KöRPƏ SƏSİ, ana nəFƏSİ



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə11/56
tarix12.10.2018
ölçüsü1,54 Mb.
#73278
1   ...   7   8   9   10   11   12   13   14   ...   56

Salatın Əhmədli                    
 
 
59
həmin  günlərdə  Bakıya  gəlməzdi.  Bir  müddət  rayon 
xəstəxanasında  yatdı,  bircə  dəfə  də  olsun  əmisigildən 
onun  yanına  gələn  olmadı.  Onunsa  gözləri  yolda  idi. 
Bəlkə, Naridə gələr? Amma yox… 
Ordan-burdan  da-kəndlərindən  yanına  gələn 
adamlardan  öyrəndi  ki,  atasının  narazılığından  sonra 
Naridənin  də  üzü  Ənvərdən  dönüb.  Artıq  Ənvəri  bu 
yerlərə  bağlayan  heç  nə  yox  idi.  Bir  tərəfdən  də 
həkimlər deyirdilər ki, hərbiyə yararlı olmayacaq.  
…  Ənvər  orta  məktəbi  yaxşı  qurtarmışdı.  Tay-
tuşlarının  arasında  ədəbiyyatı  bilməyilə  çox  fərqlənir-
di.  Yaxşı  saz  çalmağı  da  vardı.  Aşıq  yaradıcılığından 
sinədəftər idi. 
Hospitaldan  çıxandan  sonra  düşünürdü  ki,  çıxıb 
Rusiyaya  gedər,  orada  işləyər,  pul  qazanar,  qayıdıb 
Bakıda  ev  alar.  Ancaq  həyatındakı  bir  təsadüf  onun 
yolunu  dəyişdi.  Palatada  onunla  birgə  müalicə  alan 
oğlanın–Fəridin  anası  paytaxtın  ən  böyük  kitabxana-
larından  birində  müdir  müavini  işləyirdi.  Tez-tez 
xəstəxanaya  gəlir,  oğluna  baş  çəkir,  yemək-içmək 
gətirir  və  oğlu  ilə  dostlaşmış  Ənvərə  də  qayğı  göstə-
rirdi.  Biləndə  ki,  hospitaldan  çıxandan  sonra  Ənvərin  
gedəcək bir yeri yoxdur, dedi, -ay oğul, sən də Fəridlə 
Salatın Əhmədli                    
 
 
60
birgə  mənim  yanımda  qalarsan,  mənim  yanımda 
işləyərsən.  Orta  təhsilin  var,  sənədlərini  də  çalışıb 
qaydaya qoyarıq, sonrası da… Allah kərimdir.  
Beləcə,  Ənvər  kitabxanada  işlədi.  Bir  müddət 
Fəridgildə  qaldı.  Hazırlaşıb  sənədlərini  ali  məktəbə 
verdi, filoloji təhsil aldı. Özü də universiteti fərqlənmə 
ilə  bitirdi.  İş  yerində  ona  az-çox  hörmət  göstərirdilər. 
Müharibə  əlili  kimi  ehtiramla  yanaşırdılar.    Bakıya 
qaçqınların  axını  vaxtı  o  da  yataqxanaların  birində 
məskunlaşdı.  Ölkənin  başı  dava-dalaşdan  açılanda, 
məmləkət  özünə  gələndə  Qarabağ  müharibəsi  əlilləri-
nə  verilən  evlərin  siyahısına  onun  da  adı  düşdü.  Xır-
dalan  qəsəbəsində  ona  birotaqlı  ev  verdilər.  Elmdən, 
kitabdan  ayrılmadı.  Aşıq  yaradıcılığından  mövzu 
götürüb  işlədi.  Məqalələri  mətbuatda  dərc  olundu. 
Şeirlərini  aşıqlar  saz  havaları  üstündə  oxuyurdular. 
Fəridin anası-o, təqaüdə çıxmışdı-hərdən onu görürdü: 
-  Ay  bala,  sən  evlənmədin,  axı  vaxt  gedir.  Görürsən, 
Fəridin  uşaqları  indi  məktəblidir,  oxuyurlar.  Axı  siz 
tay-tuş idiniz. Evlənsən bir rahat dolanışığın olar. 
Amma  Ənvər  ona  deyə  bilmirdi  ki,  mənim  sev-
gimi əlimdən alıblar. Mən o sevgini qaytara bilmədim. 
Beləcə, ömür Ənvəri gətirib əlli yaşına çatdırmışdı.  


Salatın Əhmədli                    
 
 
61
Gənc  bir  dissertant  onun  yanına  gəlib-gedirdi. 
Onu  Elmi  Tədqiqat  İnstitutundan  Ənvərin  yanına 
göndərmişdilər.  O  da  Sakit  adlı  bu  gəncə  köməyini 
əsirgəmirdi.  Yazılarının  ağız-burnunu  düzəldir,  nəş-
rinə  kömək  edirdi.  Çox  vaxt  Sakit  Ənvərin  yanında 
qalırdı. Onsuz onun da elə bir yeri-yurdu yox idi. 
…Deyəsən,  sürücü  qəfil  əyləci  basdı.  Təkan  Ən-
vəri  yuxudan  oyatdı.  Gözünü  açıb  ətrafa  baxdı.  Kürü 
keçirdilər.  Hava  da  dəyişmişdi.  Yaz  bu  yerlərə  tez 
gəlib.  Demək  olar  ki,  ağaclar  çiçəkdən  çıxmışdı.  Şir-
van  düzündən  keçəndən  sonra  sərin  meh  maşının 
şüşəsini  endirən  kimi  onu  vurdu.  Sərinləşdirici  meh-
dən  Ənvərin  gözləri  açıldı.  Nədənsə  bu  meh  ona  çox 
uzaqlarda  qalmış  anasının  nəfəsini  xatırlatdı.  İndi 
onun  ürəyi  quş  ürəyi  kimi  çırpınırdı.  Rahat,  hamar 
yolda  şütüyən  Mersedesin  sürəti  ona  çox  asta  görü-
nürdü.  Az  qala  dillənib  sürücüyə  demək  istəyirdi  ki, 
sən  niyə  maşını  belə  yavaş  sürürsən.  Amma  nəzərləri 
sürət  göstəricisinə  sataşanda  əqrəbi  120-nin  ütündə 
gördü.  Ona  elə  gəlirdi  ki,  iyirmi  yeddi  il  yox,  bəlkə, 
yüz iyirmi yeddi ildir ki, yoldadır, amma oralara gedib 
çata bilmir.  
Salatın Əhmədli                    
 
 
62
Eşitmişdi,  bilirdi  ki,  əmisi  qızı  Nuridə  rayon 
mərkəzində  yaşayır.  Naridə  isə  yaxın  kənddə  ərdədir. 
Rayon  mərkəzinə  çatanda  soraqlaşıb  əmisi  qızının 
evinin  yerini  öyrəndi.  Əyalət  şəhərinin  bir  tərəfində 
yaxşı  həyət-bacaları  vardı.  Əri  fərasətli  adam  imiş. 
Ticarətlə  məşğul  olur.  Nuridənin  iki  oğlu  vardı. 
Ticarət  işlərində  atalarına  kömək  edir.  Naridənin  isə 
bir  oğlu,  bir  qızı.  Qızını  köçürüb,  oğlu  da  yaxın 
vaxtlarda  evlənəcəkdi.  İnsafən  Nuridə  Ənvəri  yaxşı 
qarşıladı: 
- Ay əmioğlu,  nə  yaxşı  gəlmisən, sən  gələn  günə 
şükür. 
-  Sağ  ol,  ay  əmi  qızı.  Yaşımın  bu  çağında  yer-
yurd məni çəkib gətirdi.  
-  Hərdən  uşaqlar  səni  televiziyada  görür.  Aşıqlar 
şeirlərini  oxuyur,  biz  də  sevinirik.  Deyirəm  ki,  dayı-
nızdır, bir xəbər-ətər öyrənin, görün hardadır, neynir? 

Darıxma, 
ay 
əmiqızı, 
hələ 
uşaqdırlar, 
böyüyəndə öyrənərlər.  
Nuridə  əmisioğlunun  səsindəki  gileyi  duysa  da 
üstünü  vurmadı.  Axşam  tərəfi  ailə  yığışdı.  Yaxşı  bir 
quzu da kəsiblər. Həyətdəcə kabab çəkdilər. 


Salatın Əhmədli                    
 
 
63
Ənvərin yadına düşdü ki, mayqabağı gənclər yığ-
ışıb  bulaq  üstə  çıxar,  quzu  kəsər,  şişlərdə  qızaran 
alagül tikələri dişlərinə çəkər, hələ buz kimi bulaq su-
yundan da içərdilər. Heç birinin də başı ağrımazdı…  
Onu  xəyaldan  Nuridənin  ərinin  verdiyi  sual 
ayırdı: - Bakıda nə var, nə yox, - soruşdu. 
-  Belə  də,  hər  kəs  öz  işindədir.  Orada  da  adam-
ların başı alış-verişə qarışıb.  
-  A  kişi,  sən  nə  danışırsan,  alış-verişə  qarışıb 
nədir?  İndi  dünyanın  çörəyi  alış-verişdən  çıxır.  Bax, 
sən alim adamsan, qazancın  nədir? Neyləmisən?  Eşit-
diyimə  görə,  yazıb-pozursan.  Heç  kitabların  da  çıx-
mayıb. Mənim yanıma alış-verişə bir şair gəlir. Ondan 
soruşmuşam. Bilmirəm, hardan, səni necə tanıyır? Bir 
yazı-pozun  işıq  üzü  görən kimi tez  yanıma qaçır. Əv-
vəllər ona əl tuturdum. Sonra gördüm iştahı böyüdü.  
-  Necə  yəni  iştahı  böyüdü,-Ənvər  maraqla 
soruşdu. 
-  Belə  də,  gördüm  ki,  könlündən  keçir  onun 
kitabının  çapına  sponsorluq  eləyim.  Dedim  ayə,  get 
özünə iş tap. Kitab oxumaq zamanasıdır?  
-  Yeznə,  elə  demə,  bax,  maşallah,  yaxşı 
dolanışığın var, oğlanların oxusa pisdi bəyəm?  
Salatın Əhmədli                    
 
 
64
Gənclər-Nuridənin  oğlanları,  bir  də  onunla 
görüşə  gəlmiş  Naridənin  oğlu  üçü  də  bir-birilə 
sözləşibmiş kimi  gülüşdülər. Ənvər bu  gənclərin kita-
ba,  yazı-pozuya  belə  həqarətlə  baxmasına  mat  qaldı, 
ağzını  açıb  nəsə  demək  istədi.  Amma  heç  nə  demədi. 
Elə  bil  sinəsində  ocaq  qaladılar.  Özünü  güclə  tox 
tutmaşa  çalışdı.  Yanğıqarışıq  ağrıdan  dişini-dişinə 
tutdu.  Süfrədəki  mineral  sudan  bir  qurtum  içdi. 
Handan-hana özünə gəldi.  
- Burdan şəhərə nə vaxt minik olur? 
- Hər vaxt. 
Nuridənin əri elə bil ki, bu sualı gözləyirmiş kimi 
dilləndi.: 
-  Sovet  hökumətinin  vaxtı  deyil  ki,  avtobus  göz-
ləyəsən.  Yolun  kənarında  taksilər  dayanır.  Beş-on 
manat verirsən axşama şəhərdəsən. Mersedeslər yolda 
ilan kimi şütüyürlər.  
- Hə, gələndə də rahat gəldim. Maşallah, yollar da 
ki, şüşə kimi…  
Ənvər ayağa qalxdı. Yüngül paltarını, son vaxtlar 
yazdığı şeirlərin əlyazmalarını yığdığı qara yol çantası 
elə piləkənin üstündə idi.  


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə