəs  sənin  adının  mənası 
nədir? 
- Ara, bilmirəm, bu turklar deyirlər ki, bu söz bi-
zimdir. Özü də bu Qarabağın keçmiş adıdır.  
Sabir güldü. 
- Arsaqcan, bəlkə, elə sən də türksən? 
- Ara, yox, işləri korladın. 
- Axı niyə korladım? 
-  Sabircan,  nə  olsun  ki,  addır  da,  qoyublar.  İndi 
bir addan ötəri milliyyətimi dəyişəsi deyiləm ki? 
Sabir dostunun xətrinə dəyəcəyini düşündü:  
- Yox, yox, Allah eləməsin, mən də bir söz demi-
rəm. 
İndi  dostlar  Hayes  Hovsesyanın-Qarabağ  keşi-
şinin  arzusunu  yerinə  yetirmək  üçün  münasib  torpaq 
sahəsi seçməli  idilər.  Arsaq  Sabirə kəndin  kənarından 
üzü qəbiristana tərəf baxan yeri göstərdi: 
- Bax, evi burdan tikəcəyik. 
- Axı üzü qəbiristana baxır?  


Salatın Əhmədli                    
 
 
85
- Ara, ay musurman, qəbiristana baxanda nə olar? 
Atam  butun  ömrünü  Allaha  qulluq  edib.  İndi  də  belə 
is-təyir.  İstəyir  ki,  övladları  buraya  gələndə  elə  balk-
ondan onun qəbrinə baxsınlar. 
Arsaqın  inamlı  danışığı  Sabiri  razı  saldı. 
Düşündü  ki,  yəqin  ki,  elə  belə  olar.  Qoca  erməni  bir 
gün dünya-dan köçəcəyini düşünüb bu qərara gəlib.  
Beləcə,  Şuşikənddə  ikimərtəbəli,  böyük,  geniş 
ey-vanlı bir ev tikildi.  
Bir  gün  yenə  Arsaq  maşını  qəbir  daşları  sexinə 
sürməyi  tapşırdı.  Burada  qara,  yaxud  ağ  mərmərdən 
baş daşları hazırlanırdı. Sabir maşından düşən kimi sol 
tərəfdə  qoyulmuş  iri  baş  daşını  gördü.  Üstündə  Ar-
saqın atasının-keşiş paltarında, əlində uzun xaç tutmuş 
Hayes  Hovsesyanın  şəkli  vardı.  Doğum  tarixi  də 
yazılmışdı.  Hələ  doğum  tarixindən  sonra  tire  də 
qoyulmuşdu.  Boş  yer  Hayes  Hovsesyanın  ölməyini 
gözləyəcəkdi.  
Daşı Şuşikəndə apardılar. Həyətdə, evin qabağın-
da,  yumşaq  ot  topasının  üstünə  atdılar.  Bir  il  sonra 
Hayes  Hovsesyan  dünyasını  dəyişdi.    Şuşadan,  Xan-
kəndidən, ətraf kəndlərdən onun yas mərasimində işti-
rak  edənlərin  sayı-hesabı  yox  idi.  Hətta  mollalar  da 
Salatın Əhmədli                    
 
 
86
təşrif    buyurmuşdular.  Əlbəttə,  Hayes  Hovsesyan  da 
məşhur  idi.  Vilayət-də  hörmətli  adam  kimi  tanınırdı. 
Arsaqın  da  nüfuzu  çox  böyük  idi.  Üstəlik  də  böyük 
idarənin  müdiri  olasan.  Axın-axın  adamlar  gəlirdilər. 
Hətta  eşidəndə  ki,  Hayes  Hovsesyan  özü  qabaqcadan 
baş  daşı  hazırlatdırıb-özü  də  bir  il  əvvəldən,  buna  da 
təəccüb edənlər çox oldu.  Ayrı  vaxt  mollalar deyərdi-
lər ki,  bu,  günahdır.  Ancaq  indi daşın  ölümdən qabaq 
hazırlanmasına  Hayesin  müdrikliyi,  uzaqgörənliyi 
kimi baxırdılar. Mərasim təntənəli keçdi. Çıxış edənlər 
Hayes  Hovsesyana  rəhmət  oxuyur,  onun  ağlından, 
böyüklüyündən danışırdılar. Səksən ildən yuxarı ömür 
yaşasa  da,  «hələ  azdır,  dünyadan  tez  getdi»,-dedilər. 
Qalan  ömrünü  də  oğluna-Arsaqa  və  nəvələrinə  arzu-
ladılar. 
 Bir  gün  Sabir  eşitdiyi  xəbərdən  qüssələndi.  Özü 
də Arsaqdan:  
-  Hə,  Sabircan,  biz  ailəliklə  Yerevana  köçürük. 
Mən də iş yerimi dəyişəsi oldum. Dünyaya etibar yox-
dur.  Məndən  sonra  səni  idarədən  çıxararlar.  Dolanı-
şığın  çətinləşər.  Gəl  sənə  bizim  avtobazaya  tikinti 
üçün  gətirilən  təzə  «Zil»  maşınlardan  birini  verim. 
Özün  üçün  işləyərsən.  Buradakılara  da  tapşıracağam 


Salatın Əhmədli                    
 
 
87
sənə  dəyib-dolaş-masınlar.  Prokror,  milis  rəisi-hamısı 
bizimkilərdi.  Uzaqdan-uzağa  olsa  da  gözüm  üstündə 
olacaq. Sənə dəyib-dolaşan olmayacaq. 
Uşaqlıq dostundan ayrılmaq Sabir üçün çətin idi. 
Arsaqın  ona  belə  qayğı  ilə  yanaşmasından  da  çox 
təsirləndi. Hələ kövrəldi də. 
Arsaq  ailəsi  ilə  Yerevana  köçdü.  Sabir  hələ 
köhnəlməmiş  «Zil»  maşını  ilə  ailəsini  dolandırır, 
uşaqlarını böyüdürdü.  
İki  il keçdi. Sabir bazadan təzəcə yük  vurub çıx-
mışdı. Hələ, bəlkə, yüz metr də aralanmamışdı. Yolun 
kənarında dayanmış adamı tanıdı. Gözlərinə inanmadı. 
Bu, Arsaq idi. Tez  maşını saxlayıb düşdü. Qucaqlaşıb 
görüşdülər. İkisinin də gözləri doldu.  
- Ara, Sabircan, sən  məni də ağladacaqsan. Daha 
qocalırıq.  Dunya  dəyişir.  Görürəm,  elə  sən  də  saçı-
saqqalı ağartmağa başlamısan.  
- Hə, doğru deyirsən. Az qala heç səni də tanıma-
mışdım.  Sən  də  çox  dəyişmisən.-Sabir  dostunu  bir  də 
qucaqladı,- Hə, indi mən qayıdıram bazaya.  
-  Niyə,  bəs  maşının  yüklüdür  axı.-Arsaq  maşını 
göstərib  etiraz  elədi,-  yox,  yox  qayıtma,  yükü  yerinə 
çatdır. 
Salatın Əhmədli                    
 
 
88
-  Arsaqcan,  axı  ayıbdır,  sən  Yerevandan  bura 
gələ-sən, bizim evə getməyək?  
-  Yox,  Sabircan,  evə  getməyə  vaxt  yoxdur.  Elə 
səni görmək istədim. Həm də bir az… -Arsaq sözünün 
gerisini saxladı. 
- Hə, hə. De, nə sözün var.-Sabir sevindi ki, dos-
tunun ona bir  işi düşüb, bəlkə,  nəsə bir kömək  lazım-
dır.  Heç  olmasa  bir  az  əl  yetirər,  dostu  da  razı  qalar, 
özü də.  
- Hə, Sabircan, səninlə Şuşikəndə gedəcəyik. Ya-
dındadır,  axı  bizim  orada  evimiz  vardı.  Atamın 
qəbri… 
-  Hə,  hə,  əlbəttə,  hamısı  yadımdadır.  Özü  də  hər 
dəfə yolum düşəndə evə də, həyət-bacaya da baxıram. 
Deyəsən, sizin qohumlarınız olan ermənilər yaşayırlar.  
- Hə, elədir, orada yaşayanlar mənim xalam uşaq-
larıdır. Anam Varsenikin bacısı uşaqları. 
-  Həyət-bacaya  pis  baxmırlar.-Sabir  dostunu  ev 
sarıdan  nigarançılıqda  qoymaq  istəmədi.-Yolum 
düşəndə  atanın  da  qəbrini  ziyarət  edirəm.  Onlar  da 
məni qonaq eləməmiş buraxmırlar. 
- Hə, indi yükü hara aparırdın? 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə