KöRPƏ SƏSİ, ana nəFƏSİ



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə7/56
tarix12.10.2018
ölçüsü1,54 Mb.
#73278
1   2   3   4   5   6   7   8   9   10   ...   56

Salatın Əhmədli                    
 
 
35
-  Ay  qız, o  nə  idi, kişi sənə dedi  «ömürlük  girov 
eləyibsən». Deyəsən, sən də ona gözünü ağartdın ha…  
Yəqin ki, iki qadının söhbətinə qarışmamaq üçün 
Ağəli kişi nəvələrini də özü ilə götürüb həyətə çıxdı. 
Kömürçü  meydanında  yaşayan  köhnə  bakılılar 
dədə-baba  qaydası  üzrə  bağa  köçməyə  hazırlaşırdılar. 
Bağa  aparacaqları  şeyləri-mələfələri,  dəsmalları, 
yüngül  yay  geyimlərini,  çimərlik  paltarlarını,  şap-
şuplarını düyünçə eləyib həyətə yığmışdılar. Yeşiklərə 
yığdıqları  banka-balonların  içinə  qənd,  qənd  tozu, 
vermişel,  makaron,  quru  çay,  un  və  s.  bu  kimi  ərzaq 
məhsulları  doldurmuşdular.  Evdəki  mebelləri  isə  toz 
basmasın  deyə  üstünü  mələfələrlə  örtmüşdülər. 
Əsmərin  anası  Güldanə  yük  maşınının  sürücüsü  ilə 
danışmışdı,  bir  azdan  maşın  gəlməli  idi.  Bircə  qalırdı 
yükləri  maşına  yığıb  yola  düşmək.  Birdən  Güldanə 
xalanın yadına nə düşdüsə, Əsməri çağırdı: 
- Əsmər, Əsmər, bura gəl, qızım. 
Əsmər  ikinci  mərtəbədə  otaqların  pəncərələrini 
bağlayırdı. Anasının səsini eşidib pillələri sürətlə düş-
dü. Anası ona bir manat uzadıb:  
Salatın Əhmədli                    
 
 
36
-  Qızım,  al  bu  pulu,  tez  qaç  dükana,  iki  qutu  ağ 
duz al gətir. Yay uzunu bir nigarançılığımız olmasın, - 
dedi.  
Əsmər, deyəsən, bir qədər tərəddüd elədi.  
- Al, bala, duzsuz qalmayacağıq ki?! 
Əsmər  pulu  alıb  həyətdən  çıxdı.  Ağarza  kişinin 
dükanı  uzaqda  deyildi,  elə  yaxınlıqdakı  tində  idi.  An-
caq bir iş vardı ki, Ağarza kişinin nəvəsi həmişə tində 
dayanır,  özündən  kiçik  uşaqlara  «böyüklük»  eləyirdi. 
Onlar qohum olsalar da (ataları xalaoğlu idilər) bunun 
Ağaəli üçün fərqi yox idi. Tində dayanır, bəslədiyi ağ 
göyərçinləri  yemləyəndən  sonra  havaya  uçurur, 
uşaqları  da  məcbur  edirdi  ki,  baxsınlar.  Hələ 
göyərçinlərinə 
baxdıqları–tamaşa 
etdikləri 
üçün 
uşaqlardan  «haqq-hesab»  da  tələb  edirdi.  Əlbəttə,  bu 
da qəpik-quruş olurdu.  
Uşaqlar  təzəcə  dağılışıb  getmişdilər.  Göyərçinlər 
dama  qayıtmış,  Ağəli  isə  tində  öz  yerini  tutmuşdu. 
Birdən Əsməri gördü: 
- Sən niyə göyərçinlərə baxmağa gəlməmişdin? 
Əsmər  bir  söz  deməyib  sağ  ovcunun  içində  sax-
ladığı pulu bir qədər də bərk sıxıb arxasında gizlətdi.  
- Hə, yaxına gəl. 


Salatın Əhmədli                    
 
 
37
Əsmər cəsarətsiz bir-iki addım qabağa gəldi. 
- Görüm ovcundakını. O nədir? 
Əsmər qeyri-ixtiyari ovcunu açıb, pulu göstərdi.  
Ağəli bir anda pulu qamarlayıb aldı:  
-  Neçə  vaxtdır  sən  göyərçinlərə  baxmağının 
pulunu verməmisən.  
- Bəs mən… - Əsmər nəsə demək istədi. 
- Nə mən? Get, bir kimsəyə bu barədə heç nə de-
mirsən ha, yoxsa… 
Bəlkə  də,  Ağəli  sözünün  sonunda  deyəcəkdi  ki, 
daha  səni  göyərçinlərə  baxmağa  qoymaram.  Amma 
Əsmər dönüb getmişdi.  
Güldanənin  tapşırdığı  yük  maşını  həyətin 
qapısında  dayanmışdı.  Qonum-qonşularla  köməkləşib 
bağa  gedəsi  əşyaları  maşına  yığırdılar.  Bidən  ananın 
gözləri  böyüdü.  Uşaq  neçə  vaxtdan  bəri  qayıtmayıb. 
Axı Ağarza kişi Əsməri yaxşı tanıyır. Onu növbədə bu 
qədər  saxlamazdı.  Ana  tinə  tərəf  yüyürdü.  Mağazada 
da elə çox adam yox idi.  
…Güldanə  Ağarza  kişiyə  həmişə  əmi  deyirdi. 
İndi də bir qədər həyəcanını boğub:  
-  Ağarza  əmi,  bəs  Əsmər  hanı?  Mağazaya 
gəlməyib?  
Salatın Əhmədli                    
 
 
38
-  Yox,  ay  qızım,  mən  sizin  uşağı  buralarda  gör-
məmişəm.  
Güldanə  dörd  tərəfə  göz  gəzdirdi.  Kimdən 
soruşdusa, gördüm deyən olmadı. Küçədə Ağəlini gör-
dü, ondan da soruşdu. Bir anda bütün məhəlləyə xəbər 
yayıldı  ki,  Əsmər  yoxdur.  Uşaq  elə  bil  ki,  bir  parça 
yağlı  əppək  olub  göyə  çəkilmişdi.  Yaxınlıqdakı  milis 
məntəqəsinə xəbər çatdı, sahə müvəkkili də gəldi. Bir-
bir  qonşuları  danışdırdı.  Güldanə  pilləkənin  dibində 
yerə çökmüşdü. Qonşu arvadlar da onun başına yığılıb 
təskinlik  vermək  istəsələr  də  onu  kiridə  bilmirdilər. 
Səs-küy  həyəti  başına  götürmüşdü.  Sahə  müvəkkili 
bir-bir  uşaqları  danışdırırdı.  Ağəlini  yaxına  çağıranda 
o, gözünü yerə dikdi: 
- Mən görməmişəm,-dedi. Amma sahə  müvəkkili 
nəsə ondan şübhələndi. Qolundan tutub sorğu-sualı bir 
qədər  də  dərinləşdirmək  istədi.  Bu  həyətdəki  səs-
küydən yoldan keçən adamlar da narahat olub dayanır, 
nə hadisə baş verdiyini soruşurdular. Birdən bayaqdan 
örtülü olan yan otağın qapısı açıldı.  
Əsmər yarıyuxulu gözlərilə adamlara baxırdı. Əl-
bəttə,  ananın  sevincini,  hansı  hisslər  keçirdiyini  başa 


Salatın Əhmədli                    
 
 
39
düşmək  olar. O, qızını bağrına basıb oxşayırdı. Deyə-
sən, hələ də Əsmərin tapılmağına inanmırdı.  
- Ay qızım, bəs sən harada idin? Mən səni duz al-
mağa göndərmədim?  
Əsmər  başını  qaldırıb  ötəri  Ağəliyə  nəzər  saldı. 
Tez də başını döndərib: 
 -  Pulu  itirdim,  -  dedi.-  Qayıdıb  yan  otaqdakı 
döşəyin üstündə oturmuşdum. Sonra da yuxu məni tu-
tub. Bu vaxt Ağəli: 
 -Güldanə xala, mən bir manat tapmışam. Bu saat 
duz alıb gələrəm,-dedi. Sonra da duzu alıb gətirdi. Hər 
kəs də öz işinin arxasınca getdi. Onlar bağa köçdülər. 
…Əsmər  əlini  Həmayə  xanımın  sağ  çiyni  üstə 
çəkdi: 
-Bu  da  bizim  əhvalatımız.  Hər  yay  bağdan  bir 
əhvalat  yazırsan. Birdən bunu da  yazarsan  ha…  uşaq-
böyüyün yanında biabır olarıq.  
Mən  pəncərədən  parkdakı  yaşıllıqların  arasında 
sayrışan  nərgizlərdən  gözümü  çəkməmişdim.  Elə 
bilirdim  ki,  nərgizlər  mənimlə  danışır  və  həm  də  bir 
qədər küskün danışırlar. Həmin  nərgizlərin timsalında 
bağ  qonşularımın  uşaqlarını  görürdüm.  Onlara  apara-
cağım  hədiyyələrin  arasında  rəngli  jurnallarda  çap  ol-
Salatın Əhmədli                    
 
 
40
unan  hekayələrim,  onlar  üçün  yazdığım  nağıllar  da 
olurdu.  Sonra  da  bu  hekayələri,  nağılları  toplayıb 
uşaqların  zövqünü  oxşayacaq  rənglərlə  kitablara 
yığırdım.  İlk  oxucularımı  beləcə  tanıyırdım,  onlarla 
qırılmaz ülfət bağlayırdım.  
Növbəti  yazımın  başlığını  tapmışdım-«Ömürlük 
girov».  Doğrudur,  Ağəli  kişi  güləcək,  onun  sədaqətli 
ömür-gün  yoldaşı  Əsmər  o  qədər  də  narazı  qalmaya-
caq.  Bir  qədər  ərkyana  umu-küsü  eləsə  də.  «Mən 
günaha  batdım.  Axı  o  vaxt  Ağəli  tapşırmışdı  ki,  bu 
sirri  heç  kimə  açmayım».  Uşaqların  isə  ürəkdən 
sevinəcəklərinə şübhəm yoxdur. Babalarının, nənələri-
nin nağılı onlar üçün əvəzsiz hədiyyə olacaqdı.  
Deyəsən,  nərgizlər  də  mənim  fikrimi  duydular. 
Xəfif küləyin altındakı əsintilərini bu təzə-tər çiçəklə-
rin razılığı kimi qəbul elədim. 
 
 
 
 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə